Dövlət başçısı necə təyin edililir?

İmam əbu'l-Həsən əl-Mavərdi, "əl-Əhkamu's-Sultaniyyə" adlı əsərində, belə deyir:

Xəlifənin təyini və hüquqi halı:

a. Xəlifənin təyini:

İmamət adı verilən Xilafət, din və dünyaya aid işlərin icra edilməsi üçün, Nübüvvətə xələf olaraq qoyulmuş, qəbul edilmiş bir müəssisədir. Dövlət başçılığı vəzifəsini icra edənə, bütün Müsəlman topluluğun tabe olmasının gərəkdiyi xüsusunda, icma vaqe olmuşdur. Alim əl-Əsam, bu icmaya qatılmamaqdadır.

Dövlət başçısına tabe olmağın bir ağıl işimi, yoxsa dinin əmrimi olduğu mövzusunda, görüş ayrılığı vardır. Belə ki:

a. Xəlifəyə tabe olmağın əqlən vacib olduğunu söyləyənlərin görüşü:

Dövlət başçısına tabe olmaq, xalqı pislikdən, zülmdən uzaqlaşdırır. Xəlifə, tərəflər arası düşmənlikləri ortadan qaldırır. Bütün bunlar, ağılla düşünülə bilən xüsuslardır. İdarəçilər olmasa, xalq, son dərəcə qarışıq, bayağı, zülmlər içində davam edən bir həyat içində yaşayar. Cahiliyyə dövrü şairlərindən əl-Əfvəhu'l-Əvdi, bir şeirində belə deyir:

"İnsanların cahilləri idarəçilər olduğunda, insanlar pisliklərdən qurtula bilməyəcəyi kimi, rahatlıq da tapa bilməyəcəklərdir."

b. Dinən xəlifəyə tabe olmağın gərəkdiyini deyənlərə görə:

(Dini cəhətdən dövlət başçısına bağlanmağın vacib olduğu görüşünə görə), dini işlər bir tərəfə qoyularsa, ağıl yolu ilə xəlifənin dünyaya aid hüquqi işləri icra edə biləcəyi qəbul edilə bilər. Lakin ağıl, fərdlərin dinə və qanuna bağlılığını əmr edə bilməz. Yalnız ağıl sahibi, hər bir şəxsin pislik etməsini əngəlləyər. Mərhəmətdə, yaxınlaşmada, ədalətin gərəkləri nədirsə, onu qəbullanar. İşə, əqli bir ədalət məfhumu ilə başlayar. İnsan, yalnız öz ağıl və düşüncələri ilə işləri icra edər. Başqalarının düşüncələrindən isə, çox da faydalanmaz. Halbuki din, dini sahələrdə işləri icra edənlərə, dünyaya aid işlərin də verilməsini əmr edir. Allah Taala da:

"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin." (Nisa/59) ayətini endirmişdir.

Bizə, bizdən olan və əmr etmə səlahiyyətini ehtiva edən xəlifələrə və digərlərinə itaət etmək, fərz olmuşdur. Hişam b. Urvə, əbu Salihdən; o da, əbu Hureyrə (radiyallahu anh)'nin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən belə buyurduğunu rəvayət edir:

"Məndən sonra, bəzi idarəçilər sizi idarə edəcəkdir. Yaxşılar yaxşılıqları ilə; pislər də pisliklərilə sizi idarə edəcəklərdir. Haqqa uyğun olan hər xüsusda, onlara itaət edin, eşidin. Yaxşılıq edərlərsə, bu, həm sizin üçün, həm də onlar üçün yaxşıdır. Pislik edərlərsə, bu, sizin lehinizə, onların əleyhinədir." (İbn Macə, "İqamə"/47)

B. Xəlifəni seçəcək olanlar və şərtləri:

Dövlət başçısı olmağın lüzumu, onun (xəlifəlik) haqqında bilik əldə etmək, hərb və elm öyrənmək kimi bir fərz-i kifayədir. İslam topluluğunun bir qismi bu vəzifəni yerinə yetirincə, digərləri borcdan qurtularlar.

İnsanlar arasından biri çıxıb Dövlət başçılığı vəzifəsini yerinə yetirməyincə, topluluqdan 2 qrup çıxır:

• Birincisi: Seçicilər topluluğu. Bunlar, topluluq üçün bir xəlifə seçərlər;

• İkincisi: Xəlifəliyə namizədlərdir. Aralarından biri, xəlifəliyə seçilər.

Müsəlman xalqın meydana gətirdiyi cəmiyyətdə, bu 2 qrupun xaricində qalanlar üçün, xəlifə seçiminin gecikməsində bir çətinlik və günah yoxdur.

Xəlifənin məcburi olaraq varlığını qəbulda, bəhsi keçən 2 qrupun hüquqi varlığı başa düşülüncə, hər qrup (yəni seçənlər və seçilənlər) üçün, bəzi şərtlər axtarılar:

a. Seçicilər üçün axtarılan şərtlər:

1. Hər yönü ilə doğru bilinən, adil bir şəxs olmaq;

2. Xəlifəliyə namizəd olan şəxsdə axtarılan şərtləri bilməyə kifayət qədər məlumat sahibi olmaq;

3. Birdən çox xəlifəliyə namizədlər olarsa, onlardan hansının ammə (ümuma aid) işlərini idarəyə ən müqtədir; bu növ işləri ən yaxşı biləni seçməyə götürən bilik və görüş sahibi olmaq;

Xəlifəliyə namizədlərin öz diyarlarından (ölkələrindən) olan seçicilərin, başqa yerlərdən olan seçicilərə bir üstünlükləri yoxdur. Ancaq dini mahiyyətdə olmayıb, örfən, xəlifə seçimində işlərin icra edilə bilməsi üçün xəlifəliyə namizəd olanların öz ölkələrinin hazır olan seçicilərindən biri, seçki işləri üçün idarəçi ola bilər. Çünki xəlifənin gördüyü işlərə, onun ölkəsində, kimlərin xəlifəliyə əhil olduğuna dair kifayət qədər məlumat mövcuddur.

C. Xəlifədə axtarılan şərtlər:

b. Xəlifəliyə əhil olanlarda axtarılan şərtlər:

aa. Hər yönü ilə adil kimsə olmaq;

bb. Xilafətin vəzifələrinə aid olan bütün işlərdə, ictihad edə biləcək dərəcədə elm sahibi olmaq;

cc. Qulaq, göz, dil kimi orqanlarının (bu orqanlarla iş görüb başa düşə biləcəyi işlərdə, asanlığı, yaxınlığı təmin üçün) sağlam olması;

dd. Hərəkət etməyə, sürətlə qalxıb-oturmağa əngəl olan əlilliklərdən uzaq və sağlam olmaq;

ee. Ammə işlərini idarəyə, xalqın sövq və idarəsini başa düşməyə faydalı olan fikir və görüşlərə sahib olmaq;

ff. Düşmənlə hərbə, topluluğu qorumağa imkan verən güc, qüvvət və cəsarətə sahib olmaq.

gg. Soy cəhətindən Qureyş'dən olmaq. Çünki bu xüsusda, hədis mövcuddur.

Keçmişdəki Müsəlmanlar, bu mövzuda (xəlifənin Qureyşdən olmasında) görüş birliyi içində olmuşlardır. Hər nə qədər bəzi hüquqçulara görə, bu şərt tənqid edilmişsə də, insanların hamısı, sonunda bu görüşü qəbul etmişlərdir.

Əbu Bəkr, Ənsarın, Dövlət başçısı -xəlifə- olaraq Sə'd b. Ubadə'yə biət etməsi üzərinə, Səqifə günü Ənsara, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Dövlət başçısı (imam), Qureyş'dəndir." hədisini dəlil gətirmişdi. Ənsar da, ixtilafı tərk edərək, "Əbu Bəkrin rəvayətini təsdiq və təslim üçün, bizdən bir əmir, sizdən də bir əmir" fikrindən döndülər. Əbu Bəkrin:

"Bizlər, amirlərik; sizlərsə, vəzirlərsiniz." sözündən məmnun qalmışdılar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Qureyşi iləri keçirin, başqalarını tərcih edib iləri keçirməyin." buyurmuşdur.

Bütün Müsəlmanlarca qəbul edilən bu dəlilə qarşı gələnin bir şübhəsi və müxaliflərin də bir sözü və bəyanı mövcud deyildir.

D. Xəlifənin tənsibi (uyğun görülməsi)

Xilafət və İmamət vəzifəsi:

~ ya seçicilərin seçməsi surətilə; və ya

~ əvvəlki xəlifənin təyini ilə olmaq surətilə, 2 şəkildən birilə olur.

a. Seçicilərin seçməsi surətilə təşəkkül edən xəlifəliyin tam təşəkkülü sırasında gərəkli olan seçici sayında, bəzi şərtlər mövcuddur. Belə ki:

aa. Bütün bir dövlət sərhədləri içində olan seçicilər heyətinin (ashabu'l-aqd və hall)'ın əksəriyyətinin bağlılığı olmadıqca, xilafət təşəkkül etmiş olmaz. Çünki ancaq bu yolla ümumi qəbul və icma təmin edilmiş olur.

Əbu Bəkr (radiyallahu anh)'ın xəlifə seçimində tətbiq edilən muamələ və biət, bu şəkildə olmamışdır. Çünki hazır olanlar biət etmiş, qaib olanların biət etməsi gözlənilə bilməmişdir.

bb. Xilafətin təəssüsü üçün axtarılan ən az seçici miqdarı, 5 nəfərdir. Bunların bir araya gəlməsi və içlərindən birinin rizaları ilə xəlifə seçmələri ilə seçim tamamlanmış olur.

Bu görüşün dəlilləri, 2'dir:

~ Birincisi: əbu Bəkr (radiyallahu anh)'ə edilən biət, 5 nəfər ilə olmuşdur. Sonradan xalq, buna tabe olmuşdur. Bu 5 nəfər də, Ömər b. əl-Xattab, əbu Ubeydə b. Cərrah, Useyd b. Hudayr, Bəşir b. Sə'd, əbu Huzeyfə'nin azad etdiyi nökər olan Salim'dir.

~ İkinci dəlil isə: Ömər, 6 nəfərdən meydana gələn bir məclis qurdu. İçlərindən 5 nəfərin digər birini xəlifə seçmələrini, ona rizaları ilə biət etmələrini istədi.

Bax bu ikinci görüş, İslam hüquqçularının əksəriyyətinin və Basralı kəlamçıların görüşüdür.

cc. Kufəli alimlərdən digər bəziləri də, 3 şəxslə xəlifə seçimi tamalanmış olur, deyirlər. Nigah əqdində bir vəli və 2 şahidlə əqdin tamamlanmış olması kimi. Xilafətdə də, 3 nəfərdən ikisikin rizası və birinin xəlifə olması, 2 nəfərin ona biət etməsi ilə əqd tamamlanmış olur, fikrini müdafiə edirlər.

dd. Bir fikrə görə də, 1 şəxslə xilafət təəssüs edə bilər. Çünki Abbas (radiyallahu anh), Əliyə: "Əlini uzat, Sənə biət edim." demişdir. Bu vəziyyətdə, insanlar,

"Peyğəmbərin əmisi, Peyğəmbərin əmisi oğluna biət etdi. Onların iki olmasında, bir şübhən olmasın. Və Abbas, hakim idi. Bir tək hakimin verdiyi hökm, məqbuldur." demişlərdir.

E. Xəlifəni seçmə üsulları:

Seçicilər heyəti, xəlifə seçimi üçün toplandıqlarında, onlar, xilafətə namizəd olanlarda mövcud olan şərtləri qarşılaşdırarlar. Üstün və fəzilətli olana, bütün insanların dərhal itəat edə biləcəyi namizədə biət edərlər.

Seçicilər heyətindən birinin xəlifə olacağı bəhs mövzusudursa, bu vəzifə özünə təklif edilər. Əgər müsbət cavab verərsə, vəzifə ona verilər. Bağlılıq bildirilər və nəticə olaraq da xəlifəliyi qətiləşər. İslam topluluğunun hamısının ona bağlı olmaları, əmrlərinə tabe olmaları lazım gələr.

Əgər edilən təklifə mənfi cavab verərsə, qəbulu üçün məcbur edilə bilməz. Çünki xilafət əqdi, tamamilə sərbəst bir riza ilə olmalıdır. (Bu əqd), cəbr nəticəsində təşəkkül etməməlidir. Rizası olmayan namizəddən vaz keçilərək, xilafətə layiq bir başqasına təklif edilər.

Əgər xəlifəliyə namizəd 2 nəfərdə mövcud olan şərt və vəsflər bərabərdirsə, yaşca böyük olan tərcih edilir. Yaşca da bərabərdirlərsə, daha kamil, vüqar sahibi olan tərcih edilir. Hal bu olmaqla bərabər, yaşca kiçik olana biət edilə, o seçilə bilər.

Xəlifəliyə namizədlərdən biri, daha çox bilikli, digəri daha çox cəsarətlidirsə, zaman hansını gərəkdirirsə, o sifət və şərtləri daşıyan tərcih edilir. Məsələn, zaman və ehtiyaclar, üsyanların önlənməsini gərəkdirir, hüzur və sakitliyə ehtiyac duyulursa - cəsarət, güc və qüvvətcə üstün olan tərcih edilir. Əgər ehtiyaclar, elmcə üstün olmağı gərəkdirirsə, azğın fikirlərin, yalnış düşüncələrin əngəllənməsi üçün - elmcə üstün olan, xilafətə tərcih edilir.

Xəlifəliyə namizəd olan 2 nəfərdən birini seçməkdə, çətin bir hal ortaya çıxmışdırsa, belə hallarda:

a. Bəzi İslam fəqihlərinə görə:

Hər 2 namizəddən də vaz keçilər, ikisinin xaricində birinə müraciət edilər. Beləcə, birinin, digərini tənqid etməsi də əngəllənmiş olar.

b. Alimlərin və fəqihlərin əksəriyyətinə görə də:

Namizədlərin bir-birilərilə olan ixtilafı, içlərindən birinin xəlifə olmasına əngəl təşkil etməz. Xəlifə olmağı arzu etmək, məkruh deyildir. Seçicilər heyəti ixtilaf etmişdirlərsə, özünə xəlifəlik təklif olunmuş birindən bu təklifin geri alınması uyğun deyildir.

Halları bərabər olan 2 namizəd arasındakı ixtilafın həllində, bu (ikinci) qrupdakı fəqihlər ixtilaf etmişlərdir. Belə ki:

aa. Bəzilərinə görə: İkisi arasında püşk atılar. Püşk hansına düşərsə, xəlifə o olar və ona dərhal itaət edilər.

bb. Digər bir qisminə görə də: Belə bir püşkə gedilmədən, seçicilər heyəti hansına biət etmək arzulayarlarsa, onu seçməkdə sərbəstdirlər.

Seçilmək üzərə ortada xəlifəliyə namizəd yalnız bir nəfər varsa və o da, toplumun üstün şəxslərindəndirsə, heyət onu xilafətə gətirər. Sonradan xəlifəliyə daha üstün bir namizəd çıxarsa, bu hal, ilk seçilən xəlifənin xilafətinə təsir etməz.

Daha üstün bir şəxs mövcud ikən, ondan aşağı bir namizədin xilafətinə biət edilməyə başlanılmışdırsa, baxılar; əgər belə bir biət, daha üstün olan şəxsdəki xəstəlik, qaiblik kimi bir səbəbdən və ya seçilən şəxsin insanlar arasında daha çox sevilən olmasından iləri gəlirsə, bu şəxsi seçmə işi tamamlanmışdır və xəlifəliyi, hüquqi olaraq mötəbərdir. Daha üstün olanın xəlifə seçilmə işi, gündəmə gətirilməz.

Yuxarıda sayılan səbəblər xaricində, üzrsüz olaraq üstün olana biət edilmiş, daha üstün olan ehmal edilmişdirsə, üstün olanın xəlifəliyinin hüquqi olaraq məqbulluğunda ixtilaf göstərilmişdir. Belə ki:

aaa. Aralarında Cahiz'in də yer aldığı bəzi alimlərə görə:

Xəlifəyə biət, xilafət əqdinin təşəkkülünü təmin etməz. Çünki hüquqi (fiqhi) məsələlərdə ictihad edərkən, ən uyğun və ən münasibi tərcih edildiyi kimi, seçicilər heyətinin də 2 namizəddən daha üstün olanını seçib biət etmələri, onların vəzifələridir. Bu şəkildə hərəkət etməkdən uzaqlaşıla bilməz.

bbb. Fəqihlərə və kəlam alimlərinin əksəriyyətinə görə:

Daha üstün olan var ikən, üstün olana biət, hüquqən mötəbərdir. Daha üstün olan biri var ikən, üstün olanı ədliyyə işlərini idarə etməyə təyin etmək, necə mümkün və mötəbərdirsə; imam ola bilmə şərtlərini öz üzərində daşıyan üstün bir şəxsi də, özündən daha üstün biri var ikən, imam təyin edib bağlılıq bildirmək, hüquqən doğru və mötəbərdir. Çünki daha üstün bir hal, seçimdə sadəcə bir tərcih səbəbidir. Yoxsa xəlifə olmağa mütləq olaraq haqq qazandırıcı mütləq və mötəbər bir səbəb deyildir.

Xəlifə ola bilmə şərtlərini öz şəxsində ehtiva edən bir tək şəxs varsa, eyni şərtləri ehtiva edən başqa kimsə də yoxdursa, o, xəlifə təyin edilər. Başqasına biət etmək, doğru deyildir.

Seçimsiz və razılıqsız bir şəxsin imamlığının təşəkkül edib-edə bilməyəcəyi mövzusunda isə, İslam alimləri arasında ixtilaf vardır. Belə ki:

a. Bəzi İraq fəqihlərinə görə: Seçicilər heyəti tərəfindən biət edilmədən də, bir şəxsin imamlığı təəssüs edə bilər və xalqın ona itaəti gərəklidir. Çünki seçimdən məqsəd, imamı seçməkdir. Bundan dolayı, bu məqama gələn bir şəxsdə, artıq xəlifəlik sifəti təşəkkül etmişdir.

b. Fəqihlərin və kəlam alimlərinin əksəriyyətinə görə:

Öz-özünə xilafət məqamına gələn bir şəxsin xəlifəliyi təəssüs etmiş olmaz. Çünki xilafət, riza və seçimlə təşəkkül edər. Seçicilər heyətinin ona xəlifəliyi verməsi surətilə, təşəkkülü təmin edilməlidir. Əgər hamısı birləşib onu seçərlərsə, imamlıq əqdi tamamlanmış sayılır. Çünki belə bir əqd, ancaq təyin ilə tamamlanır. Eynilə, ixtilaflı bir mövzuda hakim seçimində, tərəflərdən birinin razı olub, digərinin razı olmadığı bir şəxsin hakim ola bilməyəcəyi kimi. Hər 2 tərəf razılaşar və seçərlərsə, o vaxt hakim ola bilər.

Bu xüsusda, yenə bu görüşə mənsub olanların bir qismi, belə deyirlər:

“Hakimlik mövzusunda əhil bir tək şəxs varsa, o, hakim olaraq qəbul edilər. Eynilə, xəlifəliyə namizəd olacaq və şərtləri öz üzərində daşıyan bir tək şəxsin mövcud olmasında, onun xəlifə seçilməsi kimi.”

Hakimlik ilə imamlıq arasındakı fərq isə, hakimlik xüsusi bir niyabət (vəkillik), yəni başqası adına hərəkət etməkdir. Hakimlik, hakimlik sifətinin mövcud olmasına baxmayaraq, təyinindən vaz keçilə bilər. Naib olaraq təyin edilmədikcə, hakimlik hüquqi olaraq təşəkkül etməz. İmamlıq isə, ammə haqlarından, Allahın haqqı ilə insanların haqları arasında ortaq bir haqdır. Sifət və şərtlərin hamısını öz şəxsində toplayan və imamlığı qətiləşmiş birindən vaz keçərək, daha layiq olanının təyini, doğru deyildir.

F. İki xəlifənin təyini

Bir dövlətdə, 2 ayrı yerdə 2 ayrı imama imamlıq vəzifəsi verilərsə, bu halda, hər ikisinin də imamlığı təəssüs etmiş olmaz. Bəzi fəqihlər, belə bir halın ola biləcəyini qəbul etsələr də, İslam hüququnda ümumi olaraq Müsəlman toplum üçün bir vaxtda 2 xəlifənin ola biləcəyi, qəbul edilməməkdədir.

2 xəlifənin hansının xilafətinin hüquqi olaraq mötəbər olduğu xüsusunda, onlar, fərqli görüşdədirlər. Belə ki:

a. Bir qrupa görə: Əvvəlki xəlifənin vəfat etdiyi yerdə seçilən şəxsin xəlifəliyi mötəbərdir. Çünki o ölkənin belə bir xəlifə seçməsi, seçməyə təşəbbüsləri, onların haqlarıdır. Digər bütün bölgələrin Müsəlmanları, xəlifənin vəfat etdiyi ölkə xalqına bu vəzifəni vermələri, fikir ayrılıqlarının çıxmaması üçün, onların xəlifə olaraq seçdikləri şəxsə təslim olmaları zəruridir.

b. Digər bir görüşə görə də: Qarışıqlıqların çıxmaması, seçicilər heyətinin tərəfsiz bir şəkildə ikisindən birini və ya bir başqasını xəlifə seçə bilməsi üçün, hər ikisinin də xilafəti tanınmaz.

c. Üçüncü bir fikrə görə də: İxtilafın əngəllənməsi üçün, ikisi arasında püşk atılar. Püşk hansına düşərsə, o, xilafətə haqq qazanmışdır.

d. Bu mövzuda doğru olan və mühəqqiqlərin, fəqihlərin fikirlərinə görə:

İki xəlifədən hansı ilk əvvəl xəlifə olmuşdursa, haqq, onundur. 2 vəlinin ayrı-ayrı nigahla bir qadını evləndirmələri kimi. Burda ilk kəsilən nigah, mötəbərdir. 2 xəlifədən hansının ilk əvvəl seçildiyi bilinirsə, xəlifə o olur. Digərinin isə, ona itaəti lazımdır. Əgər hansının əvvəl seçildiyi bilinmirsə, hər ikisinin də xəlifəliyi fasiddir.

Xilafət, ikisindən birinə və ya başqa birinə, seçicilər heyəti tərəfindən verilir. İkisinə də tabe olunar, ancaq hansının ilk əvvəl olduğunu təsbit etmək çətinləşərsə, bu halı araşdırmaq lazımdır. Hər 2 imam ixtilaf edərlərsə, hər biri özünün ilk əvvəl seçildiyini söyləyərsə, onların bu iddialarına baxılmaz; onlara, and da təklif edilməz. Çünki imamı təsbit etmək, Müsəlman topluluğun hamısının haqqıdır. İçdikləri andın, hətta xəlifəlik haqqından vaz keçməsinin bir əhəmiyyəti yoxdur. Eyni şəkildə, xilafətdəki anlaşmazlıq, birinin digərinə təslim olması ilə sonlansa belə, digərinin xəlifəliyi qətiləşmiş olmaz. Ancaq onun ilk əvvəl seçildiyinə dair bir dəlilin mövcudluğu ilə mötəbər olar.

Digərindən əvvəl birinin xəlifə olduğunu, üçüncü bir şəxs iqrar edər, digəri haqqında da üçüncü şəxslər tərəfindən belə bir iqrar olmazsa, iqrar sahibi şəxsin sözlərinə etibar edilər. Çünki bildiyi xüsusda iqrar etmək, hər Müsəlmanın vəzifəsidir. İqrar edən şəxs şahid göstərərsə, o şahidin şahidliyinə qulaq asılar. Əgər şahid şübhəli ifadə verərsə, ifadəsinə əhəmiyyət verilməz. Şübhəli ifadə verməzsə, iqrar sahibi ilə şahidin ifadələrinə etibar edilər.

G. Xilafət ixtilafında püşkə müraciət

Hər cür tədqiqata baxmayaraq, 2 imam arasında şübhə davam edir, ikisindən hansının ilk əvvəl seçildiyinə dair bir dəlil yoxdursa, 2 səbəbdən ötürü aralarında püşkə müraciət edilməz:

1. İmamlıq, bir əqddir. Püşk isə, əqdə təsir etməyən, sözləşməyə təsiri olmayan bir şeydir.

2. İmamlıq məqamı, heç şübhəsiz ortaq qəbul etməyən bir məqam və vəzifə yeridir. Şəriklik qəbul edilməyən bir yerdə, püşkə müraciət doğru bir şey deyildir. Eynilə, bir qadını 2 dəfə ayrı-ayrı nigahlamada olduğu kimi. Püşk, ancaq haqqında mal və bənzəri şərikliklər mümkün olan şeylər haqqında tətbiq edilə bilər. 2 şəxs haqqında gerçəkləşən imamlıqda püşkə müraciət, işi qəti nəticəyə çatdırmaz, əksinə, bir şübhə daşımaqda davam edər. Belə bir şübhənin olmamasındansa, hər ikisinin imamlığı batil qəbul edilər; seçicilər heyəti ikisindən birini və ya bir başqasını sərbəstcə seçərlər. Bu xüsusda:

a. Bir görüşə görə: Xəlifəliyə namizədlərin ikisinin xaricində başqa birini seçməyin doğru olacağı qəbul edilir.

b. Bir digər görüşə görə də: Şübhə və tərəddüdlərə baxmayaraq, ikisindən birinə biət etmək, isabətli olar. Tərəddüdlər, hər ikisindən birinin xəlifə olmasına əngəl deyildir.

H. Vəliəhd üsulu ilə xəlifə təyini

Xəlifənin, özündən əvvəlki xəlifə tərəfindən təyin oluna biləcəyi, xilafət əqdinin tamamlanacağı məsələsinə toxunmaq lazım gələrsə, bu yolla da, xəlifənin təyin oluna biləcəyi xüsusunda icma vaqe olmuş, ittifaqla qəbul edilmişdir. İki səbəbdən ötürü, Müsəlmanlar bu şəkildə hərəkət etmiş, hər iki səbəbi də pis görməmişdirlər. Bunlar da:

1. Əbu Bəkr, (radiyallahu anh), vəfatından əvvəl Ömər (radiyallahu anh)'ı xəlifə olaraq göstərmiş, onun təyinini və Ömərin xəlifəliyini bütün Müsəlmanlar qəbul etmişlərdir.

2. Ömər özündən sonrakı xəlifənin seçimi xüsusunu, şuraya həvalə etmişdir. Bütün Müsəlmanlar da, qurulan bu məclisi qəbul etmişlərdir. Çünki heyət üzvlərinin hamısı da, inanc və əxlaq yönündən zamanın tanınmış kimsələri idilər. Digər Müsəlmanlar, heyətdən xaric buraxılmışlardır.

Abbas (radiyallahu anh)'ın, Əli (radiyallahu anh)'ın bu heyətə alınmamasını ayıb olaraq görməsini Əliyə söyləməsi üzərinə, Əli, Abbasa:

"Xəlifəlik, İslam işlərinin ən mühimlərindəndir. Şəxsimin heyətdən uzaq tutulması, Mənim üçün əhəmiyyətli deyildir." demişdir.

Beləcə, imamın seçimində, bir heyətin əvvəldən təyininin hüquqən məhzurlu olmadığına dair, icma vaqe olmuşdur.

Əgər imam, vəliəhd üsulu ilə bir namizəd təyin edəcəksə, ən layiq, imamlıq şərtləri ən qüvvətli olanını axtarıb tapması, şəxsi üçün vacib, çox əhəmiyyətli bir vəzifədir. Araşdırma nəticəsində, bir namizəd təsbit etmişdirsə, baxılar:

Təsbit etdiyi şəxs, oğlu və ya atası deyildirsə, seçicilər heyətindən birilə də məsləhətləşməmişdirsə, vəliəhd qəbul edib-etməmək, caizdir. Ancaq vəliəhd təyin edilən kimsəyə biət edib-etməmək xüsusunda, seçicilər heyətinin rizasının açıqlanmasının lazım gəlib-gəlmədiyi xüsusunda, görüş ayrılığı vardır:

a. Basralı bəzi fəqihlərə görə: Müsəlman topluluq üçün əhəmiyyətli olan, bu mövzuda vəliəhd təyin edilən şəxsə, seçicilər heyətinin müvafiq olması, şərtdir. Çünki toplumun haqqı olan imam seçmə məsələsində, öz aralarından seçdikləri seçicilər heyətinin razılığı və müvafiqliyi olmadan, bir vəliəhd təyini, toplumu bağlayıcı deyildir.

b. Doğru və məşhur olan görüş isə: Vəliəhd təyin edilənə, təyin edənin biəti, imam olması üçün kifayətdir. Burda seçicilər heyətinin razılığını axtarmaq, münasib olmaz. Çünki Ömərə edilən biətdə, səhabələrin razılığı və müvafiqliyinə istinad edilməmişdir. Hələ imam olanın vəliəhdə biəti, daha təsirli; vəliəhd seçməsi, təsbiti, daha çox məqbuldur. Bu mövzuda imamın sözləri, hamısının sözündən təsirlidir.

Əgər vəliəhd, xəlifənin oğlu və ya atası olarsa, biət edib-etməməyin hüquqən doğruluğu xüsusunda, 3 ayrı həll yolu vardır:

• Birinci yol: Seçicilər heyətinə məsələni ərz edib, onlar da xilafət üçün vəliəhdi əhil görmədikcə, oğlu və ya atasına xəlifənin biət etməsi, doğru deyildir. Seçicilər heyəti layiq görərsə, onların bu görüşü, vəliəhdi təzkiyə (təmizə çıxarma) sayılır; xəlifənin biəti də, münasib olur.

Xəlifənin, Müsəlman topluluğuna vəliəhd təyinindəki təsərrüfü, hakim məqamında oturmasından dolayıdır. Vəliəhd təyin edilənə qarşı meyli də, artıq bir tənqid və pisləməyə haqq qazandırmaz.

• İkinci yol: Xəlifənin, oğlunu və ya atasını vəliəhd təyin etməsi halında, ona biət etməmək doğrudur. Çünki xəlifənin əmri, topluluğun yaxşılığına və pisliyinə dair olan xüsuslarda məqbuldur. Məqam, nəsəbdən (soydan) daha üstündür. Yüklənmiş olduğu xilafət vəzifəsini istismara haqqı yoxdur.

Bu görüşdə, xilafəti pisləməyə fürsət verilməməsi istənilməkdədir.

Topluluq içində narazılıqların çıxması arzulanmırsa, oğlunun və ya atasının xaricində birini vəliəhd göstərməlidir.

Atasını və ya oğlunu vəliəhd təyin etməsindən sonra, seçicilər heyətinin rizasının İslam topluluğunu bağlayıcı olub-olmadığı caizdirmi, deyildirmi məsələsi, daha əvvəl incələnmişdir.

• Üçüncü yol: Atasına edilən biət əqdindən ayrılmaq, caizdir; oğluna edilən biətdən ayrılmaq isə, caiz deyildir. Çünki oğula olan təmayülün, ataya olan təmayüldən daha çox olması, insanın yaradılışı gərəyidir. Bu səbəblədir ki, qazandığı şeylərin çoxunu, atasından çox oğluna buraxmaq istəyər.

Xəlifənin, öz soyundan olan yaxınlarından birinə və ya qardaşına biəti, vəliəhd təyin etməsi, yad bir şəxsi vəliəhd təyin etmək kimidir. Ordakı sözlər, burda da caridir.

I - Vəliəhd təyinin şərtləri, bəzi xüsusi hallar

Xəlifə, özündə xəlifə ola bilmə şərtləri mövcud olan birini, vəliəhd təyin etdiyində, bu əhdi, vəliəhd olanın qəbul etməsi lazımdır. Yəni, vəliəhd təyininin qətiləşməsi, vəliəhd olacaq şəxsin qəbul etməsinə bağlıdır.

Vəliəhdin xilafət vəzifəsini qəbul etmə zamanı haqqında isə, ixtilaf mövcuddur:

a. Bir görüşə görə: Vəliəhd təyin edənin, ölümündən sonra münasib olan ən qısa zamanda, vəliəhdin, xilafət vəzifəsini qəbul etdiyini açıqlaması lazımdır.

b. Doğru olan bir digər görüşə görə: Vəliəhd təyin edilənin, xəlifənin ölümündən əvvəl, bu vəzifəni qəbul etdiyini bildirməsi lazımdır. Əvvəldən qəbul etdiyini bəyan etməlidir ki, xəlifənin ölümü ilə xilafət vəzifəsi, dərhal özünə keçsin. Ölüm hadisəsi, yalnız vəzifənin birindən digərinə keçməsi kimidir.

Vəliəhd təyin edən sultan, təyin etdiyi vəliəhdin halı dəyişmədikcə, onu əzl edə bilməz (vəzifədən uzaqlaşdıra bilməz). Təyin etdiyi şəxsləri əzl etmək, hər nə qədər mümkündürsə də, vəliəhdlik bunlara bənzəmir. Çünki işlərinin icra edilməsində təyin etdiyi məmurları, öz şəxsi üçün təyin etmişdir. İstədiyini əzl edə bilər. Lakin vəliəhdi, Müsəlmanların haqqı olaraq təyin etmişdir. Əzl etməsi, mümkün deyildir. Bu hal, eynilə halı dəyişmədikcə, seçicilər heyətinin biət etdikləri xəlifəni əzl edə bilməmələrinə bənzəməkdədir.

Xəlifə, vəliəhd təyin etdiyi bir şəxsi, vəliəhdlikdən əzl edər və onun yerinə bir başqasını təyin edərsə, ikincinin vəliəhdliyi batil və hökmsüzdür; birincisininki isə, mötəbər olaraq qalır. Birinci vəliəhd, vəliəhlikdən özü imtina etsə də, ikincinin əvvəldən vəliəhd təyin edilmiş olması, yenə də mötəbər olmaz. Birincinin imtinasından sonra, ikincinin yenidən təyini lazımdır.

Vəliəhd təyin edilən istefa verərsə, istefası ilə vəliəhdlik sonlanmaz. Vəliəhd təyin edən imamın da, bu istefanı qəbulu lazımdır. Ondan başqa vəliəhd ola biləcək biri varsa, istefası qəbul edilər. Vəliəhd təyin edənlə, vəliəhdin istefası xüsusunda razılıq əldə olunması ilə, vəliəhd, vəliəhdlikdən çıxmış sayılar. Əgər vəliəhd ola biləcək bir başqası yoxdursa, istefa verməsi və istefasının, təyin edən tərəfindən qəbulu doğru olmaz. Cəmiyyətin mənfəətindən dolayı, vəliəhd təyin edən və ediləni, belə bir muamələ bağlayıcıdır.

Vəliəhd təyin edilən şəxsdə, vəliəhd təyin edildiyi vaxtda, imam ola bilmə şərtlərinin mövcud olması lazımdır. Vəliəhd, təyini zamanında, kiçikdirsə və ya fasiqdirdə və vəliəhd təyin edənin ölümü vaxtında baliğ və adildirsə, vəliəhdin xilafəti, ancaq seçicilər heyətinin tərəfsiz bir şəkildə biəti ilə tamamlanır.

Xəlifə, sağ olmayan birini vəliəhd təyin edərsə, onun bu təyini, doğru deyildir. Sağ olduğu bilinərsə, təyin etmə işi, onun gəlməsinə buraxılar. Vəliəhd qaib ikən, başçı vəfat edərsə, seçicilər heyəti onun gəlməsini gözləyərlər. Vəliəhd uzaq bir yerdədirsə, Müsəlmanlar onun gəlməsini gözləmək surətilə işlərində sıxıntı çəkirlərsə, seçicilər heyəti ona naib olaraq birini təyin edər; xəlifəliyinə deyil, naibliyinə biət edərlər. Uzaqdakı vəliəhd gəlincə, naib olan xəlifə əzl olunar. Xəlifənin gəlməsindən əvvəl (naibin) gördüyü bütün işlər, hüquqən məqbul, (xəlifənin) gəlişindən sonra (naibin) gördüyü işlər isə, qeyr-i məqbuldur.

Vəliəhd, xəlifənin ölümündən əvvəl, bir başqasını vəliəhd təyin etsə, bu iş, mötəbər olmaz. Çünki xilafət vəzifəsi və statusu, onun haqqında hələ qətiləşməmişdir. Özünü, vəliəhd təyin edən öldükdən sonra belə bir təsərrüf edə bilər. Eyni şəkildə, bir şəxs üçün, "Mən, xəlifəliyə başladığımda, sən, mənim vəliəhdimsən." desə, yenə hökm ifadə etməz. Çünki xəlifə olmamışdır ki, vəliəhd təyin edə bilsin. Xəlifənin şəxsən özü, özünü bu vəzifədən əzl edərsə, imamlıq vəzifəsi vəliəhdə keçər. Öz-özünü əzl etməsi isə, onun ölümü kimidir.

İmam, 2 şəxsi vəliəhd təyin etmişdirsə, birini digərinə tərcih etməmişdirsə, belə bir iş, doğru ola bilər. Onun vəfatından sonra, seçicilər heyəti, ikisindən birini başçı seçərlər. Ömər (radiyallahu anh)'ın, 6 şəxs haqqında tərəddüd etməsi, onlara vəliəhd olaraq işarət etməsi üzərinə şuranın imam seçməsi kimi.

İbn İshaqın Zühridən, onun da ibn Abbasdan bu vaqeəni nəql etdiyi deyilir:

Bir gün ibn Abbas, Öməri kədərli görür. Ömər, ona:

"Xilafət işində nə edəcəyimi, yerimə kimi təyin edib geri çəkilib istirahət edəcəyimi bilmirəm." deyir.

- Bunun üzərinə, ibn Abbas:

"Sənin üçün, Əli münasibdir" deyir.

- Ömər:

"Şübhəsiz ki, imamlıq üçün, Əli münasibdir. Lakin O, hələ bu xüsusda yaddır. Əgər idarə işləriniz ona verilərsə, təxmin edə biləcəyiniz bir haqq yolda, sizə bəzi yüklər yükləyər. Mən, elə görürəm."

- İbn Abbas:

"Bəs, Osmanı necə?"

- Ömər:

"Mən onu xəlifəliyə namizəd göstərsəm, ibn əbi Muayt, insanlar arasında, onun arxasından hücuma keçər, Osmanı tənqid edər. Sonra da, Osmanın boynunu vuruncaya qədər, Müsəlmanlar bu işə razı olmazlar. Allaha and içirəm ki, mən, onu xəlifə olaraq seçsəm, ibn əbi Muayt da dediyimi edəcək, Müsəlmanlar da, bir cinayətə qədər sürüklənmiş olacaq."

- ibn Abbas:

"Bəs, Talha necə?"

- Ömər:

"Talha, bir az təkəbbürlü biridir. Halbuki Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm) ümmətinin işlərini idarə üçün, özünü böyük görənlərə izn verməmişdir."

- ibn Abbas:

"Bəs, Zubeyr bu iş üçün necədir?"

- Ömər:

"O, cəsur biridir. Çox vergi alar, bazarlarda bolluq və darlığı gərəkdirən işlər görər. Belə birisimi Müsəlmanların işlərini idarə etsin?”

- ibn Abbas:

"Bəs, Sa'd b. əbi Vaqqas necə?"

- Ömər:

"O, burda yoxdur. Heç şübhəsiz ki, O, təchiz edilmiş bir dəvə sahibidir. Davamlı olaraq, onun üstündə döyüşür. Halbuki, dövlət işlərini idarə edəcək şəxs, belə olmamalıdır."

- ibn Abbas:

"Elə isə, Abdu'r-Rahmən b. Avf?"

- Ömər:

"O, gözəl bir insandır. Nəzərimdədir. Lakin zəifdir. Allaha and olsun ki, bir xəlifə, belə olmamalıdır.

Ey ibn Abbas! Xəlifə, acizlik, zəiflik göstərməyən bir yumşaqlıqda olmalı, şiddəti tərk etməli, paxıl olmayan, lakini işini sağlam görən israfsız bir comərd olmalıdır."

Ravi ibn Abbas deyir:

Əbu Lulu, Öməri yaraladığında, Öməri müalicə edən həkim Ömərin halından ümidsiz olunca, səhabələr ona:

"Vəliəhd təyin et." dedilər.

Ömər də, 6 nəfərlik şura qurdu və:

"Əgər imamlıq Əliyə veriləcək olarsa, müqabilində Zubeyr; Osmana veriləcək olsa, qarşısında Abdu'r-Rahmən b. Avf; Talhaya veriləcək olsa, Sa'd b. əbi Vaqqas vardır." dedi.

Ömərin vəfatından sonra, şura toplandı. Abdu'r-Rahmən b. Avf:

"Başçılıq işinizi, içinizdən 3 nəfərə verin." dedi.

- Zubeyr:

"Mən, haqqımı Əliyə verirəm." dedi.

- Talha:

"Mən, haqqımı Osmanın lehinə istifadə edirəm." dedi.

- Sa'd da:

"Mən də, haqqımı Abdu'r-Rahmənə verirəm." dedi.

Beləcə, 6 nəfərlik şura, adları keçən 3 nəfərə endi. Digər üçü, aradan çıxmış oldu. Bunun üzərinə, Abdu'r-Rahmən:

"Hansınız imamlıq işinə ən münasibdir, onu imam qılaq? Topluluğun işlərinin doğruluğuna, yaxşılığına xidmətdə, Allah şahiddir."

Abdu'r-Rahmənin sualına kimsə cavab vermədi. Abdu'r-Rahmən, təkrar:

"Əgər məni imam edəcəksinizsə, mən, bu işdən geri çəkilirəm. Allah şahiddir ki, nəsihət etmək surətilə sizi aşağılamaq istəmirəm." dedi.

Beləcə, 6'dan 3'ə enən şura, Abdu'r-Rahmənin çəkilməsilə də, 2 nəfərə, yəni Osman və Əliyə endi.

Abdu'r-Rahmən, Müsəlmanlar arasındakı halı öyrənmək üzərə ordan ayrıldı. Gecənin qaranlığı çöküncə, Misvər b. Məhrəmə'ni çağırdı. Hansına biət ediləcəyi mövzusunda müzakirəyə başladılar. Allahın kitabı və Peyğəmbərin sünnəti ilə əməl və hərəkət edən ikisindən birinə biət edilməsini; biri digərinə biət edincə, xalqın da dinləyib itaət etməsi xüsusları haqqında danışdılar. Sonra Osmana biət olundu.

Beləcə, seçki heyəti tərəfindən seçilən birinin imamlığına biət, imamın vəliəhd surətilə də ola biləcəyinə dair, icma vaqe olmuşdur.

Ədədləri bəlli olduqdan sonra, seçki heyətinin 2 və ya daha çox kimsədən qurulmasında, bir fərq və məhzur (həzər ediləcək hal) yoxdur. Bu təqdirdə, qurulan seçki heyətindən birinin xəlifəliyə seçilməsi bəhs mövzusu olar və seçilərsə, digər bütün Müsəlmanların ona biət etməsi lazımdır. Bu yolla xəlifə olan biri, başqasını vəliəhd təyin edə bilər. Xəlifə, seçki üçün, bir seçicilər heyəti mahiyyətində məclis qurmuşdursa, hələ xəlifə sağ ikən bu məclis, içlərindən birini xəlifə olaraq seçə bilməz. Əgər xəlifə hələ sağdırsa, məclisin iləridə xəlifə olacaq şəxsi seçməsinə icazə vermişdirsə, əvvəldən seçki qurula bilər. Yoxsa həyatda ikən, onun bir şərikini seçə bilməzlər. Xəlifənin ölümündən sonra, işlərin büdrəməsindən qorxulursa, məclis, xəlifədən icazə alar, sonra gələcək xəlifəni əvvəlcədən seçə bilərlər.

Xəlifə, müalicəsi çətin bir xəstəliyə tutulmuşdursa, baxılar. Əgər əmr etmə qüdrəti, düşünmə qabiliyyəti qalmamışdırsa, ölmüş qəbul edilir və bir xəlifə seçilir. Belə hərəkət etmədə, hər hansı bir məhzur yoxdur. Düşünə bilmə, yaxşı və pisi ayırd etmə qüdrəti mövcuddursa, seçicilər heyəti, ancaq xəlifənin icazəsilə bir xəlifə seçərlər.

İbn İshaqdan nəql edildiyinə görə, Ömər, yaralı olaraq evinə gətirildiyində, çöldən yüksək bir səs eşitdi və:

"Xalqa nə olur?" dedi.

- Ətrafındakılar:

"Sizi ziyarət etmək istəyirlər. Onlara icazə verin." dedilər.

Xalq içəri girincə, hamısı bir ağızdan:

"Ey möminlərin əmiri! Vəliəhd təyin et, Osmanı imam et." dedilər.

- Ömər:

"Mal və cənnət, birlikdə necə sevilə bilər?" dedi.

Xalqı, Ömərin yanından çıxardılar.

Xəstə xəlifə, çöldən yenə yüksək bir səs eşitdi və:

"Xalqa nə olur?" dedi.

- Ətrafındakılar:

"Sizi ziyarət etmək istəyirlər. İcazə versəniz, içəri girərlər." dedilər.

- Xalq:

"Əlini imam qılın!" dedi.

- Ömər:

"Haqq yolda sizə yük yükləmiş olar." dedi.

Bu söhbət üzərinə, Abdullah b. Ömər:

"Xalqı susdurdum. Ey möminlərin əmiri! Sizi belə bir təyindən əngəlləyən nədir?” deyə soruşdum.

- Atam:

"Xilafəti mənə, həm diri və həm də ölü ikənmi yükləmək istəyirsiniz?" dedi.

Bu hadisələrdən varılan nəticə budur ki, xəlifənin, məqbul vəliəhd təyin etməsi, bunun üçün bir heyət təsbit etməsi, hüquqi olaraq məqbul olduğu kimi, yalnızca seçicilər heyətini təsbiti də məqbuldur. Bu hallarda, xəlifənin göstərdiyi kimsələrdən birini seçmək lazımdır. Eynilə, vəliəhd təyin edilənin, seçicilər heyətincə qəbul edilməsi kimi. Çünki vəliəhd təyinini və ya seçicilər heyətindən birinin təyinini istəmək, xəlifənin xilafət haqlarındandır.

J. Birdən çox vəliəhd təyini

Bu başlıq altında, xəlifənin birdən çox vəliəhd təyin etməsi və xəlifəliyin aralarında sıraya qoyulması məsələləri incələnəcəkdir.

Xəlifə, 2 və ya daha çox şəxsi vəliəhd təyin edərsə, xilafəti aralarında bir sıraya qoyarsa, məsələn, "Məndən sonra xəlifə, filankəsdir. Əgər o ölərsə, onun ölümündən sonra filankəsdir. Onun ölümündən sonra da filankəsdir." deyərsə, belə bir təyinat, caizdir. Xilafət, hər üçünə də, sırası ilə keçər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), Mutə ordusuna Zeyd b. Harisə'ni komandir təyin etdiyində, "Əgər o, şəhid olarsa, komandir Cəfər b. əbi Talibdir. O da şəhid olarsa, komandir Abdullah b. Rəvaha'dır. O da şəhid olarsa, Müsəlmanlar, öz aralarında birini komandir seçsinlər və ona razı olsunlar." (Buxari, Cihad/7) buyurmuşdur.

Zeyd başa keçmiş, şəhid olunca, sancağı, Cəfər dövr almış, o da şəhid olunca, Abdullah b. Rəvaha komandir olmuşdur. O da şəhid olunca, Müsəlmanlar Xalid b. Vəlidi komandir təyin etmişdilər.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hər nə qədər hərb komandirliyində belə bir təsərrüf etmişsə də, eyni hal, xilafət üçün də bəhs mövzusu ola bilər.

Ancaq bir etiraz olaraq, "Xilafət, sifət və şərtə görədir. Komandirlik isə, sifət və şərtə bağlı deyildir." fikri iləri sürülərsə, cavab olaraq deyilər ki:

Bütün bunların hamısının hökmləri xüsusi, tətbiqatı isə, ümumidir. Çünki xilafət işi, toplumun bütününü maraqlandıran bir işdir. Əməvilər və Abbasilərdə bu şəkildə olmuş, zamanın alimləri, dəlil qəbul edilən hədisi inkar edərək, bu hərəkətə qarşı çıxmamışlardır. Tarixdə ilk belə tətbiqat, Əməvilərdə olmuşdur.

Əməvi xəlifəsi Süleyman b. Əbdi'l-Məlik, Ömər b. Əbdi'l-Əziz'i vəliəhd təyin etmiş, ondan sonra da, Yezid b. Əbdi'l-Məliki vəliəhd göstərmişdir. Süleyman üçün bir hüquqi dəlil olmasaydı, müasirləri olan Tabiun alimlərinin tənqidləri olardı. Halbuki belə bir tənqid olmamış, onun bu tətbiqatı da dəlil olaraq alınmışdır.

İkinci tətbiqat isə, Abbasi xəlifələrindən Harun ər-Rəşid zamanındadır. O da, oğullarından, ilk əvvəl Əmin, sonra Mə'mun, sonra da Mu'təmən'i, zamanın böyük alimlərilə danışaraq, vəliəhd təyin etmişdir.

Bundan da anlaşıldığı üzərə, xəlifə, 3 şəxsi, vəliəhd təyin edər, xəlifəliyi aralarında bir sıraya qoyar. Hər üçü də sağ ikən ölərlərsə, xəlifənin ölümü üzərinə, xilafət məqamına ikinci vəliəhd keçər. Birinci və ikinci vəliəhdin hər ikisi də, xəlifənin sağlığında ölərlərsə, xəlifənin vəfatından sonra üçüncü vəliəhd xəlifə olar. Çünki hər biri üçün xəlifəlik, vəliəhd təyini surətilə olmuşdur.

Xəlifə ölər və hər 3 vəliəhd də sağ olarlarsa, xilafət vəzifəsi ilk vəliəhdə keçər.

“Əgər ilk vəliəhd bu vəzifəni özündən sonrakı 2 vəliəhdin xaricində birini vəliəhd təyin etmək surətilə xəlifəliyi ötürmək istəsə, bunun hüquqiliyi nədir?” sualına, fəqihlər fərqli cavablar vermişlərdir:

a. Fəqihlərdən bəziləri: Sıraya tabe olmağın bir gərəyi olaraq, belə bir təyin işini doğru görməmişlərdir. Əgər könül xoşluğu ilə, özündən sonrakı vəliəhdlər, xəlifəlikdən vaz keçirilə bilsələr, gördüyü iş məqbul sayılır.

Əbu'l-Abbas əs-Səffah, Mənsuru vəliəhd təyin etmiş, ondan sonra da İsa b. Musanı təyin etmişdi. Mənsur sultan olunca, Mehdini İsaya tərcih etmək istəmişdi. İsanı vəliəhdlik haqqından vaz keçirərək, sıradan çıxardı. Zamanın fəqihləri də, "Könül xoşluğu ilə vəliəhdlikdən vaz keçilib sıradan çıxıncaya qədər edilən yeni vəliəhd təyini, hüquqən mötəbər deyildir. Vaz keçildikdən sonra isə, hüquqi olaraq bir məhzur yoxdur." demişlərdir.

b. Şafii məzhəbinə və fəqihlərin əksəriyyətinə görə: Bilinən xüsus, vəliəhd surətilə xilafət vəzifəsinə başlayan şəxsin, özündən sonrakı vəliəhdlərin sırasına tabe olmadan, vəliəhd təyin edə bilər. Bu hal qarşısında, yeni tərtibə görə, xəlifənin vəfatından sonra, vəliəhdlər xilafət vəzifəsini icra edərlər. Xilafət vəzifəsi, hala görə qoyulan sıradakı vəliəhdlərə verilər. Bundan dolayı, əvvəlki sıra, sonrakı xəlifələr tərəfindən yenidən dəyişdirilə bilməkdədir. Çünki xəlifəlik vəzifəsi, ammə işlərindəndir. Əmrləri, qəti hökm ifadə edər. Başdakı xəlifənin haqqı qüvvətli, vəliəhd təyini də məqbuldur. Lakin bu hərəkət tərzi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Mutə döyüşündəki komandir təyinindəki hədisin tətbiqatına zidd düşməkdədir. Çünki gördüyümüz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), həyatda ikən, belə bir vaqeə olmuş, vəzifə, ancaq, birinin vəfatından sonra digərinə keçmişdir. Bu cəhətdən, komandirlikdəki tətbiqat ilə, xəlifəlikdəki vəliəhd təyini bir-birində ayrılmışdır. Xəlifə Mənsurun, İsa b. Musanı vəliəhdlik sırasından çıxarmasından məqsəd, hələ dövlət yeni qurulmuş, qəbiləsindəki fərdlər arasında, əhliyyət yönündən bir bərabərlik mövcud idi. Fərdlər arası münasibəti təmin etmək üçün belə etmişdir. İsa b. Musanın yaşı az, siyasətə qarşı qabiliyyəti də az idi. Bu hal qarşısında xilafət, başqasına keçə bilməkdədir.

3 vəliəhdin 1-cisi, xilafət vəzifəsini yerinə yetirdikdən sonra ölmüş və özündən sonra da bir vəliəhd təyin etməmişdirsə, 2-ci vəliəhd, xəlifə olar. İkincisi də vəliəhd təyin etmədən ölərsə, 3-cüsü xəlifə olar. Birinci haqqındakı vəliəhdlik, qəti bir hökm ifadə edər. Lakin 2-ci və 3-cünün xəlifə olmaları, özlərindən əvvəlkilərin təsərrüflərinə bağlıdır. Çünki bir öncəki, özündən sonra bir başqasını vəliəhd təyin edərsə, sırada gözləyən 2-ci və 3-cü vəliəhdlərin xəlifə olmaları, imkansız və ya çətin bir hala gələr.

Bax bu görüşə görə, ilk sıradan ayrılmaq caiz və mümkündür. Nəticə olaraq, 2-ci və 3-cü vəliəhdlərin imam ola bilmələri, vəliəhd təyin edilməməsilə mümkündür.

Əgər 3 vəliəhddən 1-cisi imamlıq vəzifəsini yerinə yetirib vəliəhd təyin etmədən vəfat edərsə, seçicilər heyətinin, 2-ci vəliəhdin xaricində bir başqasını seçmələri doğru deyildir.

Eyni şəkildə, 2-inci də bir vəliəhd təyin etmədən ölərsə, seçicilər heyəti 3-cü vəliəhdin xaricində bir başqasını imam seçə bilməzlər. Hər nə qədər 2-inci vəliəhd imam olunca, 3-cünün xaricində birini imamlığa vəliəhd olaraq göstərə bilirsə də, seçicilər heyətinin, belə bir haqqı yoxdur. Çünki vəliəhd təyini, qətidir. Haqqında hüquqi dəlil vardır. Seçicilər heyəti, belə bir haqqı istifadə edə bilməz.

Lakin vəliəhd təyin edən xəlifə, "Filankəsi vəliəhd təyin etdim." desə, "O da xəlifəlik vəzifəsini yerinə yetirdikdən sonra xilafət, filan şəxsindir." desə, ikincinin xəlifəliyi mötəbər deyildir. Səbəbi isə, ikincinin vəliəhdliyini və xəlifəliyini, birincinin xilafət vəzifəsini yerinə yetirməsinə bağlamışdır.

Əgər birincisi xəlifə olmadan ölərsə, şərt gerçəkləşmədiyindən, ikinci vəliəhd xəlifə ola bilməz; olsa, xilafəti batildir. Birinci, xəlifə olunca, o da daha əvvəl görüldüyü kimi, özündən sonra bir başqasını vəliəhd təyin edə bilməkdədir. Əgər birincisi xəlifəliyi yüklənmədən ölərsə, onun vəfatından sonra, seçicilər heyəti, başqasını xəlifə olaraq seçə bilərlər.

K. Xəlifəyə itaət və xəlifənin vəzifələri

Seçkilə və ya vəliəhdlik surətilə xəlifəliyi qətiləşmiş olan birinin mövcud olduğunu bilmək, bütün İslam toplumunun vəzifəsidir. Şəxsini, adını, xüsusi hallarını bilmək isə, yalnız seçicilər heyəti üçün şərtdir. Çünki onlar, o şəxsi xəlifə seçəcəklər, biət edəcəklər. Süleyman b. Cərir isə:

"İnsanların hamısına, Allah və Rəsulunu bilmək kimi, xəlifənin zatını və adını bilmək, vacibdir." demişdir.

Alimlərin əksəriyyətinə görə, xəlifə haqqında mücməl məlumat sahibi olmaq, hər kəs üçün gərəklidir; geniş məlumata ehtiyac yoxdur. Ancaq xəlifəyə xüsusi bir işi düşənin, xəlifənin ismini və şəxsini bilməsi lazımdır. Necə ki, hakimləri, müftiləri, onlara işi düşməyən, ümumi olaraq bilir. İşi, soruşacağı hər hansı bir məsələsi olanlar, xüsusi olaraq bilirlər. Bu hal, xəlifə üçün də belədir. Əgər "Topluluğun hər fərdinin dövlət başçısının şəxsini, ismini, cismini, xüsusi hallarını bilməsi lazımdır." şərti qəbul ediləcək olarsa, o təqdirdə, hökümət mərkəzinə, yaxında və uzaqda olan hər kəsin getməsi, görməsi, danışması lazımdır. Bu hal, ixtilaflara, çətinliklərə səbəb olar, adətə müxalif bir hal ərz edər. Lakin "Ümumi məlumat, kifayətdir" şərti qəbul edilərsə, bəzilərinin verdiyi məlumat, vəkalət olaraq göndərilənlərin geri qayıtdıqları vaxt söyləyəcəkləri xüsuslar, kifayət edir.

İslamda, dövlət başçısına, xəlifə deyilmişdir. Çünki topluluğu sövq və idarədə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xələf olmuşdur. Bundan dolayı, "Ey Peyğəmbərin xəlifəsi" deməkdə, bir məhzur yoxdur. "Xəlifə" termini, ümumi olaraq istifadə edilir.

"Ey Allahın xəlifəsi" deməyin uyğun olub-olmayacağı xüsusunda, 2 fikir vardır:

a. Belə bir sözün istifadə edilməsində bir beis görməyənlər:

"İnsanlar arasında Allahın haqq və qanunlarını ayaqda tutduqlarından dolayı, Allahın xəlifəsi termini istifadə edilə bilər." deyirlər. Bunun Qurandan dəlillərinə gəlincə:

وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَـٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَـٰتٍ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌ رَّحِيمٌۢ

"Verdiyi nemətlərlə sınamaq üçün, sizi yer üzünün xəlifələri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran, Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir." (Ənam/165) ayətidir.

b. Alimlərin əksəriyyəti isə:

"Belə bir sözün deyilə bilməyəcəyi, söyləyənin fisq və günah, pislik sahibi olduğu; ancaq ölən və ya yoxa çıxanın xələf qoyula biləcəyi; Allahın isə, əsla ölən və ya yoxa çıxan biri olmadığından dolayı, bu sözün söylənə bilməyəcəyi" fikrindədirlər.

Əbu Bəkr (radiyallahu anh)'a: "Ey Allahın xəlifəsi!" deyə səslənildiyində, o, dərhal, cavab olaraq: "Mən, Allahın xəlifəsi deyiləm. Lakin Allah rəsulunun xəlifəsiyəm." demişdir.

Xəlifənin görəcəyi əhəmiyyətli olan ammə işləri, 10'dur:

1. Vaz olunan (qoyulan) qaydalara, sələfin icma etdiyi xüsuslara uyğun olaraq, dini qorumaq, mühafizə etməkdir. Din haqqında şübhəsi olan, bir bidət əhli kimlərsə çıxarsa, ona, hər şeyi dəlilləri ilə açıqlayar və doğru yolu göstərər. Gərəkli cəzaları tətbiq edər. Çünki onun vəzifəsi, fəsaddan, pozulmaqdan qorumaq, xalqı pisliklərdən, bayağılıqlardan uzaqlaşdırmaqdır.

2. İxtilaflıların ixtilaflarını həll etməkdə; çəkişmələrə (bir çəkişmə içində olan adamların çəkişmələrinə) son qoymaqda; mərhəmətin təminində, dinin hökmlərini tətbiq edər. Beləcə, zalım, azğınlıq edə bilməz; məzlum da zəif salınmaz.

3. Topluluğu himayə, qorumaq, mal, can və hər cür yol təhlükəsizliyini təmin etmək surətilə, insanların yer üzündə yaşayışlarını, qazanc əldə etmələrini təmin edər. Qadağan olan sahələrdən və başqasına aid haqlara zərər verməkdən uzaqlaşdırar.

4. Allahın qoyduğu əmr və qadağaları, eynilə tətbiq etmək; bu hökmlərin dəyişdirilmələrinin qarşısına keçmək; insanların haqlarının ortadan qalxmasını əngəlləmək; haqları qorumaq uğrunda cəzalar tətbiq etmək.

5. Müsəlmanların, zimmilərin və müsəlmanlarla razılığları olanların qanlarına, həyatlarına, mallarına qəsd etmək istəyən; dini ortadan qaldırmağa təşəbbüs edən düşmənə qarşı hərb hazırlıqları etmək; toplumun müdafiəsi üçün qalalar, əngəllər inşa etdirmək.

6. İslamın bütün dinlərə üstün olduğu mövzusunda lazımi isbatlar etmək; Allahın və toplumun haqqının ayaqda tutulması üçün, dəvətə rəğmən Müsəlman olmayan kimsələrə qarşı İslama girincəyə və zimmiliyi qəbul edincəyə qədər döyüşmək.

7. Qorxu hiss etdirmədən, zülm və təzyiq meydana gətirmədən, dincə və ictihadca üzərlərinə fərz olan kimsələrdən zəkat və digər vergiləri, qənimətləri toplamaq.

8. İsraf və paxıllıq etmədən, xəzinədən, layiq olanlara tam vaxtında yardımlar etmək;

9. Vergilərin toplanması, xalqa nəsihətin təmin edilməsi üçün, təhlükəsizlik məmurları, nəsihətçilər təyin etmək, vəzifələndirməkdir. Bundan məqsəd, hər kəs üçün işlər bərabər və sağlam bir şəkildə icra edilsin, mallar təhlükəsizlik içində qorunsun;

10. Topluluğun işləri və halları ilə şəxsən məşğul olmaq, bunları qətiyyətlə izləmək. Beləcə, xalqın idarəsi, millətin himayəsi, daha yaxşı təmin edilər; xilafət vəzifəsini, yalnız əyləncələrlə və ya yalnız ibadətlərlə ehmal etməmiş olar. Təyin etdiyi məmurlar, xainlik edə bilər, vəzifələrini axsada bilərlər. Allah Taala da:

يَـٰدَاوُۥدُ إِنَّا جَعَلْنَـٰكَ خَلِيفَةً فِى ٱلْأَرْضِ فَٱحْكُم بَيْنَ ٱلنَّاسِ بِٱلْحَقِّ وَلَا تَتَّبِعِ ٱلْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌۢ بِمَا نَسُوا۟ يَوْمَ ٱلْحِسَابِ

"Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir." (Sad/26) buyurmuşdur.

Allah, yalnız nəfsə uymağı, dəlalətlə vəsfləndirmişdir. Xilafət vəzifəsi, bu şəkildə sarsılmış olur.

Layiq olan, bu məqama keçincə, dinin hökmlərini, xilafət məqamını qoruması lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Hamınız çobansınız və hamınız, sürünüzdən məsulsunuz." (Buxari, Cümə/11) buyurmuşdur.

Şair də, şərəfli, çalışqan bir xəlifəni belə vəsf edir:

"İşlərinizi görəcək olanlara verin, təyin edin, nə yaxşılığınız varsa, Allahadır. Rifah və səadətin bolluğu, hər yerə yetişən əllərin, əmirlərin sayəsindədir.

Həyat, hər cür rifaha izn versə də, dünyada bol bir nemət yoxdur. Əmr sahibləri məcbur etsələr də, onlara əsla huşu edilməz.

Zamanın xeyir yönündən hər şeyini sağdılar, bəzi şeylər saydılar. O insanlar, bir gün birinə tabe oldular, bir gün də birinə.

Gedişatı qəzəbli bir şəkildə davam etsə də, görüşü qüvvətli, fikirləri çox isabətli olan kimsə üçün, lovğalanmaqda bir zəlillik yoxdur."

Muhamməd b. Yəzdad da, vəziri olduğu Xəlifə Mə'muna belə yazırdı:

"Kim dünyanı arzu edərsə, insanların hamısı yuxuda ikən, yatmamaq şərtilə arzusuna çatar. İşlərini həll etməyi, bir an əvvəl nəticəyə çatmağı çox arzu edən, necə olur ki, zəif düşüb uzun bir yuxuya varır, gözlərini bağlayır?!"

L - Xəlifə olmağa mane olan hallar

Xəlifə, cəmiyyətin haqlarını, öz vəzifələrini necə yerinə yetirər?

Xəlifə, yuxarıda sayılan ictimai vəzifələrini yerinə yetirərkən, Allahın haqlarını hər şeydən əvvəl əda edər. Xəlifə, halını pozmadığı müddətcə, topluluğun ona itaət etməsi, köməklik göstərməsi məcburidir. Bunlar da, topluluq üzərində xəlifənin haqqı, toplumun da vəzifəsidir.

Halını dəyişdirən xəlifəni, xilafət məqamından endirən, 2 şərt vardır:

1. Ədalətdən ayrılması;

2. Bədəninə nöqsanlıqların gəlməsidir.

a. Ədalətdən ayrılması, bu yöndən (yəni ədalət yönündən) tənqid edilməsi, yaralanması, onun xarablığı və fisqi səbəbilədir. Bu da, ikiyə ayrılır:

aa. Şəhvətə düşkünlüyü, nəfsinin arzularına uyması;

bb. Şübhə çəkici işlər görməsi.

aa. Şəhvətini qüvvətləndirmək, arzularına boyun əymək surətilə pis işlər görməyə, qadağan edilən şeyləri etməyə başlamasıdır. Bunlar, bədənə aid fellərdir. Belə bir hal, xilafət əqdinin meydana gəlməsinə əngəldir. Xəlifə olduqdan sonra, bu cür işlər görərsə, o məqamdan çıxmış, xilafət vəzifəsini zədələmiş olar. Əvvəlki yaxşı halına, doğruluğuna qayıtsa da, artıq məqbul sayılmaz. Yenidən təkrar xəlifə seçilərsə, nə gözəl.

Kəlam alimlərinin bəziləri də, "Ədalət və doğruluğa qayıdarsa, xilafətdən ayrılmamış, olar. Bunun təməl səbəbi isə, təkrar ediləcək biətin çətin olması, ammə işlərinin axsamamasıdır. Əvvəlki biətin davam etməsi nəticəsində, xəlifə olaraq qalar." deyirlər.

bb. Şübhə çəkən işlər isə:

İnancla bağlı şübhəli hərəkətləri olub, bunlar, haqq olana zidd düşürsə, belə hallarda, işlər təvili və ya təvilsiz olaraq fisqini, xarab etiqadını gərəkdirirsə, bu halda xəlifə kafir olmuş sayılır, bu, onun küfrünə bərabər bir haldır. Belə inanclarında davam edərsə, xilafət məqamında qala bilməz. Vəzifəsi bitmişdir.

bbb. Basra alimlərinin bir çoxuna görə isə, məhkəmə işlərini icra etmədə, şahidlik edə bilmədə, bu cür hərəkətlər bir əngəl olmadığı kimi, xəlifəliyinə də mane olmaz, vəzifədən də uzaqlaşdırılmaz.

b. Xəlifənin bədənində meydana gələn şikəstliklər də, 3 qismə ayrılır:

aa. Beş hissində və ağlındakı nöqsanlıqlar;

bb. Orqanlarındakı nöqsanlıqlar;

cc. Hüquqi təsərrüflərindəki nöqsanlıqlar.

aa. 5 hissindəki (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxu hisləri) nöqsanlıqlar da, 3 qisimdir:

aaa. Bir qismi xilafətə əngəldir;

bbb. Bir qismi xilafətə əngəl olmaz;

ccc. Bir qismi haqqında da ixtilaf mövcuddur.

aaa. Xəlifəliyinə əngəl olan nöqsanlıq: görməsini və ağlını itirməsidir.

Ağıl itirmək də, öz içində ikiyə ayrılır:

1. Arizi (gəlib-keçici) ağıl xəstəliyi ki, iləridə müalicəsi mümkündür. Özündən getmək kimi. Belə bir ağıl xəstəliyi, xəlifə olmağa əngəl meydana gətirmədiyi kimi, xəlifəlikdən çıxmağa səbəb təşkil edici də deyildir. Çünki müalicəsi mümkündür. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ölüm xəstəlikləri sırasında buna məruz qalmışdı.

2. Bu qrupdakı ağıl xəstəliyi, dəlilikdir. Müalicəsi və keçməsi ümid edilməyən bir xəstəlikdir. Bu da, ikiyə ayrılır:

2.1. Tam bir ağıl xəstəliyidir ki, qurtulması imkansızdır. Belə bir xəstəlik, həm xəlifə olmağa, həm də xəlifəliyin davamına manedir. (Bununla) Xilafət batil olmuşdur.

2.2. Xəstəliyin müalicə nəticəsi iləridə keçməsi mümkün, xəstəliyin şəfası umulursa, o vaxt baxılar:

~ Əgər dəlilik zamanları ağıllılıq zamanlarından çoxdursa, xəstəlik davam etmiş sayılır. Xilafətə və xilafətin davamına əngəldir.

~ Əgər ağıllılıq halı, dəlilik halından çoxdursa, bu hal, xəlifə olmağa mane, xəlifəliyin davamına isə, mane deyildir.

Fəqihlərin bəzilərinə görə, xəlifəliyin davamına da manedir.

Əgər mane deyildir deyilərsə, bu işə layiq olanın haqqı ixlal edilmiş (haqqına xələl gətirilmiş) sayılır.

Bir qisim fəqihlər də, belə bir ağıl xəstəliyi hər nə qədər başlanğıcda xəlifə olmağa əngəlsə də, xəlifəliyi anında ortaya çıxan bu cür xəstəlik, xəlifəliyin davamına əngəl deyildir. Xəlifəlik əqdinin başlanğıcında, ilk meydana gəlişində tam bir əqli kamillik istənilir. Xəlifəlikdən çıxmaq da, tam bir ağıl xəstəliyi ilə olur.

Gözdəki nöqsanlığa, görmə hissinin itməsinə təmas etməli olsaq, görməyənlərin hakimliyi, şahidliyi necə məqbul və mötəbər deyildirsə, belə bir şəxsin xəlifə olması və ya bu vəzifəyə davam etməsi də, məqbul deyildir. Gözün gecə görməməsi, xəlifə olmağa və xilafətin davamına əngəl deyildir. Çünki bu növ xəstəlik, müəyyən bir zamana məxsus, müalicəsi mümkün bir xəstəlikdir. Görmə zəifliyinə gəlincə: Əgər adamları gördüyündə tanıya bilirsə, xəlifəliyə əngəl deyil; şəxsləri başa düşür, lakin kim olduğunu bilə bilmirsə, bu, xəlifə olmağa və xəlifəliyin davamına əngəl təşkil edir.

bbb. 5 hissindəki nöqsanlıqlarından ikinci növü, xəlifəliyə əngəl deyildir. Bunlar da, burunda qoxu almağa, qoxuları ayırd etməyə mane bir xəstəliklə; dad alma hissinin olmamasıdır. Hər ikisi də, insanın zövqünə, ləzzətinə təsir edir. Görüş, fikir və hərəkətlərinə təsir etməz. Bu cəhətdən, xəlifə olmağa əngəl deyildir.

ccc. 5 hisdəki nöqsanlıqlarında ixtilaf mövzusu olan şey, ikidir: Bunlar da, karlıq və lallıqdır. Bu 2 nöqsanlıq, xəlifə olmağa qəti olaraq əngəldir. Çünki xəlifə olacaq şəxsin bütün sifətlərində mükəmməl olması lazımdır.

Lakin bu 2 nöqsanlığın xilafət vəzifəsindən çıxarmaq mövzusundakı təsirində ixtilaf mövcuddur:

1. Bir qrupa görə, işlərin tam olaraq icrasına, sövq və idarəyə təsir etdiyindən, karlıq və lallıq, xilafətdən çıxarar.

2. Digər bir qrupa görə də, bəzi işarətlər, dil və qulaq yerinə keçəcəyindən, dilsizlik və karlıq, xəlifəni xəlifəlikdən çıxarmaz.

Ancaq tam bir nöqsanlıq, xilafətin davamına manedir. Bunlar isə, tam bir nöqsanlıq sayılmaz.

3. Bu görüşə görə, xəlifə yazı yazmağı bilirsə, lallıq və karlıq, xəlifəlik vəzifəsinin davamına mane deyildir; yazı yazmağı bilmirsə, manedir. Çünki yazı ilə məqsədin nə olduğu, açıqca ifadə edilə bilər. İşarətlərdə isə, şübhə vardır.

Karlıq və lallıq mövzusunda birinci görüş, ən isabətli olanıdır. Kəkələmək, pəltəklik, ağır eşitmək, səsləri eşidə bilir, xəbər verə bilirsə, xəlifəlik vəzifəsindən çıxarıcı nöqsanlıqlar sayılmaz.

Xəlifə olmadan əvvəl var olan pəltəklik və ağır eşitməyin xəlifə olmağa mane olduğunu söyləyənlər olduğu kimi, mane olmadığını da söyləyənlər vardır.

İkincilərin dəlili: Musa (əleyhissəlam)'ın dilinin pəltək olmasıdır. Peyğəmbərliyə əngəl olmayan bu hal, xəlifə olmağa əvləviyyətlə əngəl deyildir.

M. Xəlifənin zədələnməsi

Xəlifənin, orqanlarını itirməsi halı, 4 qismə ayrılır:

a. Xəlifə olmağa və davamına mane olmayan nöqsanlıqlar. Bunlar, düşünməyə, hərəkət etməyə, ayaqda durmağa, görünüşə təsir etməyən şeylərdir. Cinsiyyət orqanı və xayaların kəsilməsi kimi. Belə bir nöqsanlıq, xəlifə olmağa və xəlifəliyin davamına əngəl deyildir. Bunlar, uşaq meydana gətirməyə təsir edicidir. Düşünməyə, təcrübəyə təsir etməz. Bu cür bir əskiklik, xədimlik kimi muamələ görər. Allah Taala, Yəhya b. Zəkəriyyə (əleyhissəlam)'ı bu şəkildə vəsf etmiş və bu ayət ilə tərifləmişdir:

...أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ

"Allah səni, Allah tərəfindən olan Kəliməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir." (Al-i İmran/39)

-------------------------------------------------------------------------------------

(Haşiyə:

حَصُورًا Hasuran: "Nəfsinə hakim" demək olan bu kəlimə, əslində, "uzaq tutmaq, həbs etmək" mənasına gələn "əl-hasr" kəliməsindən meydana gəlmişdir. Bir şeyin əngəl olub uzaq qoymağını bildirmək üçün, bu fel istifadə edilir.

✓ Fərci dar olan dişi dəvəyə də deyilir.

"əl-hasur" isə: "sanki onlardan əngəllənib uzaq tutulmuşcasına, qadınlara yaxınlaşmayan kimsə" deməkdir.

Bu izahı, əbu Amr vermişdir.

✓ Quran-i Kərimdə də, uca Allah, belə buyurmaqdadır:

...وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَـٰفِرِينَ حَصِيرًا

"Biz cəhənnəmi, kafirlər üçün zindan (hasir) qıldıq." (İsra/8)

"Hasir" eyni zamanda: "hökmdar" deməkdir. Çünki başqalarının görə bilməyəcəyi yerdədir.

Yəhya (əleyhissəlam), hasur (nəfsinə hakim qılınmış) idi. Yəni qadınlara yaxın durmazdı. Sanki kişilərdə mövcud olan özəlliklərdən uzaq tutulmuş kimi idi.

Bu açıqlama şəkli, ibn Məsud və başqalarından nəql edilmişdir.

✓ Yenə:

• ibn Məsud;

• ibn Abbas;

• ibn Cubeyr;

• Ata;

• əbu'ş-Şa'sa;

• əl-Həsən;

• Süddi; və

• ibn Zeyd belə deyirlər:

"Hasur": (cinsi) iqtidar sahibi olmaqla bərabər, qadınlardan uzaq duran və onlara yaxınlaşmayan kimsə, deməkdir.

2 səbəb dolayısı ilə, bu, bu mövzudakı görüşlərin ən səhih olanıdır:

• Birinci səbəb: bunun, Yəhya (əleyhissəlam) üçün tərif olmasıdır. Tərif isə, əksəriyyətlə, insanın özündə mövcud olan üçün deyil, sonradan qazanılan bir fel üçün bəhs mövzusu olur.

• İkinci səbəb: Dildə (hasur kəliməsinin vəzni olan) "fəul" vəzni isə, fail haqqında istifadə edilən əmr qəliblərindəndir. Şairin bu beytində olduğu kimi:

“Qılıncın ucu ilə onların (dəvələrin) ən ətlilərinin ayaqlarını (kəsmək üçün) çox dəfə vuransan;

Qıtlıq dolayısı ilə, azuqə tapa bilmədikləri təqdirdə, sən, dəvələri boğazlayansan."

Buna görə, "hasur" kəliməsinin əsl mənası: öz nəfsini şəhvətlərdən uzaq tutub cilovlayan kimsədir.

Bəlkə də, Yəhya'nın şəriətində elə idi. Bizim (İslam) şəriətində isə, əsl olan, nikahdır.

"Hasur"un: “evlənməsi umulmayan, mənisi gəlməyən, fərci (cinsiyyət orqanı) olmayan” mənasına gəldiyi də söylənilmişdir.

Bu açıqlama da, yenə:

• ibn Abbas'dan;

• Səid b. əl-Musəyyəb'dən; və

• Dahhaq'dan rəvayət edilmişdir.

Əbu Saleh isə, əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyini rəvayət etməkdədir:

"Bütün Adəm oğulları, Allahın dilədiyi təqdirdə özlərinə əzab edəcəyi, yaxud mərhəmət edib bağışlayacağı bir günah ilə Allahın hüzuruna çıxarlar. Bundan tək istisna, Zəkəriyyə'nin oğlu Yəhya'dır. Çünki O, seyyid idi, hasur idi və salehlərdən olan bir peyğəmbər idi."

Daha sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), əyilib əli ilə yerdən kiçik bir çöp aldı və belə dedi:

"Onun fərci, bax bunun kimi idi, bu çöp kimi idi."

"Hasur"un mənasının: “özünü, Allaha günah olan işlərdən uzaq tutan” olduğu da söylənilmişdir.

(İmam Qurtubi'nin, "əl-Cami li Əhkami'l-Quran" təfsirindən nəql)

----------------------------------------------------------------------------------------------------------------------------------------------

Xədimlik xüsusunda 2 görüş vardır:

~ İbn Məsud və ibn Abbasa görə: Qadınla cinsi münasibətə imkan verməyən xədimlik;

~ Səid b. Müsəyyəb'ə görə də, kişilik və qadınlıq üzvü bir-birinə qarışmış və ya kiçik nöqtə, çəyirdək şəklində cinsi üzvü olan şəxs.

Hər 2 hal da, Peyğəmbərliyə əngəl olmadığı kimi, xəlifə olmağa da əvləviyyətlə əngəl deyildir.

Qulaqların kəsilməsi də belə olub düşünmə və hərəkətə mane deyildir. Gizlənməsi mümkün bir nöqsanlıqdır.

b. Bu qrupdakı nöqsanlıqlar, xəlifə olmağa və davamına əngəl deyildir. Çünki hərəkət etməyə, iş görməyə imkan verməməkdədir. İki əlin və ya iki ayağın kəsilməsi kimi. Belə olan bir şəxs, topluluğa xidmətdən aciz qalar.

c. Xəlifə olmağa qəti olaraq əngəldir, lakin xəlifəliyin davamına əngəl olmadığı ixtilaflı olan nöqsanlıqlar. Bu şəkildəki bir nöqsanlıqla, bəzi işlər, hərəkətlər edilə bilir; bəziləri isə, edilə bilmir. İki əldən və ya iki ayaqdan birinin olmaması kimi. Belə olan bir şəxs, orqan cəhətindən tam olmadığından xəlifə ola bilməz. Xəlifə ikən belə bir nöqsanlıq meydana gəlmişdirsə, bu mövzuda fəqihlər 2 qrupa ayrılmışlardır:

aa. Bir görüşə görə, xəlifə olmağa əngəl olan bir nöqsanlıq, onun davamına da əngəldir. Dolayısı ilə, xilafəti bitər.

bb. Bir görüşə görə də, xəlifə olmağa əngəl, lakin davamına əngəl deyildir. Xilafətin davamına mane olmaq üçün, tam bir nöqsanlıq gərəkdir. Halbuki bu hal, tam bir nöqsanlıq sayılmaz.

d. Xəlifəliyin davamına əngəl olmayan nöqsanlıqlar. (Ancaq bunun) Xəlifə olmağa əngəl olduğu xüsusunda ixtilaf vardır.

Gözlərdən birinin çıxması, burunun kəsilməsi kimi nöqsanlıqlardır. Bunların iş görməyə, yeriməyə bir təsiri yoxdur. Lakin pis və çirkin göstəricidir. Bu cür nöqsanlıqlar, xəlifəliyin qətiləşməsindən sonra olarsa, mane bir tərəfi yoxdur. Çünki ariz olan belə halların xilafət vəzifələrindən hər hansı birinə təsiri görülməməkdədir.

Xəlifə olmadan əvvəl, belə bir nöqsanlıq mövcuddursa, bunda 2 görüş vardır:

1. Bir görüşə görə: Xəlifə olmağa əngəl tərəfi yoxdur. Əsaslı şərtlərdən də sayılmaz.

2. Digər görüşə görə: Xəlifə olmağa əngəldir. Xəlifənin, hər cəhətdən mükəmməl olması lazımdır. Millətin işlərini idarə etməkdə bu cür nöqsanlıq, tənqidi, pislənməyi gərəkdirir, xəlifənin heybətli şəxsiyyətinə kölgə salar, əmrlərinə itaəti zəiflədər. Topluluğun haqlarına nöqsanlıqlar, zərərlər gətirər.

N. Xəlifənin hüquqi təsərrüflərindəki nöqsanlıqlar

Xəlifənin təsərrüflərindəki nöqsanlıqlar:

a. Hacir halı;

b. Quhrə halıdır.

a. Hacir halı: Xəlifənin idarəçilərindən, ən yüksək məmurlarından birinin, dövlət işlərini bir pislik, su-i istimal etmədən axsatmadan icra etməsidir.

Belə bir hal, xəlifənin xəlifəliyinə əngəl olmaz. Xəlifənin hüquqi təsərrüflərinin sihhəti, tənqid edilə bilməz. Yalnız işlərinə idarəçi təyin etdiyi şəxsin (halına) baxılar. Əgər dini hökmləri axsatmadan idarə edir, ədalətin gərəkdirdiyi şəkildə hərəkət edirsə, topluluq içində bir fəsadın, xarab nizamın yayılmaması, dini işlərin, muamələlərin durmaması üçün, xəlifənin bu işləri qəbulu, təsdiqi lazımdır, əsasən təsdiq edəcəyi də düşünülür. İşləri idarə üzərə təyin edilən şəxsin, dini hökmlərə, ədalətin gərəyinə tabe olmadığı görülərsə, xəlifənin digər iləri gələn məmurları, bunu əngəlləyər. Beləcə, o şəxsin təzyiqi, yalnış hərəkəti əngəllənər, ortadan qaldırılar.

b. Quhrə isə: Döyüşdə qalib gələn düşmən əlinə xəlifənin əsir düşməsi, qurtulmağa da imkan tapmamasıdır.

Əsir düşən, xəlifəliyə namizəddirsə, bu hal, xəlifə olmasına əngəldir. Əsir alan topluluq, istər müşrik, əhl-i hərb olsun, istərsə azğınlıq edən, daxili üsyan çıxaran Müsəlmanlar olsun, fərq etməz. Müsəlmanlar, onun xaricində birini xəlifə seçərlər.

Əgər xəlifə olduqdan sonra əsir düşmüşdürsə, o təqdirdə, hərblə və ya fidyə vermək surətilə onu qurtarmaq, Müsəlmanların vəzifəsidir. Şəxsin dövlət başçısı olması, bu köməyi gərəkdirir.

Əsir xəlifənin həyatından ümid kəsilərsə, əsir alanlarla (müşriklər və ya Müsəlmanların üsyan çıxaranları olsun), Müsəlmanların əleyhinə bir razılıq ola bilməz.

Xəlifə, əhl-i hərbin (müşriklərin) əlinə əsir düşər, hər cür səyə baxmayaraq əsarətdən qurtulması da ümidsiz olarsa, seçicilər heyəti bir başqasını xəlifə olaraq seçər və ona biət edərlər.

Əgər əsarətdə ikən, xilafət məqamına bir vəliəhd təyin etmişdirsə, vəliəhdi təyin halına baxılar. Əgər əsir düşmüş xəlifə, qurtulması imkansız bir halda ikən vəliəhd təyin etmişdirsə, bu təyin işi, batildir. Çünki xəlifəlikdən çıxdıqdan sonra, vəliəhd təyin etmiş deməkdir. Qurtulması ümid edilə bilən bir halda vəliəhd təyin etmişdirsə, hələ xilafət vəzifəsinin davam etdiyi qəbul edildiyindən, bu təsərrüfü mötəbərdir. Xəlifənin qurtulması sonradan ümidsizliyə düşərsə, vəliəhd xəlifə olar. Çünki ümidsizliklə, xəlifəliyi sonlanmışdır.

Xəlifə əsarətdə ikən, vəliəhd təyin etdikdən sonra əsarətdən qurtularsa, qurtuluşuna baxılar:

~ Əgər qurtulması ümid edilmədiyi andan etibarən keçən bir zaman içərisində qurtulmuşsa, xəlifəliyi qəbul edilməz. Çünki ümidsizliklə, bu vəzifədən çıxmışdır. Vəliəhd, xəlifə olar.

~ Əgər qurtulması ümidsizliyə düşmədən əvvəl olmuşdursa, xəlifəliyi davam edər.

Vəliəhd hər nə qədər xəlifə ola bilməsə də, vəliəhdliyi haqqındakı təyin işi, məqbulluğunu qoruyur.

Xəlifə, Müsəlmanların üsyankarlarına əsir düşmüş və əsirlikdən qurtulması da ümid edilirsə, xəlifəliyi davam edər. Qurtulması ümid edilmirsə, üsyankarlar, 2 haldan biri ilə baş-başadırlar: ya özlərinə bir xəlifə təyin edərlər və ya etməzlər. Hər nə qədər üsyan çıxarmış, xəlifəni tanımamışlarsa da, əsasən xəlifə öz əllərində əsirdir. Daha əvvəl, onun xilafətini tanımış, qəbul etmişlərdir. Bu cəhətdən, əsir xəlifəyə itaət etmək, özlərini bağlayıcıdır. Eynilə hacr altında olan xəlifənin, adil kimsələrin nəzarəti altında olması kimidir. Belə bir əsarət nəticəsində, seçicilər heyəti, işlərin idarəsi üçün bir naib seçərlər. Əgər əsir xəlifə, naibini təyin edə bilirsə, onun təyini, daha mötəbərdir. Əsir xəlifə əsirlikdən qurtular, yaxud ölərsə, naib xəlifə, xilafətdə israr edə bilməz. Çünki özü, mövcud olan bir xəlifəyə naib idi. O, ortaya çıxdığında və ya öldüyündə, naibliyi sonlanır.

Asilər özlərinə bir xəlifə seçər, ona tabe olarlarsa, əsir xəlifənin əsarətdən qurtulması da ümidsizdirsə, xəlifəliyi sonlanar. Çünki üsyankarlar, hökmləri və idarələri ayıran bir topluluq qurmuş, özlərinə tamamilə ayrı bir xəlifə təyin etməklə, başdakı xəlifəyə itaət etmədiklərini göstərmişlərdir. İtaətkar müsəlmanlar topluluğun, onlara köməyi ola bilməz. Onlar içərisində əsir olanın da, artıq idarəçilik qüdrəti yoxdur. Daru'l-adl (İslam ölkəsin)'dəki seçicilər topluluğu münasib gördükləri bir şəxsi xəlifə seçərlər. Bu muamələlərdən sonra, əsir xəlifə əsarətdən qurtularsa da, xəlifəliyi qəbul edilə bilməz. Çünki qurtulması, ümidsizliyə düşdüyü vaxtdan etibarən, xəlifəlikdən çıxmış sayılır.

O. Xəlifənin mühim idarəçiləri

Müsəlman topluluğun və işlərinin idarəsində, xəlifənin xəlifəlik hökmləri ümumi olaraq bildirilib görüşlər açıqlandıqdan sonra, onun idarə yönündən işlərini idarə edəcək olan məmurlara gəlincə:

1. Hər hansı bir səlahiyyət məhdudlaşdırması olmadan bütün işlərdə xəlifəyə naib olan vəzirlərdir. Bunlar, ümumi bir idarə səlahiyyətinə (vəlayət-i ammə) sahibdirlər.

2. Xüsusi işlərdə, ümumi, mütləq bir idarə səlahiyyətinə sahib olanlardır. Əyalətlərin, bölgə və diyarların valiləri (əmirləri) kimi. Görəcəkləri işlər və yerlər, müəyyən; və lakin o sahədə ümumi bir səlahiyyət və hərəkət sərbəstlikləri mövcuddur.

3. Ümumi işlərdə xüsusi idarə səlahiyyəti olanlardır. Baş qazı, ordu komandiri, sərhədi qoruyanlar, xərac və zəkat toplayanlar kimi. Bunlar, xüsusi bir idarə səlahiyyətini ehtiva edib o sahədə hər cür işi görə bilərlər.

4. Xüsusi işlərdə xüsusi idarə səlahiyyətləri olan idarəçilər topluluğudur. Bir ölkənin, bölgənin hakimi, xərac və zəkat toplayıcısı, sərhəd qoruyucusu, ordunun komandiri kimi. Bunlar, o mühitdə, ölkədə özlərinə aid sahələrdə idarə səlahiyyətləri daşıyırlar.

Bax bu 4 qrup idarəçilərin hər birinin də bəzi şərtləri mövcuddur. Şərtlər yerinə gəldiyində, idarəçi ola bilərlər.

Read 41 times
In order to make a comment, please login or register