Dəniz sahilində ölü olaraq qalan balıq yeyilərmi?
Cabir (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizi (bir səfərə) yolladı. Biz 300 nəfər idik. Azuqələrimizi boyunlarımızda daşıyırdıq. Sonra azuqəmiz tükənməyə başladı. Ta ki, hər birimizə bir xurma qalana qədər."
(Cabir, bu halı bildirdiyində, hədisin ravisi Vehb b. Keysan tərəfindən):
"Ey əbu Abdullah! Bir xurma bir adama necə kifayət edə bilər ki?" soruşuldu. (Bunun üzərinə) Cabir:
"Bir quru xurma(nı belə) tapa bilmədiyimiz zaman, yoxluğunu(n nə olduğunu) hiss etdik." dedi (və sözünə davamla):
"Sonra biz bir dənizə vardıq. Orda dənizin sahilə atdığı böyük bir balıqla qarşılaşdıq. Və 18 gün boyunca o balıqdan yedik."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrinin məişəti (yaşayış, dolanışıq tərzi) babı", hədis no: 4159)
---------------------
İzahı:
Bu hədisi:
• Buxari;
• Muslim; və
• Tirmizi
də rəvayət etmişlərdir.
Buxari'nin "Mağazi"dəki bir rəvayətində, Cabir (radiyallahu anh) belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizi 300 nəfərlik (bir süvari ordusu) olaraq bir səfərə yolladı. Əmirimiz də, əbu Ubeydə əl-Cərrah (radiyallahu anh) idi. Qüreyş karvanını izləmək üzərə vəzifələndirilmişdik. Dəniz sahilində yarım ay qonaqladıq..."
Bəzi rəvayətlərə görə, bu ordu, Cuheynə qəbiləsinin bir qolu üzərinə göndərilmişdi. İbn Həcər belə deyir:
"Bu rəvayətlər arasında ixtilaf yoxdur. Çünki bu ordunun həm Qureyş karvanını izləmək, həm də zikr edilən qəbilə qoluna göndərilmiş olması, mümkündür."
Cabir (radiyallahu anh)'a sual verən şəxsin, Vehb b. Keysan olduğu, Buxari'nin bir rəvayətindən anlaşılmaqdadır.
Bu hədis, səhabələrin maddi cəhətdən çəkdikləri sıxıntılara bir nümunədir.
Ayrıca, dənizin sahilə atıb orda buraxdığı və orda ölən balığın yeyilə biləcəyinə dəlalət edər.
- İnsanlar öldükləri niyyət üzərəmi dirildiləcəklər?
- Qəriblər hədisi
- İmamın arxasında qiraət edilməlidirmi?
- Şəvval orucu haqqında məlumat verərsinizmi?
- "Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır." hədisini izah edərsinizmi?
- Təkəsur surəsi 8-ci ayəti
- "Əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymət daşısaydı, Allah kafirə ondan bir qurtum su içirməzdi." hədisini izah edərsinizmi?
- Peyğəmbər ac qalmışdırmı?
- Təvazö haqqında
- Allah üçün təvazökar olanlar