Dünyəvi arzular haqqında

Amr b. əl-As (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, hər dərədə, Adəm oğlunun qəlbindən bir şöbə (vəya parça) vardır (arzu-istək mənasında).

Artıq kimin qəlbi, o şöbələrin (və ya parçaların) hamısına tabe olarsa (yəni bütün arzulara peşkeş olarsa), Allah, o kimsəni hansı dərədə (yəni arzu arxasınca) həlak etdiyinə iltifat etməz (yəni baxmaz).

Kim də Allaha təvəkkül edərsə, arzu və istəkləri üçün Allah ona yetər."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Təvəkkül və yəqin (yəni hər şeyin ancaq Allahdan olduğuna qəti olaraq inanmaq babı", hədis no: 4166

Read 28 times
In order to make a comment, please login or register