"Dində məcburiyyət yoxdur." (Bəqərə/256)

"Dində məcburiyyət yoxdur." (Bəqərə/256)

-------------------

Təfsiri:

Alimlər, ayətin mənası xüsusunda 6 fərqli görüşə sahibdirlər.

1. Bir görüşə görə, bu ayət, nəsx edilmişdir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), ərəbləri, İslam dinini qəbul etmək üzərə məcbur etmiş, onlarla döyüşmüş, İslam dininə girməkdən başqa onlardan hər hansı bir şeyi qəbul etməmişdir. 

Bu görüş, Süleyman b. Musa'ya aiddir. Onun dediyinə görə, bu ayəti:

"Ey peyğəmbər! Kafirlər və münafiqlərlə cihad et." (Tövbə/73)

ayəti nəsx etmişdir. 

Ayrıca, bu görüş, ibn Məs'ud (radiyallahu anh)'dan və müfəssirlərin bir çoxundan da rəvayət edilmişdir.

-------------------

2. Bu ayət, nəsx edilməmişdir. Xüsusi olaraq, kitab əhli haqqında nazil olmuşdur. Cizyəni ödədikləri təqdirdə, İslama girmək üzərə məcbur edilməyəcəklərini ifadə etməkdədir. 

İslama girmək üzərə məcbur ediləcək kimsələr isə, bütpərəstlərdir. Onlardan, İslama girməkdən başqa bir şey qəbul edilməz. Bax:

"Ey peyğəmbər! Kafir və münafiqlərlə cihad et." (Tövbə/73) ayəti, bu kimsələr haqqında nazil olmuşdur.

Bu da, Şabi, Qatadə, əl-Həsən və Dahhaq'ın görüşüdür. 

Bu görüşün lehinə dəlil isə, Zeyd b. Əsləm'in atasından nəql etdiyi bu rəvayətdir:

Əsləm belə deyir:

Mən, Ömər b. əl-Xattab'ın yaşlı bir xristian qadına belə dediyini eşitdim:

"Ey qadın! İslama gir, əmin-amanlıqda olarsan. Şübhəsiz, Allah, Muhammədi haqq din ilə göndərmişdir."

Qadın isə, belə cavab verdi:

"Mən, yaşlı bir qadınam. Ölüm isə, mənə çox yaxındır."

Bunun üzərinə, Ömər (radiyallahu anh) belə dedi:

"Şahid ol, Allahım!"

Daha sonra da:

"Dində məcburiyyət yoxdur." ayətini oxudu.

-------------------

3. İbn Abbas (radiyallahu anh)'a görə, bu ayət, Ənsar haqqında nazil olmuşdur. Belə ki:

Hicrətdən əvvəl, Mədinədə, yəhudilər, ərəblər və az miqdarda da xristianlar yaşayırdılar. Yəhudi və xristianların dinləri və kitabları olmasına baxmayaraq, ərəblərin dinləri və kitabları yox idi.

Ərəblər, Mədinəyə, Yəmən'dən köçərək gəlmiş Evs və Xəzrəc olmaq üzərə 2 qəbilə idilər. 

Yəhudilər isə, Nadir oğulları, Qureyza oğulları və Qaynuka oğulları olmaq üzərə 3 böyük qəbilə idilər.

Bir dinləri və kitabları olmayan ərəblər, yəhudilər qarşısında dinsiz və kitabsız olduqlarından dolayı, onlara həmişə qibtə edirdilər. Hətta cahiliyyə dövründə, bəzi Mədinəli qadınlar:

"Əgər doğacaq bu uşağım yaşayarsa, onu, yəhudilərin içərisində buraxacağam." 

deyə əhd edərdilər.

İslam gəldikdən sonra, Ənsardan bəzilərinin uşaqları, bu şəkildə yəhudilərin arasında qalmaqda idilər.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm),  yəhudi olan Nadir oğullarını, Mədinədən sürgün etdiyində, bu uşaqların ailələri, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gəlib:

"Ey Allahın elçisi! Onları Mədinə'dən çıxarırsan. Amma onlar içində bizim uşaqlarımız və qardaşlarımız var. Onlar necə olacaq?" 

diyə soruşdular. Bunun üzərinə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

"Onlar muxayyər (sərbəst) buraxıldılar. Əgər sizi seçərlərsə, sizindirlər. Yox, onları (yəhudiləri) seçərlərsə, o zaman onlardandırlar." 

buyurdu.

Bunun üzərinə, Ənsardan olanlar, öz uşaqlarını İslama girmək üzərə məcbur etdiklərində:

"Dində məcburiyyət yoxdur." ayəti endi.

Daha sonra, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yəhudilərlə qalmağı tərcih edənləri yəhudilərlə birlikdə Mədinədən sürgün etdi.

Bu, Səid b. Cubeyr'in, əş-Şabi'nin və Mücahid'in görüşüdür. 

Yalnız bu da var ki, o (ibn Abbas) belə demişdir:

Ənsar'ın uşaqlarının Nadir oğulları arasında olmalarının səbəbi, süd analarından süd əmməkləri idi. 

Ən-Nəhhas belə deyir:

"İbn Abbas'ın bu ayətə dair görüşü, sənədinin səhhəti dolayısı ilə, görüşlərin ən uyğun olanıdır. Belə bir şey də, zatən şəxsi görüşə istinad edərək iləri sürülə bilməz."

-----------------------

4. əs-Süddi belə deyir:

Bu ayət, 2 oğlu olan Ənsardan əbu Husayn haqqında nazil olmuşdur.

Şam'dan zeytun yağı gətirən tacirlər, Mədinə'yə gəlmişdilər. Bu tacirlər Mədinə'dən çıxmaq üzərə olduqları vaxt, əl-Husayn'ın 2 oğlu, onların yanına vardılar. Onlar, əl-Husayn'ın oğullarını xristianlığa dəvət etdilər. Bunlar da xristianlığı qəbul edib onlarla bərabər Şam'a getdilər. 

Ataları Əbu Husayn, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, onların bu davranışlarından şikayət etdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) isə, onları geri gətirəcək kimsələr göndərməsi arzusu olduğunu bildirdi. Bunun üzərinə də:

"Dində məcburiyyət yoxdur." ayəti endi.

---------------------

5. Bu ayətin bir mənası da:

"Qılınc gücü ilə İslama girmiş kimsəyə, 'məcbur edildi' deməyin."

Bu da, beşinci görüşdür.

------------------

6. Altıncı görüşə görə də, bu ayət, əsir alınan uşaqlar və qadınlar haqqındadır. 

Bunlar kitab əhlindən (yəhudi və xristianlardan) olduqları və yaşca böyük olduqları təqdirdə, İslama girmək üzərə məcbur edilməzlər.

Kiçik olsun və ya böyük olsun, əgər bunlar məcusi (atəşpərəst) və ya bütpərəst isələr, İslama girmək üzərə, məcbur edilərlər. Çünki onları əsir alan kimsələr, bu kimsələr bütpərəst qaldıqları müddətcə, onlardan istifadə edə bilməzlər. Necə ki, onların kəsdikləri yeyilməz, qadınları da nikahlanmaz. Onlara malik olan bir kimsə, onlardan iyrənər, mülkü olmalarından dolayı da, onlardan bütpərəst qaldıqları müddətcə faydalanmasına imkan olmaz. Bu baxımdan, onları İslama məcbur etmək caizdir.

Buna bənzər bir görüşü, ibnu'l-Qasım da, Malik'dən rəvayət etmişdir. 

Əşhəb isə, belə deməkdədir:

"Bunlar, özlərini əsir alan kimsənin dini üzərədirlər. Qəbul etməyəcək olarlarsa, İslama girmək üzərə, məcbur edilərlər. 

Kiçik uşaqların isə, dini olmaz. Bu baxımdan, batil bir dinə girməmələri üçün, İslam dininə girmək üzərə məcbur edilərlər. 

Sair küfr növlərinə gəlincə isə, bunlar cizyəni verdikləri təqdirdə, İslama girmək üzərə onları məcbur etmərik. İstər ərəb olsunlar, istər olmasınlar.  İstər Qüreyşli olsunlar, istər başqa bir qəbilədən.

(İmam Qurtubi, "əl-Cami li Ahkami'l-Quran" təfsiri)

Read 3 times
In order to make a comment, please login or register