Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?

Sual:

Rəsulullah ( ﷺ ) , 4 rəşidi xəlifənin yoluna tabe olmağı əmr etdiyinə görə, bəs digər səhabələrin fərqli görüşlərinə baxmayaraq, yalnızca bu 4 xəlifənin bir mövzuda görüş birliyi üzərində olmaları, bağlayıcı dəlillərdən olan (icma)'dan sayılır mı?

Cavab:

Bunların bir mövzuda söz birliyi etmələri, qəti olaraq dəlil sayılır. Amma hər kəsin tabe olması məcburi olan icmadan sayılıb-sayılmayacağı xüsusunda müsbət və mənfi olmaq üzərə 2 görüş iləri sürülmüşdür.

Sual:

4 xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi?

Cavab:

İmam Əhməd (رضي الله عنه) , Xattabi ( رحمه الله) və bənzəri bəzi alimlərə görə, bir xəlifənin görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər. İkinci xəlifə olan Ömər b. Xattab (رضي الله عنه) üçün isə, bu tərcih əksəriyyətin görüşüdür. Çünki Rəsulullah ( ﷺ ) onun haqqında belə buyurmuşdur:

Allah Taala haqqı, Ömərin dilinə və qəlbinə yerləşdirmişdir.

Rəsulullah ( ﷺ ) bir hədisdə də belə buyurmuşdur:

Mən yuxuda özümü bir quyunun başında gördüm. Quyudan bir müddət su çəkdim. Sonra Əbu Bəkr gəldi. Özü də bir-iki vedrə su çəkdi. Sonra Ömər gəldi. Bir pəhləvan ədası ilə quyudan su çəkməyə başladı və çəkdikcə çəkdi. Mən Ömər kimisini görə bilmədim. Onun çəkdiyi sularla insanlar və heyvanlar doyunca su içdilər.

Ömər b. Əbdu'l-Əziz ( رحمه الله) də Hz. Ömər'in hökmlərinə tabe olar və bunun üçün bu hədisləri dəlil olaraq zikr edərdi.

İmam Malik (رضي الله عنه) , Ömər b. Əbdu'l-Əziz ( رحمه الله) 'in bu sözünü rəvayət etmişdir:

Rəsulullah ( ﷺ ) və onun rəşidi xəlifələri bəzi sünnətlər ortaya qoymuşlardır. Bu sünnətlərə tabe olmaq, Allah'ın kitabına tabe olmaqdır və Allah Taala'nın dinini yaşamaq üçün güc və qüvvət qazanmaqdır.

Bu sünnətləri dəyişdirmək, yerlərinə başqa şeylər qoymaq və onları tənqid mövzusu etmək, heç kimin haqqı deyildir.

Bu sünnətlərə tabe olanlar, hidayəti taparlar, onlardan faydalanmaya çalışanlar kömək görərlər. Sünnətləri tərk edənlər isə, möminlərin yolundan (möminlərin getmələri lazım olan doğru yoldan) saparlar."

İmam Malik (رضي الله عنه) , bu sözü nəql etdikdən sonra, heyranlığını ifadə etmək üçün belə demişdir:

Ömər b. Əbdü'l-Əziz ( رحمه الله) 'in, sünnətin dəyərini anlatmaqdakı isabəti və sünnətə tabe olmaq mövzusundakı həssassiyəti, hər cür təqdirə layiqdir."

Xələf b. Xəlifə ( رحمه الله) bunları söyləyir:

Ömər b. Əbdü'l-Əziz ( رحمه الله) , xəlifə ikən söylədiyi bir xütbəyə şahid oldum. O, bu xütbəsində belə deyirdi:

Bunu bilin ki, Rəsulullah ( ﷺ ) 'in və ilk 2 xəlifəsinin (Əbu Bəkr və Ömər'in) sünnət qıldıqları şeylər (hökmlər, əmrlər, fətvalar) dindir. Biz də bu şeyləri mənimsəyər və onların önündə durarıq (onları aşmarıq).

Azub əl-Kindi ( رحمه الله) 'nin rəvayətinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Məndən sonra ixtilaflar çıxacaqdır. Sizlər Ömər'in sünnətinə (tətbiqatına) tabe olmağa çalışın.

Hz.Əli (رضي الله عنه) (öz xilafəti vaxtında) Ömər'in hökm və qərarlarına tabe olar və:

Ömər, dində rəşid (haqqı bilən və bilərək ona tabe olan; kamilləşmiş; hidayətə çatmış) bir kimsə idi - deyərdi.

Şabi ( رحمه الله) belə deyinsanlar bir mövzuda fikir ixtilafına düşüncə, siz, Ömər'in o mövzudakı fikir və hökmünə tabe olun. Çünki Ömər (radiyallahu anh), Rəsulullah ( ﷺ ) 'in açıq bir sözü və hökmü olmayan məsələlərdə səhabələrlə istişarə edərdi. Bu səbəblə, onun hökm və görüşü həqiqətdə bütün səhabələrin hökm və görüşüdür.

Şabi ( رحمه الله) , bunu da deyir:

Önünüzə çıxan hər hansı bir mövzuda, ümmətin nəyin (hansı görüş və fikrin) üzərində icma etdiyinə baxın və belə bir icma varsa, ona tabe olun. Çünki Allah Taala, bu ümməti dəlalət və yalnış üzərində icma etdirməz.

Ümmət, icma deyil, ixtilaf etmişsə, o zaman da Ömər'in nə etdiyinə baxın və tətbiqatına (və söylədiyinə) tabe olun."

Mücahid ( رحمه الله) belə demişdir:

Səhabələr bir mövzuda ixtilaf etmişlərsə, Ömər'in o mövzudakı görüşünə tabe olun.

İkrimə ( رحمه الله) 'yə belə bir sual verildi:

Azad bir kəsdən uşaq doğan cariyənin hökmü nədir?

İkrimə ( رحمه الله) belə cavab verdi:

Uşağın atasının ölməsilə cariyə azadlığa qovuşar.

Ona belə dedilər:

Bunu harda çıxarırsan?

İkrimə ( رحمه الله) :

Qurandan!" diyə cavab verdi.

Ona:

Quran'ın hansı ayəsində belə deyilir? - dedilər.

İkrimə ( رحمه الله) :

Quran'da: Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin.' buyurulmuşdur. (Nisa/59) Hz.Ömər (رضي الله عنه) də, bu əmr sahiblərindəndir və bunu o söyləmişdir." dedi.

Veki b. Cərrah ( رحمه الله) belə deyir:

Ömər və Əli bir görüşdə birləşərlərsə, doğru olan o görüşdür."

Abdullah b. Məsud (رضي الله عنه) and içərək belə demişdi:

Sırat-ı mustəqim,Ömər 'in üzərində addımladığı yoldur.'

Sözün qısası, Hz.Ömər 'in səhabələrlə birlikdə üzərində görüş birliyi [1] və ittifaq etdikləri bir xüsus, qəti olan haqq və gerçəkdir. Bu icmadır və bütün müsəlmanları bu hökmə bağlayar.

Hz.Ömərlə digər səhabələr arasında görüş birliyi və ittifaqın hasil olmadığı bir xüsusda isə, öncəki kimi bağlayıcılıq yoxdur. Amma Ömər'in görüşü yenə tərcihə uyğundur.

(İbn Rəcəb əl-Hənbəli, Camiu'l-ulum və'l-hikəm, 28-ci hədis: "İtaət etmək, sünnətə tabe olmaq və bidətlərdən uzaq durmaq haqqındadır.", 2. Cild, s.142-146)

 

1. Təravih #namazı [ 20 rükət ]

Read 96 times
In order to make a comment, please login or register