Dünyanı arzulamaq-2

Abdullah (ibn-i Məs'ud) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdir:

"Kim çox arzuları tək bir arzu -axirət arzusu- edərsə, Allah onun dünyaya aid arzusu üçün kafidir. 

Və kim ki, dünya əhvalı haqqındakı arzuları özünü parçalayarsa, vadilərin hər hansı birində həlak olduğuna Allah iltifat etməyəcəkdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyanı arzulamaq və məqsəd etmək babı", hədis no: 4106)

--------------------

Abdullah (ibn-i Məs'ud)'un belə dediyi rəvayət edilmişdir:

"Əgər elm əhli olanlar, elmi(n dəyərini) qoruyub onu əhil (layiq) olanlara versəydilər, elm sayəsində, zamanlarındakı insanların böyüklərindən olacaq idilər. 

Lakin onlar, elm vasitəsilə, dünya əhlindən bəzi mənfəətlər təmin etmək üçün, bunu dünya əhlinə verdilər. Bu səbəblə də, dünya əhli yanında, alimlərin dəyəri də düşdü. 

Mən, sizin Peyğəmbəriniz (sallallahu aleyhi və səlləm)'dən belə buyurarkən eşitdim:

'Kim çox arzuları tək bir arzu -axirət arzusu- edərsə, Allah onun dünyaya aid arzusu üçün kafidir. 

Və kim ki, dünya əhvalı haqqındakı arzuları özünü parçalayarsa, vadilərin hər hansı birində həlak olduğuna Allah iltifat etməyəcəkdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Elmdən faydalanmaq və onunla əməl etmək babı", hədis no: 257)

---------------------

İzahı:

Hədisin mətni 2 parçadan ibarətdir. İlk parça, səhabələrdən ibn Məs'ud'a aiddir. 

Bu parça, elm adamlarının:

• elmin dəyərini qorumalarına;
• təsadüfi insanlara elm nəql etməyə girişməmələrinə;
• əhil və layiq olan elm taliblərinə elmi nəql etməyə çalışmaqlarının gərəyinə diqqət çəkir.

Belə hərəkət edilmədiyi təqdirdə, elm adamlarının dəyərinin düşəcəyinə, hətta feli olaraq da düşdüyünə barmaq basır.

İmam Əhməd, "Kitabü'z-Zühd" (s. 124) adlı əsərində, İkrimə'dən bu rəvayəti nəql edir:

477- "İsa b. Məryəm (əleyhissəlam), həvarilərinə belə deyirdi:

'Ey həvarilər! İncilərinizi donuzlara atmayın. Çünki onlar, donuzların işinə yaramaz. 

Hikməti də, istəməyən kimsəyə verməyin. Çünki hikmət, incidən daha gözəldir. Onu istəməyən isə, donuzdan daha şərirdir."

---------------------

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi)'nin bəyanına görə, imam Tibi belə demişdir:

İbn Məs'ud'un:

"Mən, sizin peyğəmbərinizdən..." şəklində xitabı, azarlamaq mahiyyətində olub, muxatablarını (xitab edilənləri) Peyğəmbərin əmrinə müxalifət etmələri səbəbilə qınayır.

Hədis mətninin ikinci hissəsi isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buyuruğudur. 

Burda, insanlarda görülən arzuların birləşdirilərək, tək arzu halına gətirilməsi və bu tək arzunun da, axirət səadətinə aid arzu olaraq təsbiti ön görülür və belə edən bir kimsənin, öz dünyasına aid istək və arzularının gerçəkləşməsi yolunda, Allahın inayət və yardımının ona mütləq yetişəcəyinə işarət edilərək, Allah'ın ona kafi olması buyurulur.

Bu şəkildə hərəkət etməyərək, dünya əhvalı haqqında bəslədiyi istəkləri şaxələnib budaqlanan kimsələr, bununla bərabər, bir çox arzuların "zərbəsi" ilə özünü cəmləməkdən aciz qalaraq parçalanan insanlar, dünyanın hansı vadisində, dərəsində və hansı arzusunun reallaşması uğrunda qaçarkən həlak olarlarsa, Allah Subhənəhu'nun onlara iltifat edib baxmayacağı və onlara kömək etməyəcəyi bildirilərək xəbərdarlıq edilir.

Read 3 times
In order to make a comment, please login or register