Dünyaya rəğbət göstərməyən və az danışan bir adam
Əbu Xallad (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Siz, özünə dünyaya rəğbət göstərməmək və az danışmaq xisləti verilmiş bir adam gördüyünüz zaman, ona yaxınlaşın (yəni sözlərini diqqətlə dinləyin). Çünki o kimsə, hikmətli söz söyləyər (və ya qəlbinə hikmət ilham edilər)."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Dünyada zühd (yəni dünyaya rəğbət göstərməyib ondan üz çevirmə)" babı, hədis no: 4101
--------------------
İzahı:
Bu hədisi Beyhaqi də rəvayət etmişdir.
Hədisdə keçən "az danışmaq"dan məqsəd: ibadət sayılmayan sözlərdən ancaq ehtiyac qədər olan məşru danışmaqdır.
Hikmət də, faydalı elm və qəlbin mənəvi xəstəliklərinə şəfa olan, insanı nəfsin arzularına tabe olmaqdan uzaq tutan gözəl sözlər diyə açıqlanmışdır.
Bu hədis, dini cəhətdən mötəbər və məqbul olan zahidlik, yəni dünyadan üz çevirmək məziyyətinə və lüzumsuz, faydasız danışıqlardan çəkinib ancaq ehtiyac halında danışmaq xislətinə sahib şəxslərin söhbətlərindən istifadə etməyə təşviqdir.
Sehl b. Sə'd əs-Səidi (radiyallahu anh)'dan belə rəvayət edilir:
Bir adam (bir gün) Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gələrək belə dedi:
'Ey Allahın rəsulu! Mənə elə bir əməl göstər ki, mən onu işlədiyim zaman, məni Allah sevsin və insanlar da sevsin.'
Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm) (ona):
'Dünyaya rəğbət göstərmə ki, Allah səni sevsin və insanların sahib olduqları (nemət və imkanların)'dan üz çevir ki, onlar (da) səni sevsin."
Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
"Bunun sənədində Xalid b. Amr vardır. Bu ravi zəif olub, zəifliyi xüsusunda ittifaq edilmişdir. Əl-Aqili, onun bu hədisini rəvayət edərək belə deyir:
'Bunun Sevri'dən rəvayətinin əsli yoxdur.'
Lakin Nəvəvi, bu hədisin sonunda:
'Bunu ibn Macə və başqası, həsən sənədlərlə rəvayət etmişlər.' demişdir.
- Salman əl-Farisin (radiyallahu anh) ağladığı iki şey.
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- Dünyanı arzulamaq və məqsəd etmək
- Cəhənnəm atəşi insanın hansı üzvlərini yandırmaz.
- Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın qəlbindən keçməyən nemətlər
- "Cənnətdə bir qamçının (azacıq) yeri (belə), dünyadan və dünyadakı hər şeydən xeyirlidir."
- Dünya malı toplamak
- Cənnət əhlinin mükafatları necə olacaq
- "Qiyamət günü 3 (zümrə) şəfaət edəcəkdir.
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri