Dünyanı arzulamaq

əbu Hureyrə (radiyallahu anh)'dan mərfu olaraq (yəni Peyğəmbər sallallahu aleyhi və səlləm'dən) nəqlən rəvayət edildiyinə görə, Allah Subhənəhu belə buyurur:

"Ey Adəm oğlu! Mənə ibadət (qulluq) etmək üçün (dünya ilə bağlı arzularından) imtina et ki, qəlbini zənginlik ilə doldurum və sənin kasıblığına səd çəkim. 

Əgər (belə) etməzsən, sənin köksünə məşğuliyyətlər dolduracağam və kasıblığına səd çəkməyəcəyəm."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyanı arzulamaq və məqsəd etmək babı", hədis no: 4107)

--------------------

Bu hədisi:

• Tirmizi;
• Əhməd;
• ibn Hibban;
• Beyhaqi; və
• Hakim 

də rəvayət etmişlərdir. 

Bu buyuruqdan açıqca anlaşıldığına görə, insan oğlu dünya ilə bağlı arzu və istəklərindən sıyrılaraq, özünü tamamilə Allaha qulluq etməyə, ibadətə verdiyi təqdirdə, Allah Taala, ona qəlb zənginliyi verər, ehtiyaclarını ortadan qaldırar, bütün məxluqatdan tox gözlü qılar (yəni onlara və onların əlindəkilərə möhtac buraxmaz).

Əgər insan oğlu belə etməzsə, Allah onun qəlbini fərqli dünya məşğuliyyətləri ilə doldurar, məxluqata möhtaclığına son verməz və beləcə yoxsulluğu davam edər.

Read 6 times
In order to make a comment, please login or register