Dini hökmlər kimlərdən soruşulmalıdır?

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"(Bir alimin verdiyi) yalnış fətvadan dolayı xətaya düşən kimsəyə günah yoxdur. Bütün günah, yalnız fətva verən (alim)'in boynundadır."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, hədis no: 53)

-----------------

İzahı:

Bu hədis, fətva mövqeyində oturub xalqa fətva verən elm adamlarının həssas davranmaqlarını, bir xətaya düşməmək üçün bütün güclərin sərf etmələrini istəməkdə və yalnış fətva səbəbilə xalqın xətalı yola düşməsinin bütün məsuliyyətinin fətva verənə aid olduğunu bildirməkdədir.

Təbii ki, ictihad mərtəbəsinə çatmış olan müctəhidin ictihad səbəbilə işləyə biləcəyi xəta, bunun muhtəvasına girməz.

Lakin ictihad şərtlərini daşımadığı halda:

• özünə "ictihad bəzəyi"ni verib yalnış fətva verənlər; və ya

• müctəhid fəqihlərin fətvalarını yaxşı tədqiq etmədən onlar adına yalnış məlumat verənlər; və ya

• onların miras qoyduqları fiqh kitablarından fətva çıxarmaq (verilmiş olan fətvanı öyrənmək) üçün elmi qüdrəti daşımadan cahilcə fətva verənlərin hamısı, bu hədisin muhtəvasına girər.

İmam Sindi (əl-Hənəfi)'nin bəyanına görə, hədisə belə mənalar da verənlər olmuşdur:

"Kim yalnış fətva verərsə, bütün günah ona fətva üçün müraciət edənin boynundadır."

Fətva vermək mövqeyindəki şəxsin (elmi) kifayətsizliyi və yalnış fətva verə biləcəyini bilə-bilə müraciət edən kimsənin, əhliyətsiz olduğunu bildiyi adamın fətvası ilə əməl edə bilməyəcəyi və əməl etməsi halında məsuliyyət altında qalacağı, təbiidir.

Əslində, fərdlərin və cəmiyyətdəkilərin, belə cahillərə müraciət etmək və onları fətva mövqeyində saymaqla da günaha girmiş olduqları, bu hədisdən başa düşülür.

Read 2 times
In order to make a comment, please login or register