Dünya, axirətin tarlasıdırmı?
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Dünya, axirətin tarlasıdır."
--------------------------------
İzahı:
Ustad Said Nursi (rahmətullahi aleyh), "Sözlər" adlı əsərində, "Haşr" risaləsində (10-cu Həqiqət, s. 83) belə deyir:
"Nasıl büyük masrafla kısa içtimalar (toplanmalar), dağılmalar yapılıyor; ta suretler alınsın, terkip edilsin, sinemada daim gösterilsin.
Onun gibi, bu dünyada kısa bir müddet zarfında hayat-ı şahsiye (şəxsi həyat) ve hayat-ı içtimaiye (ictimai həyat) geçirmenin bir gayesi şudur ki, suretler alınıp terkip edilsin, netice-i amelleri (əməlinin nəticələri) alınıp hıfz edilsin (qorunsun), ta:
~ bir mecma-ı ekberde (çox böyük toplanma yerində, məhşərdə) muhasebesi görülsün; ve
~ bir meşher-i azamda (çox böyük sərgi yerində, məhşərdə) gösterilsin; ve
~ bir saadet-i uzmaya (böyük səadətə, cənnətə) istidadı gösterilsin.
Demek, hadis-i şerifte, 'Dünya âhiret mezraasıdır (tarlasıdır).' diye, bu hakikatı ifade ediyor."
Ustad Nursi'nin bəyanına görə:
Yəni necə ki, filmlər, kino zallarında seyr edilmək üzərə çəkilir. Bunun üçün, çoxlu pullar sərf edilir. Yeni-yeni səhnələr təşəkkül etdirilir, sonra bu səhnələr, yan-yana gətirilir. Surətlər alındıqdan sonra, o səhnələr dağıdılır, qaldırılır.
Eynilə də, təşbihdə (bənzətmədə) xəta olmasın, Haqq Taala da, bütün mövcudatı yan-yana gətirir; qiyamət günündə, məhşər meydanında və cənnətdə bizə göstərilsin deyə, bizim surətlərimizi qeyd edir, bir müddət sonra isə, bunları qaldırır.
Xülasə: Bütün bu toplanmalar və dağılmalar (qaldırılmalar), 3 şey üçündür:
1. Böyük bir toplantı yerində (yəni məhşərdə), bu "dünya meydanı"nda çəkilənlərə görə hesab görülsün.
Bu dünyada bütün səslər və surətlər, bir film kimi alınır, məhşər meydanına tökülür. O gün, "Sən, bu günahı işlədin və ya bu yaxşılığı etdin." deyə, insana göstəriləcək və ona görə mühasibəsi olacaqdır. Bu "dünya meydanı"nda çəkilən bu "filmlər", itib-batmaz.
Əşyanın yox edilmək üçün yaradılmadığını, Ustad Nursi, yenə "Haşr" risaləsində (6-cı Həqiqət, s. 73) belə bəyan etməkdədir:
"...Şu fâni masnuat fena için değil; bir parça görünüp mahvolmak için yaratılmamışlar—belki, vücutta kısa bir zaman toplanıp, matlup bir vaziyet alıp, ta suretleri alınsın, timsalleri tutulsun, mânâları bilinsin, neticeleri zaptedilsin. Meselâ, ehl-i ebed için daimî manzaralar nesc edilsin. Hem âlem-i bekàda başka gayelere medar olsun.
Eşya bekà için yaratıldığını, fena için olmadığını, belki sureten fena ise de tamam-ı vazife ve terhis olduğu bununla anlaşılıyor ki, fâni birşey, bir cihetle fenaya gider, çok cihetlerle bâki kalır. Meselâ, kudret kelimelerinden olan şu çiçeğe bak ki, kısa bir zamanda o çiçek tebessüm edip bize bakar; derakab, fena perdesinde saklanır. Fakat, senin ağzından çıkan kelime gibi o gider; fakat binler misallerini kulaklara tevdi eder, dinleyen akıllar adedince mânâlarını akıllarda ibkà eder. Çünkü, vazifesi olan ifade-i mânâ bittikten sonra kendisi gider; fakat, onu gören herşeyin hafızasında zahirî suretini ve herbir tohumunda mânevî mahiyetini bırakıp öyle gidiyor. Güya her hafıza ile her tohum, hıfz-ı ziyneti için birer fotoğraf ve devam-ı bekàsı için birer menzildirler.
En basit mertebe-i hayatta olan masnu böyle ise, en yüksek tabaka-i hayatta ve ervâh-ı bâkıye sahibi olan insan ne kadar bekà ile alâkadar olduğu anlaşılır..."
Yəni:
Bu sənət əsərləri, bir az görünüb itmək, qısa bir zaman var olub məhv edilmək üçün yaradılmamışlardır. Əksinə, varlıq meydanında toplanıb, özlərindən istənilən mətlub vəziyyətə girsinlər; surətləri alınsın; mənaları bilinsin; nəticələri qeyd edilsin (deyədir)... Məsələn, cənnətdə əbədi qalacaqlara daimi mənzərələr hazırlanması və əbədiyyət aləmində başqa qayələrə (məqsədlərə) vəsilə olmaq üçün yaradılmışlardır.
Əşyanın:
~ əbədiyyət üçün yaradıldığı;
~ görünüşdəki faniliyin, onun vəzifəsinin tamamlanması və tərxisi mənasına gəldiyi
burdan başa düşülür ki:
Fane bir şey, bir yönü ilə yoxluğa gedir, ancaq bir çox yöndən əbədi qalır.
Məsələn:
Allahın "qüdrət kəlimələri"ndən biri olan bu çiçəyə bax! Bizə qısa bir müddət təbəssüm edərək baxır, sonra dərhal fanelik pərdəsi arxasında gizlənir. (Bu çiçək) Sənin ağzından çıxan bir kəlimə kimi, minlərlə misalını qulaqlarda buraxır. (Bu kəliməni) eşidən ağıllar ədədincə, mənalarını (ağıllarda) əbədiləşdirir. Vəzifəsi olan mənanı ifadə etdikdən sonra:
~ onu görən hər şeyin yaddaşında rəsmini; və
~ hər bir toxumunda mənəvi (çiçəklik) mahiyyətini
buraxıb elə gedir.
Sanki hər yaddaş və hər toxum:
~ onun gözəl surətini mühafizə etmək üçün, bir fotoaparat; və
~ əbədiliyi üçün bir mənzildirlər.
Ən bəsit həyat mərtəbəsindəki sənətli bir varlıq (yəni çiçək) belədirsə, ən yüksək həyat təbəqəsindəki, ölümsüz bir ruha sahib insanın, əbədiyyət ilə nə qədər əlaqədar olduğu, burdan başa düşülür.
2. Bu "dünya meydanı"nda çəkilənlər, böyük sərgi yerində göstərilsin, təşhir edilsin (sərgilənsin).
Yəni, haşr meydanında nə qədər insan varsa, onu seyr edəcəklərdir. Orda bütün insanların hüzurunda, insanların əməlləri nəşr ediləcəkdir. Yəni, hesab gizli olmayacaq, hər kəs görəcəkdir.
Haşr meydanında, hər kəsin xeyir və şər əməli, mütləq özünə ərz ediləcəkdir. Bu (ərz etmə işi) də, 2 şəkildə olacaqdır:
• Birincisi: Haqq Taala, qulunu hüzuruna alıb, sadəcə ona göstərəcəkdir. Günahlarını bağışlayıb əfv edəcəkdir;
• İkincisi: Bütün mövcudatın hüzurunda əməllərini təşhir etmək surətilə, onu rəzil-rüsvay edəcəkdir.
3. İnsanın, böyük bir sədaətə istedadı olduğu göstərilsin.
Allah Taala, Mülk surəsi 2-ci ayətdə belə buyurur:
ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ
"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır."
Ayətdən də göründüyü kimi, həyatın arxasından ölümün və onun arxasınca isə digər bir həyatın qarşılıq olaraq yaradılması, insanların bu ikisi arasında yaxşı bir çalışma səyilə, Allahın mülkündə gözəl bir işçi, yüksək bir vəzifəli olmaq üzərə, yarış üçün bir imtahan meydanına çıxarılmaları hikmətindən dolayıdır. ---> Bu da, həyatdan həyata, gözəllikdən gözəlliyə bir yüksəliş nizamı və ən gözəl əməllərə daha gözəlilə mükafat verərək iləridə bambaşqa bir həyata çatdırılmaları qayəsindən dolayıdır.
~ Bir tərəfdən ölüm, bir tərəfdən də həyat olmasaydı;
~ bir-birinə zidd və müxalif olan bu 2 sifət, birlikdə yaradılmış olmayıb, həyatı ölüm, ölümü də digər bir həyat qarşılamış olmasaydı; yaxud
~ Allahın mülkündə mərtəbədən mərtəbəyə yüksələ biləcək gözəl bir işçi ola bilmək üzərə Allahın muradı olan gözəl həyat üçün çalışma səyilə yarışma qanunu qoyulmamış və beləcə də, insanlar, ölüm və həyat arasında imtahana çəkilmiş olmasaydılar,
~ sıxıntılara qatlanaraq yaxşı çalışıb Haqq Taala'nın rizasına uyğun gözəl əməllər görərək müsabiqəni qazananlara, sıxıntıları unutduracaq gözəlliklər, gözəl mərtəbələr, savab və mükafatlar; yaxşı çalışmayan və yaxud heç çalışmayıb boş qalmaq istəyən və gücünü, Allahın rizası xilafına olaraq boş və faydasız şeylərə, yaxud da bütün həyatın pisliklərinə, küfr və nankorluğa, xəyanət və üsyana sərf edənlərə də pisliklərinə görə Allahın mülkündə rütbəsini alçaltma, gördüyü işlərə görə məhrumiyyətlər, xorluqlarla cəzalandırma bəhs mövzusu olmasaydı,
~ mülkdə gözəllikdən gözəlliyə yüksəlmə nizamı olmayıb, yaxud mələklərdən başqa məmur istifadə edilməyərək, insan yaradılışı üçün bu nizamda heç bir səlahiyyət verilməmiş olsaydı,
insanlar, ya heç bir həyat izi yaxud həyat ümidi qalmayacaq şəkildə hamısı ölümlü olar, hamısı sönər və ya həyat naminə ağıl və zəkadan, çalışma və iradədən, iş dəyərindən, azadlıqdan məhrum ölümdən və qəbr əzabından daha betər olaraq:
"Nə öləcək, nə də yaşayacaq." (Ə'la/13) ayəti gərəyincə, nə ölüm, nə də bir qurtuluş ümidi olmayan, hər tərəfdən çarəsizliklə əhatələnmiş, bezdirici zəlil bir izdirab, üzüntü verici bir səfalət hökm sürüb gedərdi. Bu da:
"Mülk əlində olan Allah, nə qədər xeyirxahdır. O, hər şeyə qadirdir." (Mülk/1)
olan Allahın, insan yaradılışına bəxş etmək istədiyi bol ehsan və qüdrət gözəlliyinə uyğun olmazdı.
Demək ki, Ustad Nursi'nin də dediyi kimi, burdakı toplanma və dağılmalardan məqsədlərdən biri də, insanların əbədi səadətə istedad və qabiliyyətinin olduğunun göstərilməsidir.
-------------------------
Hədisin qaynağı:
• Nəvəvi, "əl-Əzkar", s. 129;
• Zəbidi, "İthafu's-Saadə", 5/413, 8/82;
• Mavərdi, "Ədəbu'd-Dünya və'd-Din", s. 39
Bu kitabda, bu hədis, كل يحصد ما يزرع ifadəsilə keçməkdədir.
• Acluni, "Kəşfu'l-Xafa", 1/412.
Acluni, belə deyir:
"İmam Səxavi, 'əl-Maqasidu'l-Hasənə' adlı əsərində deyir:
'Ğazali, bunu İhya'u-Ulumi'd-din əsərində, hədis olaraq qeyd etmişdir. Lakin mən isə, bunun üzərində çox durmadım.'
Molla Əli əl-Qari də, belə demişdir:
'Mənası səhihdir və
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْءَاخِرَةِ نَزِدْ لَهُۥ فِى
'Biz axirət savabını istəyənin savabını artırar...' (Şura/20) ayətindən iqtibas edilmişdir."
Xülasə:
Bu söz, hədis olaraq yazılmış və bir çox mühəddislərcə qəbul edilməklə bərabər, sair dəlillərlə isbatına çalışılmışdır.
- Qiyamət günü insanlar lüt olacaqlarmı?
- Yer və göylərin Quranda bərabər zikr edilməsinin hikməti nədir? Bu haqda məlumat verərsinizmi?
- Rəhman surəsi 24-cü ayətin təfsiri
- Cərbəzə nədir?
- Şəriət yoxsa demokratiya (bəşəri qanunlar)?
- İşari təfsir haqqında məlumat verərsinizmi?
- Milliyyətçilik
- Nisa surəsi 117, 118, 119-cu ayətlərin təfsirləri
- Kafirin dişi cəhənnəmdə Uhud dağı boydamı olacaqdır?
- "Dünya möminin zindanıdır." hədisini izah edərsinizmi?