"Dünya möminin zindanıdır." hədisini izah edərsinizmi?
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Dünya, möminin zindanı və kafirin cənnətidir."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'z-Zühd: Dünya (rahatı və nemətlərinin qiyməti)'nin halı babı, hədis no: 4113)
----------------------------
İzahı:
Bu hədisi Muslim, Tirmizi və Əhməd də rəvayət etmişlərdir.
İmam Sindi əl-Hənəfi, dünyanın mömin üçün zindan və kafir üçün cənnət sayılması səbəbi ilə bağlı olaraq belə deyir:
"Çünki mömin, dünya həyatında bol nemətlər içində olsa belə, cənnətdəki nemətlər onun üçün çox daha üstün və xeyirlidir.
Kafir, dünya içində sıxıntı içində olsa belə, o sıxıntılı həyatı, cəhənnəmdəki halına nəzərən cənnət həyatı kimidir."
Tuhfə əsərinin müəllifi, Nəvəvi'dən nəqlən bunları bəyan edir:
Bu hədisin mənası belədir:
"Mömin, dünya həyatında:
• haram olan nəfsi arzularından; və
• şəhvətə aid hərəkətlərdən;
• məkruh olan şeylərdən uzaq tutulmaqla; və
• nəfsə ağır gələn bir neçə ibadətlərin məsuliyyəti altına alınmaqla;
bir növ zindana atılmış kimidir.
Çünki hərəkətləri məhdudlaşdırılmışdır. Vəfat etdiyi zaman, qadağalar və məsuliyyətlər qalxdığı üçün rahata qovuşmuş, sərbəst buraxılmış olaraq, Allahın onun üçün hazırlamış olduğu əbədi nemətlərə və tam xoşbəxtliyə çatmış olur.
Kafir isə, müvəqqəti olan dünya həyatında bir neçə nemətlərə qovuşmuş ola bilər. Öldüyü vaxd isə, əbədiyyətə qədər əzab içində qalacaq bədbəxt bir kimsədir."
İmam Munavi də, hədisi bu şəkildə açıqlayır:
"
- "Əgər dünya Allah qatında bir milçək qanadı qədər qiymət daşısaydı, Allah kafirə ondan bir qurtum su içirməzdi." hədisini izah edərsinizmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- "Mən, mömin qulumun Mənim haqqındakı zənni yanındayam." hədisini izah edərsinizmi?
- Özünüz üçün arzuladığınızı qonşunuz üçün də arzulamadıqca, (kamil) iman etmiş olmazsınız." hədisini izah edərsinizmi?
- "Bu ümmətin misalı, bu 4 nəfərin misalı kimidir..." hədisini davamı ilə bərabər izah edərsinizmi?
- "Hər kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər." hədisini izah edərsinizmi?
- "Hikmətli söz, möminin itirilmiş (malı kimi) dir." hədisini izah edərsinizmi?
- "Allah, insanı, Rahmən surətində yaratmışdır." hədisini izah edərsinizmi?
- Tövbə nədir? Şərtləri nələrdir? Allahın, qulun tövbəsinə sevinməsi nə deməkdir? İzah edərsinizmi?