Cüməni qıla bilməyən zöhrü camaatla bərabər qıla bilərmi?
2061. Abdu's-Sələm b. Harb'ın, əl-Qasım b. Vəlid'dən nəqlinə görə, Əli (radiyallahu anh), belə demişdir:
"Cümə günü camaat, ancaq imamla bərabər olar."
Hədisi, əbu Bəkr ibn əbi Şeybə, "əl-Musannəf"ində (X, 154) nəql etmişdir.
Bizə görə, hədisin isnadı, həsəndir. Ancaq hədis, munqati (qopuq)'dur. Çünki Qasım, ətbau't-tabiun'un böyüklərindəndir və bizə (Hənəfilərə) görə, hüccətdir.
----------------------
----------------------
2062. Bu görüşü, "Kənzu'l-Ummal"dakı (lV, 274), Əli (radiyallahu anh)'dan nəql edilən bu ifadə, təyid etməkdədir:
"Bir topluluq, cümə günü cüməyə qatılmaq lazım gələn bir yerdə, zöhr namazını, camaatla qıla bilməz."
Bu xəbəri, Nuaym b. Hammad, nüsxəsində nəql etmişdir. Xəbərin isnadından xəbərdar ola bilmədim. Lakin, bu xəbər, Hafiz əs-Suyuti'nin, böyük bir alim olması səbəbilə, zəif mərtəbəsindən daha aşağı düşməz. Xəbər, əl-Qasım'ın mürsəli ilə güclənmişdir. Digər xəbərlər nəzərə alındığında, bu xəbər, güclənməkdədir.
Müəllif, deyir:
Bu xəbər, cüməni qıla bilməyən kimsələrin, öz aralarında, zöhr namazını, camaatla qıla bilməyəcəklərinə, açıq bir dəlildir. "Rahmətu'l-Ummə"də (s. 31), belə deyilir:
Alimlər, cümə namazını qaçıran kimsələrin, zöhr namazını qılacaqları xüsusunda, ittifaq etmişlərdir. Ancaq onlar, bu namazı, tək başlarınamı, yoxsa camaatlamı qılacaqlardır?
İmam əbu Hənifə və imam Malik: "Tək başlarına qılarlar." demişlərdir.
"əl-Bahr"da (ll, 166), belə deyilir:
"Çünki, cümə günü, zöhr namazını camaatla qılmaq, mütləq olaraq məkruhdur."
(Təhanəvi, "İ'lau's-Sünən")
