Cümə günü kərahət vaxtında namaz

Günün tam ortasında namaz qılmağın məkruhluğuna gəlincə, məzhəbimizin (Hənəfi məzhəbinin) görüşü, yuxarıda mətndə keçən hədisdən dolayı (haşiyə), bunun, mütləq olaraq qadağan olunduğu şəklindədir.

------------------------------------

(Haşiyə:

Uqbə b. Amir əl-Cuhəni (radiyallahu anh), belə demişdir:

"3 vaxt var ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu zamanlarda, namaz qılmağımızı və cənazələrimizi dəfn etməyi nəhy edirdi:

~ günəş doğmağa başladıqdan yüksəlincəyə qədər;

~ günəş göyün tam ortasında ikən, (qərbə) doğru batıncaya qədər;

~ günəş batmağa üz tutduqdan sonra batıncaya qədər."

Hədisi, Muslim ("Salatu'l-Musafirin", 293) rəvayət etmişdir.

-------------------------------------

Cümə gününün bundan müstəsna olduğuna dair rəvayətə gəlincə, bunu, imam Şafi, nəql etməkdədir. Şafi'nin,

İbrahim b. Muhamməd ---> İshaq b. Abdullah b. əbu Fərvə ---> Səid əl-Məqburi

isnadı ilə nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), günün tam ortasında, günəş qərb tərəfə doğru batmadıqca, cümə günü xaric, namaz qılmağı nəhy etdi." ("Müsnədü'ş-Şafi", s. 35)

İmam Şafi ilə bizim imamlarımızdan əbu Yusuf, bu görüşdədirlər.

Bu görüşə cavabımıza gəlincə, Cümə gününün müstəsna olduğu, səhih hədislərdə yer almamaqdadır. Bu mövzuda gələn bütün rəvayətlər, tamamilə zəifdir. Hafiz ibn Həcər, "əl-Təlxisu'l-Habir" adlı əsərində, zikr edilən hədisi rəvayət etdikdən sonra, belə deyir:

Şafi'nin rəvayət etdiyi hədisin isnadındakı İshaq və İbrahim, zəifdirlər. Hədisi, Beyhaqi,

əbu Xalid əl-Əhmər ---> Mədinəli bir mühəddis olan Abdullah ---> Səid isnadı ilə əbu Hureyrə (radiyallahu anh)'dan nəql etmişdir. (Beyhaqi, "Sünən", ll, 464)

Hədisi, əs-Əsrəm, mətruk (haşiyə) olan Vaqidi'nin yer aldığı bir isnadla rəvayət etmişdir. Bu hədisi, içində, mətruk olan Ata b. Aclan'ın yer aldığı bir başqa sənədlə, Beyhaqi rəvayət etmişdir.

İbn Həcər, sözünün bir az ilərisində, belə deyir:

"Bu mövzuda, Taberani'nin zəif bir sənədlə əbu Qatadə'dən nəql etdiyi bir rəvayət vardır."

---------------------------------

(Haşiyə:

Lüğətdə, "tərk edilmiş" mənasına gələn "mətruk" kəliməsi, hədis termini olaraq, "hədis uydurmamış olsa belə, günlük həyatında yalan söylədiyi bilinən ravinin, tək başına rəvayət etdiyi hədis" mənasında istifadə edilməkdə və zəif hədis növlərindən biri olaraq "mətruh" ilə eyni məna daşımaqdadır.

İlk dövrlərdən etibarən, mühəddislər, rəvayətləri tərk ediləcək dərəcədə zəif ravilər haqqında, "tərk" felindən meydana gələn, fərqli-fərqli ləfzlər istifadə etmişlərdir. Məsələn:

~ Muttəfəqun alə tərkihi: tərkində (tərk edilməsi gərəkdiyi xüsusunda) ittifaq vardır;

~ Mətruku'l-Hədis: Hədisi tərk edilmişdir;

~ Tərakuhu: Ondan rəvayəti tərk etdilər;

~ Turikə hədisuhu: Hədisi tərk edilmişdir;

~ Şəbihun bi'l-mətruk: Mətruk ravilərdən fərqi yoxdur;

kimi cərh xüsusiyyətli bu ləfzlər, ədalətində qüsur olan və ya zəbt cəhətindən qeyr-i kafi olan ravinin zəif olduğunu bildirmək məqsədilə istifadə edilməkdə; beləcə, həm özünün, həm də rəvayətlərinin tərk edilməsi gərəkdiyinə işarət edilməkdədir.

---------------------------------

Bizim görüşümüzə gəlincə:

Əbu Qatadə (radiyallahu anh) hədisini, əbu Davud,

Leys ---> Mücahid ---> əbu'l-Xəlil

isnadı ilə, əbu Qatadə (radiyallahu anh)'dan nəql etmişdir. (Haşiyə)

-------------------------

(Haşiyə:

Hədis, zəifdir. Əbu Davud, "Salat", 216. İmam əbu Davud, belə deyir:

"Hədis, mürsəldir. Mücahid, əbu'l-Xəlil'dən daha böyükdür. Əbu'l-Xəlil, əbu Qatadə'dən hədis eşitməmişdir.)

--------------------------

Bu rəvayətə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), cümə günü xaric, günün tam ortasında namaz qılmağı, məkruh görmüş və belə buyurmuşdur:

"Cəhənnəm, cümə günü xaric, bu vaxtda alovlandırılır."

əbu Davud, belə deyir:

Hədis, mürsəl (yəni, münqatı, qopuq)'dur. Mücahid, əbu'l-Xəlil'dən daha böyükdür. əbu'l-Xəlil, Qatadə (radiyallahu anh)'dan hədis eşitməmişdir.

"Təlxisu'l-Habir"də, belə deyilir:

"İsnadında, Leys b. əbu Suleym vardır. Bu, zəifdir."

~ əl-Əsrəm, belə deyir:

"Əhməd b. Hənbəl, Cabir əl-Cufi'yi, hədisin sihhəti cəhətindən, ona tərcih etmişdir." (İbn Həcər Asqalani, "Təlxisu'l-Habir", l, 80)

"Fəthu'l-Bari"də, belə deyilir:

Bu mövzuda, mərfu olaraq, əbu Qatadə (radiyallahu anh) hədisi vardır. Bu hədisə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), cümə günü xaric, günün tam ortasında namaz qılmağı, məkruh görmüşdür. Hədisin isnadında, qopuqluq vardır. Beyhaqi isə, bu hədisə, bəzi zəif şahidlər zikr etməkdədir. Bunlar da əlavə edildiyində, əbu Qatadə (radiyallahu anh) hədisi, güclənməkdədir.

~ Allamə Əli əl-Qari, belə deyir:

İbn Həcərin, hansı yoldan mərfu olduğunu bəyan etmədən, "Hədis, başqa yoldan mərfu olaraq gəlməsi səbəbilə, güclənmişdir." şəklindəki ifadəsi, bizcə qəbul edilə bilməz. (Əli əl-Qari, "əl-Mirqat", lll, 64)

"Raddu'l-Muhtar"da, bu açıqlama yer almaqdadır:

"əl-Hidayə"ni şərh edənlər, imam əbu Hənifə'nin görüşü yanında yer almışlar və zikri keçən (əbu Davud, Salat/216) hədisinə, günəşin tam təpədə olduğu vaxt (istiva vaxtında) namaz qılmağı qadağan edən (digər) hədislərlə cavab vermişlərdir. Bu hədislər, haramlıq hökmü ifadə etməkdədir.

"əl-Fəth" adlı əsərdə, buna, belə cavab verilmişdir:

(Bu əbu Davud hədisində) Mütləq (məkruh vaxtlarda namaz qılmağın ümumiliyi), muqayyədə (cümə gününün bundan xaric tutulmasına) (haşiyə) həml edilmişdir. Bunun zahiri, əbu Yusuf'un görüşünü tərcih etməyi gərəkdirir (əbu Yusuf da, cümə gününü, bundan istisna etmişdir.)

"əl-Bahr"da yer aldığı üzərə, "əl-Hilyə"də, müəllif, ona qatılmışdır. Lakin "Şərhu'l-Munyə" və "əl-İmdad" adlı əsərlərdə, bu görüş əsas alınmamışdır.

-------------------------------------

(Haşiyə:

• Mütləq və muqayyəd ləfzlər:

Mütləq ləfz: təklik, çoxluq və ya vəsf kimi şeylərə baxılmadan, vaz edildiyi/qoyulduğu mənaya dəlalət edən ləfzdir. Başqa bir şəkildə ifadə etsək, mütləq, yalnız mahiyyətə dəlalət edir. Məsələn, "qul azad etmək" (Bələd/13) ayətindəki "qul" ləfzi, belədir.

Mütləq ilə Amm ləfz arasında, belə bir fərq vardır:

~ Mütləq: təklik və ya çoxluq kimi hər hansı bir qeydə bağlı olmadan bir mahiyyət ifadə edir. "Qul, azad etmək" sözü, azad ediləcək qulun, mömin olub-olmamasını, bir və ya çox olmasını göstərməz. Sadəcə qul ismi verilə biləcək bir şəxsin azad edilməsini göstərir.

~ Amm isə: Say etibarı ilə bir mahiyyət ifadə edən ləfzdir. Məsələn, Qital (Muhamməd) surəsinin 4-cü ayətində:

"O küfr edənlərlə (müharibədə) qarşılaşdığınız vaxt, boyunlarını vurun."

buyurulmuşdur. Burdakı "boyunlar" ləfzi, amm olub bütün kafirlərə şamildir.

~ Muqayyəd'ə gəlincə: Bu, bir:

- vəsf;

- hal;

- məqsəd; və ya

- şərt

qeydinə bağlı olaraq mahiyyətə dəlalət edir. Başqa bir təbirlə, muqayyəd, sayları nəzərə almadan hər hansı bir qeydə bağlı olan ləfzdir. Məsələn:

"Mömin bir qul azad etmək..." (Nisa/92) ayətindəki qul, möminlik vəsfilə muqayyəddir.

- Şərtlə muqayyədə misal olaraq:

"...tapa bilməzsə, 3 gün oruc tutsun..." (Maidə/89) ayətindəki "3 gün oruc tutsun" sözü, qul azad etmək, 10 nəfəri geyindirmək və ya yedirmək imkanı olmama şərtilə muqayyəddir.

- Məqsəd ilə təqyidə misal:

"...sonra gecəyə qədər orucu tamamlayın..." (Bəqərə/187) ayətində, orucun tamamlanması "gecəyə qədər" qeydi ilə muqayyəddir. Buna görə, axşam olduqdan sonra, iftar etmədən ertəsi günkü oruca davam etmək, caiz deyildir.)

-------------------------------------

Digər tərəfdən, bu, üsul kitablarından bilindiyi üzərə, mütləqin müqəyyədə həml edildiyi yerlərdən deyildir.

Bir də, bunu əlavə edə bilərik:

İstiva vaxtı namaz qılmağı qadağan edən hədis, səhihdir. Bu hədisi, Muslim və başqaları rəvayət etmişlərdir.

~ Səhih olduğu;

~ Gərəyincə əməl etmə cəhətindən, imamların ittifaq etdiyi; və

~ Məna etibarı ilə qadağa gətirdiyi

üçün, bu (cümə günü də daxil, bütün günlərdə istiva vaxtında namaz qılınmayacağı hökmü), daha əvvəl gəlir. Bundan dolayı, alimlərimiz,

~ dəstəmaz aldıqdan sonra qılınan nafilə namazın;

~ tahiyyətu'l-məscid namazının;

~ 2 rükət tavaf namazının; və

bənzəri namazların, bu vaxtda qılına bilməyəcəyini söyləmişlərdir. Çünki, qayda olaraq qadağa hökmü gətirən hədis, sərbəstlik gətirən hədisdən daha əvvəl gəlir. (İbn Abidin, "Raddu'l-Muhtar", l, 385)

Əli əl-Qari, belə deyir:

"Elə başa düşülür ki, bu hədis, əbu Hənifə nəzərində, hətta müxalifləri nəzdində belə sabit deyildir. Çünki ibn Həcər, belə deməkdədir:

Hədisi, Şafi və başqaları rəvayət etmişlərdir. İsnadı haqqında isə, danışılmışdır. Ya da ki, hədis, sabitdir, lakin mütləq qadağa ifadə edən səhih hədislər qarşısında, dəlil gücü yoxdur. Bundan dolayı, o hədisləri təxsis edə bilməyəcəyi (yəni, cümə günü bundan istisna edilə bilməyəcəyi) kimi, məhdudiyyət də gətirə bilməz. ("əl-Mirqat", ll, 64)

Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də, günəşin tam təpədə olduğu vaxt (istiva vaxtında) namaz qılmağın qadağan olunduğunu bildirən hədisləri zikr etdikdən sonra, belə deyir:

Bu əlavə haqqında, Ömər (radiyallahu anh), belə deyir:

"Günün tam ortasında namaz qılmaq, qadağan edildi."

İbn Məsud (radiyallahu anh) isə,

"Bu vaxtda namaz qılmağımız qadağan edilirdi." demişdir.

əbu Səid əl-Məqburi isə, belə deyir:

"Mən, alimlərin, istiva zamanı namaz qılmaqdan çəkindikləri zamana yetişdim." (Əli əl-Qari, "əl-Mirqat", ll, 51)

Doğrunu ən yaxşı, uca Allah bilir...

(Təhanəvi, "İ'lau's-Sünən")

 

Read 48 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR