"Çörəyə hörmət edin." hədisi haqqında məlumat verərsinizmi?

Aişə anamız (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın rasulu (salləllahu aləyhi va səlləm) belə buyurur:

"Çörəyə hörmət edin!" (Səhih-Cami 1/265)

Alimlər deyir ki, çörəyə hörmət etmək ədəbdəndir.

Dahi alim Mənəvi (Allah ona rəhmət etsin) buyurur:

Çörəyə hörmət o deməkdir ki, yəni onu ayaq-altında tapdamamaq, onunla nəsə silib təmizləməmək, onu çirkab yerlərə və zibilliklərə atmamaq .....
_____

فيض القدير 2/116

---------------------------------------------------------------------

Mufti : Şihəbud-Din Əhməd ibn Həcər əl-Asqaləni

Sual :

Çörəyi və ya ondan tökülən qırıntıları təhqir etməyin icazəli olduğunu və ya onu ayaqla tapdalamağın icazəli olduğunu müsəlmanlardan kimsə deyibmi? Bunu edənə vacib olan nədir? Onu yerə atmaq olarmı? Çörəyi təzim etmək haqqında nə deyilib? ”Çörəyə hörmət edin, çünki onu təhqir etmiş elə bir qövm yoxdur ki, Allah onları aclıqla bəlaya düçar etmiş olmasın.” Bu, səhih hədisdirmi? Deyirlər ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – (bir gün) xanımı Aişənin yanına daxil olur və yerə atılmış çörək tikəsi görür, onu görürür, öpür və başının üstünə qoyur və sonra deyir: ”Ey Aişə! Allahın nemətlərinə hörmət et! Çünki bir qövmü tərk etmiş və onlara geri qayıtmış çox az şey vardır.” Bu (deyilənlər) bir hədisdir ya yox?

Cavab :

Ayaqların altına atmaqla və ya misal üçün ondan ovulub tökülənləri zibilliyə atmaqla və ya buna bənzər əməllərlə çörəyi alçaltmağın icazəli olduğunu deyən hər hansı bir alim tanımıram. (Həmçinin) heç bir alim ona hörmət etməkdə mübaliğə etməyi, misal üçün onu öpməyi deməmişdir. Əksinə (İmam) Əhməd – radiyallahu anhu – onu öpməyin məkruh olduğunu demişdir. Təhqir etməyin caiz olduğunu söyləyən birinin olmaması ilə yanaşı onu təhqir edənə malı zay etməmək barədə gəlmiş ümumi qadağanı çeynəməyin günahını aid etmək olar, buna görə də onu yerə atmaq olmaz, çünki ola bilər ki, başqası onu bulaşdırsın və ona ehtiyac olduğu halda onu yemək mümkün olmasın. Bu barədə varid olmuş hədislərə gəldikdə isə onlardan biri budur:

”Çörəyə hörmət edin və kim çörəyə yaxşılıq edərsə, Allah ona yaxşılıq edər.”

Bunu ət-Tabərani Əbu Səkinə’nin hədisindən rəvayət edib və isnadı çox zəifdir. Bunlardan biri də Əbu Hureyrə’nin – radiyallahu anhu – hədisidir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – çörəyin bıçaqla kəsilməsini qadağan etmişdir.” Bunu İbn Hibbən “əd-Duafə” kitabında rəvayət etmişdir. İsnadı zəifdir və ət-Tabərani bunu Ummu Sələmə’nin hədisindən rəvayət edir; onun da sənədi zəifdir. Bunlardan biri də budur:

“Çörəyə hörmət edir və şübhəsiz ki, çörəyə hörmət onunla birlikdə əlavə yeməyin verilməsini gözləməməkdir.”

Bunu əl-Həkim “əl-Mustədrak”da Aişənin hədisindən rəvayət edir. İbn Məcə bir başqa yoldan Aişədən belə dediyini rəvayət edir:

“Peyğəmbər – salləllahu aleyhi va səlləm – mənim yanıma daxil oldu və yerə atılmış çörək tikəsi gördü. Onu götürüb (üstünün tozunu) silməyə başladı, sonra yedi və dedi:

“Ey Aişə, Allahın nemətlərinə ehtiram et, çünki nemət bir qövmü tamamilə tərk edibsə bir daha ona qayıtmaz.”

Sənədi zəifdir. Bunun rəvayət yollarının heç birində çörəyi öpdüyünü görmədim. Bu rəvayətin sənədlərinin hamısında əl-Valid bin Muhəmməd əl-Mədbəri adlı ravi vardır və o, çox zəifdir.

Ümumən bu hədislər varid olduğu üçün ehtiyat məqsədi ilə çörəyə hörmətsizlik etmək doğru deyildir. Amma başın yuxarısında tutmaq və onu öpmək kimi əməllər ilə onu təzim etməyə gəldikdə isə şəriətdə belə bir şey yoxdur. Allah – subhənəhu – doğrusunu ən yaxşı bilir!

------------------------------------------------------------------

Mənbə:

“əl-Mi’yər əl-Mu’rib va’l-Cəmi’ əl-Muğrib ’an Fətəvi Əhli İfriqiyə va’l-Əndəlusi va’l-Məğrib”, 11/8-9; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, 1401/1981, Mərakeş

Read 10 times
In order to make a comment, please login or register