"Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən." Fatir surəsi 22-ci ayətin təfsirini verə bilərsinizmi?
"---وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ---"
"---Kor ilə görən bir olmaz,---"
"---وَلَا ٱلظُّلُمَـٰتُ وَلَا ٱلنُّورُ---"
"---zülmətlərlə nur da,---"
"---وَلَا ٱلظِّلُّ وَلَا ٱلْحَرُورُ---"
"---kölgə ilə isti də eyni deyildir.---"
وَمَا يَسْتَوِى ٱلْأَحْيَآءُ وَلَا ٱلْأَمْوَٰتُ ۚ إِنَّ ٱللَّهَ يُسْمِعُ مَن يَشَآءُ ۖ وَمَآ أَنتَ بِمُسْمِعٍ مَّن فِى ٱلْقُبُورِ---"
"---Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən.---"
-----------------------
Təfsiri:
19- "Kor ilə görən bir olmaz."
Kafir ilə mömin, cahil ilə alim deməkdir.
Uca Allahın:
"De ki: Murdar ilə təmiz heç bir zaman bir olmaz." (Maidə/100) buyuruğu da bunun kimidir.
------------------
22-"Dirilərlə ölülər də eyni deyildir. Şübhəsiz, Allah istədiyi kimsəyə eşitdirir. Sən isə, qəbirdə olanlara eşitdirə bilməzsən."
Bununla bağlı olaraq, ibn Quteybə belə deyir:
"Dirilərdən məqsəd- ağıllılar;
Ölülərdən məqsəd- cahillərdir."
Qatadə belə deyir:
"Bunların hamısı bir misaldır. Yəni bunlar eyni olmadığı kimi, kafir ilə mömin də bərabər olmaz."
"Şübhəsiz Allah dilədiyi kimsəyə eşitdirir."
Yəni cənnəti üçün yaratmış olduğu dostlarına eşitdirir.
"Sən qəbirdə olanlara" yəni: "küfrün qəlblərini öldürdüyü kimsələrə" eşitdirə bilməzsən.
Yəni onlar eşitdiklərindən faydalana bilməmək və onu qəbul etməmək baxımından qəbirdəkilər məsabəsindədirlər.
(İmam Qurtubi, "əl-Camiu li ahkami'l-Quran", Fatir/19-22 təfsiri)
- Rum surəsi 52-53-cü ayətlərin təfsirini verə bilərsinizmi?
- "Heç biriniz, Mən özünə, övladından, atasından və bütün insanlardan daha sevgili olmadıqca, (tam) iman etmiş ola bilməz." hədisini izah edərsinizmi?
- İman və İslam eyni şeylərdirmi?
- "Din, nəsihətdir." nə deməkdir?
- Ölüyə Yasin oxumaq olarmı?
- Özünüz üçün arzuladığınızı qonşunuz üçün də arzulamadıqca, (kamil) iman etmiş olmazsınız." hədisini izah edərsinizmi?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-1
- İman, İslam və İhsan hədisinin izahı
- Nur surəsi 27-ci ayətinin təfsirini verə bilərsinizmi?