Cümə xütbəsinin qısa tutulması
1106. Ammar b. Yasir (radiyallahu anh)'dan belə nəql edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, xütbələri qısa tutmağı əmr etdi."
----------------------
1107. Cabir b. Səmurə əs-Suvai (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümə günü, məvizə (moizə, xutbə)'ni uzatmazdı. O(nun xütbəsi), bir neçə kəlimədən ibarət idi."
-----------------------
Şərhi:
• 1106 no-lu Ammar (radiyallahu anh) hədisini:
~ Hakim ("əl-Müstədrək", l, 289);
~ Beyhaqi ("əs-Sünənu'l-Kubra", lll, 208)
də rəvayət etmişlərdir.
Bu 2 hədis, xütbələri həddindən çox uzatmağın sünnətə müxalif olduğunu göstərməkdədir. Bu xəbərlər, Muslim'in, Ammar b. Yasir'dən rəvayət etdiyi bu hədisə işarət etməkdədir:
"İnsanın, namazını, uzun; xütbəsini isə, qısa tutması, onun elminin əlamətidir. O halda, namazı uzadın; xütbəni qısa kəsin." (Muslim, "Cümə"/47)
Şəvkani, Muslim'dəki bu rəvayətlə bağlı olaraq, belə deyir:
Xütbəni qısa kəsmək, insanın elmli olduğuna əlamətdir. Çünki elmi olan kimsə, bütün ləfzlərdən; dolayısı ilə, qısa ləfzlərdən xəbərdardır. Bu cəhətdən, qısa ləfzlərlə geniş mənaları ifadə etmək imkanına sahibdir. Bunda, xütbəni qısa tutmağın məşru olduğuna işarət vardır. Bu xüsusda, ixtilaf yoxdur. Ancaq, xütbənin səhih olan ən qısa ləfzlərinin nə olduğunda, ixtilaf edilmişdir. Bunun təfsilatı isə, fiqh kitablarında mövcuddur.
"Namazı uzatmaq"dan məqsəd isə, namazı, ola bildiyi qədər uzatmaq deyildir. Çünki imam, namaz qıldırarkən, camaat içərisindəki yaşlıları, zəifləri və xəstələri nəzərində saxlamaq məcburiyyətindədir. O halda, "namazı uzatma"ğın ölçüsü, camaata ağır gəlməyəcək qədər olmasıdır.
Xütbələrin qısa olmasını əmr sədədində; və ya Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xütbələrinin qısa olduğunu bildirən mahiyyətdə, başqa rəvayətlər də vardır. Məsələn:
~ Nəsai'nin, Abdullah b. Əvfa (radiyallahu anh)'dan nəql etdiyi bir rəvayətdə, belə keçməkdədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı, uzadar; xütbəni isə, qısa kəsərdi."
~ Taberani'nin, əbu Umamə (radiyallahu anh)'dan nəql etdiyi bir rəvayətdə də, belə keçir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir yerə əmir göndərdiyi vaxt: 'Xütbəni, qısa kəs; sözü, az söylə; çünki, sözdə sehr vardır.' buyurardı."
--------------------------------
Hədislərdən çıxan bəzi hökmlər:
1. Xütbəni uzatmaq, məkruh; qısa kəsmək isə, müstəhəbdir.
2. Cümə namazı isə, uzadılmalıdır.
(əbu Davud, "Sünən tərcümə və şərhi", "Namaz kitabı", 223-225-ci bablar: "Xütbələrin qısa olması")
----------------------
Əlavələr:
Cümə xütbəsinin rüknü, imam əbu Hənifə'yə görə, Allahı zikrdən ibarətdir. Onun üçün, xütbə niyyətilə, yalnız: "əlhəmdulilləh", yaxud "subhanallah", yaxud "lə iləhə illəllah" deyiləcək olsa, kifayət edər.
İki imama (əbu Yusuf və Muhammədə) görə, xütbə, xütbə deyiləcək dərəcədə uzunca bir zikrdən ibarətdir. Bunun ən az olan dərəcəsi, təhiyyət miqdarı həmd və salavat ilə müsəlmanlara duadır.
Hər 2 xütbəni uzatmamaq da, sünnətdəndir. Hətta xütbəni, "Hucurat" surəsilə "Buruc" surəsinə qədər olan surələrin hər hansı birindən uzunca oxumaq, xüsusilə qış mövsümlərində, məkruhdur.
