Elm nədir? Elmi idrak (əldə etmə) yolları hansılardır?

"Elm" kəliməsi, alimlərin istifadəsində, bir çox mənaya gəlir. (Belə ki, onlardan):

1. Elm: "İstər təsəvvür (haşiyə-1), istərsə də təsdiq (haşiyə-2) olsun; yəqini olsun və ya olmasın, mütləq mənada idrak" mənasındadır. Filosoflar, kəliməni, bu mənada istifadə edirlər.

-----------------------

(Haşiyə-1:

• Təsəvvür: "müfrəd bir ifadənin (yalnız 1 şeyə və ya 1 şəxsə işarət edən; və ya 1-ə məxsus olan kəlimənin) dəlalət etdiyi zatların, təhqiq yolu ilə idrak edilməsi"dir. Cisim, ağac, ayna, mələk, cin və bənzəri ləfzlərdən qəsd edilən mənanı başa düşmək kimi...

Haşiyə-2:

• Təsdiq: Sənin, "Aləm, sonradan yaradılmışdır."; "Allaha itaətdə mükafat vardır."; və "Günaha qarşılıq cəza vardır." kimi hökmləri bilməyindir.

Hər təsdiqin, 2 təsəvvürdən sonra gəlməsi, zəruridir. Tək başına "aləm" və tək başına "hadis/sonradan yaradılma" kəlimələrini başa düşməyən kimsənin, "Aləm, sonradan yaradılmışdır." qəziyyəsini / hökmünü təsdiq etməsi, təsəvvür edilə bilməz.)

---------------------------

5. Elm: "təəqqqül (əql etmə)"dir.

9. Elm: "məsələlərin, dəlillə idrak edilməsi"dir.

Filosoflara görə:

Elm/bilik: "Bir şeyin surətinin, ağılda meydana gəlməsi"dir.

Başqa bir ifadə ilə, elm/bilik: "İdrak edilənin mahiyyətinin, idrak edənin nəfsində təməssülü"dür.

Bu tərif, zehni varlığı qəbula bağlıdır. (Yəni, xarici aləmdə varlığı sabit olan şeyin, -ki, bunlara zati varlıqlar deyirik- zehndə də varlığı mövcuddur.)

(Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum", -müxtəsər bir şəkildə-)

--------------------------

--------------------------

Elmi idrak (yəni, əldə etmə yolları) hansılardır?

Elm (bilik), qədim və hadis (sonradan meydana gələn) olmaq üzərə, 2 qismə ayrılır. (Belə ki):

1. Qədim elm: Allahın Zatı ilə mövcud olan elmdir ki, məxluqun elminə/biliyinə bənzəməz.

2. Hadis elm isə:

a. Zəruri; və

b. İktisabi

qisimlərinə ayrılır. (Belə ki):

a. Zəruri elm: Allah Taala'nın, "bilən"in şəxsində, özünün kisb (təşəbbüsü) və iradəsi olmadan meydana gətirdiyi elm/bilikdir. Məsələn, insanın öz varlığını və aclıq, susuzluq, həzz, ağrı kimi fərqli hallarını hiss edib qəti bir şəkildə bilməsi kimi. Elmin bu növü, bütün canlı varlıqlarda mövcuddur.

b. İktisabi elm isə: Allahın, səbəblərinə müraciət edərək qulun öz kisb və iradəsi yolu ilə onda meydana gətirdiyi elm/bilikdir.

İnsanlar üçün elm/bilik idrakı (yəni, əldə etmə) yolları, 3-dür:

1. Sağlam hisslər;

2. Doğru xəbər; və

3. Əqli nəzər (təfəkkür).

 

1. Hisslər: eşitmə, görmə, iyləmə, dadma və toxunma olmaq üzərə, beş cürdür. Hər bir hiss ilə, ancaq öz sahəsinə xas olan şeylər idrak edilə bilir. Bu da, o hissə uyğun bir şəkildə, öz sahəsi içində istifadə edilməsilə gerçəkləşir.

2. Doğru xəbər.

Bu da, 2 qismə ayrılır:

a. Birincisi: mütəvatir olandır. Mütəvatir xəbər, yalan danışmaq xüsusunda ittifaq edə biləcəkləri düşünülə bilməyən fərqli kimsələrdən, fərqli mövzularda eşidilən xəbərdir. Mütəvatir xəbər, zəruri elm ifadə edir. Məsələn, keçmiş hökmdarların və bizdən uzaq diyarların varlığını bilməyimiz kimi.

b. İkincisi: Peyğəmbərlərin göstərdiyi möcüzə ilə, doğruluğu dəstəklənmiş xəbərdir. Bu da, -istidlal yolu ilə də olsa- qəti bilik səbəbidir.

c. Əqli nəzər (təfəkkür)'ə gəlincə: bu da, elm/bilik (əldə etmə) səbəblərindən (yollarından)'dır. Əqli nəzər yolu ilə hasil olan bilik də, 2 cürdür. (Belə ki, onlardan):

a. Birincisi: Zəruri elmdir -ki, buna, "bədihi" də deyilir- düşünmədən, ilk baxışda meydana gələn elm/bilikdir. (Məsələn), hər küll'ün (bütünün), öz parçasından böyük olduğunu bilməyimiz kimi.

b. İkincisi: İstidlali elm/bilikdir. Bu bilik, təfəkkürə ehtiyacı olan bilikdir. (Məsələn), dumanı gördüyümüzdə, (buna səbəb olan) atəşin varlığını bilməyimiz kimi.

Bəhsini etdiyimiz bu yollar vasitəsilə biliyin əldə edilməsi, (haqqa qarşı) inad etməyən kimsə üçün, açıq bir həqiqətdir.

• Sofistlər deyə bilinən bir qrup vardır ki, bilik vasitələrinin hamısını rədd etmişlərdir. Bunların:

~ Bir qismi: varlıqların özünə məxsus həqiqətlərinin ola bilməyəcəyini;

~ Bir qismi də: belə bir şeyin mövcud olub-olmadığının bilinə bilməyəcəyinni

qəbul etmişdir.

Əslində şübhəli olan bu kimsələrlə elmi bir münazirə imkanı yoxdur. Ancaq, canlarını incidəcək qədər döyülməli və ya atəşlə yandırılmalıdırlar ki, həqiqəti, (şəxsən yaşayaraq) qəbula məcbur qalsınlar.

• Süməniyyə və Bərahimə, xəbərin, bilik (əldə) etmə yollarından biri olaraq qəbul edilməsini, rədd etmişlərdir. Bu görüş, sofistlərin yuxarıda bildiriləm görüşlərinə yaxındır. Bəhsi keçən görüşü mənimsəyənlər, mütəvatir xəbər yolu ilə sabit olan zəruri elmi rədd etmiş olurlar. Halbuki, mütəvatir xəbər, bilik yollarından sayılmasaydı, insan, şəxsən öz atasını, qardaşını, əmisini və digər yaxınlarını, necə tanıya bilərdi?! Bütün bunlar, ancaq xəbər yolu ilə öyrənilə bilməkdədir.

• Batinilər, rafizilər və müşəbbihə isə, ağlın bilik (əldə etmə) vasitələrindən sayılmasını qəbul etməmiş və belə demişlərdir: Çünki ağılların verdiyi hökmlər, ziddiyyətlidir. Bunun dəlili də, ağıl sahibi kimsələrin, fikir ayrılığına düşmələridir.

Bunlara cavab olaraq deyirik: Ağlın verdiyi hökmlərin ziddiyyətli olduğunu, hansı yolla müəyyənləşdirdiniz?

~ Əgər, "yenə ağılla" deyərsinizsə, özünüzlə ziddiyyətə düşmüş olarsınız. Çünki, bu halda, siz, belə demiş olursunuz: "Ağlımızla başa düşdük ki, ağıl yolu ilə heç bir şey başa düşülməz."

~ Əgər "xəbər ilə" deyəcək olarsanızsa, yenə soruşarıq ki: Xəbərin doğru və ya yalan olduğunu, nə ilə təsbit etdiniz? Əgər "hisslə" deyərsinizsə, bilə-bilə həqiqəti inkar etmiş olarsınız.

Sonra, deyirik ki: Ağılların verdiyi qəziyyələr (hökmlər), bir-birilə zidd düşməz. Ağıl sahiblərinin görüş ayrılığına düşməsi:

~ ya ağılların, elmi təfəkkür səviyyəsinə çatmamaması;

~ ya da özlərinin, elmi təfəkkür şərtlərini tamamilə yerinə yetirməmələri

səbəbilədir.

Beləcə, bəziləri, ağılla hökm etdiklərini iləri sürdükləri halda, həqiqətdə, öz hiss və təxminlərinə görə fikir bəyan edərlər. Məsələn:

Bir topluluqdan: "3 dəfə 3, neçə edir?" deyə soruşulsa, onlar: "9." cavabını verməkdə, fərqli fikirlər səsləndirməzlər. Lakin, eyni qrupdan: "13 dəfə 13, neçə edir?" deyə soruşulsa, bunun cavabında, ayrı-ayrı nəticələr bəyan edə bilərlər. Bunun səbəbi isə, az əvvəl açıqladığımız xüsuslardır. Yoxsa, bəhsi keçən say xüsusunda, ağlın verəcəyi hökmün fərqli ola biləcəyindən dolayı deyildir.

Bu xüsusu, gözün görə biləcəyi bir hadisə ilə də müqayisə edə bilərsən. (Belə ki):

Bədr gecəsində aya baxanlar, heç bir ixtilafa düşmədikləri halda; ay başındakı hilalın varlığı xüsusunda, aralarında fikir ayrılığı meydana gələ bilər. Bunun səbəbi:

~ ya nəzərin nöqsanlığı;

~ ya da baxan kimsənin xətasıdır.

Üzərində durduğumuz məsələ də, eynilə belədir.

Sonra deyirik ki:

Əhl-i sünnətə görə, ağıllar, fitrətin əslində (yəni, yaradılışdan) fərqlidir. Buna, mötəzilə müxalifət etmişdir. Bunu inkar etməyə, imkan yoxdur. (Belə ki):

~ Elə uşaqlar vardır ki, keçmiş təcrübəsi və təhsili olmadan, böyüklərin belə aciz qaldığı bəzi şeyləri, ağılları ilə tapa bilirlər.

~ Şəriət sahibi Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Onlar, ağılları və dinləri nöqsan olanlardır." (Buxari, "Heyz"/6)

buyurmaq surətilə, (qadınların əqli fərqliliyini ifadə etmişdir).

~ Dini vad edən (qoyan) Allah da, 2 qadının şahidliyini, 1 kişinin şahidliyinə bərabər qılmışdır. (Bəqərə/282) Bunun səbəbi, olub-bitən şeyləri, tam mənası ilə təsbit edib zehndə tutmaq (qabiliyyətinin) zəif olmasıdır ki, bu da, ağıldır.

Bununla bərabər, "ağıl" deyə adlandırıla biləcək qədər (anlamaq qüvvətinin) mövcud olması, Sani (sənətkar olan Allah)'ın mərifəti üçün, kifayət edir. Bundan dolayı, Xaliqini bilməməkdə, cəhalət, üzr deyildir.

(Nurəddin əs-Sabuni əl-Maturidi, "əl-Bidayə minə'l-kifəyəti fi'l-hidəyəti fi Usuli'd-din" adlı əsərdən nəql)

--------------------------

--------------------------

Əlavələr:

Alim isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/alim-isminin-s%C9%99rhi

Read 63 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR