Duadan sonra əlləri üzə sürtmək olarmı?

İbni Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allaha dua etdiyin zaman, əllərinin içlərini (Ona) açaraq, dua et və əllərinin tərs üzünü havaya qaldıraraq dua etmə. 

Sonra duanı bitirdiyində, əllərini üzünə sürt."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'd-Dua (Dua kitabı): "Duada əlləri havaya qaldırmaq babı", hədis no: 3866)

------------------------

İzahı:

Bu hədisi, əbu Davud da rəvayət etmişdir.

Hədis, dua edərkən əlləri havaya qaldırmağın müstəhəbliyinə dəlalət edər.

İbn Abbas (radiyallahu anh)'ın bu hədisində, dua edərkən, əllərin içinin göyə doğru olacaq şəkildə havaya qaldırılması əmr edilməktədir.

Çünki bu vəziyyət, uca Allaha yalvarış halına yaraşır. 

Əllərin içi yerə doğru olub tərsinin havaya doğru çevrilməsi də qadağan edilir. Çünki bu hal, önəmsizlik və əhəmiyyətsizliyin əlaməti sayılır.

əl-Mənhəl müəllifi Mahmud Muhamməd Xattab əs-Subqi, bu hədisin şərhində icmal olaraq belə deyir:

"Bu hədisin zahirinə görə, insan istər bir xeyirli şeyi istəyərkən, istər bir şərrin dəfini (uzaqlaşmasını) tələb edərkən əllərin iç qismini səmaya doğru açacaqdır.

Tibi də hədisi belə açıqlamışdır.

Və lakin əl-Hafiz ibn Həcər, bu hədisi xeyirli bir iş üçün dua etmə halına aid olaraq açıqlamış və bir şərrin dəfi üçün dua edilərkən, əlin tərs üzünün havaya qaldırılacağını və belə etmənin sünnət olduğunu, çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə etdiyini söyləmişdir.

---------------------

Bu hədisdə dua bitdiyində, əllərin üzə sürülməsi əmr edilmişdir. Çünki dua edilərkən, rəhmət, Allaha açılan əllərin üzərinə enər. Bu etibarla, əllər üzə sürülüncə, rəhmət üzə də enər.

Duadan sonra, əllərin üzə çəkilməsi haqqında digər bir hədis, Hz. Ömər (radiyallahu anh)'dan rəvayət edilmişdir:

“Peyğəmbər əleyhissalam əllərini qaldırdığı zaman üzünə çəkmədikcə, onları endirməzdi." (Tirmizi, Daavat/11)

----------------

Əlavələr:

Duadan sonra əllərin üzə sürülüb-sürülməyəcəyi mövzusunda fərqli görüşlər olmaqla bərabər:

• Qadı əbu Tayyib;

• Əbu Muhamməd əl-Cuvayni;

• İbn Sabbağ;

• əl-Mütəvəlli;

• Şeyx Nasr; və

• Hüccətü'l-İslam imam Ğazzalî 

bunun müstəhəp olduğu görüşündədirlər. (bax: Nəvəvî, "əl-Məcmu", 3/501)

------------------------------------------------------------------------------------------------------------

Hənbəli fəqihlərindən Alləmə İbn Muflih ( rahiməhullah ) deyir:

Dua bitdikdən sonra əllər üzə sürülərmi ?

Bu mövzuda iki görüş vardır. Bu iki görüşdən məşhur olanı əllər üzə sürtülər. İmam Əhməddən bu mövzuda nəql vardır və bu bir çoxlarının görüşdür. [ "Əl-Mübdi Şərhul Muğni, 2/238 ]

•┈••●◆❁✿❁◆●••┈•

Hədis alimlərindən biri olan İbn Həcər Əl-Əsqəlani ( rahiməhullah ) isə, özünün "Büluğul-Məram" adlı əsərində Əbu Davudun külliyatında, eləcə də digər bir sıra hədis kitablarında Abdulla ibn Abbasdan buna oxşar başqa bir hədisin də nəql olunduğunu bildirib..Bununla yanaşı, o, qeyd edib ki, bu hədislər ümumilikdə qiymətləndirildiyi vaxt həsən bir hədis olur.

İbn Həcər Əl-Əsqəlani, Büluğul-Məram, Babu-z-Zikri və-d-Dua (Zikr və Dua fəsli), 1582 və 1583 nömrəli hədislər.))

----------------------------------------------------------------------------------------------------

وقال عبد الله بن أحمد بن حنبل : قلتُ لأبي: يمسح بهما وجهه؟ قال: أرجو ألا يكون به بأس

“Abdullah İbn Əhməd İbn Hənbəl dedi: Atama dedim: İnsan (duadan sonra əllərini) üzünə çəkirmi? O dedi: Bu işdə bir qəbahətin olmadığına ümid edirəm!” (Məsəilul imam əhməd, libnihi abdillah:332-ci səh)

İmam İbn Qudamə əl-Maqdisi əl-Hənbəli –rahiməhullah- dedi:

وإذا فرغ من القنوت، هل يمسح وجهه بيده؟. فيه روايتان: الثانية يستحب؛ لأنه دعاء يرفع يديه فيه، فيمسح بهما وجهه، كما لو كان خارجاً عن الصلاة

“İnsan qunutu bitirdiyi zaman əlini üzünə çəkirmi? Bu barədə iki rəvayət vardır. İkinci rəvayətə görə, bunu etmək müstəhəbdir. Çünki qunut, duadır. İnsan namazın xaricində olduğu kimi orada əllərini qaldırır və əllərini üzünə çəkir. (əl-Muğni:2/115)

İmam Aləuddin əl-Mərdavi əl-Hənbəli –rahiməhullah- dedi:

رواية المسح هي المذهب، وفعله الإمام أحمد، وقال المجد، وصاحب مجمع البحرين: هذا أقوى الروايتين، وقال في الكافي: هذا أولى. ويكون المسح خارج الصلاة أيضاً

“İnsanın (əllərini üzünə) çəkməsi barədə (İmam Əhməddən gələn) rəvayət, məzhəbin görüşüdür. Bunu imam Əhməd etmişdir. Məcd (Məcduddin İbn Teymiyyə), habelə “Məcməul bəhreyn” kitabının müəllifi (İbn Abdul-Qaviy) demişlər: Bu, iki rəvayətin içində olan əh güclü görüşdür. Habelə “əl-Kəfi” kitabında (İbn Qudamə) dedi: Bu rəvayət daha öndədir. Habelə üzə məsh çəkmək namazın xaricində də, olur.” (əl-İnsaf:2/173)

Şəmsuddin İbn Muflih əl-Hənbəli –rahiməhullah- dedi:

ويسمح وجهه بيديه، فعله أحمد

“İnsan (duanı bitirdikdə) əllərini üzünə çəkir. İmam Əhməd bunu etmişdir.” (əl-Furu:2/364)

İmam Şərəfuddin Musa əl-Həccəvi əl-Hənbəli –rahiməhullah- dedi:

و يمسح وجهه بيديه كخارج الصلاة

“Namazın xaricində olduğu kimi insan qunut duasından sonra da, əllərini üzünə çəkir.” (əl-İqna:1/145)

İmam Mansur İbn Yunus əl-Buhuti əl-Hənbəli –rahiməhullah- dedi:

وقال البهوتي: "(ثُمَّ يَمْسَحُ وَجْهَهُ بِيَدَيهِ هُنَا) أي: عقب القنوت (وَخَارَجَ الصَّلَاةِ) إِذَا دَعَا

"(Daha sonra insan dua edərkən burada) yəni qunutun ardından (habelə namazın xaricində əllərini üzünə çəkir.)" (Şərhu muntəhəl iradət:1/241) (habelə bax: Kəşşəful qina!:1/420-ci səh. Aləmul kutub çap evi)

Mər`i İbn Yusuf əl-Kərmi əl-Hənbəli –rahiməhullah- dedi:

ويقنُتُ بعد الركوع ندباً... ثم يمسح وجهه بيديه هنا، وخارج الصلاة

“İnsan ruküdan sonra müstəhəblik yönündən qunut tutur. Daha sonra burada və namazın xaricində əllərini üzünə çəkir.” (Mətnu dəlilit talib; bəbu saləti ət-tətavvu`)

Xülasə: Hənbəli məzhəbinə görə namazın daxilində qunut duasından sonra, habelə namazın xaricində edilən duadan sonra əlləri üzə çəkmək müstəhəb əməllərdən hesab olunur.

 

 

 

 

 

Read 99 times
In order to make a comment, please login or register