Dönüşünüz Onadır nə deməkdir - 1

"Dönüşünüz Onadır. Hamınız Ona qaytarılacaqsınız. Dönüş, ancaq Onadır. Qayıdışım, yalnız Onadır. Bütün işlər, Ona qayıdar."

Ənam/60; Bəqərə/245; Maidə/18; Ra'd/36; Hud/123 kimi ayətlərdə, dönüşün yalnız Allaha olması nə deməkdir?

----------------------------------------

Ustad Said Nursi (rahmətullahi aleyh), Sözlər əsərində (33-cü söz'də), belə deyir:

"Kâinatta, esbab (səbəblər) ve müsebbebat (nəticələr kimi) görünen eşyaya bakıyoruz ve görüyoruz ki, en âlâ (üstün) bir sebep, en âdi bir müsebbebe (nəticəyə) kuvveti yetmiyor.

Demek esbab (səbəblər) bir perdedir; müsebbepleri (nəticələri) yapan başkadır..."

Allah Taala, bu imtahan dünyasında, əşyanı, səbəblərin əlilə yaratmaqda və insanları, o səbəblərə təsir verib verməmək mövzusunda imtahan etməkdədir. Axirətdə isə, hər şey bir anda yaradılacaq və səbəblər ortadan qalxacaqdır.

Bu hikmət dünyasında, bir çox əşya, daha doğrusu gördüyümüz əşyanın hamısı, səbəblər əlilə yaradılırlar. Səbəblər olmadan yaradılanları isə, zatən görə bilmirik. Ruhlar və mələklər kimi...

Allah Subhanəhu və Taala, insanların səbəblərdə boğulmaması üçün, onlara böyük bir asanlıq olaraq, müsəbbəblərin/nəticələrin yaradılmasında, insan qüvvətinə bir hissə verməmişdir. Ta anlasınlar ki, əşyanı və hadisələri yaradan, başqasıdır.

"En ala/üstün sebeb..." deyildiyində, ağlımıza ilk əvvəl insan gəlir. İnsan, məxluqat içində, ən böyük bir məqamda olub bütün əşya ona xidmət etdirilməkdədir. Halbuki icadda isə, əli qısadır. Məsələn, o:

~ Yediyi yeməyin mədəsində həzm olmasından, qismlərə ayrılmasına qədər heç bir şeyə qarışa bilməz; sadəcə gözləyər.

~ Aldığı qidaların qan olmasını, ət olmasını, saç olmasını gözləyər;

~ Ağac əkər və sadəcə meyvə verməsini gözləyər;

~ Saçlarının ağarmasından belinin bükülməsinə qədər heç bir şeyə qarışa bilməz, sadəcə xəstəlik kimi bəzi hallarda lazımi tədbirləri aldıqdan sonra nəticəni gözləyər və s.

Xülasə, ən böyük səbəb olan insan, bu qədər aciz olarsa, sair canlılar, bitkilər və cansız əşya, əlbəttə icaddan, yaratmaqdan çox uzaqdırlar.

Ustad Nursi, bir digər əsərində (Mesnevi-i Nuriye) bənzər mənada belə deyir:

"Evet, insan, kâinatın en eşrefi (şərəflisi) ve esbab (səbəblər) içinde ihtiyarı en geniş olduğu halde, ef’âl-i ihtiyarîsi (ixtiyari felləri) içinde yemek ve içmek gibi en âdi bir fiilinde, yüz cüz’ünden ancak bir cüz’ü insana ait olabilir. Esbabın (səbəblərin) sultanı olan insan, böyle eli bağlı, tesirsiz olursa öteki esbab-ı câmide (cansız səbəblər) ne halt edebilir?" (Mesnevî-i Nuriye)

Meyvəni budaqdan qoparırıq. Bu, hər zaman belə davam edərək gəlmişdir. Budaq ilə meyvə arasında, "muqarənət", yəni "yaxınlıq" vardır. Bu hadisəyə qəflət və səthi nəzərlə baxan bir insan, o İlahi möcüzəni, ağacın yaratdığını zənn edə bilər. Suyu, torpağı, günəşi və havanı ağaca çevirən bir qüdrətin, o ağacdan da meyvələr çıxardığını düşünmək istəməz. Meyvənin ifadə etdiyi incə mənaların, ağacla bir münasibəti olmadığını da başa düşməyə yaxın durmaz. Məsələn:

~ O meyvə, insana ruzi olaraq təqdim edilmiş, ağac, bunun qafili...

~ Meyvənin dadı, qoxusu, rəngi, insana görə və insan üçün verilmiş, ağac, bundan xəbərsiz və s...

Demək ki, o ağac, bu halı ilə, bir kağızdan fərqsizdir. Üzərinə yazılmış bu hikmətli sözlərdən heç bir xəbəri yoxdur. O elm və sənət yüklü yazını oxuyanlar, kağızı heç vaxt diqqətə almazlar. Bütün nəzərlərini, yazıya və müəllifə həsr edərlər.

İndi yazı ilə kağız arasındakı bu yaxınlığa aldanaraq, yazını kağızın yazdığını iddia etmək, bir düşüncə səfaləti deyildirmi?!

------------------------------------

Ustad Nursi (rahiməhullah), davam edərək belə deyir:

"...Hem nasıl ki müsebbebdeki (nəticədəki) harika san’at ve tezyinat (bəzənişlər), esbabı azledip (səbəbləri uzaqlaşdırıb), Müsebbibü’l-Esbab olan Vâcibü’l-Vücuda (səbəblərə səbəb olan varlığı zəruri olan Allaha) işaret ederek

, وَاِلَيْهِ يُرْجَعُ اْلاَمْرُ كُلُّهُ

"Bütün işlər, Ona qayıdar." (Hud/123)

sırrınca Ona teslim-i umur eder (işlər Ona təslim edilər).

Öyle de, müsebbebata (nəticələrə) takılan neticeler, gayeler, faideler, bilbedâhe (açıq bir şəkildə), perde-i esbab (səbəblər pərdəsi) arkasında bir Rabb-i Kerîmin, bir Hakîm-i Rahîmin (Rəbb, Kərim, Hikmət sahibi, Rəhmət sahibi Allahın) işleri olduğunu gösterir."

Yuxarıda, nəticələrdəki qeyr-i adi sənətləri, ən üstün bir səbəbin belə yarada bilməyəcəyi haqqında bəhs etdik. Yəni hər hansı bir nəticədəki mükəmməl bir sənətə, gözəlliyə nəzər etsək, bunu, səbəblərin yarada bilməyəcəyini başa düşdük və o işi, ancaq hər şeyi bilən və hər şeyə qüdrəti çatan Allahın yaratdığına hökm etdik.

Bax ayətdə də, bu məna, "rücu/dönüş, qayıdış" kəliməsilə dərs verilmişdir. Yəni, bir məqalədəki elmi həqiqətləri, kağızın və ya qələmin düşünə bilməyəcəyini idrak etməklə, fikrimiz bir alim şəxsə rücu etdi, bu işi, ancaq onun yazdığını başa düşdük.

Xülasə, nəticələrdəki qayələri, məqsədləri, faydaları, səbəblərin bilə bilməyəcəyi cəhətindən yola çıxaraq, səbəblərin bir pərdə olub nəticələri Allahın yaratdığı izah və isbat edildi.

Read 7 times
In order to make a comment, please login or register