Cümə xütbəsi oxunarkən, namaz qılmaq və danışmaq məkruhdurmu?
522. ibn Ömər (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər hansı biriniz, məscidə girdiyində, imam minbərdədirsə, xütbəsini bitirincəyə qədər namaz qılmasın və danışmasın." (haşiyə)
---------------------------
(Haşiyə:
Hədis, zəifdir. Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lll, 41), ibn Amr'dan mərfu olaraq belə rəvayət etmişdir:
"Hər hansı biriniz, məscidə girdiyində, imam minbərdədirsə, xütbəsini bitirincəyə qədər namaz qılmasın və danışmasın."
Hədisin isnadında, Eyyub b. Nəhik mövcuddur. İbn əbu Hatim, "əl-Cərh və't-Tə'dil"də (l, 259) deyir:
"Atam, Eyyub b. Nəhik'in hədisinin zəif olduğunu deyərdi. Əbu Zura isə, belə deyirdi: 'Mən, Eyyub b. Nəhik'dən hədis rəvayət etmərəm, hədisini də bizə oxumadı. Sonra belə dedi: 'O, hədisi, münkər (zəif olan ravinin, məqbul olan raviyə, eyni şeyi istilzam edən bir müxalifətlə, müxalif olaraq etmiş olduğu rəvayət) olan bir ravidir."
"Məcmau'z-Zəvaid"də (ll, 184) belə deyilir:
"Eyyub b. Nəhik, mətrukdur. 'Kütübü Sittə' imamları, zəif olduğunu bildirmişlərdir."
Bundan dolayı, hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 327): "Eyyub b. Nəhik, hədisi zəif olan bir ravidir." demişdir.
Beyhaqi, "Sünən"ində (lll, 193), əbu Hureyrə'dən mərfu olaraq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "Cümə günü, imamın namaz üçün çıxması, danışmağa manedir." buyurduğunu nəql etmişdir.
Beyhaqi, belə deyir: "Bu hədisin mərfu olduğunu demək, çox böyük bir xətadır. Bu, Səid b. əl-Müsəyyəb və ya Zühri'nin sözüdür."
Zeylai, "Nasbu'r-Rayə"də (ll, 221), ona qatılmışdır.
------------------------------
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində rəvayət etmişdir. Hədisin isnadında, Eyyub b. Nəhik mövcuddur. Bu ravi, mətrukdur. "Kütüb-ü Sittə" imamları, onun zəif olduğunu bildirmişlərdir. İbn Hibban, "əs-Siqat"ında ona yer vermiş və xəta edən biri olduğunu bildirmişdir. (bax: "Məcmau'z-Zəvaid", l, 215)
Bizim qənaətimizə görə, ixtilaf, zərər verməz. Hədis, inşallah həsəndir. Bu hədisin, şahidləri vardır.
Bu hədisin zahiri, imam əbu Hənifə'nin görüşünü dəstəkləməkdədir. əbu Hənifə'yə görə, cümə günü, imam minbərə çıxdığında, xütbəsini bitirənə qədər, insanlar, namaz qıla və danışa bilməzlər. Çünki söhbət, təbii olaraq uzana bilər və bu cəhətdən (xütbə əsnasında qılınan) namaza bənzəyər. (Mərğinani, "əl-Hidayə", l, 151)
İmameyn'in (əbu Yusuf və imam Muhamməd'in) görüşü isə, belədir: İmam minbərə çıxdığında, xütbəyə başlamadan əvvəl və minbərdən düşüb təkbir almadan əvvəl danışmaqda, hər hansı bir beis yoxdur.
İmameyn'in ifadəsindəki "imamın çıxması" təbirindən məqsədin, "xütbə oxumaq üçün imam otağından çıxmasıdır." demişlərdir. Bu 2 görüş, "əl-Binayə"də (l, 100) zikr edilmişdir.
İmam əbu Hənifə'yə görə, imamın xütbəyə çıxma vaxtı məkruh olan, insanların sadəcə dünya kəlamı danışmalarıdır. Təsbih və bənzəri şeylərə gəlincə isə, məzhəbdə səhih olan görüşə görə, bu, məkruh deyildir.
Bədrəddin əl-Ayni, "əl-Binayə"də, belə deyir:
"Haşiyətu'l-Hidayə'də, bu görüş, fəxru'l-İslam'ın 'əl-Məbsut'una nisbət edilir. Bizə görə, imam, xütbəyə başladıqdan sonra, təsbih, zikr də daxil hər şey, məkruhdur. Sadəcə, susub xütbəni eşitmək lazımdır."
----------------------
523. Ata əl-Xorasani'nin, Nəbişə əl-Huzəli'dən nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Bir müsəlman, cümə günü qüsl alar, sonra heç kimə əziyyət etmədən məscidə yönələr, imam xütbə üçün çıxmamışdırsa, istədiyi qədər namaz qılar, imam minbərə çıxmışdırsa, oturar və imam cümə xütbəsini bitirənə qədər qulaq asarsa, bütün günahları, bu cüməsində bağışlanmasa da, bunu izləyən cümə üçün, kəffarət olar." (Əhməd b. Hənbəl, "Müsnəd", V, 75)
Hədisi, Əhməd b. Hənbəl rəvayət etmişdir. Raviləri, Əhməd b. Hənbəl'in siqa olan şeyxi xaric, Səhih'in raviləridir. ("Məcmau'z-Zəvaid", l, 210)
Yuxarıdakı rəvayət, imamın minbərə çıxmasından əvvəl və sonra şəklində ikili bir təqsimin bəhs mövzusu olduğunu göstərməkdədir. Namaz qılmaq və xütbəni dinləmək üçün oturmaq, imamın minbərə çıxıb-çıxmamasına bağlıdır. Bir şeyin təqsimi və hər bir qismin bir şeyə təxsis edilməsi, bunların xaricindəki şeylərin edilə bilməyəcəyini göstərir. Bu halda, imamın minbərə çıxması halında, namaz qılına bilməz. Eyni şəkildə, dinləmək də, minbərə çıxmasından əvvəl bəhs mövzusu deyildir. Bütün bunlar, əbu Hənifə'nin, "İmam minbərə çıxdıqdan sonra namaz qılmaq, məkruhdur." şəklindəki görüşünü təyid etməkdədir (dəstəkləməkdədir). Bil!
--------------------------
524. Salman əl-Farisi (radiyallahu anh)'ın rəvayət etdiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hər kim, cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (cümə namazına) gedər və camaatın başının üstündən keçmədən (bir tərəfə çəkilib Allahın) ona təqdir etdiyi qədər namaz qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin cümə ilə ötən cümə arasında olan (kiçik günahları) bağışlanar." (Buxari, Cümə kitabı, "Cümə günü saçların yağlanması babı", hədis no: 883)
Tahavi, yuxarıdakı Salman (radiyallahu anh) hədisi və bənzəri rəvayətləri zikr etdikdən sonra, belə deyir:
"Bu rəvayətlərdə də, imam danışarkən, onu dinləmək əmri vardır. Bu, imamın danışdığı məkanın, namaz qıldığı yer olmadığına dəlildir." (Tahavi, "Şərhu Məani'l-Asar", l, 369)
Tahavi'yə qarşı iləri sürülən fikrin cavabı, iləridə gələcəkdir.
"Məbsut"da, belə deyilmişdir:
"Cümə günü olduğunda, mələklər, məscidlərin qapılarına oturar və məscidə gələnləri, gəldikləri vaxta əsasən, bir-bir yazarlar."
Bu hədisin, mövzumuzla bağlı olan qismində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İmam minbərə çıxdığında, mələklər, əllərindəki səhifələri büküb, xütbəni dinləməyə başlayarlar." (Ayni, "əl-Bidayə", l, 1011)
Bu hədisi, Muslim, əbu Hureyrə (radiyallahu anh)'dan, bu ləfzlə rəvayət etmişdir:
"İmam minbərə çıxdığında, mələklər, xütbəni dinləməyə gələrlər." (Muslim, Cümə/10)
Muslim'in başqa bir rəvayəti isə, belədir:
"İmam minbərə oturduğunda, mələklər səhifələri bükər və xütbəni dinləməyə gələrlər." (Muslim, Cümə/24)
Bu rəvayətlərin hansı cəhətdən dəlil olduğuna gəlincə, bunu demək, mümkündür:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), mələklərin etdiklərini bəyan etmiş və açıqlamışdır. Burdan çıxan nəticə, dinləmək vaxtının, imamın minbərə çıxdığı vaxtdan etibarən başlamasıdır. Dolayısı ilə, rəvayətdəki "xuruc=çıxış" kəliməsindən məqsəd, "imamın minbərə çıxması" olur. Bu etibarla, bir başqa rəvayətdə yer alan "və'l-iməmu alə'l-minbəri = imam minbərdə ikən" şəklindəki ifadə ilə, bu rəvayət zidd düşməz. Bunu (incəliyi) bil! Çünki, imam əbu Hənifə (radiyallahu anh)'ın anlayış qabiliyyəti, kimsənin ağlının çata bilməyəcəyi qədər yüksəkdir.
-------------------------------
525. Abdullah (radiyallahu anh), belə demişdir:
"İmam minbərə çıxdığı vaxt, yanında olan şəxsə 'sus' deməyin, ləğv (boş söz, laqqırtı) olaraq bəs edər." (ibn əbi Şeybə, "əl-Musannəf", ll, 124; Taberani, "əl-Mu'cəmu'l-Kəbir", lX, 9543)
Hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"ində rəvayət etmişdir. Raviləri, "Umdətu'l-Qari şərh-u Sahih əl-Buxari"də ifadə edildiyi üzərə, siqadır.
Hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində, Abdullahdan rəvayət etmişdir. Taberani'nin rəvayəti, belədir:
"Cümə günü, imam minbərə çıxdığı vaxt, yanındakına 'sus' deməyin, ləğv olaraq bəs edər."
Hədisin raviləri, Səhih'in raviləridir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 216)
Bu hədis, xütbəyə çıxdıqdan sonra, danışmağın məkruhluğunu, açıq olaraq göstərməkdədir.
------------------------------
526. Abdullah b. Numeyr'in, Haccac b. Ərtat vasitəsilə Ata'dan nəqlinə görə,
"ibn Abbas və ibn Ömər, cümə günü, imam minbərə çıxdığında, namaz qılmağı və danışmağı, məkruh görürlərdi."
Hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"ində (l, 346) rəvayət etmişdir. Raviləri, siqadır.
Bu hədisin,
~ ibn Abbas (radiyallahu anh) yolu ilə olan rəvayətinin, müttəsil (bitişik);
~ ibn Ömər (radiyallahu anh) rəvayətinin isə, munqati (qopuq)'dur.
Çünki Ata, ibn Ömər (radiyallahu anh)'dan hədis eşitməmişdir. "Təhzibu't-Təhzib"də (Vll, 202) yer aldığı üzərə, Ata'nın mürsəlləri, zəifdir. (Bu hədisin digər bir qüsuru isə), Haccac b. Ərtat'ın, onu, "an fulən, an fulən / filan kimsədən, filan kimsədən" şəklində muanan (ənənəli; bir xəbərin və ya hədisin, ilk qaynağına çatana qədər, 'filandan, o da filandan' şəklində adlarla birlikdə nəql edilməsi) olaraq rəvayət etməsidir. (Haccac), müdəllisdir, onun tədlisi (haşiyə), hər kəscə rədd edilmişdir.
Lakin Tahavi'dəki rəvayətdə, Haccac, hədisi, şəxsən "bizə rəvayət etdi" ifadəsilə nəql etməkdədir. Haccac, hər nə qədər haqqında ixtilaf edilən ravi olsa da, Muslim, "Səhih"ində, müttəsil olaraq ondan rəvayət etməkdədir ("əl-Cəm bəynə'r-ricali's-Sahiheyn", s. 100). Beləcə, hədis, illətdən uzaq olur.
Bu hədis, imam minbərə çıxdıqdan sonra, həm danışmaq və həm də namaz qılmağın məkruh olduğunu göstərməkdədir ki, bu, əbu Hənifə'nin görüşüdür. Allah, ən doğru biləndir.
--------------------------------
(Haşiyə:
Müdəlləs: "İsnadında, ravinin düşmə hadisəsinin xafi/gizli olduğu rəvayət"dir. Yəni, ravinin, mulaqi (qarşılaşdığı) və müasiri olduğu kimsədən, özündən eşitməmiş olduğu bir hədisi, eşitmiş olduğu intibaını verəcək surətdə, "an fulən (filan kimsədən rəvayət etmişdir)" və ya "filan kimsə, belə demişdir" kimi bir siğa ilə rəvayət etməsidir. Bu, isnadda vaqe olan tədlis'dir.
Müdəllis: "tədlis edən şəxs" deməkdir.
Tədlis, bəzən də, ravinin şeyxində vaqe olur. Yəni, ravi, şeyxinin adını və ya kunyəsini və ya nəsəbini və ya sifətini, məruf olmayan şəkli ilə söyləyir.
Tədlisin qisimlərinin ən pisi, təsviyə edilməsidir ki, bu, ravi'nin, öz şeyxini isqat etməyərək (düşürtməyərək), ondan başqasını, yəni, şeyxinin və ya ondan daha yuxarıdakı bir şeyxi isqat etməsidir. Ravi, bunu, isqat etdiklərinin zəif və ya sağir (aşağı təbəqədə), öz şeyxinin isə, siqa olmasından dolayı edir və hədisi, həsən bir mərtəbəyə çatdırmaq üçün, rəvayəti, siqa olan ikinci bir ravidən eşitmə ehtimalı olan bir ləfzlə verir.)
----------------------------------
527. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Cümə günü, imamın:
~ minbərə çıxması, namaza;
~ xütbəsi isə, danışmağa
manedir." buyurmuşdur.
Hədisi, Beyhaqi, "Sünən"ində rəvayət etmişdir. Şeyx (Əşrəf Əli Təhanəvi) deyir: "Hədis, həsəndir." (Əzizi, ll, 227, 228). "əl-Camiu's-Sağir"də də, hədisin həsən olduğuna, rumuz ilə işarət edilmişdir.
Bu hədis, İmameyn'in görüşünü dəstəkləməklə birlikdə, əbu Hənifə'nin görüşü ilə də zidd düşməz. Çünki, əbu Hənifə'yə görə, imamın xütbəsi, təsbih, dünya kəlamı və başqa olmaq üzərə sair danışma növlərinə manedir. Bunlar, ancaq, imamın xütbəyə başlaması ilə kəsilir. Dünya kəlamı növündən olan sözləri isə, imamın minbərə çıxması əngəlləyir. Çünki, bundan əvvəl keçən rəvayətlərdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), danışmağı kəsib susmağı, imamın minbərə çıxmasına bağlamışdı. Burdan hərəkətlə,
~ daha əvvəl keçən rəvayətləri, dünya kəlamını kəsib susmaq şəklinə;
~ əbu Hureyrə'nin bu hədisilə bənzər hədisləri isə, zikr və bənzəri kəlamları kəsmə şəklinə
həml etdik. Beləcə, -Allaha həmd olsun- rəvayətlər, bir-birilə uzlaşmış; və ixtilaf ortadan qalxmış oldu.
Tahavi, "Məraqi'l-Fəlah" üzərinə yazdığı "Haşiyə"də, belə deyir:
"əl-İnayə və'n-Nihayə'dən nəqlən 'əl-Bahr'da, belə deyilmişdir:
Alimlər, xütbədən əvvəl danışmaq mövzusunda, əbu Hənifə'nin görüşündə ixtilaf etmişlərdir.
~ Bəziləri, belə demişlərdir:
'Məkruh olanı, dünya kəlamı növündən olan danışmaqdır. Təsbih və bənzərləri isə, belə deyildir.'
~ Bəziləri isə:
'Bu da, məkruhdur.' demişlərdir.
Ancaq, birincisi, daha səhihdir. Burdan yola çıxaraq, 'əl-Burhan'da, belə deyilir:
İmamın minbərə çıxması, danışmağa, yəni, əbu Hənifə'yə görə, dünya kəlamına mane olur. Beləcə, başa düşülür ki, ən səhih olan görüşə görə, dünya kəlamı olmayan şeylərin caizliyində, imamlarımız arasında, ixtilaf yoxdur. Rəvayətdə keçən 'kəlam' kəliməsi, 'dünya kəliməsi' şəklinə həml edilir. Buxari'nin bu rəvayəti də, bunu dəstəkləyir. Müaviyə (radiyallahu anh), qarşısında azan oxuyan müəzzinin sözlərini təkrarladı. Müəzzin azanı bitirincə isə, belə dedi:
'Ey insanlar! Mən, bu məclisdə, müəzzin azan oxuduğunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, məndən eşitdiklərinizi eşitdim." (Tahavi, "Haşiyə alə Məraqi'l-Fəlah", s. 301) (Buxari, Cümə/23)
Yuxarıdakı rəvayət, imam xütbə oxuyarkən namaz qılmağın məkruhluğunu, açıq olaraq göstərməkdədir.
Muslim'də və başqa kitablarda, Cabir (radiyallahu anh)'dan rəvayət edilən bu hədis, bu hökmlə zidd düşməkdədir:
Suleyk b. Ğatafani, cümə günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə oxuyarkən məscidə gəldi və oturdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Ey Suleyk! Qalx və 2 rükət namaz qıl. (Ancaq) Onları xəfif qıl!" deyə buyurdu.
Sonra, belə buyurdu:
"İçinizdən cümə günü imam xütbə oxuyarkən gələn olarsa, 2 rükət namaz qılsın və onları xəfif qılsın." (Muslim, Cümə/59)
İbnu'l-Arabi (əl-Maliki rahmətullahi aleyh)in dediyi, bu xüsusa cavab təşkil etməkdədir:
Suleyk'in bu qissəsi, Allah Taala'nın:
وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ
"Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun." (Əraf/204) əmri; və
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in (müttəfəqun aleyh olaraq rəvayət edilən):
"Cümə günü, imam xütbə oxuyarkən, yanındakına 'sus' dediyində, ləğv etmiş olarsan." (Buxari, Cümə/36) hədisilə zidd düşməkdədir.
İbnu'l-Arabi, belə deyir:
Çox qısa bir vaxt aparmasına baxmayaraq, insan, yanındakına, əmr-i bi'l-məruf və nehy-i əni'l-münkər olmaq üzərə "sus" belə deyə bilməyəcəyinə görə,
-(əmr-i bi'l-məruf və nehy-i əni'l-münkərin, sünnət; və tahiyyətu'l-məscid namazından daha yüksək dərəcədə olduğunu xatırlayaq)-
daha uzun vaxt aparan tahiyyətu'l-məscidi (əmr-i bi'l-mərufdan daha aşağı mərtəbədə olduğunu da, biz xatırladaq) əvləviyyətlə qıla bilməz!
Müxalif görüşü mənimsəyənlər, bir də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in minbərdə xütbə oxuyarkən insanların çiyinlərinə basaraq məscidə girən kimsəyə,
"Otur! Əziyyət edirsən." şəklindəki əmrinə də, zidd davranmış olurlar.
Bu hədisi, əbu Davud (Sünən, Salat/230; və Nəsai, Sünən, Cümə/ 20. Hədis, səhihdir.) ilə bərabər, ibn Xuzeymə və başqaları, Abdullah b. Bişr'dən rəvayət etmişlərdir.
Müctəhidlərimiz, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o şəxsə, tahiyyətu'l-məscid namazını qılmasını əmr etməyib olduğu yerə oturmasını əmr etməsini, öz görüşlərinə dəlil saymaqdadırlar. Taberani'nin, ibn Ömər (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İmam minbərdə ikən, məscidə girdiyinizdə, imam xütbəsini bitirincəyə qədər, namaz və danışmaq yoxdur." (Hədis, zəifdir. Hədisin isnadında, Eyyub b. Nəhik vardır.)
Ata'nın rəvayət etdiyi bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"İmamın minbərə çıxdığını gördüyündə isə, oturar və imam xütbəsini və danışmasını bitirənə qədər dinləyər." şəklindəki ifadəsinin, daha əvvəl keçdiyini bildirək.
Bir mövzuda haram qılan rəvayətlə, icazə verən rəvayət qarşı-qarşıya gəldiyində, haram qılan, daha əvvəl götürülür.
Hafiz ibn Həcər, ibnu'l-Arabi'nin yuxarıdakı sözünə, insanı tətmin etməyən bir cavab vermişdir. Qənaətimcə, ibnu'l-Arabi'nin sözünə hər hansı bir dəlillə qarşı çıxmaq, mümkün deyildir. "əl-Bahru'r-Raiq"də, belə bir ifadə yer alır:
əbu Hureyrə (radiyallahu anh)'ın, "Cümə günü, imam xütbə oxuyarkən yanında olan şəxsə 'sus' dediyin təqdirdə, ləğv etmiş olarsan." (Buxari, Cümə/36) şəklindəki rəvayətinin, nafilə namaz qılına bilməyəcəyi hökmünə dəlaləti, belədir:
Hədis, bəhsi keçən vaxtda:
~ əmr-i bi'l-məruf'un edilə bilməyəcəyini, ibarəsilə (yəni, ibarətu'n-nass);
~ nafilə namaz qılına bilməyəcəyini isə, dəlalətilə (dəlalətu'n-nass)
ifadə etməkdədir. Çünki əmr-i bi'l-məruf, sünnət və tahiyyətu'l-məscid namazlarından daha əvvəl gələn bir vəzifədir.
Şafi'yə görə isə, imam, xütbə oxuyarkən, tahiyyətu'l-məscid namazını qıla bilər. İmam Əhməd'in də görüşü, budur. İbnu'l-Munzir, belə deyir:
İmam xütbədə ikən, məscidə girən kimsə haqqında, alimlər ixtilaf etmişlərdir:
Həsən əl-Basri, "2 rükət namaz qılar." demiş;
~ Məkhul;
~ ibn Uyeynə;
~ Muğirə;
~ Şafi;
~ Əhməd;
~ İshaq;
~ əbu Sevr və
bir qrup mühəddis də, bu görüşü mənimsəmişlərdir.
Bizim məzhəbimizə görə isə, "Bu halda, oturar və namaz qılmaz."
İbnu'l-Munzir, belə deyir:
Bu son görüşü (yəni, namaz qılınmayacağı görüşü),
~ Ata;
~ Salih;
~ Urvə;
~ Qatadə; və
~ İbrahim ən-Nəxai
mənimsəmişlərdir.
İbn Battal (əl-Maliki, əl-Qurtubi), "Şərh-u ibn Battal alə Sahih əl-Buxari"də, belə deyir:
"İmam, xütbə oxuyarkən, insanın namaz qıla bilməyəcəyi hökmü, elm əhlindən çoxunun görüşüdür."
ibn əbi Şeybə;
~ Ömər;
~ Osman;
~ Əli; və
~ ibn Abbas (radiyallahu anhum)'un,
bu görüşdə olduqlarını deməkdədir. (Ayni, "əl-Binayə", l, 101)
Allah, ən doğru biləndir. Onun elmi, daha tam və daha möhkəmdir.
--------------------------------
528. ibn Şihab'ın nəqlinə görə, Sə'ləbə b. əbu Malik əl-Qurazi, deyir:
Ömər (radiyallahu anh) vaxtında, cümə günləri, O minbərə çıxanadək, namaz qılardıq. Ömər minbərə çıxıb oturduğunda və müəzzinlər azan oxumağa başladıqlarında, oturar, danışardıq. Müəzzinlər azanı bitirib Ömər (radiyallahu anh) xütbə oxumaq üzərə ayağa qalxınca, biz də susub dinləyərdik. İçimizdən heç kim, danışmazdı.
ibn Şihab, belə deyir:
"İmamın:
~ minbərə çıxması, namaz qılmağa;
~ xütbəsi də, danışmağa
əngəldir." (İmam Malik, Muvatta, "Cümə"/2)
Bu hədisi, imam Malik, "əl-Muvatta"sında rəvayət etmişdir.
Deyirəm:
Raviləri, "Səhih"in raviləridir. Hədisin isnadında keçən Sə'ləbə'nin səhabə olduğu, ixtilaflıdır:
~ Zəhəbi, onun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i gördüyünü deyir.
~ İcli isə, onun haqqında, "Siqa bir tabiun alimidir." deməkdədir.
~ ibn Hibban, "əs-Siqat"ında, ona yer verməkdədir.
~ ibn əbu Hatim, "əl-Mərasil"də, "Sə'ləbə, tabiundandır." demişdir. (ibn Həcər Asqalani, "Təhzibu't-Təhzib", XXl, 25).
--------------------------------
529. əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Cümə günü, imam xütbə oxuyarkən, yanında olana 'sus' dediyində, ləğv etmiş olarsan." (Buxari, "Cümə"/36)
Hədisi, hədis dünyasının ən böyük imamı, əbu Abdullah əl-Buxari rəvayət etmişdir. Tahavi, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümə günü imam xütbə oxuyarkən yanında olan şəxsə 'sus' deməyin ləğv (boş söz) olduğunu ifadə edən rəvayətlər, mütəvatirdir." (Tahavi, "Məani'l-Asar", l, 215)
---------------------------
530. ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Cümə günü, imam xütbə oxuyarkən danışan kimsə, kitab daşıyan eşşək kimidir. Ona 'sus' deyənin cüməsi yoxdur." (Əhməd b. Hənbəl, l, 230)
Hədisi, Əhməd b. Hənbəl qəbul edilə bilən (lə bə'sə bih) bir isnadla rəvayət etmişdir. (ibn Həcər, "Büluğu'l-Məram", l, 82)
Sə'ləbə'nin rəvayət etdiyi hədis (528), açıq olaraq, İmameyn'in görüşünü dəstəkləməkdədir. Bu rəvayət, əbu Hənifə cəhətindən, axirətə dair məsələləri danışdıqları şəklində başa düşülür. Necə ki, belə bir anda, səhabələrin halından başa düşülən, budur. Ya da, belə deyilə bilər:
Bir məsələdə haram qılan dəlillə, icazə verən dəlil zidd düşdüyündə, haram qılan, ilk əvvəl götürülür. İmam minbərə çıxdığında susmaq lazım gəldiyinə dair rəvayətlər, daha əvvəl keçmişdi. Digər 2 hədis (yəni, 529, 530), eyni mövzunu, açıqca hökmə bağlamaqdadır.
Allah, ən doğru biləndir...
-------------------------------
531. Bahr b. Nasr'ın, Abdullah b. Vehb ---> Müaviyə b. Salih ---> əbu'z-Zahiriyyə'dən nəqlinə görə, Abdullah b. Busr, belə deyir:
Mən, bir cümə günü, əbu'z-Zahiriyyə'nin yanında, məsciddə oturmuşdum. Mənə dedi:
Bir cümə günü, insanların çiyninə basa-basa, bir adam gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Otur! Gec gəlirsən və insanlara əziyyət edirsən." deyə buyurdu. (Haşiyə)
əbu'z-Zahiriyyə, belə deyir: "İmam minbərə çıxanadək, biz, danışardıq."
Hədisi, Tahavi (l, 115) və Nəsai (Sünən, Cümə/20) rəvayət etmişlərdir. Yuxarıdakı ləfz, Tahavi'yə aiddir.
Biz də, hədisin bütün ravilərinin siqa olduğu görüşündəyik. Hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 288) rəvayət etmiş və "Bu hədis, Muslim'in şərtinə görə səhihdir." demişdir. Zəhəbi də, ona qatılmış və: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), xütbə oxuyarkən..." şəklində bir əlavə etmişdir.
Daha əvvəl, hafiz ibn Həcər'in, ibn Xuzeymə ("Səhih", lll, 156) və başqalarının, bu hədisin "səhih" olduğunu bildirdikləri keçmişdi.
Bu hədis, bəhsi keçən hökmə, bu şəkildə dəlil olmaqdadır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), məscidə girən səhabəyə, tahiyyətu'l-məscid namazı qılmasını deyil, oturmasını əmr etmişdir.
Bu rəvayət, daha əvvəl keçən Süleyk qissəsinə zidd düşməkdədir. Buna görə -iləridə inşallah açıqlayacağımız üzərə- Süleyk qissəsi, şəxsən o raviyə xüsusi (bir tətbiqat)'dır deyə həml edilir.
----------------------
(Haşiyə:
Hədisi, ibn Hibban, "Səhih"ində (Vll, 29), həsən bir isnadla rəvayət etmişdir. Bununla bərabər, Əhməd b. Hənbəl (lV, 188, 190); əbu Davud ("Salat"/230) da rəvayət etmişlərdir.)
----------------------
532. Ravh b. əl-Fərəc'in, Abdullah b. Muhamməd əl-Fəhmi ---> ibn Lehia ---> ibn Hubeyrə ---> əbu Musab
isnadı ilə nəqlinə görə, Uqbə b. Amir, belə deyir:
"İmam minbərdə ikən namaz qılmaq, günahdır."
Hədisi, Tahavi, ("Şərh-u Məani'l-Asar", l, 370) rəvayət etmişdir. İsnadında, ibn Lehia mövcuddur. Ayni'nin ifadəsinə görə, Əhməd b. Hənbəl və ibn Vehb, onun siqa olduğunu bildirmişlərdir. Tirmizi, onun hədisinin, "həsən" olduğunu söyləmiş və bir çox müctəhid, onu, dəlil olaraq istifadə etmişdir. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 126)
Bu hədis, xütbə oxunarkən namaz qılmağın məkruh olduğunu açıqca göstərməkdədir. Bir səhabə, hər hansı bir xüsusda "bu günahdır" deyə, öz başından hökm verə bilməz. Bu halda, hədis, hökmən mərfudur. Bu hökmün, səhabənin öz tərəfindən verildiyini qəbul etsək belə, o səhabə, bunu, qiyasa söykənərək vermiş olacaqdır. Səhabənin ictihadı da, bizim (Hənəfi) məzhəbimizə görə, dəlil qəbul edilir. Bu hədisin raviləri haqqında, iləridə açıqlama gələcəkdir.
--------------------------------
533. ibn Ömər (radiyallahu anh), belə rəvayət edir:
Ömər (radiyallahu anh), cümə günü minbərdə ikən, ilk mühacirlərdən və Nəbi (sallallahu aleyhi və səlləm'in əshabından biri (Osman) gəldi. Ömər, Ona: "Bu, hansı saatdır?" deyə səsləndi.
- O adam (Osman): "Məşğul idim. Ailəmin yanına çatmadan, azanı eşitdim. Azanı eşidincə də, dəstəmaz almaqdan başqa bir şey etmədim." deyə cavab verdi.
- Ömər: "Dəstəmaz da, həmçinin?! Halbuki sən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qüsl almağı əmr etdiyini bilirsən." dedi. (Buxari, "Cümə"/2)
Bu hədis, (haqqında danışdığımız hökmə, yəni, imamın minbərdə olarkən namaz qılına bilməyəcəyinə dair hökmə), bu şəkildə dəlil olmaqdadır:
Osman (radiyallahu anh) qüslü tərk etmişdi (yəni, Ömərin etirazı, buna idi.) Buna müqabil olaraq, Ona, 2 rükət qılmasını əmr etdiyi nəql edilmədiyi kimi; Onun, bu namazı qıldığı da rəvayət edilməmişdir. (Ayni, "Umdətu'l-Qari", lll, 314)
Bu hadisə, səhabələrin hüzurunda meydana gəlmişdi. Rəvayət göstərir ki, tahiyyətu'l-məscid namazı, əhəmiyyət dərəcəsindən, qüsldan sonra gəlməkdədir. Bu etibarla, xütbə oxunarkən, susub dinləmək əmri, tahiyyətu'l-məscid namazı dolayısı ilə, tərk edilə bilməz. Əksinə, tahiyyətu'l-məscid qılmaq üçün, qüsl tərk edilməz.
---------------------------------
534. ibn əbu Davud'un, İsmail b. əl-Xəlil ---> Əli b. Mushir isnadı ilə nəqlinə görə, Hişam b. Urvə, belə deyir:
Bir cümə günü, Abdullah b. Zubeyr (radiyallahu anh) minbərdə xütbə oxuyarkən, Abdullah b. Saffan, məscidə girdi. Üzərində, izar, rida və ayaqlarında ayaqqabısı vardı. Başı, əmaməli/sarıqlı idi. Abdullah b. Saffan, Kəbə'nin rüknünü uzaqdan salamladı və sonra: "Allahın salamı və bərəkəti üzərinə olsun, ey möminlərin əmiri!" dedi. Ardından oturdu və namaz qılmadı. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 369)
Hədisi, Tahavi rəvayət etmişdir. Ayni, hədisin isnadının səhih olduğunu bildirmişdir. (Ayni, "Umdətu'l-Qari", lll, 316)
Bu hadisə, bir qrup səhabənin hüzurunda baş vermiş və içlərindən heç biri, tahiyyətu'l-məscid namazı qılmadı deyə, ibnu's-Saffan'a etiraz etməmişdi. Rəvayət, xütbə oxuyarkən tahiyyətu'l-məscid namazını qılmağın deyil, tərk etməyin sünnət olduğunu göstərməkdədir.
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
Burda, belə bir etiraz bəhs mövzusudur: Səhabələrin ibnu's-Saffan'a etiraz etməmələri, tahiyyətu'l-məscid namazını tərk etməyin haramlığını göstərməz. Əksinə, onun, vacib olmadığını göstərir. Bunu da, onların müxalifləri söyləməmişdir." ("Fəthu'l-Bari", ll, 241)
-------------------------
535. ibn Mərzuq'un, Vehb ---> Şu'bə ---> Təvbə əl-Anbəri
isnadı ilə nəqlinə görə, Şa'bi, belə demişdir:
"İmam minbərə çıxdığında, Həsənin gəlib namaz qıldığını gördünmü? Bunu, görəsən, kimdən götürüb? Mən, Şureyh'i gördüm. İmam minbərə çıxdığında, məscidə gəldi və namaz qılmadı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 369)
Bu hədisi, Tahavi rəvayət etmişdir. Ravilərinin hamısı, siqadır. Ayni, isnadının səhih olduğunu bildirmişdir. (Ayni, "Umdətu'l-Qari", lll, 316)
--------------------------
536. ibn əbu Davud'un, əbu Salih ---> Leys ---> Uqayl'dan
nəqlinə görə, ibn Şihab, cümə günü, imam xütbə verərkən məscidə girən şəxs haqqında, "Oturar, təsbih etməz." yəni, namaz qılmaz, demişdir.
Hədisi, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 369) rəvayət etmişdir. Ayni, isnadının səhih olduğunu bildirmişdir. ("Umdətu'l-Qari", lll, 316)
---------------------------
537. İbrahim b. Mərzuq'un, əbu Asim ---> Süfyan ---> Leys
isnadı ilə nəqlinə görə, "Mücahid, imam xütbə oxuyarkən namaz qılmağı, məkruh görmüşdür." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 370)
Hədisi, Tahavi rəvayət etmişdir. Ayni, isnadının səhih olduğunu bildirmişdir.
-----------------------------
538. Əhməd b. Həsən'in, Əli b. əl-As ---> Xalid əl-Hazzə
isnadı ilə nəqlinə görə, "Bir cümə günü, imam xütbə oxuyarkən, əbu Qilabə məscidə gəldi, namaz qılmayıb oturdu."
Hədisi, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 369) rəvayət etmişdir. Ayni, isnadının səhih olduğunu bildirmişdir.
Şabi, böyük bir tabiun alimidir. (535 no-lu rəvayətdə) İmam, minbərə çıxdıqdan sonra, o, Həsən əl-Basri'nin namaza durmasına, "Bunu, kimdən götürüb?" deyərək, ifrat etiraz göstərməmişdir. Bu, bəhsi keçən tətbiqatın, hər hansı bir səhabədən nəql edilmək surətilə öz nəzdində sabit olmadığını göstərməkdə və buna, Şureyh'in felini dəlil olaraq göstərməkdədir. Çünki Şureyh, öndə gələn tabiun alimlərinin böyüklərindəndir.
Nəticə olaraq başa düşülmüş olur ki, imamın minbərə çıxmasından sonra namaza durmaq feli (tətbiqatı), tərk edilmiş və etiraz edilən bir fel olmuşdur.
Bu tətbiqat, bizim müctəhidlərimizin məzhəbidir. Digər hədislər də, eyni şəkildə, çox açıq olaraq bunu göstərməkdədir.
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, deyir:
"Aralarında Qurtubi'nin də yer aldığı bir qrup alim, bu görüşdədirlər:
Bu mövzuda, Maliki'lərin istinad etdiyi ən qüvvətli dəlil, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən imam Malik dövrünə qədər, sələfdən xələfə, Mədinəlilərin, xütbə oxunarkən, mütləq olaraq nafilə namaz qılınmayacağı yolundakı tətbiqatlarıdır."
ibn Həcər, belə davam edir:
"Bu görüş, Mədinəlilərin bəhsi keçən hökmdə ittifaq etmədikləri etirazı ilə, tənqidə uğramışdır.
~ Mədinəli səhabə fəqihlərindən əbu Səid əl-Xudri (radiyallahu anh)'ın, tahiyyətu'l-məscid namazı qıldığı, sabitdir. Yenə,
~ Mədinə xalqından əbu Səid'in dostları, onun bu tətbiqatını davam etdirmişlərdir.
Tirmizi və ibn Xuzeymə'nin "Səhihdir." dəyərləndirməsilə birlikdə, İyad b. əbi Sərh'dən nəqllərinə görə, əbu Səid əl-Xudri (radiyallahu anh), Mərvan xütbə oxuyarkən məscidə girmiş; 2 rükət namaz qılmış; Mərvan'ın mühafizəçiləri, Onun namaz qılmasını əngəlləmək istəmiş; ancaq əbu Səid, buna qulaq asmamış; və 2 rükəti qılıb belə demişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu namazı əmr etdiyini eşitdikdən sonra, tərk edəcək deyiləm." (Tirmizi, "Cümə"/15. Hədis, səhihdir.)
Bununla bərabər, heç bir səhabənin, buna müxalif açıq bir ifadəsi də, sabit deyildir.
Bizim qənaətimizə görə, bu rəvayətlərlə, Maliki'lərə cavab verilmiş sayılmaz. Çünki onlar, "Bu məsələdə ittifaq vardır." deyərkən, istilah (termin) mənasında icma olduğunu iddia etmirlər. Maliki'lər, xütbə oxunarkən namaz qılmağın haram olduğunu demirlər ki, əbu Səid'in feli (tətbiqatı) ilə, bu iddiaları çürüdülmüş olsun! Tam əksinə, onların:
~ ittifaqdan məqsədləri, səhabənin əksəriyyətinin, bu tətbiqatda ittifaq etdikləri; və
~ namazın qılına bilməyəcəyindən məqsədləri isə, məkruh olduğudur.
Dolayısı ilə, bəzi səhabələrin müxalif olması, onların bu iddialarına zərər verməz.
Fiqh üsulunda sabit olduğu üzərə, bir mövzuda qadağa gətirən dəlillə, icazə verən dəlil bir-birilə zidd düşdüyündə, qadağa gətirən, daha əvvəl götürülür. Xüsusilə, qadağa gətirən dəlil, əksəriyyətin tətbiqatına uyğun olduğu üçün, tərcihə daha uyğundur və icazə verəndən daha güclü olduğunda, bu, çox açıqdır. Burda hal, eynilə belədir. Çünki, Mədinəlilərin əksəriyyətinin tətbiqatı, sələfdən xələfə -əbu Səidin tətbiqatının əksinə- xütbə oxunarkən, mütləq olaraq nafilə namaz qılmamaq şəklindədir. Bu qədəri, qılınacaq olan namazın məkruhluğunu isbat üçün, kifayət edər.
Bununla bərabər, "Səhabədən, buna müxalif açıq bir ifadə sabit deyildir." ifadəsinə gələcək olarsaq,
~ Ata'nın, ibn Abbas (radiyallahu anh) və ibn Ömər (radiyallahu anh)'ın, cümə günü imam minbərə çıxdıqdan sonra, danışmağı və namaz qılmağı məkruh gördükləri yolundakı rəvayəti, bunu rədd etməkdədir.
Bu mövzudakı müxalif olan bir başqa dəlil,
~ əbu Hureyrə (radiyallahu anh)'dan nəql etdiyimiz, bu hədisdir:
"Cümə günü, imamın minbərə çıxması, namaza; xütbəsi isə, danışmağa manedir."
Bu hədisin isnadı da, həsəndir.
Bir başqa dəlil,
~ Uqbə b. Amir (radiyallahu anh)'dan nəql etdiyimiz,
"İmam minbərdə ikən namaz qılmaq, günahdır." şəklindəki hədisdir.
Bədrəddin əl-Ayni, belə deyir:
"Bunu iddia edən şəxs, 'Səhabənin heç birindən buna müxalif bir şey sabit olmamışdır.' necə deyə bilər?! Bundan daha böyük bir müxalifət ola bilərmi?! Səhabə, imam minbərdə ikən namaz qılmağı, günah olaraq vəsf etmirmi?! Tirmizi'ni şərh edən, necə olur ki, 'Tahiyyətu'l-məscid namazının qılınmayacağını açıqca söyləyən kimsə yoxdur.' deyə bilir?! Uqbə'nin bu ifadəsindən daha güclü bir açıqlama ola bilərmi?! Çünki O, bu namazın qılınmasını, günah olaraq vəsf etməkdədir. 'Masiyyət/günah' deyərək günah sayması da bir tərəfə, 'Məkruhdur.' və ya 'Etməzdi.' desəydi belə, açıq bir əngəlləmə olardı. Bir günahı işləmək, haramdır. Uqbə'nin bu felə 'masiyyət' deməsi, xütbə sırasında qılınacaq namazın, xütbəni dinləmək əmrinə xələl gətirməsindən dolayıdır. Bu halda, insan, tahiyyətu'l-məscid namazı qılaraq, əmri tərk etmiş olacaqdır. Əmri tərk edən kimsəyə, 'asi/üsyankar'; etdiyi felə də, 'masiyyət' deyilir. Əslinə baxılarsa, bu vəsf, bir az mübaliğəlidir."
'Uqbə'yə aid rəvayətin isnadında, Abdullah b. Lehia mövcuddur.' deyiləcək olarsa, buna, belə cavab verərik:
Abdullah b. Lehia varsa, nə olacaq?! Əhməd b. Hənbəl, onun üçün, 'Misirdə, ibn Lehia kimi çox hədis rəvayət edən, zəbti sağlam və istedadlı daha başqa kimsə vardırmı?' deyir və ondan da, çox hədis rəvayət edir.
Burda, bunu da əlavə edək ki: Heysəmi, "Məcmau'z-Zəvaid"də (l, 80), Sabit əl-Vəlid b. Abdullah b. Cəmi'nin siqa olduğunu bildirdikdən sonra, belə deyir:
"Əhməd b. Hənbəl, ondan rəvayət etmişdir. Şeyxləri, siqadır."
Bu, Əhməd b. Hənbəl'in şeyxlərinin hamısının siqa olduğunu göstərməkdədir.
Ayni, bunu da nəql edir:
ibn Vehb, "Sözündə doğru, yaxşı bir insan olan Abdullah b. Lehia bunu mənə rəvayət etdi..." deməkdədir.
Qənaətimizcə, etiraz edənin, sadəcə ibn Lehia'nı iləri sürərək etiraz etməsi və digər ravilər haqqında bir şey söyləməməsi, onların hamısının siqa olduğunu göstərməkdədir.
Abdullahların içərisində, əl-Fəhmi deyə ləqəbi olan kimsə görmədim. Sonra, "Kəşfu'l-Əstar ən ricali Məani'l-Asar" adlı əsərdə (Hindistan nəşri, s. 58), onun bioqrafiyasını oxuyarkən, adının, Abdullah b. Muhamməd b. İshaq b. Ubeyd b. Suveyd əl-Fəhmi əl-Misri olduğunu və "əl-Baytari" deyə tanındığını gördüm. Əhməd b. Hənbəl, onun üçün, siqa və salih (rəvayətləri dəlil üçün əlverişli) demişdir. İbn Hibban, "əs-Siqat"ında, ona da yer vermişdir.
İsnadındakı əbu Mus'ab, Dulabi'nin "Kitabi'l-Kunə" adlı əsərində (ll, 115) Məşrah b. Haan olaraq zikr edilməkdədir. Bu əbu Mus'ab, Uqbə b. Amir'dən hədis götürmüşdür. Dulabi, onun haqqında, nə cərh və nə də tə'dil'dən bəhs etməmişdir. "Təhzib"də, belə deyilir:
"İbn Main, onun, siqa olduğunu bildirir. İbn Adiy isə, onun, 'lə bə'sə bih / onda bir beis yoxdur.' olduğunu ümid edirəm.' demişdir." (Zəhəbi, "Təhzibu't-Təhzib", X, 155).
Qalan ravilərin hamısı, siqadır.
Suleyk qissəsinin cavabı
Süleyk qissəsinə, bir neçə cəhətdən cavab vermək, mümkündür. Bizcə, bunun ən güclüsü:
~ bəhsi keçən hadisənin, xütbə oxunarkən hər cür felin mübah olduğu zamanlarda gerçəkləşdiyinə həml edilməsidir. Necə ki, Nəsai'nin səhih bir sənədlə və siqa ravilərlə, əbu Səid əl-Xudri (radiyallahu anh)'dan nəql etdiyi bu hədisə, bunu dəstəkləməkdədir:
"Bir cümə günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm), xütbə oxuyarkən, üst-başı köhnə bir nəfər gəldi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona dönərək, 'Namaz qıldınmı?' deyə soruşdu. Adam, 'Xeyr.' deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), '2 rükət namaz qıl.' deyə buyurdu. Ardından, insanları, sədəqə verməyə təşviq etdi. Orda olanlar, üstlərindəki paltarları çıxarıb, sədəqə olaraq verdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunların içindən 2 paltar seçərək, o adama verdi. Ertəsi həftə, cümə günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm), xütbədə ikən, bu şəxs yenə gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanları sədəqə verməyə təşviq etdi. Bunun üzərinə, o şəxs, 2 paltarından birini çıxarıb verdi." (Nəsai, Sünən, Cümə/26; ibn Xuzeymə, Səhih, lll, 150)
Ayni, belə deyir:
"Tahavi'nin, 'Suleyk hadisəsi, xütbə əsnasında başqa şeylərlə məşğul olmağın hələ mübah olduğu vaxtlarda meydana gəlmişdi.' deməsi, bundan dolayıdır:
Diqqət edilərsə, əbu Səid əl-Xudri (radiyallahu anh) hədisində, 'İnsanlar, üstlərindəki paltarları çıxarıb sədəqə olaraq verdilər.' deyilməkdədir. Bilindiyi kimi, bir kimsənin, imam xütbədə olarkən paltarını çıxarması, bütün müsəlmanlara görə, məkruhdur. Məscid zəminindəki çınqıl daşları ilə oynanması; insanın yanında oturana 'sus' deməsi, bu səbəblə məkruh fellərdən olmalıdır. Bütün bu rəvayətlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Suleyk'ə namaz qılmasını əmr etməsinin; camaatı sədəqə verməyə təşviq etməsinin; xütbə əsnasında başqa şeylərlə məşğul olmağın, hələ mübah olduğu vaxtlarda olduğunu göstərməkdədir." (Ayni, "Umdətu'l-Qari", lll, 315)
Bizcə, eyni hadisə münasibətilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,
"İçinizdən cümə günü xütbə oxuyarkən gələn olarsa, dərhal 2 rükət namaz qılsın və onları xəfif qılsın." (Muslim, Cümə/59) şəklindəki hədisi də, belədir.
Burda, "Suleyk'in müsəlman olması, çox sonralardır. Namazda danışmağın haramlığı, ondan çox əvvəllər idi." deyilə bilməz. Çünki biz, xütbə oxunarkən namaz qılmağın məkruhluğunu, namazda danışmağın haramlığı hökmündən çıxarmırıq. Əksinə, bunu, xütbə oxunarkən, insanın çınqıl daşlarla oynamasının; yanında olana 'sus' deməsi kimi fellərin məkruhluğu üzərinə bina edirik. Namazda danışmağın haramlığı, çınqıl daşlarla oynamağın və 'sus' deməyin məkruh olmasını gərəkdirməz. Nəticə olaraq, bu hökm, zaman etibarı ilə, Suleyk qissəsindən çox sonradır. Hətta, tətbiqat cəhətindən tək seçim olaraq qalan hökm də, budur. Çünki, görüldüyü üzərə, Suleyk qissəsində, xütbə oxunarkən -bir kimsənin paltarını çıxarıb birinə verməsi kimi- alimlərin ittifaqı ilə caiz olmayan birdən çox fel işlənmiş olmaqdadır.
Digər tərəfdən, "İçinizdən cümə günü imam xütbə oxuyarkən gələn olsa..." ifadəsinin mənası, "İmam, xütbə oxumaq istəyərkən məscidə gələn olarsa, imam, xütbəyə başlamadan əvvəl 2 rükət namaz qılsın və bunları, xəfif qılsın." şəklində ola bilər.
Bu mənanı, Muslim'in, əbu'z-Zubeyr vasitəsilə Cabir (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət, dəstəkləməkdədir:
Bir cümə günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm), minbərdə oturarkən, Suleyk əl-Ğatafani gəldi. Suleyk, namaz qılmadan əvvəl, oturdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "2 rükət namaz qıldınmı?" deyə soruşdu. Suleyk, "Xeyr." deyə cavab verincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Qalx və 2 rükəti qıl." deyə əmr etdi. (Muslim, Cümə/59)
Bir başqa rəvayətdə, bu əlavə vardır:
"İçinizdən cümə günü imam xütbə oxuyarkən gələn olarsa, 2 rükət namaz qılsın və onları, xəfif qılsın." (Muslim, Cümə/59)
Belə başa düşülür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Suleyk'ə 2 rükət namaz qılmasını əmr etməsi və "İçinizdən cümə günü imam xütbə oxuyarkən gələn olarsa..." şəklindəki əmri, hələ xütbəyə başlanmadan minbərdə oturulduğu əsnada verilmişdir. Belə başa düşülür ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Suleyk (radiyallahu anh) namazını qıla bilsin deyə xütbəni oxumamış və namazını bitirincəyə qədər gözləmiş, sonra xütbəsinə başlamışdır. Daraqutni'nin "Sünən"ində,
Ubeyd b. Muhamməd əl-Abdi ---> Mutəmir ---> atası ---> Qatadə
isnadı ilə Ənəs (radiyallahu anh)'dan rəvayət etdiyi bu nəql, bu görüşü təyid etməkdədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə oxuyarkən (yəni, xütbə oxumağa hazırlaşdığında, çünki, Cabir hədisində, Peyğəmbər minbərdə oturarkən deyilməkdədir.) bir nəfər məscidə daxil oldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona, 'Qalx, 2 rükət namaz qıl.' buyurdu və o şəxs, namazını bitirincəyə qədər, xütbəsini oxumadı." (Daraqutni, "Sünən", ll, 15)
Daraqutni, hədisi rəvayət etdikdən sonra, belə deyir:
"Ubeyd b. Muhamməd, hədisi, mərfu olaraq rəvayət etmiş, ancaq yanılmışdır."
Daraqutni, daha sonra, bu hədisi, Əhməd b. Hənbəl'dən, Mutəmir və atası isnadı ilə, belə rəvayət etmişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), xütbə oxumağa başladığı vaxt, bir nəfər, məscidə daxil oldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm), ondan: 'Ey filankəs! Namazı qıldınmı?' deyə soruşdu. Adam: 'Xeyr!' deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Qalx!' buyurdu. Sonra adam namazını bitirinə qədər, gözlədi."
Daraqutni, deyir:
"Mürsəl olan bu rəvayət, doğru olanıdır."
Bizim məzhəbimizə (Hənəfi məzhəbinə) görə, mürsəl hədislər, dəlil qəbul edilir. Bu hədisi, ibn əbi Şeybə'nin bu rəvayəti təyid etməkdədir:
Huşeym'in, əbu Mə'şər vasitəsilə Muhamməd b. Qays'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), məscidə gələn o şəxsə, 2 rükət namaz qılmasını əmr etdiyi üçün, namazını bitirincəyə qədər xütbəsinə başlamamış; sonra oxumağa davam etmişdir. (ibn əbi Şeybə, "əl-Musannəf", ll, 110)
Bu hədisin ravilərinin siqa olduqlarını qeyd edək.
əbu Mə'şər'in adı Nuceyh olub, haqqında kəlam edilmişdir. əbu Hatim, onun üçün, "Əhməd b. Hənbəl, ondan razı idi və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in döyüşlərini, yaxşı bildiyini söyləyərdi." demişdir.
əbu Hatim, belə davam edir:
Mən, Əhməd b. Hənbəl'in bir nəfər vasitəsilə ondan rəvayət etdiyini görüncəyə qədər, onun hədisindən çəkinirdim. Bundan sonra, onun haqqında daha rahat oldum. Əhməd b. Hənbəl'ə, "əbu Mə'şər, siqadırmı?" deyə soruşulduğunda, "Saleh bir şəxsdir, hədisi leyyindir. Doğrular arasına qoyula bilən biridir." demişdir.
əbu Zura əd-Diməşqi isə, belə deyir:
"əbu Mə'şər, zəkalı və hafiz idi." (Zəhəbi, "ət-Təhzib", X, 42 -mücməl olaraq-)
Yaqub b. Süfyan və əbu Davud, onun üçün, "Siqadır." demişlərdir. İbn Hibban, "əs-Siqat"ında ona yer vermişdir. (Zəhəbi, "Təhzib", l, 414)
Suleyk (radiyallahu anh)'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə oxuyarkən gəldiyini nəql edən bütün rəvayətlər, bizim məzhəbimizə görə, məcaza həml edilir. Dəlilimiz, Muslim'in,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərdə oturarkən Suleyk gəldi." (Muslim, Cümə/58) şəklindəki rəvayətidir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "İmam xütbə oxuyarkən biriniz məscidə gəldiyində, 2 rükət namaz qılsın." şəklindəki ifadəsinin mənası isə, "İmam xütbə oxumaq istədiyində, hələ sözünə başlamadan əvvəl biriniz məscidə gəldiyinizdə" şəklindədir. Bunun dəlili də, zikr etdiyimiz rəvayətdir.
Əgər, "Bu, ifadəni zahirindən çevirməkdir." deyiləcək olsa, buna, belə cavab verərik:
Belə istifadələr, qarşılıqlı söhbətlərdə yayğındır. Bunun bənzəri, əbu Davud və ibn Hibban'da yer alan əbu Bəkr (radiyallahu anh)'ın bu rəvayətidir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), sabah namazına girdi, təkbir aldı. Sonra, camaata, 'yerinizdə qalın' deyə işarət etdi." (əbu Davud, Təharə/93; ibn Hibban, Səhih, Vl, 5. Hədis, səhihdir.)
Digər tərəfdən, Muslim'in, Yunus vasitəsilə Zühri'dən nəqlinə görə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), təkbir almadan əvvəl, camaata, 'yerinizdə qalın' deyə işarət etmiş və dönüb getmişdir."
Bu hədis, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namaza başlamadan əvvəl dönüb getdiyini göstərməkdədir. Dolayısı ilə, bir əvvəlkinə zidd düşməkdədir. Hafiz ibn Həcər, belə deyir:
"Bu 2 rəvayəti, birinci rəvayətdəki 'təkbir aldı' felini, 'təkbir almaq istədiyində' şəklində təvil etmək surətilə uzlaşdırmaq, mümkündür."
Eyni şəkildə, imam, xütbədə ikən, tahiyyətu'l-məscid namazının qılına bilməyəcəyi və danışıla bilməyəcəyinə dair hədislər, "İmam, xütbə oxuyarkən biriniz gəldiyinizdə" hədisilə zidd düşüncə, daha əvvəl keçdiyi üzərə, onu, məcaza həml etdik.
Üstəlik, bu sözü zahiri mənasından çıxarmaq, kim olursa olsun, qaçılmaz bir haldır.
Şafii'lər də, bu ifadənin ümumiliyini, xütbənin sonunda içəri girən kimsə hədisilə təxsis etmiş və belə demişlərdir:
Mənası, "İmam xütbə oxuyarkən, yəni, xütbənin başında və ya ortasında olduğunda, biriniz məscidə gələrsə" şəklindədir. Buna müqabil olaraq, bir kimsə, xütbənin sonunda gəldiyində, namaz qıla bilməz. Bu halda, tahiyyətu'l-məscid namazını tərk edər.
Hafiz ibn Həcər, belə deyir:
"Deyildi ki: Bu bölmədəki hədisin ümumiliyi, daha əvvəl keçdiyi üzərə xütbənin sonuna doğru gələn kimsə rəvayətilə təxsis edilmişdir. Şafi, belə deyir:
Qənaətimizə görə, imam, məscidə gələn kimsəyə, 2 rükət namaz qılmasını əmr edə bilər və namaza başlamadan əvvəl, o şəxsin, bəhsi keçən 2 rükəti tamamlamasına imkan verəcək qədər bir müddət, xütbəsini uzada bilər. Bunu etməyəcəksə, məkruh görürəm."
Deyirəm: Məscidə gələn kimsələrə tahiyyətu'l-məscid namazı qılmaları imkanını vermək məqsədilə imamın xütbəsini uzatması, sünnətə uyğun deyildir. Çünki imam, -yeri gəldiyində açıqlayacağımız üzərə- xütbəni qısa tutmaqla mükəlləfdir. Digər yandan, bu tətbiqat, bəlkə də, xütbəni daha da uzatmağa yol aça bilər. Çünki xütbənin sonuna qədər ard-arda məscidə gələnlər olur. Bu tətbiqat, eyni zamanda, imamla camaatın mövqeyini tərsinə çevirir. Çünki, (belə olduğu halda), imam, tabe olan; camaat da, tabe olunan mövqeyinə gəlir.
Hafiz ibn Həcər, belə deyir:
Nəvəvi'nin, təhqiq əhli alimlərdən nəqlinə görə, tərcihə uyğun olan görüş, budur:
Bunu etməzsə, imam xütbəsini bitirib fərzə durana qədər ayaqda gözləməli, tahiyyətu'l-məscid və ya nafilə namaz qılmadan oturub sonra namaza başlamış hala düşməməlidir.
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
Deyildi ki: Bu hal, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xütbə oxumağa başlamasından əvvəl olmuşdu. Muslim'dəki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), minbərdə oturarkən..." şəklində Leys rəvayəti, bunu göstərməkdədir. (Muslim, Cümə/57)
Buna, belə cavab verilmişdir:
"Minbərdə oturmaq, xütbənin başına məxsus deyildir. Əksinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in 2 xütbə arasında oturmuş olması da, möhtəməldir." ("Fəthu'l-Bari", ll, 339)
Deyirəm:
Xəbərdə ehtimal bəhs mövzusu olduğu üçün, Şafi və Ona tabe olanların bu hədisə istinad edərək xütbə əsnasında tahiyyətu'l-məscid namazı qılmağın caizliyinə dair hökm çıxarmaları, batildir. Üstəlik, bizim zikr etdiyimiz ehtimal, onların zikr etdiklərindən daha əvladır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Suleyk (radiyallahu anh)'ı gözləmiş, 2 rükət namazını bitirənə qədər, xütbəsinə başlamamışdır. Bunun, 2 xütbə arasında olması, uyğun olmaz. Çünki, 2 xütbə arasındakı oturmağın müddəti, uzanmaz. Digər tərəfdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, insanlara, o şəxsə sədəqə vermələrini əmr etməsi və onların da, paltarlarını çıxarmaları, xütbə əsnasında insanın paltarını çıxarması, alimlərin ittifaqı ilə, məkruhdur. Doğru olanı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in oturmasından məqsədin, xütbəyə başlamadan əvvəlki oturması olduğudur.
Hafiz ibn Həcər, belə deyir:
"Ravinin, 'otururdu' ifadəsini, məcazi olaraq istifadə etmiş olması da, möhtəməldir. Çünki, səhih olan rəvayətlərin hamısı, Suleyk'in, Peyğəmbər (sallallahu aleyhi və səlləm) xütbə oxuyarkən içəri girdiyi mövzusunda, müttəfiqdir."
Biz, bu izaha, belə deyirik:
Məcazi olaraq söyləmək ehtimalı, 'xütbə oxuyurdu.' feli üçün də, caridir. Bir dəlil, ehtimala açıq hala gəldiyində, ondan, hökm çıxarıla bilməz.
"Səhih olan rəvayətlərin hamısı...müvafiqdir." şəklindəki ifadəyə gəlincə, oturmaqda olduğunu ifadə edən bu rəvayət də, səhihdir və onu, Muslim rəvayət etmişdir. Sadəcə rəvayətlərin çoxluğu, tərcih üçün kifayət deyil. Digər tərəfdən, imam xütbə oxuyarkən tahiyyətu'l-məscid namazının qılına bilməyəcəyini və danışıla bilməyəcəyini göstərən rəvayətlər, susmağı və xütbəni dinləməyi əmr edən dəlillər də, bu rəvayəti dəstəkləməkdədir. Bu (incəliyi, yaxşı) başa düşmək lazımdır!
Burda, belə bir sual ağla gələ bilər:
"Hənəfilərə görə, imam minbərdə ikən oturub hələ xütbəsinə başlamamışkən də namaz qılmaq, məkruhdur. Buna, nə deyəcəksiniz?"
Bu suala cavabımız, budur:
əbu Hənifə'yə görə, imam xütbəyə başlamadan əvvəl bəhs mövzusu namazı qılmaq, ehtiyatən məkruhdur. Çünki, namaz qılınarsa, bu vaxtda xütbəni dinləmək və səssiz qalmaq əmri qaçırılmış olacaq. Bu qorxu (yəni, narahatlıq), adam,
~ imam namaza başlamadan əvvəl bəhsi keçən namazı tamamladığında; və ya
~ imamın əmri üzərə qıldığında; və
~ imamın, o əsnada xütbəyə başlamayıb, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in etdiyi kimi, 2 rükəti bitirənə qədər gözləməsi
halında, ortadan qalxar. Beləcə, bəhsi keçən namaz, bu halda məkruh olmaz.
Mən (Təhanəvi), bu hökmü (yəni, hənəfilərə görə, imam minbərdə oturub hələ xütbəsinə başlamadan əvvəl namaz qılmağın məkruhluğunu), açıq və qəti olaraq görmədim. Lakin, Ayni'nin yuxarıda keçən açıqlamasının zəruri nəticəsi, budur. Allah, ən doğru biləndir.
-------------------------------
539. Ənəs (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərdən düşdüyündə, (bəzən), qarşısına bir nəfər çıxar, Ona, çətinliyini deyərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, o şəxslə birlikdə qalxıb ehtiyacını təmin edərdi. Sonra namazgahına doğru gedər və namazı qıldırardı."
Hədisi, Nəsai (Cümə/36) rəvayət etmiş, (hədis haqqında isə) sükut etmiş (yəni, dəyərləndirməmiş)'dir.
Bu hədisi, əbu Davud (Salat/232) və Tirmizi (Cümə/21) rəvayət etmişlər və haqqında danışmışlardır (yəni, sənədini dəyərləndirmişlərdir).
Hədisin ravilərinin hamısı, siqadır. Lakin Cərir b. Hazim, hədisi rəvayət edərkən, yanılmışdır.
əbu Davud, bu hədisi rəvayət etdikdən sonra, belə deyir (yəni, dəyərləndirməsi, belədir):
"Bu hədis, Sabit'dən bilinməməkdədir. Cərir b. Hazim, ondan rəvayəti də tək qalmışdır."
Tirmizi isə, belə deyir:
Bu hədisi, sadəcə Cərir b. Hazim'in rəvayətindən bilirik. Muhamməd əl-Buxari'nin belə dediyini eşitdim:
Cərir b. Hazim, bu hədisi rəvayət edərkən, yanılmışdır. Səhih olanı, Sabit vasitəsilə Ənəs (radiyallahu anh)'dan rəvayət edilən, bu ifadədir:
"Namaza başlayacaqdıq. Adamın biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əlindən tutdu. Onunla o qədər danışdı ki, bəzi insanlar yuxulamağa başladı."
Muhamməd, deyir:
Cərir b. Hazim, bu hədisi rəvayət edərkən, bir az yanılmış ola bilər. Özü, saduq (çox doğru sözlü)'dür.
Deyirəm:
Bu hədis, İmameyn'in görüşünü təyid etməkdədir. Çünki, İmameyn'ə görə, imam minbərdən düşdüyündə, təkbir almadan əvvəl danışmaqda, hər hansı bir beis yoxdur. əbu Hənifə isə, daha əvvəl keçən hədislərin mütləqliyini dəlil olaraq götürmüşdür. Bu hədis, -səhih olduğu təqdirdə- əbu Hənifə'yə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o şəxslə, axirətə dair şeyləri danışdığına həml edilir. Üstəlik, bir mövzuda qadağa gətirən rəvayət, icazə verənlə qarşı-qarşıya gəldiyində, ilk əvvəl, qadağa gətirən götürülür. Ayrıca, bu hədis, feli'dir. Qövli olan hədis, alimlərin ittifaqı ilə, feli olandan əvvəl gəlir.
Allah, ən doğru biləndir...
--------------------------------
540. Muhamməd b. İsmayıl b. əbu Fudeyk'in, Muhamməd b. Abdu'r-Rahmən b. əbu Zi'b ---> ibn Şihab
isnadı ilə nəqlinə görə, Sə'ləbə b. əbu Malik, belə demişdir:
"İmamın (minbərdə) oturması, təsbihə; danışması isə, danışmağa manedir. Onlar, cümə günü, Ömər (radiyallahu anh) minbərdə oturarkən, öz aralarında danışırdılar. Müəzzin azanı bitirincə, Ömər (radiyallahu anh) ayağa qalxardı. O, 2 xütbəni bitirincəyə qədər, heç kim danışmazdı. Müəzzin iqamə gətirib Ömər (radiyallahu anh) minbərdən düşüncə, insanlar, yenə danışarlardı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 270)
Hədisi, imam Şafi, "Müsnəd"ində (s. 35) rəvayət etmişdir. Raviləri, Səhih'in raviləridir. Hədisi, Tahavi də rəvayət etmişdir. Ayni, "Umdətu'l-Qari"də, isnadının səhih olduğunu bildirmişdir.
Bu rəvayət də, İmameyn'in görüşünü dəstəkləməkdədir. əbu Hənifə'nin buna cavabı, Ənəs (radiyallahu anh) haqqında, daha əvvəl zikr etdiyimiz dəyərləndirmədir.
Allamə Ayni, belə deyir:
Burda, belə bir sual gündəmə gələ bilər:
Ənəs (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), minbərdən düşdüyündə, insanlardan, ehtiyaclarını; bazarlarda əsərləri (qiymətləri və s. şeyləri) soruşar, sonra namaza durardı.
Biz, buna belə cavab veririk:
Ənəs (radiyallahu anh)'ın danışdıqları, İslamın ilk illərində, namazda danışmağın mübah olduğu vaxtlarda idi. (Ayni, "əl-Binayə", l, 1012)
Bizim qənaətimizə görə, ən gözəl cavab, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, həm imam, həm xatib olduğudur. Dolayısı ilə, Onun danışmasında, hər hansı bir beis yoxdur. Çünki, O, xitab etməkdədir. Xütbə, başından sonuna qədər bir danışıqdır.
Doğrunu, ən yaxşı uca Allah bilir.
Allah Taala'nın qullarından biri də, belə demişdir:
Bundakı sirr, budur:
İmam olmayan bir kimsənin danışması, xütbə, ya da namazla zidd düşə bilər. İmamın danışmasında isə, belə bir ehtimal yoxdur.
---------------------------
541. Abbad b. əl-Avvam'ın, Yəhya b. Səid ---> Yezid b. Abdullah
isnadı ilə nəqlinə görə, Sə'ləbə b. əbu Malik əl-Qurazi, belə deyir:
"Mən, Ömər və Osman zamanını gördüm. İmam, minbərə çıxdığında, namazı; xütbə başladığında isə, danışmağı tərk edərdik."
Hədisi, ibn əbu Şeybə, "əl-Musannəf"ində (ll, 124) rəvayət etmişdir. Ayni də, "Umdətu'l-Qari"də (lll, 316) eyni şeyləri deməkdədir.
Deyirəm: Raviləri, Səhih'in raviləridir.
Hədisin isnadında keçən Yezid b. Abdullah, "Kütüb-ü Sittə" imamlarının ravilərindən, ibn Usamə b. əl-Həd əl-Leysi'dir. Siqadır. Hədisi, həsəndir. Çox hədis rəvayət edən biridir. (Zəhəbi, "Təhzib", Xl, 340)
Bu hədis, imam minbərə çıxarkən, namaz qılınmayacağını; xütbəyə başladığında isə, danışmağa son veriləcəyini, açıq və qəti olaraq göstərməkdədir.
Mənim, bu rəvayəti təkrar olaraq zikr etməyimin səbəbi, "İmamın minbərə çıxması, namaza; xütbəsi isə, danışmağa manedir." şəklindəki ifadənin, Zühri'nin görüşü olduğunu göstərməsindəndir. Şafi və Tahavi'nin rəvayəti, bunun, Sə'ləbə'nin sözü olduğunu göstərməkdədir. Sə'ləbə (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görmüşdür. ibn əbu Şeybi'nin rəvayətini zikr etməyimin səbəbi isə, içində, Ömər (radiyallahu anh) ilə bərabər, Osman (radiyallahu anh)'dan da söz edilməsidir.
(Təhanəvi, "İ'lau's-Sünən")
