Cin surəsi 26-27-ci ayətlərin təfsiri (2)

"O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz. Razı qaldığı elçidən başqa..." (Cin/26-27)

--------------------------------------------

Təfsiri:

Allah Taala'nın, insanlara bildirmədiyi xəbərlər və biliklər, 3 mərtəbədən ibarətdir:

1. Bunlardan birincisi:

İnsanları, yaradılışlarına istinad edərək, haqqında bilik sahibi olmaqdan aciz buraxdığı biliklərdir. Əşyanın əsli olan öz və cövhərləri buna misal verə bilərik. Məsələn:

Bir kimsə, bir şeyi cövhər qılan özəlliyi bilmək istəsə, buna vaqif ola bilməz. Hər şey üçün həyat ünsürü qılınan su da, buna başqa bir nümunədir. Bir kimsə, suyu həyat üçün cövhər qılan özəlliyi öyrənməyə səy göstərsə, bunu bacara bilməz. Mövcud hər varlığı cövhər qılan hər şeydə də, hal, eynilə belədir.

2. İkincisi:

Allah Taalanın, insana -eşitməyə və nəqlə istinad edən bilik olmadan- üzərində düşünmə və fikir yürütmək ilə biliyini verdiyi və qavrama imkanı bəxş etdiyi biliklərdir.

3. Üçüncüsü isə:

Allah Taalanın, -gələn bir xəbər olmadan-, insanları idrak etməkdən aciz buraxdığı və vaqif olma imkanı vermədiyi biliklərdir.

Allah Taala'nın:

"...qeybini kimsəyə açmaz. Ancaq elçi olaraq seçdiyi başqa..."

ayətində qəsd etdiyi bilik, bu üçüncü növdəndir. Onun, bilik əldə etmə imkanı verdiyi növ, budur. Ancaq insanlar bu biliyə, yalnız xəbər vasitəsilə çata bilərlər. İnsanların mənfəətlərilə bağlı olan və qidaların faydalarına çatdıran biliklər, buna nümunədirlər. Lakin bu biliklər, sadəcə insanlardan bu mövzuda bilik sahibi olanlardan və biliyi aralarında yayılan kimsələrdən eşidilməklə öyrənilə bilər. Bu cür bilik, üzərində düşünməklə qavranma ehtimalı olmayacaq bilik növlərindəndir. Uca Allah, bu biliyin, rəsul vasitəsilə əldə edilə biləcəyini bəyan etmişdir. Bəhs mövzusu olan bilik, işarət edilən rəsuldan əldə edilincə, bu bilik, o şəxsin risalətlə vəzifəli olduğunu göstərmiş olar.

Bəziləri bu ayətdə, münəccimləri yalanlamağa dair dəlil mövcud olduğunu bildirmişlərdir. Lakin bu, doğru DEYİLDİR. Çünki bunların arasında:

~ verdiyi xəbər doğru çıxan;

~ fəcrin doğduğu yerləri; günəşin yüksəldiyi və doğub-batdığı yerlərlə ulduzları bilən

kimsələr vardır ki, bunlar da, insanların çoxalma fəaliyyətlərini etmələri, dəyişmək və başqalaşmağın gerçəkləşməsi, bu anlarda olur. Saydığımız xüsuslar, üzərində düşünərək və ağıl yürüdərək biliyinə vaqif olunacaq biliklər deyildir. Həkimlik sənətilə məşğul olanlar da, buna nümunədirlər. Həkimlər arasında, bitkilərin özəlliyini bilən,

"Bu bitki, bu xəstəliyə yaxşı gəlir; bu da, bu dərdə dərmandır."

şəklində, bu mövzuda biliyi olanlar vardır. Belə bir bilik ilə, insanların maslahatları da gerçəkləşmiş olur. Bilindiyi üzərə, bütün bunlar, üzərində düşünərək və ağıl yürüdülərək əldə ediləcək biliklər deyildir. Burdan başa düşülür ki, insanlar, izi qalmamış olan və xalq arasında biliyi davam edən bir peyğəmbərin verdiyi xəbər yolu ilə bu biliklərə vaqif olmuşlardır. Ən doğrusunu, Allah bilir...

(Əbu Mansur əl-Maturidi, "Təvilatu'l-Quran" təfsiri)

Read 155 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR