"Cahiliyyə işi olan hər bir iş, Mənim ayaqlarımın altındadır." hədisini izah edərsinizmi?
"Bu (zilhiccə) ayınızda, bu (Məkkə) şəhərinizdə, bu (Ərəfə) gününüz necə haramdırsa (yəni bu yer və zamanda günah işləmək necə ağır şəkildə haramdırsa), şübhəsiz, qanlarınız və mallarınız da, sizə haramdır (yəni bir-birinizin qanını axıtmağınız və haqsız yerə bir-birinizin malını almağınız, hər yerdə və hər zaman, şiddətlə haramdır.)
Bilin ki, cahiliyyə işi olan hər bir iş, Mənim ayaqlarımın altındadır (yəni batildir).
Cahiliyyənin qan davaları qaldırılmışdır. Cahiliyyə dövründən qalma bizə aid qaldırdığım ilk qan davası da, Rabiə b. əl-Haris'in oğlunun qan davasıdır. O, Sə'd oğulları arasında, süd ananısının yanında süd əmmirdi. Huzeyli'lər onu öldürdülər.
Cahiliyyə dövrünün faizləri də qaldırılmışdır. Bizə aid qaldırdığımız ilk faiz də, Abbas b. Muttalib'in alacağı olan faizdir. Onun bütünü qaldırılmışdır..."
-----------------------------
Şərhi:
"...bilin ki, cahiliyyə işi olan hər bir iş, ayaqlarımın altındadır...ilk qaldırdığım faiz də, bizim faizimiz Abbas b. Muttalib'in faizidir...Bütünü qaldırılmışdır..."
Bu cümlə ilə:
• Cahiliyyə ribası (faizi):
Alacaqlının, borclusundan istədiyi borcun artığıdır. Yəni qarşılıqsız pul və ya maldır. Bir qövlə görə isə, qəsb edilən və məşru olmayan maldır. Xütbədə buna əhəmiyyət verilməsinin səbəbi:
Cahiliyyə dövrünün insanlarının, faizi normal alış-veriş kimi qəbul etməsi idi.
• cahiliyyə dövründəki öldürmələr səbəbilə, qisasın bəhs mövzusu olmadığına;
• imam və ondan başqa yaxşılığı əmr edib münkərdən çəkindirən kimsələrin, işə, özündən və yaxınlarından başlaması gərəkdiyinə
dəlildir. Çünki belə bir hal, sözünün qəbul edilmə ehtimalını, daha da yüksəldir. Hələ yeni müsəlman olmuş kimsələrin qəlbini daha çox xoş edər.
----------------------------
"...ayaqlarımın altındadır..." ifadəsi, bunların ibtal edildiyinə bir işarətdir.
---------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in faiz haqqında:
"...hamısı qaldırılmışdır..."
buyuruğunun mənası: Əsas puldan artıq olanı qaldırılmışdır, deməkdir. Necə ki, uca Allah, Bəqərə/278-279-cu ayətlərdə belə buyurmaqdadır:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَذَرُوا۟ مَا بَقِىَ مِنَ ٱلرِّبَوٰٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ • فَإِن لَّمْ تَفْعَلُوا۟ فَأْذَنُوا۟ بِحَرْبٍ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦ ۖ وَإِن تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَٰلِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُو
"Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, (əsas) sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar."
Mənim bu zikr etdiklərim, bir açıqlamadır. Yoxsa məqsəd, zatən hədisin öz ləfzindən anlaşılmaqdadır. Çünki riba (faiz), "artıqlıq" deməkdir. Ribanı ayaqlarının altına alınca, artıqlığı qaldırmış, deməkdir. Ayaqları altına almaqdan məqsəd isə, onu rədd və ibtal etməkdir.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Səhih-i Muslim b. Haccac", Həcc kitabı, 19-cu bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in həcci babı", hədis no: 2941)
- "Cənnət anaların ayaqları altındadır." hədisini izah edərsinizmi?
- Faizin iqtisadi mahiyyəti
- "Cənnət anaların ayaqları altındadır." Bu hədis bütün analara da aiddirmi?
- Sünnəni tərk edib tək Quran ilə əməl etmək istəyənlər var; bu mövzuda nə deyərsiniz?
- 49. Hucurat ('Otaqlar') surəsi
- Cihad ayələrində necə bir sıra vardır?
- Haram Aylar (Əşhuru'l-Hurum) nə deməkdir?
- Quranda cihad necə təşviq edilmişdir?
- TƏQVA QALXANI
- "İslami Terror"dan bəhs etmək mümkündür?