Dörd haqq məzhəbdə (Hənəfi, Şafei,Maliki, Hənbəli) Şəvval orucunu tutmaq müstəhəbdirmi?

Səvbən (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Kim Ramazan (orucunu tutar və) bayramdan sonra 6 gün oruc tutarsa, onun tutmuş olduğu oruc, ilin bütününün orucu olmuş olar. Kim yaxşılıq edərsə, ona o yaxşılığın 10 misli vardır."

Not: Məcmə'uz-Zəvaid'də belə deyilmişdir:

Bu hədisi, İbn Hibban ( رحمه الله) 'Səhih'ində rəvayət etmişdir.

İmam Əbul Həsən əs-Sindi əl-Hənəfi ( رحمه الله): Heysəmi ( رحمه الله) , Məcməu'z-Zəvaid'də, bu hədisin səhih olduğunu söyləmək istəmiş və belə demişdir:

Bu hədisi dəstəkləyən şahid vardır.

--------------------

Əbu Əyyub əl-Ənsari (رضي الله عنه) 'dan rəvayət ediliyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Kim Ramazan orucunu tutar, sonra bunun arxasında Şəvval'dan 6 gün oruc tutarsa, onun tutmuş olduğu oruc, il boyunca tutulan oruc kimidir.[1]

Səvban (رضي الله عنه) hədisini, İbn Hibban ( رحمه الله) da 'Səhih'ində rəvayət etmişdir. Darimi ( رحمه الله) də bunun bənzərini rəvayət edir.

Əl-Mənhəl müəllifinin bəyanına görə, bu hədisin bənzəri- Əbu Hureyrə (رضي الله عنه) , Cabir bin Abdullah (رضي الله عنه) , Bəra b. Azib (رضي الله عنه) , İbn Abbas (رضي الله عنه) və Hz.Aişə'dən də rəvayət edilmişdir.

Əbu Əyyub (رضي الله عنه) 'ın hədisini- İmam Əhməd ( رحمه الله) , İmam Muslim ( رحمه الله) , Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , Beyhaqi ( رحمه الله) və Darimi ( رحمه الله) də rəvayət etmişlərdir.

Əbu Əyyub (رضي الله عنه) 'ın hədisinə görə, Ramazan orucundan sonra Şəvval ayından 6 gün oruc tutan kimsə, bütün il oruc tutmuş kimi savab qazanar. Çünki Ramazan ayı orucu, 10 qat artmaqla 10 aylıq oruca qarşılıq gələr.

(Yəni 30 gün Ramazan orucu 10 qat artmaqla 300 gün, yəni 10 aya qarşılıq gələr.)

Şəvval'ın 6 günlük orucu da 60 günlük oruca bərabər olar.

Səvbən (رضي الله عنه) 'ın hədisinin zahirinə görə, Ramazan'dan sonrakı 6 günlük orucun Şəvval ayı içərisində olması şərt deyildir.

Bu hədisdə xatırlanan ayət, hər yaxşılığın 10 qatı veriləcəyini hökmə bağlamışdır.

"مَنْ جَٓاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ اَمْثَالِهَاۚ "

"---Kim yaxşılıq edərsə, ona o yaxşılığın 10 misli verilər." (Ənam/160)

Ramazan orucundan ayrı olaraq Şəvval'ın xaricində belə 6 gün oruc tutularsa, bu ayətin hökmü gərəyincə, onun orucu, bütün ilin orucuna qarşılıq gələr.

Lakin hədisdəki: "...bayramdan sonra..." təbiri, Şəvval ayını xatırladır. Əbu Əyyub (رضي الله عنه) 'ın hədisində də Şəvval qeydi mövcuddur.

O halda, bir an əvvəl, illik orucun savabını əldə etmək üçün Ramazanı izləyən Şəvval ayında bu 6 günlük oruc tutulmalıdır.

Əl-Mənhəl müəllifi, Əbu Əyyub əl Ənsari (رضي الله عنه) hədisini açıqlayarkən icmal olaraq belə deyir:

Hədisin mənası budur:

Hər il Ramazan orucuna və Şəvval'ın 6 günlük orucuna davam edən kimsə, ömür boyunca oruc tutmuş kimi olur. Və bir il Ramazan orucunu və Şəvval'ın 6 günlük orucunu tutan bir kimsə, o il boyunca oruc tutmuş kimidir.

Bu hədis, Şəvval'ın 6 günlük orucunun müstəhəbliyinə dəlalət edir.

İmam Şafei (رضي الله عنه) , İmam Əhməd (رضي الله عنه) , Davud ( رحمه الله) və bir camaat da belə hökm etmişlərdir.

Şəvval orucunun məşru olmasındakı hikmət budur:

Bu oruc, fərz namazlara bağlı sünnətlərə bənzəyir. Sünnət namazlar, fərz olan namazlardakı bəzi nöqsanlıqları aradan qaldırdığı kimi, Şəvval orucu da, Ramazan orucundakı bəzi qüsurları aradan qaldırır.

Şafeilərə görə, bayramın ikinci günü və ara verilmədən tutulması, daha savabdır. Əgər ara verilərək və ya Şəvval'ın digər hissələrində tutularsa, yenə sünnət hasil olar.

İmam Əhmədə (رضي الله عنه) görə isə, fəzilət yönündən, ara verilərək və ya verilmədən tutulması arasında fərq yoxdur.

İmam Azam Əbu Hənifə (رضي الله عنه) , İmam Malik (رضي الله عنه) və İmam Əbu Yusuf ( رحمه الله) - Şəvval'ın 6 günlük orucunu, məkruh saymışlardır. Ta ki, xalq, bunun vacibliyinə inanmasın.

İmam Malik (رضي الله عنه) , Muvatta'sında belə deyir:

Elm və fiqh əhlindən, Şəvval'ın 6 günlük orucunu tutan kimsə görmədim. Sələftən də kimsənin tutduğuna dair, hər hansı bir məlumata rast gəlmədim.

Elm əhli, cahillərin Ramazan'dan olmayan orucu, Ramazana əlavə edərək bidət çıxaracaqlarından qorxaraq, bu orucu məkruh saymışlardır.

Lakin Hənəfi və Maliki məzhəbinə məxsus fəqihlər, Şəvval'ın bu orucunu, ara verərək tutmağı məndub saymışlar və ara vermədən tutulmağının isə, məkruh olmadığına fətva vermişlər.

Ancaq Hənəfilərdən İmam Əbu Yusuf ( رحمه الله) , bunda müxalif qalmışdır. Bu fəqihlər, İmam Əbu Hənifə (رضي الله عنه) və İmam Malik (رضي الله عنه) 'in yuxarıdakı kərahət sözlərini, Şəvval orucuna, bayramın ikinci günü başlayıb ara vermədən tutmaq halına görə izah etmişlərdir.

Bu halda, əgər bayramın ikinci günündən sonra və ara verərək tutularsa:

• kərahət yoxdur;

Və ya bu hədislər bu 2 imama:

• çatmamış;

• yaxud da çatmış, amma onlara görə hədis, sabit görülməmişdir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Şəvval ayından 6 gün oruc tutmaq haqqında gələn hədislər babı", hədis no: 1715-1716)

Read 3 times
In order to make a comment, please login or register