ÇOXUMUZUN ÜZLƏŞDİYİ HALLARDAN BİRİDİR

     "İnsan bəzən təhəccüd namazı (yəni gecə namazı) qılanlar ilə birlikdə gecələyir; onlar gecənin çoxu namaz qılırlar, amma onun öz adəti isə qısa bir müddət qılmaqdır, amma onlara müvafiq olur. Yaxud da onlar oruc tutduqda o da oruc tutur. Əgər onlar olmasaydı bu cür aktiv olmazdı.

   Burada kimsə güman edə bilər ki, bu, bir riyakarlıqdır. Bu heç də mütləq olaraq belə deyildir, burada təfsil var. Təfsil isə budur ki, hər bir mömin Allaha ibadət etməyə rəğbət göstərir, lakin qarşısına maneələr çıxıb ona mane olur. İnsan əgər öz evindədirsə o zaman rahat yataqda yatmaq, zövcəsi ilə cinsi əlaqədə olmaq imkanına sahibdir. Amma ona qərib olan bir məkanda gecələyərsə bu məşğuliyyətlər yoxa çıxmış olar və onu xeyrə çağıran səbəblər hasil olar. Bu səbəblərdən biri də ibadət edən abidləri müşahidə etməkdir.

    Öz evində yeməklər çox olduğu üçün oruc tutması çətin gələ bilər, başqa yerdə olması isə fərqlidir.

     Bu kimi hallarda şeytan insanı ibadətdən uzaqlaşdırmaq üçün əlləşib vuruşur və deyir ki, "əgər adətən etdiklərindən fərqli etsən riya etmiş olursan." Bu fikirlərə əhəmiyyət verməmək lazımdır, burada sadəcə öz nəfsindəki qəsdinə baxmalıdır və şeytanın vəsvəsəsinə önəm verməməlidir."  ("Muxtəsar Minhəcil-Qasidin")

    Xatırladaq ki, "Muxtəsar Minhəc əl-Qasidin" üç alimin əməyidir. Kitabın əsli Əbu Həmid əl-Ğazəli'nin (505) "İhyəul-Ulumid-Din" kitabıdır. Əbul-Fərac İbnul-Cəvzi (597) "Minhəcul-Qasidin" adı altında təhzib edib, qısaldıb və bəzi yerlərdə əlavələr edib. Əbul-Abbas İbn Qudəmə isə (689) "Minhəcul-Qasidin" kitabını ixtisar edib və kitab sonunda "Muxtəsar Minhəcil-Qasidin" adı ilə tanınıb. Bu kitabın içindəkilərin əl-Ğazəli, İbnul-Cəvzi və Əhməd bin Qudəmə'nin təsdiqindən keçmiş fikirlər olduğunu deyə bilərik.

Samir Firdovsioğlu

Read 4.322 times
In order to make a comment, please login or register