Dünyanı arzulamaq və məqsəd etmək

4108- Bəni Fihr'in qardaşı əl-Müstəvrid (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə buyurarkən eşitdim:

"Axirət (nemətləri) qarşısında dünya (nemətləri)'nin misalı (və dəyəri), birinizin barmağını dənizə batırması kimidir. Artıq barmağın (o sudan) nə ilə qayıtdığına bir baxsın."

---------------

4109- Abdullah (b. Məs'ud)'dan belə rəvayət edilir:

Nəbi (sallallahu aleyhi və səlləm), bir həsir üzərində yatdı və o həsirdən dolayı, dərisində bir iz meydana gəldi. (Bunun üzərinə) Mən:

'Atam-anam sənə fəda olsun, ey Allahın rəsulu! Kaş ki, həsir üstünə səni qoruyan bir şey sərməyə bizə icazə versəydin.'

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

'Mən, dünya nemətləri ilə bərabər deyiləm. Mənim dünya ilə bərabərliyim, ancaq bir ağacın altında bir az kölgələnib (yəni dincəlib), sonra gedən və tərk edən (yolçu) biri (nin ağacla bərabərliyi) kimidir."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünya (rahatı və nemətlərinin qiyməti)'nin misalı babı"

-----------------

İzahı:

4108 no-lu əl-Müstəvrid (radiyallahu anh) hədisini, Muslim və Tirmizi də rəvayət etmişlərdir. 

Bu hədisdə, dünya həyatı və nemətlərinin axirət həyatı və nemətləri qarşısında dəyərsiz olduğuna işarət edilərək, axirət nemətləri qarşısında dünyanın bütün nemətləri, bir əl barmağını dənizə batırıb çıxarmaq nəticəsində, barmaqla gələcək suya bənzədilmişdir.

Bəli, dənizə batırılıb çıxarılan əl barmağı ilə çıxarılan su miqdarı nə qədər azdırsa, axirət nemətləri və səadəti qarşısında dünya xoşbəxtliyi və nemətləri də, o qədər az və dəyərsizdir.

--------------------

4109 no-lu ibn Məs'ud (radiyallahu anh) hədisini:

• Tirmizi;
• Əhməd; və
• Hakim

də rəvayət etmişlərdir.

Bu hədisdə də, dünya həyatının müvəqqəti olması, sürətlə keçməsi və yolçunun bir ağacın kölgəsi altında bir az kölgələnib oradan ayrılmasına bənzədilmişdir. 

Bu hədis, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sadə həyatınl da göstərməktədir.

 

Abdullah (ibn-i Məs'ud) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdir:

"Kim çox arzuları tək bir arzu -axirət arzusu- edərsə, Allah onun dünyaya aid arzusu üçün kafidir. 

Və kim ki, dünya əhvalı haqqındakı arzuları özünü parçalayarsa, vadilərin hər hansı birində həlak olduğuna Allah iltifat etməyəcəkdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyanı arzulamaq və məqsəd etmək babı", hədis no: 4106)

--------------------

Abdullah (ibn-i Məs'ud)'un belə dediyi rəvayət edilmişdir:

"Əgər elm əhli olanlar, elmi(n dəyərini) qoruyub onu əhil (layiq) olanlara versəydilər, elm sayəsində, zamanlarındakı insanların böyüklərindən olacaq idilər. 

Lakin onlar, elm vasitəsilə, dünya əhlindən bəzi mənfəətlər təmin etmək üçün, bunu dünya əhlinə verdilər. Bu səbəblə də, dünya əhli yanında, alimlərin dəyəri də düşdü. 

Mən, sizin Peyğəmbəriniz (sallallahu aleyhi və səlləm)'dən belə buyurarkən eşitdim:

'Kim çox arzuları tək bir arzu -axirət arzusu- edərsə, Allah onun dünyaya aid arzusu üçün kafidir. 

Və kim ki, dünya əhvalı haqqındakı arzuları özünü parçalayarsa, vadilərin hər hansı birində həlak olduğuna Allah iltifat etməyəcəkdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Elmdən faydalanmaq və onunla əməl etmək babı", hədis no: 257)

---------------------

İzahı:

Hədisin mətni 2 parçadan ibarətdir. İlk parça, səhabələrdən ibn Məs'ud'a aiddir. 

Bu parça, elm adamlarının:

• elmin dəyərini qorumalarına;
• təsadüfi insanlara elm nəql etməyə girişməmələrinə;
• əhil və layiq olan elm taliblərinə elmi nəql etməyə çalışmaqlarının gərəyinə diqqət çəkir.

Belə hərəkət edilmədiyi təqdirdə, elm adamlarının dəyərinin düşəcəyinə, hətta feli olaraq da düşdüyünə barmaq basır.

İmam Əhməd, "Kitabü'z-Zühd" (s. 124) adlı əsərində, İkrimə'dən bu rəvayəti nəql edir:

477- "İsa b. Məryəm (əleyhissəlam), həvarilərinə belə deyirdi:

'Ey həvarilər! İncilərinizi donuzlara atmayın. Çünki onlar, donuzların işinə yaramaz. 

Hikməti də, istəməyən kimsəyə verməyin. Çünki hikmət, incidən daha gözəldir. Onu istəməyən isə, donuzdan daha şərirdir."

---------------------

İmam əbu'l-Həsən əs-Sindi (əl-Hənəfi)'nin bəyanına görə, imam Tibi belə demişdir:

İbn Məs'ud'un:

"Mən, sizin peyğəmbərinizdən..." şəklində xitabı, azarlamaq mahiyyətində olub, muxatablarını (xitab edilənləri) Peyğəmbərin əmrinə müxalifət etmələri səbəbilə qınayır.

Hədis mətninin ikinci hissəsi isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buyuruğudur. 

Burda, insanlarda görülən arzuların birləşdirilərək, tək arzu halına gətirilməsi və bu tək arzunun da, axirət səadətinə aid arzu olaraq təsbiti ön görülür və belə edən bir kimsənin, öz dünyasına aid istək və arzularının gerçəkləşməsi yolunda, Allahın inayət və yardımının ona mütləq yetişəcəyinə işarət edilərək, Allah'ın ona kafi olması buyurulur.

Bu şəkildə hərəkət etməyərək, dünya əhvalı haqqında bəslədiyi istəkləri şaxələnib budaqlanan kimsələr, bununla bərabər, bir çox arzuların "zərbəsi" ilə özünü cəmləməkdən aciz qalaraq parçalanan insanlar, dünyanın hansı vadisində, dərəsində və hansı arzusunun reallaşması uğrunda qaçarkən həlak olarlarsa, Allah Subhənəhu'nun onlara iltifat edib baxmayacağı və onlara kömək etməyəcəyi bildirilərək xəbərdarlıq edilir.

Əbu Hureyrə (radiyallahu anh)'dan mərfu olaraq (yəni Peyğəmbər sallallahu aleyhi və səlləm'dən) nəqlən rəvayət edildiyinə görə, Allah Subhənəhu belə buyurur:

"Ey Adəm oğlu! Mənə ibadət (qulluq) etmək üçün (dünya ilə bağlı arzularından) imtina et ki, qəlbini zənginlik ilə doldurum və sənin kasıblığına səd çəkim.  Əgər (belə) etməzsən, sənin köksünə məşğuliyyətlər dolduracağam və kasıblığına səd çəkməyəcəyəm." (İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyanı arzulamaq və məqsəd etmək babı", hədis no: 4107)

--------------------

Bu hədisi:

• Tirmizi;
• Əhməd;
• ibn Hibban;
• Beyhaqi; və
• Hakim də rəvayət etmişlərdir. 

Bu buyuruqdan açıqca anlaşıldığına görə, insan oğlu dünya ilə bağlı arzu və istəklərindən sıyrılaraq, özünü tamamilə Allaha qulluq etməyə, ibadətə verdiyi təqdirdə, Allah Taala, ona qəlb zənginliyi verər, ehtiyaclarını ortadan qaldırar, bütün məxluqatdan tox gözlü qılar (yəni onlara və onların əlindəkilərə möhtac buraxmaz).

Əgər insan oğlu belə etməzsə, Allah onun qəlbini fərqli dünya məşğuliyyətləri ilə doldurar, məxluqata möhtaclığına son verməz və beləcə yoxsulluğu davam edər.

 

Read 5 times
In order to make a comment, please login or register