Dəstəmazın hikmətləri nələrdir?

Namaz ibadəti üçün dinimiz, bəzi şərt və ədəblər qoşmuşdur. İlk əvvəl namaz qılacaq olanın bədən və namaz qılacağı libas və yerdə, gərək xaricdən bulaşmış, gərəksə də içəridən çıxmış pisliklərdən heç bir əsər olmaması gərəkdiyi kimi, bu pisliklərin çıxışı sırasında insanın bədəninə gəldiyi qəbul edilən hallardan da bədəni təmizləmək gərəkir ki, bu hallara "hədəs" deyilir.

Maddi və mənəvi kir və pisliklərin yuyulub ortadan qaldırılmasını əmr etməkdə, qəlb təmizliyinə böyük bir ixtar (xatırlatma) və işarət olduğu da açıqca ortadadır.

Çünki namazın Allahın hüzurunda duraraq təşəkkür borcunu yerinə gətirmək və Onun yaxşılıq və nemətlərini istəmək üçün çalışmaqdan ibarət olması səbəbilə, namaz qılanın gərək öz arzu və istəyilə, gərək başqasının təhrik  təşviqi ilə meydana gələn vəsvəsələr gərəyincə, işləndiyi düşünülən pis əməllərdən üzüvlərini və qəbula əngəl olacaq pis davranışların hamsıdan qəlbini tərtəmiz bir halda saxlamağa və bulaşan günah kirlərini tövbə və peşmanlıq suyu ilə yumağa daha çox diqqət etmək gərəkdiyini, yuxarıdakı səbəb, çox gözəl açıqlayır.

Padşahın hüzuruna girənlər də, onu məmnun etməyəcək bir halda olmamağa, son dərəcə diqqət edərlər...

Xüsusilə, maddi aləmlə mənəvi aləm arasındakı münasibətin gərəklərindən olaraq, insan ruhu ilə bədəni arasında, inkar qəbul etməyən qüvvətli bir bağ olması lazım gəldiyinə görə, bədənin üzvlərini su ilə yumağın daxili cəhətdən təsirləri ruha keçir və ruh, özündə bir genişlik və saflıq hiss edir, ağırlıq və tənbəlliyi ortadan qalxır.

Dinimiz xüsusi hallardan insan bədənində meydana gəldiyini qəbul etdiyi hədəsləri ikiyə ayırıb, təmizlikləri də ona görə, kiçik və böyük bölmələrində mütaliə etmişdir.

Kiçik hədəs:

Dəstəmaz deyilən və üzüvlərin bir qismini yuyub bir qismini məsh etməkdən ibarət olan bu kiçik təharətlə, o üzüvlərlə işlənən günahlardan tövbə və istiğfarın lüzumuna işarət edilmişdir. 

Yalnız bəzi üzvlərin təmizlənməsi xüsusunda bildirilən sırada, ağıl sahiblərincə bəyəniləcək bəzi sirlər vardır. Belə ki:

İnsan vücudunda günah və üsyan tərəfinə əl, ayaq və gözlə, digər üz qisimlərindən çox sürətlə hərəkət edən başqa bir üzv yoxdur.

Bax bu üzvləri yumaq əmrində, bunlarla çox işləndiyi inkar edilməyən günahlardan tövbə edərək, daxili təmizliyə diqqət etmək lüzumunu hər möminə xatırlatma olduğu kimi, təmizləmə sırasında da günah işləmədəki sürətinə diqqət edilmişdir.

• Yəni günah işləməkdə ən sürətli olan üzvü, daha öncə yumaq əmr edilərək, bütün üzvlər arasında hamısından əvvəl günaha səbəb olan dilin mövcud olduğu ağzın yuyulması gərəkli görülmüşdür ki, bununla yuxarıda saydığımız dil afətlərindən təmizlənmənin gərəyinə işarət edilmişdir.

Çünki yuxarıda daxili təmizliyin başının, xarici təmizlik olduğu açıqlandı. Bu düşüncə ilə mömin, dilini bir daha elə şeylərlə ləkələməməyə əzm edib tövbə edər. 

• Sonra burnuna su çəkməklə də, qoxlamış olduğu haram qoxulardan tövbə etməyi düşünür.

• Üzünü yuyarkən də, doğru olmayan şeylərə baxmaqdan dolayı, gözü ilə işlədiyi günahlardan tövbə edər.

• Bunun arxasından əllərini və qollarını yuması əmr edilmişdir. Çünki dil danışıb, gözlər də baxdıqdan sonra, əllər harama uzanar. Bundan dolayı, sıra, onları yumağa gəlin, caiz olmaya  toxunma və tutmaq fellərinə tövbə edər.

• Sonra da başını məsh edər. Çünki başın, özü ilə günah işləməyib sırf günaha səbəb olan dil və gözlərə yaxın olduğundan, yuyulmaqla yuyulmamaq arasındakı məsh ilə əmr edilməsi uyğundur.

• Eşitmək feli, insanda çox dəfə istənməyərək baş verdiyi üçün, qulaqların da yuyulması fərz qılınmayaraq məshi ilə kifayətlənilmişdir. Bu məshlərlə də, daxili təmizliyin lüzumunu xatırlayaraq, qulaqların eşitmiş olduğu haramlardan və başın günahkar üzvlərə olan yaxınlığından tövbə edər. Boyunun məsh edilməsi üçün də, belə deyilə bilər.

• Sonra da ayaqlarını yuması əmr edilmişdir. Çünki əvvəl gözlər görər və ya qulaqlar eşidər, dil söyləyər və əl oynayar da, ən nəhayət, ayaqlar günah tərəfinə yeriməyə başlayar. Yəni günah işləməkdə gecikdikləri üçün, ayaqları ən son yumaq gərəkdir. Bu yuyulma ilə də, daxili təmizlik xatırlanaraq, onlarla işlənən günahlara da tövbə edilər.

Əmrə zidd hərəkət edən üzüvlərin 3 dəfə yuyulmasında da, vacib olan tövbədəki 3 şərtə riayət hökmündə işarət hikməti olmalıdır.

Çünki tövbənin tamamlanması, 3 şərtə bağlıdır:

• İşlənən günahlara səmimi bir peşmanlıq;

• Onları tərk etmək; və

• Bir daha işləməməyə qəti olaraq qərar vermək.

Dəstəmazın sonunda:

"Allahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mutatahhirin":

"Allahım, məni tövbə edənlərdən və haqqıyla təmizlənənlərdən et." 

duasının sünnət olması, bax bu bəhs etməkdə olduğumuz daxili təmizliyin, həqiqətən hikmətli din sahibinin uca məqsədinin xaricində qalmadığına dəlalət edər.

Çünki dəstəmazdan sonra bu duanı oxuyan, tövbə ilə daxili təmizlik əmrini də yerinə gətirərək, artıq qəbulu üçün dua etmiş və demiş olur ki:

"Ey Rəbbim! Tövbəmi qəbul edərək, məni zahiri və batini təmiz qulların zümrəsinə daxil et."

(Hüseyn Cisr, "Risalə-i Hamidiyyə", s. 107-110)

Read 4 times
In order to make a comment, please login or register