Cumhur nədir?

Ərəbcə bir kəlimə olan "cumhur":

• Lüğətdə: "hər hansı bir şeyin ən böyük qismi, bir topluluğun əksəriyyəti və ya iləridə olanları" mənasına gəlir.

• Termin olaraq isə, lüğət mənasından fərqli olmayıb qaynaq əsərlərdə,

~ "cumhuru'l-uləma / alimlərin əksəriyyəti";

~ "cumhuru'l-müfəssirin / müfəssirlərin, təfsir alimlərinin əksəriyyəti;

~ "cumhuru'l-hukəma / filosofların əksəriyyəti;

~ "cumhuru'l-fuqaha / fəqihlərin əksəriyyəti"

şəklində çox sıxca rastlanmaqdadır.

Fiqh kitablarında keçən "cumhuru'l-fuqaha" və ya sadəcə "cumhur" ifadəsindən, ümumiyyətlə, günümüzə qədər müsəlmanlar tərəfindən mənimsənilərək gələn Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəblərindən 3-ü başa düşülür.

Digər bir ifadə ilə, fiqhi (fiqhə dair) bir əsərdə, 4 məzhəbdən bəhs edilərkən, cumhurun görüşü zikr edilirsə, bundan məqsəd: bəhs mövzusu 4 məzhəbdən 3-ü olub 4-cü məzhəb müxalif olaraq ismən zikr edilir.

Bəzi alimlərin "cumhur" terminini müəyyən fəqihlərə həsr edən görüşləri isə, isabətli DEYİLDİR.

Cumhurun, hər zaman 3 məzhəbdən ibarət qalmadığı; bunlara, hər hansı bir mövzuda eyni görüşü paylaşan müstəqil məzhəb sahibi müctəhidlərin də əlavə edildiyi; və bu halda, "cumhur" termininin muhtəvasının, daha da genişləndiyi görülür.

Bununla bərabər, eyni məzhəbdəki alimlər arasında görüş ayrılığı mövcud olması halında, əksəriyyəti ifadə üçün də, "cumhurun görüşü" təbiri istifadə edilir. Bəzən də bu əksəriyyət, "cumhuru'l-Hənəfiyyə", "cumhuru'l-Malikiyyə" şəklində, məzhəblərə izafətlə zikr edilir. Cumhur yerinə, "mu'zam" və "əksərun" kəlimələri də istifadə edilməkdədir.

Bir mövzuda cumhurun ittifaq etməsinin icma sayılıb-sayılmayacağı xüsusunda fərqli görüşlər iləri sürülmüş, fəqihlərin əksəriyyəti, bu ittifaqın icma SAYILMAYACAĞINI söyləmişlərdir.

İbn Cərir ət-Tabəri, əbu Bəkr ər-Razi isə, 1-2 nəfərin qarşı çıxmasının, icmanın meydana gəlməsinə əngəl olmayacağı görüşünü mənimsəmişlərdir.

Cəmaləddin ibnu'l-Hacib və onu dəstəkləyənlər isə, cumhurun görüşünün icma kimi qəti bir dəlil SAYILMAMAQLA bərabər, hüccət sayılacağını ifadə etmişlərdir. Çünki bir mövzuda əksəriyyətin ittifaq etməsi, onların qəti və ya "racih" bir dəlilə istinad etdiklərini göstərməkdədir.

Buna müqabil olaraq, azlıqda qalanların racih bir dəlilə söykəndiklərini, əksəriyyətin də bu dəlili gördükləri halda qəsdən və israrla bu xətalı davranışlarını davam etdirdiklərini düşünmək, uzaq bir ehtimaldır.

Belə bir ehtimalı önə çıxararaq, "zahir"in (haşiyə) dəstəklədiyi hüccət, tərk edilməz.

Bununla bərabər, bəzi görüşlərin cumhura nisbət edilməsi, araşdırılmağa möhtacdır və bəhs mövzusu araşdırılma aparıla bilməsi üçün də, hər məzhəbin öz qaynaqlarına baş vurulması lazımdır.

Bununla yanaşı, cumhur, 4 böyük məzhəbin 3-ü olaraq qəbul edildiyində, geridə bu gün mənsubları qalmayan çox sayda Sünni fiqh məzhəbi daha qalmaqdadır. Bunları azlıq və ya şazz saymaq mümkün olmadığı kimi, 3 məzhəbin üzərində birləşdiyi hökmün dəlilini güclü və tərcihə daha uyğun qəbul etmək də, hər zaman isabətli DEYİLDİR. Çünki dəlilə söykənən tərcih ictihadlarında, azlığa dair hökmlərin dəlil cəhətindən daha güclü olduğunu göstərən nümunələr vardır.

---------------------------------------

(Haşiyə:

Zahir: Lüğətdə, "açıq, parlaq, aşkar olmuş" mənasındakı "zahir" kəliməsi, Hənəfi üsul terminologiyasında:

"Sırf eşidilməklə özü ilə qəsd edilən məna, açıq bir şəkildə başa düşülən, ancaq təvil, təxsis və -vəhy müddəti içərisində- nəsx ehtimalına qapalı olmayan ləfz" deməkdir.

Sözün sövq edildiyi mənanı göstərən bir qərinənin köməyilə, zahirə nisbətlə daha çox açıqlıq daşıyan "nass" ilə müqayisəli olaraq istifadə edildiyindən,

zahirlə bağlı izahlarda, ümumiyyətlə, "özündən çıxarılan hökm, sözün əsl sövq səbəbi OLMAYAN" qeydinə yer verilir.

"Zahir", ifadə etdiyi mənaya açıq bir şəkildə dəlalət etmə, təvil, təxsis və -vəhy müddəti içində- nəsx ehtimalına qapalı OLMAMAQ xüsuslarında, "Nass"la birləşir.

Bu səbəblə, Debusi'dən etibarən, Hənəfi üsulçuların, "Nass"ın, "Zahir"dən fərqini ortaya qoymağa xüsusi əhəmiyyət verdikləri görülür.

11-ci əsr üsulçuları içərisində, bu mövzunu nisbətən daha geniş ələ alan Şəmsu'l-Əimmə imam Səraxsi'nin açıqlaması, belə icmal edilə bilər:

~ "Zahir" ilə qəsd edilən məna: üzərində düşünməyə gərək qalmadan, sırf, sözün eşidilməsilə başa düşülür. Sözlə qəsd edilən şey, bu mənaya vaz'ındakı (sözün bu məna üçün qoyulduğundakı) açıqlığı səbəbilə, dərhal zehnlərdə canlanır.

~ "Nass" isə: sözün bu məna üçün sövq edildiyini göstərən, ləfzə bitişimiş, danışan qaynaqlı bir qərinə yardımı ilə, "zahir"ə nisbətlə daha çox açıqlıq daşıyır. Bu qərinə olmadan, ləfzdə, onu (nassı) açıq qılan bir xüsusiyyət yoxdur. Bu hal, "zahir"lə müqayisə edildiyində ortaya çıxır.

Məsələn, Bəqərə surəsinin 275-ci ayətində keçən:

"Allah, alış-verişi halal; faizi haram qıldı."

sözü:

~ Alış-satışın halal olduğu xüsusunda - "Zahir"dir. Yəni bu məna, açıq bir şəkildə başa düşülməkdədir;

~ İnkar edənlərin alış-satışın da faiz kimi olduğu iddiasını rədd edib bunların arasında halallıq-haramlıq hökmü cəhətindən fərqli olduğunu bildirmək xüsusunda isə - "Nass"dır. Çünki bu məqsədlə sövq edilmişdir.

Necə ki, "Bunun səbəbi, onların, 'Alış-satış da eynilə faiz kimidir.' demələridir."

ifadəsindən başa düşüldüyü üzərə, ayət, bu iddianı rədd etmək üzərə enmişdir. ("əl-Usul", l, 163-165)

Read 17 times
In order to make a comment, please login or register