Cihada çıxmaq üçün valideynlərin icazəsi lazımdırmı?

وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا

"Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de." (İsra/24)

--------------------

Bu ayətə dair açıqlamalarımızı, 16 başlıq altında təqdim edəcəyik:

8-ci başlıq: 

Cihad üçün ata-ananın icazəsi:

Ata-anaya yaxşılıq etmək, onlara qarşı yaxşı davranmağın əhatə dairəsində -əgər cihad, fərz-i ayn deyilsə- onların icazəsini almadan cihad etməmək də vardır.

(Haşiyə: 

Fərz-i ayn: hər mükəlləf müsəlmanın yerinə gətirməsi lazım olan fərz)

Səhih'də, Abdullah b. Amr'ın belə dediyi rəvayət edilməkdədir:

"Bir adam, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, cihad etmək üçün icazə istədi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Anan, atan həyatdadır mı?' diyə soruşdu. O:

'Bəli.' deyincə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Sən onlar haqqında (onlara yaxşılıq etmək surətilə) cihad et.' diyə buyurdu."

Bu ləfz, Muslim'ə aiddir.

Səhih'in xaricindəki hədis kitablarında da belə deməktədir:

'Bəli. Və mən onları ağlayan bir halda ikən buraxıb gəldim.'

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

'Get və onları ağlatdığın kimi güldür.'

Buxari, bu hədisi "Birru'l-valideyn" (ata-anaya yaxşı davranmaq) bölməsində bu ləfzlərlə zikr etməkdədir:

Bizə Əbu Nuaym xəbər verdi. Bizə Sufyan, Ata b. əs-Saib'dən xəbər verdi. O, atasından, o, Abdullah b. Amr'dan dedi ki:

"Bir adam, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə hicrət etmək üzərə beyət etməyə gəldi. Ancaq bu sırada, ata-anasını ağlayan bir halda ikən buraxıb gəlmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Onların yanlarına qayıt və ağlatdığın kimi güldür."

İbnu'l-Munzir belə deyir:

"Bu hədis, nəfir (fərz-i ayn olan səfərbərlik çağırışı) baş vermədiyi müddətcə, ana-atanın icazəsi olmadan, cihada çıxmağın qadağanlığını ehtiva etməkdədir. 

Əgər nəfir bəhs mövzusu olarsa, o təqdirdə zatən hər kəsin cihada çıxması vacib olur. 

Bu xüsus, əbu Qatadə yoluyla gələn hədisdə kifayət qədər açıqdır. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) komandirlər ordusunu (Mutə ordusunu) göndərdi... 

Bu arada, Əbu Qatadə yoluyla gələn hədis, Zeyd b. Harisə, Cəfər b. əbi Talib və ibn Revaha'nın başından keçənləri bəhs etməklə birlikdə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in münadisinin (nidaçı, səsləyicisinin) bundan sonra:

"Topluca namaza gəlin!" 

diyə nida etməsi üzərinə, hər kəsin toplandığını da bəhs mövzusu edir. 

Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm), Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

"Ey insanlar! Çıxın, qardaşlarınızın yardımına tələsin. Heç kimsə də, geridə qalmasın."

Bunun üzərinə, olduqca isti bir gündə, insanlar piyada və minik üzərində olaraq döyüşə qatılmaq üzərə yola çıxdılar.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qardaşlarınıza kömək etmək üzərə çıxın." 

diyə buyurması, cihaddan geri qalmaq xüsusunda üzrlü görülə bilmənin nəfir (ümumi səfərbərlik) çağırışı bəhs mövzusu olmadığı hallarda olacağına dəlildir.

Digər tərəfdən də, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Amma sizdən hamınız birlikdə döyüşə çıxmağınız istənilərsə, hamınız birlikdə döyüşə çıxın." 

hədisi də, bununla birlikdə eyni həqiqəti dilə gətirməkdədir.

Mən (Qurtubi) isə, deyirəm ki:

Bu hədislərdə, buna da dəlil vardır:

"Fərzlər, yaxud məndublar, əgər bir arada mövcud olacaq olarsa, bunlar arasından daha əhəmiyyətli olana daha çox əhəmiyyət verilər."

Bu mənadakı açıqlamalara, əl-Muhasibi (rahiməhullah) "Kitabu'r-Riayə" adlı əsərində kifayət qədər açıqlama gətirmişdir.

--------------

9-cu başlıq:

Cihada çıxmaq üçün müşrik ata-ananın icazəsi alınmalıdır mı?

Müsəlmanın qatılacağı cihad, fərz-i kifayədirsə, cihada qatılmaq üçün müşrik ata-anasının icazəsini alıb-almayacağı xüsusunda, elm adamları, fərqli görüşlərə sahibdirlər.

• Süfyan əs-Sevri, onların icazəsini alınmadan döyüşə gedilməz, demişdir.

• Şafi isə, (müşrik) valideynlərin icazəsi alınmadan döyüşə gedilə biləcəyini söyləmişdir.

• ibnu'l-Munzir isə, belə deyir:

"Babalar da, atalar kimi, nənələr də, analar kimidir. O cəhətdən, insan yenə onların icazəsini almadan döyüşə çıxa bilməz. 

Mən, onlar xaricində, qardaşlar və s. əqrəbaların da icazəsini almağı gərəkdirən hər hansı bir dəlil bilmirəm. 

Amma Tavus (rahmətullahi aleyh), bacıların ehtiyacını qarşılamağın, Allah yolunda cihaddan daha fəzilətli olduğu görüşündə idi."

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", İsra/24 təfsirindən nəql)

Read 6 times
In order to make a comment, please login or register