Camaatla qılınan namaz 25 dəfə üstündürmü?

786- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Adamın (məsciddə) camaatla qıldığı namaz(ın savabı, tək başına) evində və bazarında qıldığı namaz(ın savab)'ından 20 yarım dərəcə çoxdur."

----------------------------

787- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Camaatla qılınan namazın, birinizin tək başına qıldığı namaza üstünlüyü, 25 cüzdür."

----------------------------

İzahı:

Müəllifimiz ibn Macə'nin, 2 ayrı sənədli rəvayət etdiyi əbu Hureyrə (radiyallahu anh)'ın hədisini:

~ Buxari;

~ Muslim;

~ əbu Davud; və

~ Tirmizi

də, uzun və qısa mətnlər halında və az ləfz fərqilə rəvayət etmişlərdir.

• Bəzi rəvayətlərdə "...25 dərəcə..."

• Və Muslimin bir rəvayətində "...25 namaz..." ifadələri mövcuddur.

Bu səbəblə, "dərəcə" və "cüz" kəlimələri, namaz mənasında təvil edilmişdir.

Əbu Davudun "Sünən"indəki: "Namaza yeriyərək getməyin fəziləti haqqında gələn hədislər babı"nda rəvayət olunan bu hədisin açıqlamasını verən "əl-Mənhəl" müəllifi, belə deyir:

Rəvayətlərdə "25 dərəcə", "25 cüz" və "25 namaz" təbirlərinin fərqli olmasının, ravilərin təsərrüfündən iləri gəldiyi qənaətindəyəm.

Hədisin mənası isə, budur:

Adamın məsciddə camaatla qıldığı namazın savabı, onun evdə və bazarda, tək başına qıldığı 25 namazın savabından daha çoxdur.

Burda "adam" təbiri ilə, qadının bu hökmdən istisna edilsi qəsd EDİLMƏMİŞDİR. Çünki qadının məscidə getməsi, bəzi şərtlərlə caiz olduğuna görə, eyni savab, onun üçün də mövcuddur.

Hədisin zahirinə görə, evdə və bazarda qılınan namaz, camaatla da qılınmış olsa, hökm eynidir. Lakin bu məna qəsd EDİLMƏMİŞDİR. Məqsəd:

Məsciddə camaatla qılınan namazın, başqa yerlərdə tək başına qılınan namazdan üstünlüyünü ifadə etməkdir. Çünki mövzu budur.

Hədisdə bu halın açıqca bildirilməməsinin səbəbi: Məsciddəki camaata qoşulmayanların, əksəriyyətlə namazı tək başlarına qılmaları ola bilər. Hal da belə olunca, məsciddəki camaat ilə, ev və bazardakı camaatın fəzilətinin bərabər olması, lazım gəlməz. Əksinə, bazardan başqa yerdə qılınan namaz, bazarda qılınan namazdan əfdaldır. Çünki bazarların, şeytanların yeri olduğuna dair, hədis vardır. Bununla bərabər, evdə və bazarda namazı camaatla qılmaq, tək başına qılmaqdan əvladır.

Bəzi rəvayətlərdə yer alan "dərəcələr" və "cüzlər": "namazlar" mənasını daşıyır. Çünki bəzi rəvayətlərdə "dərəcə" və "cüz" yerinə, "namaz" kəliməsi istifadə edilmişdir.

Bu halda, məsciddə camaatla qılınan namazın savabı, evdə və bazarda qılınan 25 namazın savabından çoxdur.

• İlk hədisdəki: "...20 yarım..." kəliməsində "yarım" deyə çevirdiyimiz "bidan" kəliməsi, 1-dən və ya 3-dən 10-a qədər olan saylar üçün istifadə edilir. Digər rəvayətlərdə 25 sayı qəti olaraq keçdiyi üçün, burdakı "yarım"dan məqsəd, 5-dir.

• İkinci hədisdəki "cüz" kəliməsi isə: "bir parça" deməkdir. Başqa rəvayətlərdə, bu kəlimə yerinə "dərəcə" və ya "namaz" kəlimələri yer aldığı üçün, "cüz" kəliməsi ilə: "namaz" qəsd edilmişdir.

-----------------------------------

Hədisin fiqhi yönü:

1. Camaatla qılınan namaz, tək başına qılınan namazlardan üstündür.

2. Fərz namazları, evlərdə və bazarlarda qılmaq, caizdir.

3. Fərz namazların camatla qılınması, şərt DEYİLDİR. Tək başına da qılına bilər.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Məsəcid" (Məscidlər kitabı), 16-cı bab: "Camaatla namaz qılmağın fəziləti babı")

Read 2 times
In order to make a comment, please login or register