Dünya atəşi ilə cəhənnəm atəşinin müqayisəsi.

4318- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, sizin bu (dünya) odunuz, cəhənnəm odunin 70 parçasından bir parçadır və əgər su ilə 2 dəfə söndürülməmiş (yəni hərarəti qaldırılmamış) olsaydı, siz, (dünyada) ondan faydalana bilməzdiniz. Şübhə yox ki, dünya atəşi, (özündən) qaldrılmış istiliyi ona geri verməməsi üçün, Allah (azzə və cəllə)'yı dua edər."

------------

Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

əl-Hakim, bu hədisi ibn Macə'nin rəvayət etdiyi kimi taxric edərək:

"Sənədi, Buxari və Muslim'in şərtləri üzərə səhihdir." demişdir. 

Hədis mətninin bir hissəsi, Buxari və Muslim'in "Səhiheyn"ində, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edilmişdir."

-------------------

4319- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Cəhənnəm, Rəbbinə şikayət edərək:

'Ey Rəbbim! Mən, özüm-özümü yedim.' dedi. 

Bunun üzərinə, Allah ona, 2 (dəfə) nəfəs (verməsi) üçün icazə verdi. 

Bir nəfəs qışın, bir nəfəs də yayın(dır).

Şiddətli soyuq, cəhənnəmin zəmhəririndəndir. Şiddətli isti də onun hərarətindəndir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Cəhənnəm atəşinin sifəti babı"

--------------------

İzahı:

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi), 4318 no-lu Ənəs (radiyallahu anh) hədisinin izahında belə deyir:

"Yəni dünyadakı atəş, cəhənnəmdən çıxarıldıqdan sonra, hərarərətinin şiddəti, 2 dəfə su ilə qaldırılmış və beləcə hərarət dərəcəsi, bu günkü hala düşürülmüşdür.

Əgər hərarəti düşürülməmiş olsaydı, hər hansı bir kimsənin dünya atəşinə yaxınlaşıb ondan faydalanması mümkün olmazdı. 

Dünya odu, əvvəlcə özündə olub sonradan qaldırılmış istiliyinin təkrar ona geri verilməməsi üçün, Allaha dua edər. 

Bu hal, şiddətli hərarətin, atəşə belə əziyyət verdiyinə dəlalət edər. 

İkinci hədis də, buna dəlalət edər."

------------

4319 no-lu əbu Hureyrə (radiyallahu anh) hədisini:

• Buxari, "Məvaqitu's-Sala" ilə "Bədiu'l-Xəlq" kitablarında;

• Muslim, "əl-Məsəcid" kitabında;

• Tirmizi, "Cəhənnəm sifəti" bölməsində rəvayət etmişlərdir.

Hədisdə cəhənnəmin, öz şiddətindən, özünü yeməsindən dolayı, Allaha öz halını ərz etdiyi ifadə edilmişdir. 

Cəhənnəmin halını ərz və şikayət keyfiyyəti, həqiqi mənada tutulduğu kimi, məcazi mənada da açıqlanmışdır.

Şərh kitablarında bu xüsusda uzun açıqlamalar vardır. 

"Tuhfətu'l-Əhvəzi" müəllifinin Fəthu'l-Bari'dən nəql etdikləri, icmal olaraq belədir:

• Hafiz ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də belə deyir:

"Cəhənnəmin bəhs mövzusu şikayətinin, cəhənnəmin söz söyləmə gücünə qovuşdurulmaq surətilə sözlü olması və beləcə, hədisdəki ifadənin həqiqi mənada tutulmasına tərəfdar olanlar olduğu kimi, bu ifadəni məcazi məna ilə açıqlayanlar da vardır.

• ibn Abdi'l-Bərr belə izah verir:

"Hər 2 görüş də, əqlə uyğundur və misli mövcuddur. 

Birinci görüş tərcih edilmişdir. 

Qadı İyad da birinci görüşü tərcih etmişdir.

İmam Qurtubi də:

'Hədisdəki ifadəni həqiqi mənasında tutmağa mane bir hal yoxdur." deyərək birinci görüşə tərəf çıxmışdır. '

Nəvəvi də belə izah verdikdən sonra belə deyir:

'Doğrusu da, budur."

• imam Bəydavi isə, hədisə (məcazi mənada) belə izah vermişdir:

"• Cəhənnəmin şikayəti, onun kükrəyib coşması, deməkdir. 

• Cəhənnəmin öz-özünü yeməsindən məqsəd də, şiddətli izdihamından və atəşin çoxluğundan meydana gələn sıxışma (və alovların bir birini məğlub edərək dalğalanması)'dır.

• Cəhənnəmin nəfəs verməsi də, cəhənnəmdən çölə çıxan istilik və soyuqluqdur."

Fəthu'l-Bari'dən nəql burda bitdi.

In order to make a comment, please login or register