Darr və Nafi isimlərinin şərhi
91-92. Darr və Nafi isimlərinin şərhi:
Xeyir və şər; fayda və zərər, Özündən südur edən (Zat)'dır.
Bütün bunlar isə:
~ ya mələklər, insanlar və ya cansız varlıqlar vasitəsilə;
~ yaxud da vasitəsiz olaraq,
Allaha Taala'ya mənsubdur.
Zənn etmə ki,
~ öldürən və zərər verən, zəhərin;
~ doyuran və fayda verən, yeməyin
özüdür.
Mələk, insan, şeytan, -yaxud da hansı cinsdən olursa olsun-, məxluqlardan hər biri, fələk, ulduz və ya başqa birinin, bir xeyrə və ya şərrə; bir fayda və ya zərərə, öz başına müqtədir olduğunu sanma!
Əksinə, bunların hamısı, musəxxər (təsxir etdirilmiş, boyun əydirilmiş) səbəblərdir. Bunlardan, ancaq, təsxir edildiyi şey südur edər. Bütün bunlar da, eynilə, -ammi (avam)'ın etiqadınca, qələmin katibə olan nisbəti kimi- əzəli qüdrətə nisbət edilir. Bir sultan, veriləcək bir mükafat və ya cəzanı imzaladığında, heç kim, mükafat və cəzanı, qələmdən deyil; qələmin, əmrində olduğu kimsədən bilir. Bax, digər səbəb və vəsilələr də, bu şəkildədir.
"Avamın etiqadınca" dedik. Çünki, cahil, qələmin, katibə musəxxər olduğunu görəndir. Arif isə, qələmin, katibin əlində, Allah (subhənəhu və taala) üçün musəxxər olduğunu; katibin də, Ona (yəni, Allaha) musəxxər olduğunu biləndir. Necə ki, O, katib ilə ondakı gücü və tərəddüd etməyəcəyi qəti iradəni yaradınca, istər-istəməz, bu şəxsin barmağı və qələmi, hərəkət edəcəkdir. Hətta, istəməməsi də, mümkün deyildir. Elə isə, insanın əli və qələmilə yazan, (həqiqətdə) Allah Taala'dır. İxtiyar sahibi canlıda bunun belə olduğunu bildinsə; bu, cansız varlıqlarda, daha zahirdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
