Cehmiyyə firqəsi haqqında məlumat verərsinizmi?
Cehmiyyə firqəsi və görüşləri
Cehm b. Safvan'a tabe olanlar, əməllərdə cəbr və izdirar (məcburiyyət) olduğunu söyləmiş; və istitaatı (haşiyə) bütünü ilə inkar etmişlərdir. Cehm, cənnət və cəhənnəmin bitəcəyini və yox olacağını iddia etmişdir. Bununla bərabər o, imanın, yalnız Allahı bilmək; küfrün də, yalnız Onu bilməmək olduğunu iləri sürmüşdür. O demişdir:
"Uca Allah xaricində heç kimin, nə feli, nə də əməli vardır. Əməllər, məxluqlara ancaq məcaz yolu ilə nisbət edilə bilər. Necə ki, şəxsən özləri etmədiyi və ya vəsfləndirildikləri şeyi edə bilməyə gücləri çatmadığı halda, 'Günəş batdı.' və 'Dəyirman döndü.' deyilir."
Bununla bərabər o, uca Allahın elminin hadis (sonradan yaradılan) olduğunu iddia etmişdir. Uca Allahı bir "şey" və ya Hayy (həyat sahibi) və ya Alim və ya Murid (iradə edən) olaraq vəsf etməkdən bəri olmuş və "Mən, Allahı, şey, mövcud, hayy, alim, murid və bunlara bənzər vəsflər kimi, Ondan başqasına da verilə biləcək sifətlərlə vəsfləndirmərəm." demişdir.
Bununla birlikdə, o, Allahı, Qadir, Mucid (var edən), Fail (edən), Xaliq (yaradan), Muhyi (həyat verən) və Mumit (öldürən) olaraq vəsfləndirmişdir. Çünki bu vəsflər, sadəcə Ona məxsusdur.
Qədəriyyə'nin iləri sürdüyü kimi, uca Allahın kəlamının hadis olduğunu söyləmiş; ancaq uca Allahı, bu kəlamı söyləyən olaraq adlandırmamışdır.
Əshabımız (əşarilər), onu, bütün bu azğınlıqları üçün küfrlə ittiham etmişlərdir.
Qədəriyyə də, uca Allahın, qulların əməllərinin yaradıcısı olduğu şəklindəki görüşündən dolayı təkfir etmişdir.
Beləcə, ümmətin müxtəlif sinifləri, onun təkfiri xüsusunda ittifaq etmişlərdir.
Cehm, bildirdiyimiz bu azğınlıqları yanında, silah daşıyar və sultana qarşı döyüşərdi. Necə ki, Sureyc b. əl-Haris'lə birlikdə, Nasr b. Səyyara qarşı üsyan etmiş və Səlm b. Əhvaz əl-Mazini, onu, Mərvan oğullarının sonuna doğru öldürmüşdür. Onun tərəfdarları, hal-hazırda Nəhavənd'dədirlər.
Bizim dövrümüzdə, İsmail b. İbrahim b. Kə'bus əş-Şirazi əd-Deyli, onların üstlərinə getmiş və onları, şeyximiz əbu'l-Həsən əl-Əşari'nin məzhəbinə çağırmışdır. Bunun üzərinə, onlardan bir qismi bu çağırışa tabe olmuş və sünnət əhli ilə bərabər olmuşlardır. Bu nəticədən dolayı Allaha həmd olsun.
(Abdu'l-Qahir əl-Bağdadi, "əl-Fərq beynə'l-Firaq", 6-cı Bölmə: "Cehmiyyə")
---------------------------------
(Haşiyə:
İstitaat nədir?
Lüğətdə, "boyun əymək, itaət etmək" mənasına gələn "tav" kökündən meydana gəlmiş olub, "müqtədir olmaq, güc çatdırmaq" deməkdir.
Termin olaraq isə, "qulun, feli reallaşdırmasını təmin edən vasitələrlə bunları istifadə edərək ixtiyari fellərini meydana gətirməsini mümkün qılan güc" deyə tərif edilir.
Miladi 8-ci əsrin başlanğıcından etibarən, qədər məsələsində, dolayısı ilə qulların fellərinə dair məsələlərdə ortaya çıxan "istitaat" məfhumu, kəlam elmində 2 mənada istifadə edilmişdir:
1. Felin işlənməsini təmin edən vasitələr.
Əhl-i sünnət alimləri, insanın bir feli reallaşdırması üçün, orqanizmində o felə aid qabiliyyət və orqanın sağlam bir şəkildə mövcud olmasını "istitaat" terminilə ifadə etmiş və bunu, "səlamətu'l-əsbab və'l-alat" təbirilə açıqlamışlardır.
İnsanın İlahi əmrlərə tabe olmaqla mükəlləf tutulmasının ilk şərti, bu vasitələrə sahib olmasıdır. Belə bir mövqedə olan şəxs, feli etmə və ya tərk etmə alternativlərindən birini tərcih edər.
2. Felin gerçəkləşdirilməsini təmin edən güc.
İstitaatın əsl mənasını təşkil edən bu güc, iradəsilə müəyyən bir feli etmək istəyən insanda mövcud olan bir sifətdir.
Sünni kəlamçılara görə, bu cür istitaat, Allahın ayrı-ayrı hər fel üçün qulda yaratdığı bir arazdan ibarətdir. Fel üçün gərəkli və əlverişli vasitələrə sahib olsa belə, bu istitaatdan məhrum olan insanın fel işləməsi, imkansızdır. Felin əsl illəti, şərti, bu gücdür.
----------------------------
