Cüməni üzrsüz tərk edənin sədəqə verməsi
1053. Səmurə b. Cundub (radiyallahu anh)'dan belə dediyi nəql edilməkdədir:
"Kim üzrsüz olaraq cüməni tərk edərsə, 1 dinar; tapa bilməsə də, yarım dinar sədəqə versin."
əbu Davud dedi: "Bu hədisi, eyni şəkildə, Xalid b. Qays da rəvayət etmiş; ancaq, mətndə, Həmmam'a müvafiq olduğu halda; sənəddə müxalifət etmişdir."
--------------------
İzahı:
Bu hədisi:
~ Nəsai ("Cümə"/3);
~ ibn Macə ("İqamə"/93, hədis no: 1128);
~ Əhməd ("Müsnəd", ll, 332)
~ Hakim ("əl-Müstədrək", l, 280);
~ Beyhaqi ("əs-Sünənu'l-Kubra", lll, 248);
~ Darimi ("Salat"/205)
də rəvayət etmişlərdir.
Qudamə b. Vəbəra, Səmurə b. Cundub'dan bir şey eşitmədiyi üçün, hədisin ilk rəvayəti, zəifdir. Lakin, əbu Davud'un təliq olaraq işarət etdiyi Xalid b. Qays'ın rəvayəti, hədisi qüvvətləndirməkdədir. Çünki, ilk sənəddəki zəiflik, bunda mövcud deyildir.
Hədisin zahiri, üzrsüz olaraq cümə namazını tərk edən kimsənin:
~ tapa bilirsə, 1 dinar;
~ tapa bilmirsə də, yarım dinar
sədəqə verməsini göstərməkdədir.
Ancaq, bu əmr, vacibliyə deyil; məndubluğa dəlalət edir. Çünki, cümənin bədəli (əvəzi) vardır; o da, zöhr namazıdır. Bu kəffarət isə, cüməni tərk etməkdən dolayı işlənən günahı, xəfiflətmək üçündür. Ancaq, (cümənin tərki) günahını isə, tamamilə ortadan qaldırmaz. Çünki, cüməni tərk etmək, böyük günahlardandır. Günahın hamısının əfv edilməsi isə, ancaq tövbə ilə mümkündür.
-----------------------------
-----------------------------
1054. Qudamə b. Vəbəra'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kim üzrsüz olaraq cüməni tərk edərsə, 1 və ya yarım dirhəm; ya da 1 və ya yarım sa buğda sədəqə versin."
əbu Davud dedi: "Bu hədisi, Səid b. Bəşir də, Qatadə'dən, yuxarıdakı şəkildə rəvayət etmiş; ancaq, "1 və ya yarım mudd" demiş və: "an Səmura = Səmurə'dən" əlavəsilə zikr etmişdir.
----------------------
İzahı:
Bu rəvayət, həm mətn, həm də sənəd etibarı ilə, əvvəlki hədisdən fərqlidir. Orda cüməni (üzrsüz olaraq) qılmayana, kəffarət olaraq, sadəcə 1 və ya yarım dinar sədəqə verməsi buyurulduğu halda; burda, gücü çatmaq zikr edilməməkdə; cüməni qılmayanın, 1 və ya yarım dirhəm; yaxud da 1 və ya yarım sa' sədəqə verməsi arasında muxayyər (seçimində sərbəst) buraxılması ifadə edilməkdədir.
Sədi'in rəvayətində isə, "sa" yerinə, "mudd" deyilmişdir.
Əvvəlki hədisin şərhində işarət edildiyi kimi; sədəqə verilməsi əmri, vacibliyə deyil; məndubluğa həml edilir.
• 1 sa = 3.333 kq;
• 1 mudd = 833 qram'dır.
(əbu Davud, "Sünən tərcümə və şərhi", 204-205-ci bablar: "Cüməni tərk edənin kəffarət verməsi")
