Cümə kimlərə fərz deyil?
2057. Tariq b. Şihab'ın nəqlinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Cümə namazı, hər müsəlman üzərinə, vacib bir haqqdır. Ancaq, 4 (kimsə) müstəsnadır:
1. Nökər;
2. Qadın;
3. Uşaq; və
4. Xəstə."
Bu hədisi, əbu Davud ("Sünən", "Kitabu's-Saləh", 213, hədis no: 1067) rəvayət etmiş və: "Tariq b. Şihab, Nəbi (sallallahu aleyhi və səlləm)'i görmüş; ancaq Ondan hədis eşitməmişdir." demişdir.
"Nasbu'r-Rayə"də (2/198), belə deyilir:
"Nəvəvi, 'əl-Xülasə'də, hədislə bağlı olaraq, belə deyir:
'Bu, hədisin sihhətinə təsir etməz. Çünki hədis, səhabə mürsəlidir. Səhabə mürsəli, hüccətdir. Bu hədis, Səhiheyn (Buxari və Muslim)'in şərtinə görə səhihdir."
Hədisi, Hakim, "əl-Müstədrək"ində (1/288), Tariq b. Şihab ---> əbu Musa (radiyallahu anh) isnadı ilə, mərfu olaraq nəql etmiş və: "Bu hədis, Buxari və Muslim'in şərtinə görə səhihdir." demişdir.
"Təlxisu'l-Habir"də, bu hədisin, əbu Davud və Hakim tərəfindən, hər 2 isnad yolu ilə bərabər nəql edildiyi bildirildikdən sonra, "Hədis, səhihdir." deyilmişdir. (ibn Həcər, "Təlxisu'l-Habir", 2/65)
Müəllif deyir:
Allamə Qadı Şəvkani (rahiməhullahu Taala), "Neylu'l-Əvtar"da, əbu Davud'un nəql etdiyi bu hədis haqqında danışarkən, belə deyir:
Xattabi belə dedi: "Bu hədisin isnadı, çox da qüvvətli deyildir. Tariq b. Şihab'ın, Nəbi (sallallahu aleyhi və səlləm) ilə qarşılaşması xaricində, Ondan bir şey eşitdiyi səhih deyildir."
İraqi belə dedi: "Tariq b. Şihab'ın səhabə olduğu sabit olduğu təqdirdə, bu hədis, səhihdir. Bu sabit olmadığı təqdirdə, hədis, ən nəhayətində, səhabə mürsəlidir və səhabə mürsəli də, mühəddislərin əksəriyyətinə görə, hüccətdir. Səhabə mürsəlinin hüccət olmasına, əbu İshaq əl-İsfərayini müxalif qalmışdır. Bəzi Hənəfi'lər, daha da iləri gedərək, səhabə mürsəlinin hüccət olduğu xüsusunda, icma olduğunu iddia etmişlərdir." (Şəvkani, "Neylu'l-Əvtar", lll, 103)
"Avnu'l-Mə'bud şərh-u Sünən-i əbi Davud"da, belə deyilir:
Beyhaqi, "əl-Mərifə"də, belə deyir:
"Məhfuz olan (yəni, Tariq b. Şihab'ın, arada əbu Musa olmadan rəvayəti), budur və xəbər, mürsəldir. Bu, ceyyid bir mürsəldir və onun, "Sünən" kitablarında zikr etdiyimiz şahidləri vardır. Bunların bəzilərində, xəstələrin; bəzilərində, səfərilərin cümə qılmaqla mükəlləf olmadıqlarından bəhs edilməkdədir." ("Avnu'l-Məbud", l, 413)
"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də, belə deyilir:
ibnu'l-Əsir, "Camiu'l-Usul"da, Tariq b. Şihab'ın, Nəbi (sallallahu aleyhi və səlləm)'dən hədis eşitdiyini açıqca bildirməkdə və belə deməkdədir:
"O, şazz olanları xaric, Nəbi (sallallahu aleyhi və səlləm)'dən hədis eşitməmişdir. Mizzi, 'Ətraf'ında, onun üçün bab açmış və bir neçə hədisinə yer vermişdir." (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 226)
Deyirəm:
(Bizə görə), bu hədis, hər 2 variantı ilə bərabər, səhihdir və istisna edilən kimsələrin, cümə namazı qılmaqla mükəlləf olmadıqlarına, açıq bir dəlildir.
Şeyx dedi:
İki gözü görməyən kimsələr də, xəstə sayılırlar. Çünki (bu), xəstəlik tərifi etibarı ilə, korluğa daxildir. Zəifliyin son həddinə çatmış yaşlılar da, -"Fəthu'l-Qadir"də bildirildiyi üzərə- xəstə sayılırlar. Bunların hamısının üzründəki ortaq cəhət, məşəqqətdir.
----------------------------
----------------------------
2058. Ummu Atiyyə (radiyallahu anha)'nın, belə dediyi nəql edilmişdir:
"Bizim, cənazələr ilə birlikdə (məzarlığa) getməyimiz, nəhy edildi. Cümə namazı da, üzərimizə (fərz) deyildir."
Hədisi, ibn Xuzeymə nəql etmişdir. "Təlxisu'l-Habir"də (l, 137) də, belədir.
Bu xəbər, cümə namazının qadınlara fərz olmadığına, açıq bir dəlildir.
-----------------------
-----------------------
2059. İmam əbu Hənifə'nin, Ğaylan və Eyyub b. Aiz ət-Tai ---> Muhamməd b. Ka'b əl-Qurazi isnadı ilə nəqlinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə demişdir:
"4 (qrup insan) vardır ki, bunlar üzərinə, cümə yoxdur:
1. Qadınlar;
2. Nökərlər;
3. Musəfir (səfərilər, yolçular);
4. Xəstələr."
Hədisi, imam Muhamməd, "Kitabu'l-Asar"ında (s. 35) nəql etmişdir. İsnadı, həsəndir. Lakin hədis, mürsəldir. İsnadda keçən Ğaylan'ın kim olduğunu isə, təsbit edə bilmədim.
Bu hədis də, qadın, nökər, səfəri və xəstəyə, cümə namazının fərz olmadığına açıq bir dəlildir.
əbu Hureyrə (radiyallahu anh)'ın nəql etdiyi bir xəbərə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"5 (qrup insan) vardır ki, onlar üzərinə cümə yoxdur:
1. Qadın;
2. Səfəri;
3. Nökər;
4. Uşaq; və
5. Əhlu'l-badiyə (çöldə yaşayanlar)."
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Əvsat"ında (l, 72) nəql etmişdir.
Hədisin isnadında, İbrahim b. Hammad vardır. Daraqutni, onun, zəif olduğunu söyləmişdir. "Məcmau'z-Zəvaid"də (2/170) də, belədir.
Bu xüsusda, əbu Dərda (radiyallahu anh)'dan nəql edilən, mərfu bir hədis də vardır:
"Cümə, qadın, uşaq, xəstə, nökər və səfəri xaric, hər kəs üzərinə vacib (fərz)'dir." ("Məcmau'z-Zəvaid", ll, 170; ibn Həcər, "Təlxisu'l-Habir", ll, 65)
Hədisi, Taberani, "əl-Kəbir"ində nəql etmişdir. İsnadında, Dirar mövcuddur. Dirar, tabiundan hədis nəql etmişdir. Zənn edirəm ki, o, Dirar b. Ömər əl-Məlati'dir və Dirar, zəifdir.
"Rahmətu'l-Ummə"də (s. 28), belə deyilir:
"Səfəriyə cümə namazının fərz olmadığında, ittifaq vardır. Zühri və Nəxai'dən, azanı eşitdiyi təqdirdə, səfəriyə cümənin fərz olduğuna dair bir görüş nəql edilmişdir."
"Fəthu'l-Bari"də, belə deyilir:
ibnu'l-Munzir dedi: "Bu görüş üzərində, elm əhli arasında, sanki ittifaq vardır. "Sanki" deməyimiz, Zühri'nin, buna müxalif olmasındandır."
(Təhanəvi, "İ'lau's-Sünən", "Üzərinə cümə fərz olmayan kimsələr babı")
