Dünya malı toplamak

Əbu Vail (Şəqiq b. Sələmə)'nin qövmündən biri olan Səmurə b. Səhm (radiyallahu anh) belə demişdir:

Əbu Haşim b. Utbə (radiyallahu anh), vəba xəstəliyinə yoluxmuş ikən yanına getdim. (Bir az sonra) Müaviyə (b. əbi Süfyan), onun ziyarətinə gəldi. Əbu Haşim (bir ara) ağladı. Bunun üzərinə Müaviyə:

"Səni ağladan şey nədir? Ey dayım! Bir ağrıdan dolayı mı yoxsa dünyaya düşkünlükdən dolayı mı ağlayırsan?" dedi.

Əbu Haşim:

"Onların heç biri üçün deyildir. Və lakin Allah Rəsulu (sallallahu aleyhi və səlləm) mənə bir şey tövsiyyə etdi. Kaş ki, o tövsiyyəyə əməl edərdim. O:

'(Ey əbu Haşim!) Qövmlər arasında bölüşdürüləcək mallar əldə edəcəksən. O mallardan sənə ancaq bir xidmətçi və Allah yolunda (üstündə yol çıxacağın) bir minik heyvanı kifayət edər.' buyurdu.

Sonra mən (o malları) əldə etdim və (o tövsiyyə xilafına olaraq mal) topladım."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyada zühd (yəni dünyaya rəğbət göstərməyib ondan üz çevirmək) babı", hədis no: 4103)

----------------------

İzahı:

Bu hədisi, Tirmizi, Nəsai və ibn Hibban da rəvayət etmişlərdir.

Tirmizi'nin rəvayətindəki sənəddə, Səmurə b. Səhm yoxdur. Hadisəni əbu Vail danışıb hədisi rəvayət etmişdir. 

Müəllifimiz ibn Macə'nin sənədində isə, əbu Vail, Səmurə b. Səhm yolu ilə rəvayət etmişdir. İbn Hibban'ın da rəvayəti belədir. 

əl-Munziri'nin "ət-Tərğib və't-Tərhib"dən nəqlən bəyanına görə, ibn Macə'nin sənədində bu hədisi, Səmurə b. Səhm, adını zikr etmədiyi və öz qövmünə mənsub bir adamdan rəvayət etmişdir. 

Tirmizi'nin rəvayətinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in əbu Haşim b. Utbə (radiyallahu anh)'a verdiyi tövsiyyə:

إنما يكفيك من جمع المال خادم ومركب في سبيل الله

"Mal toplamaq cəhətdən, yalnız bir xidmətçi və Allah yolunda (miniləcək) bir minik heyvanı sənə kifayət edər." şəklindədir.

Əbu Haşim, bu tövsiyyəni rəvayət etdikdən sonra, ordakı rəvayətə görə:

وأجدني اليوم قد جمعت

"Halbuki mən özümü mal toplamış olaraq görürəm (və ya özümü elə bilirəm)." demişdir.

Tuhfətu'l-Əhvəzi müəllifi ilə əl-Munziri'nin bəyanına görə, Rezin'in rəvayətində bu əlavə vardır:

"Əbu Haşim (radiyallahu anh) vəfat etdiyində, ondan geridə qalan mal təsbit edildi. Cəmi, 100 dirhəm idi. Xəmir yoğurmaq və yemək yemək üçün istifadə etdiyi çanaq, bu məbləğə daxil idi."

Read 38 times
In order to make a comment, please login or register