Cinlərdən peyğəmbər gəlmişdir?


"Ey cin və insan tayfası! Sizə öz içərinizdən peyğəmbərlər gəlmədimi ki, onlar ayələrimi sizə söyləyirdilər, və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edirdilər.  Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!”. Dünya həyatı onları aldatdı və öz əleyhlərinə şəhadət verdilər ki, onlar kafir idilər.." Və "Bizə xəbərdaredici gəldi lakin biz yalanladıq və ‘Allah heç bir şey endirmədi' dedik."(Ənan/6:130; Mülk/67:9) 


Ayələri, cinlərə də peyğəmbərlərin gəldiyinə işarə edir. Ancaq ayə ümumi olduğundan peyğəmbərlərin də ümumi yəni, yalnız cinlərə və ya yalnız insanlara gəldiyi şəklində deyil, insanlara gələn peyğəmbərlərin və xüsusilə Hz. Muhəmməd sallallahu aleyhi və səlləm`in cinlərə də peyğəmbər olaraq göndərildiyi şəklində başa düşülməsi daha uyğun görünür.


İsmayıl Haqqı Bursəvi, "cinlərə öz cinslərindən peyğəmbər göndərilib göndərilmədiyi" mövzusunda belə deməkdədir:


"Şübhəsiz, həm cinlərin, həm də insanların mükəlləf olduqları, yəni məsuliyyət daşıdıqları ittifaqla ifadə edilmişdir. Ancaq onlara göndərilən peyğəmbərə gəlincə bu, öz cinslərindən olduğu kimi, fərqli cinsdən yəni insanlardan da ola bilər. Fərqli olması, ondan faydalanmağa mane olmaz. Bu vəziyyətdə, seçmə olanlar peyğəmbərin mesajlarını götürüb onun bir elçisi olaraq bu mesajları öz millətinə çatdırması caizdir. Digər tərəfdən, bizim Peyğəmbərimiz Hz. Muhəmməd Aleyhissalatu Vəssalam`ın, həm cinlərin, həm də insanların peyğəmbəri olduğuna dair görüş birliyi vardır. Onlardan əvvəlki peyğəmbərlər isə yalnız öz qövmlərinə göndərilmişlər. Hz. Süleyman (a.s) da, ümumi peyğəmbərlik vəzifəsiylə cinlərə göndərilməmiş, hökmdar və idarəçi olaraq vəzifələndirilmişdir. Buna görə ayədə keçən "içinizdən" ifadəsi, ya yuxarıdakı birinci şərhə işarə edər, yəni peyğəmbərlərin həm insanlardan, həm də cinlərdən ola biləcəyini ifadə edər. Ya da ikinci şərhə işarə edər. Peyğəmbərlərin tək insanlardan ola biləcəyini vurğular. Ancaq "Ey cin və insan tayfası!" şəklində də xitab edilərək həm cinlərə, həm insanlara birlikdə xitab edilməsi "içinizdən" ifadəsinin istifadə edilməsini doğru etmişdir. "(1)


Mövzuyla əlaqədar olaraq mərhum  HamdiYazar belə deyir:


"İnsanların və cinlərin bir cəmiyyət ola bilməsindən aydın olar ki, insan cəmiyyətinin peyğəmbərləri, cin cəmiyyətinin də peyğəmbərləri deməkdir. Və hər peyğəmbərə insan və cin şeytanlarının düşmən olması bununla da əlaqədardır. Və xüsusilə peyğəmbərlərin sonuncusu olan Rasülullah sallallahu aleyhi və səlləm`in Rasulu's-Səkaleyn, yəni insan və cin peyğəmbəri olduğunda şübhə yoxdur. Necə ki Busayri də bunu lətif bir şəkildə bu beytiylə ifadə etmişdir:


"Muhəmmədin Seyyidü'l-Kəvneyni;


Vəl-Ferikayni min Ərəbin və min Naşı"


Muhəmməd (s.ə.s), iki dünyanın, insan və cinin,


Ərəb və Ərəb olmayan iki birliyin əfəndisidir. "(2).


Qaynaqlar:


(1) Bursəvi, Ruhu'l-Beyan, III, 96.


(2) Yazar,Hak Dini, III, 518.


 


 

Read 3.020 times
In order to make a comment, please login or register