Dualarımın qəbul edilməsi üçün nə etməliyəm?

 

Bəlalar içərisində bunu gördüm:

Mömin dua edir, ancaq duası qəbul olmur. Duasını təkrar-təkrar edir və müddət isə, uzanır. Duanın qəbul olunduğuna dair, hər hansı bir iz, əlamət görsənmir. 

O halda möminin, bunun, səbrə ehtiyac duyan bəlalardan birisi olduğunu bilməsi lazımdır.

Duaya cavabın gecikməsindən dolayı, nəfsə gələn vəsvəsələr: müalicəyə ehtiyac duyan bir xəstəlikdir. 

Mənim başıma da belə bir şey gəlmişdi. Başıma bir sıxıntı gəldi, mən də dua etdim. Ancaq duama icabət edilmədi. İblis o dəqiqə "hilə torpaqlarında" dolaşmağa başlamışdı. Bəzən mənə:

"(Allah'ın) Comərdliyi geniş ikən, paxıllığı isə, yox ikən, duanın qəbul edilməsinin gecikməsində nə fayda var?" deyirdi.

Ona dedim ki:

"Rədd ol, ey məl'un (lənətli)! Davalaşmağa ehtiyacım yoxdur, vəkil olaraq da, səndən razı olacaq deyiləm."

Sonra nəfsimə dönüb dedim ki:

"Aman ha, onun vəsvəsələrinin qəlbində yerləşməsindən uzaq dur. Çünki duanın qəbul olmasının gecikməsində, qədəri tənzim edən (Allah)ın, səni düşmənlə savaşa qatması ilə imtahan etməsindən başqa bir fayda olmasa belə, bu, hikmət olaraq yetər."

Nəfsim dedi ki:

"Bu cür fəlakətlər gəldiyində, duanın qəbul edilməsinin gecikməsilə bağlı məni təsəlli et."

Dedim ki, bax:

"Birincisi: Açıq dəlillərlə Allah (Azzə və Cəllə)'nin əl-Malik, yəni hər şeyin sahibi olduğu sabit olmuşdur. Mülk sahibinin də verib-verməmək xüsusunda təsərruf haqqı vardır. O halda, Ona etiraz etməyin bir mənası yoxdur.

İkincisi: Qəti dəlillərlə Allah'ın hikməti sabit olmuşdur. Bəzən sən bir şeyi faydalı görürsən də, hikmət bunu gərəktirməz. 

Bəzən həkimin özüylə fayda umulan, zahirdə əziyyət verən şeylərin istifadə edilməsini söyləməsində, işin hikmət tərəfi gizli qalır. Bəlkə də bu istəyinə cavab verilməməsi də, bu növdəndir.

Üçüncüsü: Bəzən gecikdirmək faydalı, tələsmək isə, zərərlidir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Qul tələsib: 'Dua etdim, qəbul edilmədi.' demədiyi müddət ərzində, xeyir içərisindədir." (İmam Əhməd, Müsnəd, 3/193)

Dördüncüsü: Bəzən duanın qəbul edilməməsi, səndə olan bir afətdən dolayıdır. 

Bəzən yemiş olduğun şeylər içərisində şübhəli bir şey vardır və ya dua etdiyin əsnada qəlbin qəflətdədir. 

Ya da ehtiyacının verilməməsində, tövbəsində səmimi olmadığın bir günahdan dolayı layiq olduğun cəza artmaqda davam edir.

Bu səbəblərdən bəzilərini bir araşdır, umulur ki, məqsədinə çatarsan. Eynilə əbu Yezid (radiyallahu anh)'dan nəql edildiyi kimi:

"Bir dəfə əbu Yezid'in tanımadığı bir kimsə, onun evinə girmişdi. Əbu Yezid evinə gəldi və o şəxsi gördü. Evin qapısı önündə durdu. Dostlarından birinin onun evinə girməsini söylədi. O dostu da eve girib əbu Yezid'in əvvəl düzəltmiş olduğu bir kərpici sökdü. Əbu Yezid'ə bu haqda soruşulduğunda isə, belə cavab verdi:

"Sənin sökdüyün bu kərpic, şübhəli bir yolla mənə gəlmişdi. Şübhə gedincə, şübhənin sahibi də getdi."

İbrahim əl-Havvas'dan da belə bir hadisə nəql edilir:

Bir dəfə o, pislik işləyən birini əngəlləmək üçün, evindən çıxmış, o əsnada ona aid olan bir it ona hürüb çıxmasına mane olmuşdu. 

Daha sonra İbrahim əl-Havvas, dönüb məscidə girmiş, namaz qılmış, sonra da çıxıb gəlmişdi. Bu səfər it, ona quyruq sallayaraq, onunla oynamaq istəmişdi. 

Beləcə gedib pislik işləyən adamı tənbehləyib əngəlləmiş və o münkər (şəriətin qəbahət və haram diyə bildirdiyi şey) ortadan qalxmışdı. 

Özünə bu hal soruşulduğunda isə, belə cavab verir:

"İlk başda məndə münkər (dinin razı olmadığı şey) vardı, bundan dolayı, it mənə mane oldu. Dönüb bu münkərimdən tövbə edincə, sizin görmüş olduğunuz bu hadisə gerçəkləşdi."

Beşincisi: İstəmiş olduğun bu şeydəki məqsədinin araşdırılması lazımdır. Bəzən bu istəyin gerçəkləşməsində günahın artması və ya xeyir mərtəbəsinə çatmaqda sənin üçün gecikmə ola bilər. Bu halda da, istədiyin şeyin verilməməsi, daha faydalı olar.

Sələfdən bir şəxsdən belə rəvayət edilir:

Bir şəxs, Allah Taala'dan özünə, cihada çıxmağı nəsib etməsini istəyirdi. Bu əsnada, qaibdən bir səs ona belə səsləndi:

"Sən əgər cihad edərsənsə, əsir düşəcəksən.
Əsir düşəcəksənsə də, Xristiyan olacaqsan."

Altıncısı: Bəlkə də əldə edə bilmədiyin şey, qulluq qapısına və Allaha sığınmana bir səbəbdir. İstədiyinin olması da, onunla məşğul olub Allahdan uzaqlaşmana səbəb olacaqdır.

O, bu dəlillə açıqca ortadadır:

Əgər bu sıxıntı başına gəlməsəydi, sən, Allaha sığınma qapısında olmayacaqdın. Haqq (Azzə və Cəllə), insanların yaxşılıqlarla məşğul olub beləcə Özündən uzaq qalacaqlarını bilməktədir. 

Bundan dolayı, qullarına nemətlər arasında, onları Öz qapısına gətirib, yardım istəmələrinə səbəb olacaq arizi (sonradan olan) şeyləri daddırmışdır. 

Bax bunlar, "bəla libasının qatlanma yerindəki nemətlərdir". Əsl bəla, səni Allah'dan uzaq qoyan şeydir. Səni Onun hüzuruna gətirən şeydə isə, sənin gözəlliyin vardır.

Yəhya əl-Bəqqa (radiyallahu anh)'dan belə nəql edilir:

Bir dəfə o, yuxusunda Rəbbi (Azzə və cəllə)'ni gördü. Rəbbinə belə dedi:

"Rəbbim, neçə dəfə Sənə dua edirəm, amma Sən, qəbul etmirsən?!"

Allah belə buyurdu:

"Ey Yahya, Mən, sənin səsini eşitməyi sevirəm."

Bu şeyləri, düşünərsənsə, sənə ən faydalı olacaq şeylərlə məşğul olarsan. Eyiblərini ortadan qaldırma nöqtəsində itirdiyini əldə etməyə səy göstərməyinlə, xətalarından dolayı üzr istəməyinlə və ya sahiblərin sahibi olan Allah'ın qapısında durmaqla məşğul olarsan...

(Əbu'l-Fərəc ibnu'l-Cevzi, Saydu'l-Xatir (xatirəli səhifələr) əsərindən, s. 150-153)

Read 18 times
In order to make a comment, please login or register