Duada israrlı olmaq

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim (Allahdan) cənnəti 3 dəfə istəyərsə, cənnət:

'Allahım, onu cənnətə daxil et.' deyər.

Kim də cəhənnəm atəşindən qorunmasını (Allahdan) 3 dəfə istəyərsə, cəhənnəm atəşi:

'Allahım, onu cəhənnəm atəşindən qoru.' deyər."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cənnətin sifəti babı", hədis no: 4340)

---------------------

İzahı:

Bu hədisi:

• Tirmizi;
• Nəsai;
• ibn Hibban; və 
• Hakim də rəvayət etmişlərdir.

Allahdan cənnəti istəmək:

'Allahım, Səndən cənnəti istəyirəm.' və ya

'Allahım, məni cənnətə daxil et.' kimi dua şəkilləri ilə dua etməkdir. 

Bu duanı 3 dəfə təkrarlamaq, eyni oturuşda və ya başqa yerlərdə ola bilər. Duanın ədəblərindən biri də, duaya davam və israr etməkdir.

Cənnətin o kimsə üçün dua etməsi hal dili ilə ola bildiyi kimi, Allahın icazəsi ilə sözlü də ola bilər. Çünki Allah, cansızları belə danışdırmağa qadirdir.

Cəhənnəm atəşindən qorunmaq üçün dua etmək də, fərqli şəkillərdə ola bilər. Məsələn:

"Allahım, məni cəhənnəm atəşindən qoru." 

deyə dua edilə bilər.

Read 9 times
In order to make a comment, please login or register