Camaatla qılınan namaz 27 dərəcə üstünmüdür?

Abdullah b. Ömər (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Adamın camaatla qıldığı namaz, tək başına qıldığı namazdan 27 dərəcə üstündür."

--------------------------------

İzahı:

~ Buxari (hədis no: 645, 649);

~ Muslim; və

~ Tirmizi

də, bu hədisi, az ləfz fərqilə rəvayət etmişlərdir.

Tirmizi, ibn Ömər (radiyallahu anh) hədisinin səhih-həsən olduğunu söylədikdən sonra, belə deyir:

"Camaatla qılınan namazın tək başına qılınan namazdan üstünlüyünə dair Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hədisini rəvayət edənlərin hamısı: "...25..." demişlərdir. Yalnız ibn Ömər (radiyallahu anh): "...27..." demişdir."

əl-Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də belə deyir:

"Bu 2 saydan hansının qüvvətli olduğu xüsusunda ixtilaf edilmişdir:

~ '25'in raviləri çox olduğu üçün, bu rəvayət tərcih edilir.' deyənlər olduğu kimi;

~ '27 rəvayətində adil və hafiz ravinin əlavəsi mövcud olduğu üçün, bu rəvayət tərcih edilməlidir.' deyənlər də olmuşdur."

Nəvəvi, "əl-Minhac"da belə deyir:

2 rəvayətin (yəni 25 və 27'nin) arasını, bu üç yöndən birləşdirmək mümkündür:

1. İki rəvayət arasında, bir ziddiyyət yoxdur. Az olan dərəcələrin zikr edilməsi, çox olan dərəcəyə mane deyildir. Üsul alimlərinin cumhuruna görə, sayların müxalif məfhumu (haşiyə) batildir.

-----------------------------------

Müxalif məfhum: sözün əks mənasıdır. Məsələn, günəş çıxdığında, her yer işıqlanır. Elə isə, müxalif mənası ilə, günəş çıxmayıbsa, deməli hər yer qaranlıqdır, kimi.

Yəni burda Nəvəvi'nin qəsd etdiyi:

"Hədisdə 25 dərəcə deyilmişdirsə, bundan daha çoxu (yəni 27 dərəcə) ola bilməz." mənası çıxmamalıdır.

-----------------------------------

2. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ilk əvvəl az olan dərəcələri xəbər vermişdir. Daha sonra, Allah Taala, fəzilət dərəcəsinin daha çox olduğunu bildirincə, bu dəfə daha çox olanı xəbər vermişdir.

3. Fəzilət, namaz qılanların və namazın halına görə fərqlilik göstərə bilər. Buna görə, bəziləri üçün 25 dərəcə, bəziləri üçün 27 dərəcə ola (yəni verilə) bilər. Bu da:

~ namazın kamalına;

~ namaz qılanın namazın hərəkət və şəkillərinə, huşusuna diqqət etməsinə;

~ camaatın çoxluğuna;

~ camaata qatılanların fəzilətlərinə;

~ namaz qılınan yerin şərəfinə; və

bənzər xüsuslara görə fərqlilik ərz edə bilər.

Bunlar, bu xüsusda verilmiş mötəməd/etimad edilən cavablardır.

Məzhəb (Şafi məzhəbi) alimlərimiz və cumhur, bu hədisləri, -Davud əz-Zahiriyə müxalif olaraq- camaatın, namazın sihhəti üçün şərt olmadığını, elm adamlarından bir topluluğa müxalif olaraq fərz-i ayn OLMADIĞINA dəlil göstərmişlərdir.

Tərcih olunan görüş isə: camaatın, fərz-i kifayə olduğudur, sünnət olduğu da söylənmişdir.

Bütün bunların dəlillərini, açıq bir şəkildə "Şərhu'l-Muhəzzəb"də genişcə açıqladıq.

---------------------------------------

əl-Hafiz ibn Həcər, camaatla qılınan namazın dərəcələrinin çoxluğuna vəsilə olan aşağıdakı səbəbləri, əz-Zeyn b. əl-Munir'dən nəql etmişdir:

1. Camaatla namaz qılmaq məqsədilə, müəzzinin dəvətinə icabət etmək;

2. Vaxtın əvvəlində namaza getmək;

3. Məscidə, vüqarla/ciddiyyətlə yerimək;

4. Məscidə, dua edərək girmək;

5. Məscidə girildiyi vaxt, təhiyyə namazını qılmaq.

(Bunların hamısı, camaatla namazda meydana gəlir.)

6. Camaatı gözləmək;

7. Camaatı gözləyərkən, mələklərin ona salat, istiğfar və yaxşı şəhadət etmələri;

8. İqamətə icabət etmək və iqamə gətirilərkən, qaçan şeytanın şərrindən qorunmaq;

9. İmamın, taharrüm (iftitah) təkbirini gözləyərək, ayaqda dayanmaq, imamla bərabər namaza girmək və taharrüm təkbirinin fəzilətinə qovuşmaq;

10. Səfləri düz tutmaq, aralardakı boşluqları doldurmaq;

11. İmam: "Səmiallahu limən həmidəh" deyərkən, ona cavab vermək;

12. Ümumiyyətlə, (namazda) yanılmaqdan əmin olmaq və imam yanıldığı vaxt, təsbih və ya fəthlə ona xəbərdarlıq etmək;

13. Huşu və əksəriyyətlə məşğul edici şeylərdən səlamətdə olmaq;

14. Camaatın ətrafında, mələklərin xalqa qurması;

15. (Öz) Qiraətini (imamı dinləyərək) daha da gücləndirmək/yaxşılaşdırmaq; rükünləri və sünnətləri öyrənib onlara riayət etmək;

16. İslam şüarını üzə çıxarmaq;

17. İbadət üzərində toplanaraq köməkləşərək şeytanı qəzəbləndirmək;

18. İbadətə qarşı tənbəlliyi olanın, canlanması;

19. Münafiqlik vəsfindən və su-i zəndən əmin-amanlıq içində olmaq (yəni məscidə getməmək, müsəlmanların su-i zənninə səbəb ola bilər)

20. İmamın salamını almaq;

21. Camaatın dua və zikr üzərində toplanmalarından faydalanmaq;

22. Camaatdakı kamil şəxslərin bərəkətinin, nöqsanlığı olanlara da çatması;

23. Qonşular arasında birlik-bərabərliyin qurulması;

24. Namaz vaxtlarında, o yerdə yaşayanların görüşmələri;

25. Müsəlmanlar arasında olması lazım gələn birlik və bərabərliyin bir misalını vermək və (bunu) qüvvətləndirmək.

Bunlar, camaatla namaz qılmaqda görülən 25 dərəcədir.

2 xüsusiyyət daha vardır ki, bunlar, cəhri (səsli) namazlara məxsusdur:

~ Bunlardan biri: imam oxuduğu vaxt, susub dinləmək;

~ Digəri də: imam "amin" dediyi vaxt, camaatın: "amin" deyərək, mələklərin "amin" deməsilə bərabərlik təmin etmək.

Beləcə, 27 dərəcəlik üstünlüyün, cəhri namazlara məxsus olması ehtimalı, üstünlük qazanır.

Tibi, Turbuşti'dən nəqlən bəyan etdiyinə görə, camaatın bu dərəcə üstünlüyünün hikməti, rəy ilə idrak edilə bilməz. Bunun mərcii, ağıl sahiblərinin elmlərinin idrakından aciz olduğu nübüvvət elmidir.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'l-Məsəcid" (Məscidlər kitabı), 16-cı bab: "Camaatla namaz qılmağın fəziləti babı", hədis no: 789)

Read 2 times
In order to make a comment, please login or register