"Dünyada bir qərib kimi ol." hədisini izah edərsinizmi?

Abdullah b. Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) vücudumun bəzi yerlərini (2 çiyinimi) tutdu və:

"Ey Abdullah! Sən dünyada (vətənindən uzaq) bir qərib kimi, yaxud bir yoldan keçən (yolçu) kimi ol və öz nəfsini məzar xalqından (ölülərdən) say." buyurdu. (1)

-------------------------

İzahı:

Bu hədisi Tirmizi və Əhməd də rəvayət etmişlərdir. Buxari də bunu rəvayət etmiş, lakin hədisin son cümləsi olan:

"...və öz nəfsini məzar xalqından say..." cümləsini rəvayət etməmişdir.

Allah rəsulu'nun ibni Ömər'in 2 çiyinini tutduğu, Buxari'nin rəvayətində açıqlanmışdır. Bu rəvayət, ibn Macə'nin və Tirmizi'nin rəvayətlərini açıqlamış olur.

Allah rəsulunun ibni Ömər'in çiyinlərini tutmasının hikməti:

buyurmaq istədiyi nəsihət üçün ibni Ömərin diqqətini çəkmək, nəsihəti yaxşı dinləməsini təmin etməkdir.

Tuhfə müəllifinin bəyanına görə, Tiybi, bu hədisin izahı sədədində belə deyir:

"...Qərib bir kimsə və ya yoldan keçən bir yolçu kimi ol..." kəlməsi, tərəddüd və şübhə mənasında deyil, bu seçimdə sərbəstlik və mübahlıq üçündür. 

Yəni istərsən, qərib kimi ol, istərsənsə də, yoldan keçən yolçu kimi ol. Bunlardan birinə bənzəməkdə sərbəstsən.

Ən gözəli, bu kəlimənin "bəl" yəni "əksinə" mənasına olmasıdır.

Yəni özünü Allah yoluna verən şüurlu mömin, ilk əvvəl qürbət diyarında olan yurdsuz-yuvasız və kimsəsiz birinə bənzədilmiş, daha sonra bundan dönülərək yoldan keçən yolçuya bənzədilmişdir. 

Çünki qürbət diyarında olan kimsə, bəzən bir sığınacaq tapır və özünə bir ətraf, dost-qardaş qazanır. 

Yoldan keçən yolçunun isə, kimsəsizlik, tənhalıq və təhlükələrdən dolayı, halı, daha çətindir. Yolçu kimsə, hərəkət etdiyi yurddan, çatacağı diyara qədər, yol boyunca neçə-neçə dərə-təpələri qət etmək, yırtıcı heyvanlar, quldurlar və bənzəri zərər verici şeylərlə qarşılaşa bilər. Can və mal təhlükəsizliyini itirmiş ola bilər.

Bundan dolayı, bir saat belə dayanmadan, ara vermədən yoluna davam etmək zərurətini hiss edə bilər. Bu etibarla, Allah yolunda addımlayan kimsənin yolçuya bənzədilməsi gözəldir.

Bunun üçündür ki, ibni Ömər, bu hədisi rəvayət etdikdən sonra, hədisin ravisi (rəvayət edəni) Leys'ə, bir rəvayətdə isə, Mücahid'ə xitabən belə demişdir:

"Axşama yetişdiyində, sabahı gözləmə. Sabaha yetişdiyində də, axşamı gözləmə. 

Sağlam olduğun zamanının bir hissəsini xəstəlik zamanın üçün ayır. Həyatının bir qismini də ölümün üçün təhsis et."

(1. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd: Dünya (rahatı və nemətlərinin qiyməti)'nin halı babı, hədis no: 4114)

Read 10 times
In order to make a comment, please login or register