Dəstəmaz alarkən günahlarımız tökülürmü?
Abdullah əs-Sunabihi (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Dəstəmaz alaraq:
• Mazmaza (dəstəmaz alarkən ağzı su ilə yumaq) və istinşaq edən (dəstəmaz alarkən burunu su ilə təmizləyən) kimsənin ağzından və burnundan (bu 2 orqanla) işlədiyi xətaları çıxıb gedər.
• Üzünü yuduğu zaman da onun üzündən, hətta 2 göz qapaq kənarlarının altından xətaları çıxar.
• Əllərini (və qollarını) yuduğu vaxt, (əlləri ilə işlədiyi) xətaları əlindən çıxar.
• Başı məsh etdiyi vaxt, (başı ilə işlədiyi) xətaları başından, hətta qulaqlarından çıxar, gedər.
• Ayaqlarını yuduğu zaman (ayaqları ilə işlədiyi) xətaları ayaqlarından hətta ayaq dırnaqlarının altından çıxar.
• Onun qıldığı namaz və məscidə qədər yeriməsi də, nafilə olar."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu't-Taharə və Sunənihə, "Dəstəmazın savabının bəyanı babı", hədis no: 282)
-------------------
İzahı:
Muslim də "Təharət" kitabının 10-cu babında əbu Hureyrə (radiyallahu anh)'dan eyni mənanı ifadə edən və ləfz baxımından az fərqli olan bir hədis rəvayət etmişdir.
Müəllifimiz ibn Macə'nin bu babda rəvayət etdiyi hədislər, dəstəmazın savabını bildirirərkən, dəstəmaz üzvləri ilə işlənmiş olan xətaların dəstəmaz almaqla əfv edildiyini ifadə edərlər.
Lakin dəstəmaz, vaxt namazları, cümə namazı və Ramazan orucunun fəzilətinə dair olan bəzi səhih hədislərə görə, bu növ ibadətlər, kiçik günahlara kəffarət olar.
Onun üçün imam Sindi, bu hədis ilə bağlı olaraq belə deyir:
"Hədisin zahirinə görə, dəstəmaz, hər cür xətaya kəffarət olar. Amma alimlər, bu xətaları kiçik günahlar ilə izah etmişlərdir. Çünki digər bəzi hədislər, bu xətaların kiçik günahlar ilə açıqlanmasını gərəkdirir."
Muslim'in, zikr edilən babdakı hədislərini açıqlayan Nəvəvi belə deyir:
"Xətalardan murad, kiçik günahlardır."
Yenə Nəvəvi, "Təharət" kitabının 4-cü babında Qadı İyad'dan nəqlən belə deyir:
"Hədisdə bəhs mövzusi edilən günahların əfv edilməsi məsələsi, kiçik günahlara məxsusdur. Əhl-i sünnətin məzhəbi budur. Böyük günahlar isə, ya tövbə etməklə və ya Allahın rəhmət və fəzli ilə əfv edilər."
Nəvəvi, bu arada belə bir sual-cavabı da qeyd edir:
"Sual:
Burada anılan hədislərə görə, dəstəmaz, vaxt namazları, cümə namazı və Ramazan orucu, ayrı-ayrı, kiçik günahlara kəffarət olar. Halbuki:
• Dəstəmaz, kəffarət olunca, namaz nəyə kəffarət olur?;
• Namaz günahları təmizləyincə, cümə namazı nəyi ortadan qaldırır?;
• Cümə namazları həftə arasındakı xətaları əfv etdirirsə, Ramazan orucu nəyi əfv etdirir?
Cavab:
Alimlər belə cavab vermişlərdir:
Zikr edilən ibadətlərin hər birisi:
• Kiçik günahların əfvinə yarayır;
• Əgər kiçik günahı olarsa, onu ortadan qaldırar.
• Əgər nə kiçik, nə də böyük heç bir günahı yoxdursa, o ibadət qarşılığında sahibi üçün dərəcə və həsənə yazılır.
• Əgər bir və ya daha artıq böyük günaha təsadüf edərsə və kiçik günah yoxdursa, təsadüf etdiyi böyük günahı xəfiflətməsi umular."
Nəvəvi'nin Qadı İyad'dan nəqlən bəyan etdiyinə görə, günahların dəstəmaz suyu ilə çıxması, məcazi mənadadır. Çünki günahlar, maddə və cisim halında deyildirlər ki, su ilə ortadan qaldırılsın.
Yenə Nəvəvi'nin də bəyan etdiyi kimi, bu hədislər, ayaqların yuyulması deyil, məsh edilməsi gərəkdir, deyən Rafizilərin sözünün batil olduğunu və dəstəmazda ayaqların yuyulmasının gərəkliliyini isbatlayar.
-------------------------------
Bəzi alimlər bu hədisə dayanaraq:
"Dəstəmaz almaqda istifadə edilmiş olan az su ilə təkrar dəstəmaz alına bilməz. Çünki belə bir su, günahların mənəvi pisliyi ilə kirlədilmişdir." demişlərdir.
Hətta bəziləri, bu su, nəcisdir, demişlərdir. Necə ki, imam Azam əbu Hənifə (rahmətullahi aleyh)'dən bir rəvayətə görə, dəstəmazda istifadə edilmiş olan su pisdir.
----------------------
Hədisin:
"Onun qıldığı namaz və məscidə qədər yeriməsi də, nafilə olar." cümləsindən məqsəd budur:
"Dəstəmaz üzvləri ilə işlədiyi xətalar, dəstəmaz suyu ilə çıxıb getdiyi və hətta qalmadığı üçün, namazla və məscidə qədər yeriməklə xətaların getməsinə mahal qalmır, dolayısı ilə namaz və yerimək qarşılığında gedəcək xəta olmadığı üçün, bunlar artmış, artıq qalmış olur.
Nafilə: "artan" və "artıq qalan" mənasında istifadə edilmişdir. Çünki möminin qıldığı fərz və ya vacib namazın, nafilə namaza çevrilməsi kimi nöqsan məna düşünülə bilməz."
İmam əs-Sindi (əl-Hənəfi) deyir ki:
"Namaz və məcsidə qədər yerimək, qarşılıqsız, artıq qaldığı üçün, dəstəmaz üzvləri xaricində qalan orqanlar ilə işlənmiş xətalar var isə, namaz və yerimək ibadətləri, o xətalara kəffarət olar.
Əgər bu xətalar da yoxdursa, dərəcələrin yüksəlməsi təmin edilər."
- Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?
- Ərəfə gününün orucu haqqında məlumat verərsinizmi?
- Günahın zərərləri
- Günahın Zərərləri
- Peyğəmbərlər günah işləmişlərdir mi? İşləmələri mümkünmüdür?-1
- Böyük günahlar və onlardan çəkinmək,
- "Əməllər niyyətlərə görədir."- 1
- Təmizlik və Dəstəmaz
- Qiyamət günü şəfaət
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.