Dua haqqında məlumat verərsinizmi?
Həm ağıl, həm də yaşanan hadisələr, Allaha yalvarmaqdan zövq almanın mümkün olduğunu ortaya qoymaqdadır:
Allaha yalvarma, Onunla başbaşa qalmanın həzzinin uzaq sayılması, imkansız görülməsi, uyğun deyildir. Çünki belə bir duyğunun varlığına, həm ağıl, həm də böyüklərin ifadə və yaşayışları, şahidlik etməktədir.
1. Ağlın buna şahidliyi:
Bunu aşağıdakı misallarla açıqlayaq:
Misal üçün:
1. Gözəlliyi səbəbilə bir şəxsi vəya
2. Lütf və ehsanlarının bolluğu yaxud da
3. Səltənət sahibi olmasından dolayı
padşahı sevən kimsənin halı, ibrətlə düşünülməlidir.
Bu şəxs, sevdiyi o kəslə başba qalmaqdan, onunla danışmaqdan necə həzz duyar?! Elə ki, bu xəlvət, gecə boyu sürsə, yuxusu belə gəlməz.
Sual:
Hər hansı bir şəxs, gözələ baxtığından, onu gördüyündən dolayı zövq alır. Halbuki Allah Taala görülmür. Bunu necə açıqlayacaqsan?
Cavab:
Sevilən gözəl, bir pərdə arxasında və ya qaranlıq bir evdə olsa, onun aşiqi, başqa bir şeyə baxmadan və onun xaricindəki şeylərdən ləzzət almadan, sırf özünə yaxın olduğundan dolayı, həzz alar.
Ona olan sevgisini göstərməklə, sevgilisinin duyacağı bir yerdə, onu dili ilə anmaqla xoşbəxtlik hiss edər. Daşıdığı hisslərini, sevgilisi bilməsə də, o, yenə də özünə yaxın olduğundan, böyük bir sevinc duyar.
Sual:
Aşiq, məşuqunun cavabını gözləyər və cavabını duyunca rahatlayar. Halbuki Allah Taala'nın danışması duyulmamaqdadır. Bu baxımdan, yuxarıdakı misalın yerində deyildir.
Bəs bunu necə cavablayacaqsan?
Cavab:
Allaha yalvarmaqda olan şəxs, Onun (Allahın) özünə cavab verməyəcəyini bilməklə birlikdə, Ona halını ərz etməsi, qəlbindəkiləri ona çatdırmasının ləzzətini yenə də daşıyır.
Necə belə olmasın ki, həqiqi bir inanca sahib olan, duası sırasında, qəlbinə gələn bütün xatirələrin, Allah'dan gəldiyini eşidir və bundan dad alır.
Bunun kimi, padşahla yalnız qalan və gecənin qaranlığında padşaha ehtiyaclarını ərz edən kimsə, padşahın yardımını umduğu sırada belə həzz duyar.
Qaldı ki, Allah'ın yardımını ummaq, daha real bir duyğudur. Çünki Allah'ın nəzdindəkilər, başqalarının yanında olanlardan daha faydalı və mütəmadidir.
Elə isə, necə olur ki, tənhalarda, Özünə ehtiyaclar ərz edilərkən, zövq duyulmaz?!
2. Duadan zövq alanların şahidlikləri:
• Gecələri ibadətlə keçirən kimsələrin, gecə ibadətlərindən ləzzət almaları;
• Aşiqin məşuquna qovuşduğu vüsal (qovuşma) gecəsini azımsaması (az görməsi) kimi,
onların da gecələri, çox qısa görmələri, buna şahidlik etməkdədir.
Necə ki, gecələrini ibadətlə keçirən birinə:
-"Gecə ilə aran necədir?" diyə soruşulduğunda, o, belə cavab verir:
-"Heç bir zaman onu incələyə, təftiş edə, başa düşə bilmədim. Üzünü mənə göstərər, ardından da itər, hələ onu anlamış deyiləm."
Bir abiddən:
-"Gecəni necə izah edərsən?" diyə soruşulur. O isə, bu suala belə qarşılıq verir:
-"Mənə görə gecə- gəlməsiylə sevindiyim, şəfəqinin sökülməsilə də kədərləndiyim, 2 fərqli yaşadığım müddətdir. Heç bir zaman özü ilə coşqunun zirvəsinə yetişə bilmədim."
Fudayl b. İyad da bunları deyir:
-"Günəş batdığı zaman, Rəbbimlə başbaşa qalacağım üçün, çökən qaranlıqla sevinirəm. Günəş doğduğunda isə, xalq yanıma gəldiyi üçün, hüzünlənirəm."
Malik b. Dinar bunları söyləyir:
"Qullar, gecə vaxdı təhəccüd namazı qılmaq üzərə oyandığında, Əziz və Cəlil Allah, onlara yaxınlaşır. Onlar, içlərində hiss etdikləri qəlb yumuşaqlığını, dadı və aydınlıqları, Allah Taala'nın qəlblərə yaxınlaşmasının bir nəticəsi olduğunu bilirlər."
Gecənin bütününü ibadətlə keçirdmək, özlərini sadəcə Allah Taala'ya ibadət etməyə vermiş, Ona dua etməkdən ləzzət almış güclü kimsələrin işidir.
Bütün gecəni ibadətlə ihya etmək, onlar üçün bir bəslənmə qidası, qəlblərini diri tutan təsir olmuş və bunun nəticəsində uzun ibadətlərlə yorulmamışdılar. Onlar yuxunu, gündüzlərə, xalqın işləriylə-gücləriylə məşğul olduqları bir zaman diliminə vermişdilər.
Əbu Talib əl-Məkki, təvatür dərəcəsinə varan xəbərlərə dayanaraq, Tabiun'dan 40 nəfərin, bu şəkildə bütün gecəni ibadətlə keçirdiklərini; bunların içində 40 il müddət ilə işanın dəstəmazı ilə sabah namazını qılanların olduğunu nəql edir və bu isimləri sayır:
Mədinəli Səid b. Müsəyyəb, Safvan b. Səlim, əbu Hazim və Muhamməd b. Munkədir;
Məkkəli Fudayl b. İyad ilə Vuhayb b. Vard;
Yəmənli Tavus və Vuhayb b. Münəbbih;
Kufəli Rabi b. Heysəm və Hakəm;
Şamlı əbu Süleyman əd-Darani və Əli b. Bəkkar;
Abadlı əbu Abdullah Havvas və əbu Asim;
İranlı Həbib əbu Muhamməd və əbu Cabir Salmani;
Bəsrəli Malik b. Dinar, Süleyman ət-Teymi, Yezid ər-Raqqaşi, Həbib b. əbu Sabit, Yəhya əl-Baqqa və Qahməs b. Minhal.
(Hüccətü'l-İslam imam Ğazzali, İhya'u-Ulumi'd-din, 1. Cild, 10. Kitab/2. Bölmə: Gecə ibadətinin ihyası və fəziləti, s. 853-857)
- Qədr surəsinin təfsiri
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?
- Təravih namazı neçə rükətdir? Dörd haqq məzhəbin (Hənəfi, Şafei, Maliki, Hənbəli) bu haqda görüşləri nədir?
- İlham-7
- Təvəkkülə dairdir-2
- Allah üçün sevmək, nə deməkdir?-1
- "Kim qədr gecəsini o gecəyə isabət edərək-zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?
- Qədr gecəsi
- Bəraət gecəsi haqqında hədislər-1
- Evlənməyən peyğəmbər vardırmı?