Elm tələbəsi kimdir?

Mütəallim (tələbə):

Bu kəlimə ilə, elmi səviyyə olaraq avamın üstündə, müctəhidin altında olan kimsəni qəsd edirik.

Bir kimsə elmdən və mərifətdən bir miqdar şey əldə etdiyi zaman, avam dərəcəsindən yuxarı çıxar, ancaq bu, onu müctəhidin səviyyəsinə yüksəldə bilməz. Muhamməd (sallallahu aleyhi və səlləm) ümmətinin, şəri elmlərdə mütəxəssis olmuş, elm və təhsilə əhəmiyyət verən alimlərinin əksəriyyəti, bu kateqoriyaya aiddir.

Şübhə yoxdur ki, bu kateqoriyaya girənlər, avamın dərəcəsi ilə ictihad dərəcəsi arasında bir-birindən fərqli bir çox dərəcəyə ayrılırlar.

Dolayısı ilə, alimlərin bunlar haqqındakı hökmləri və ixtilaflı məsələlərdəki mövqelərinə dair bəyanları da, bir-birindən fərqlidir. Hətta bəzi alimlərin bu nöqtədəki ifadələrinin ümumundan, onların mütləq surətdə başqasını təqlid etməsi gərəkən avam sinfinə daxil ediləcəyi anlaşılmaqdadır.

Digər bəzi alimlərin ifadələri isə, bunlarla avamın bir tutulmaması, bunların dəlillər haqqında hökm yürütməsinə və ixtilaflı məsələlərdə tərcihə uyğun gördükləri dəlili seçmələrinə, xoş görü göstərməsi yönündədir.

Bunlar haqqındakı hökmün (ümumiləşdirilmədən) dəqiq bir surətdə verilməsini gərəkdirən səbəb, dərəcələrinin, elmi səviyyələrinin və əhvallarının fərqliliyidir.

Buna bir də onların bir qisminin elmi səviyyəsini digərinə qiyas etməyimizi və bu yolla onları, o və ya bu dərəcəyə daxil etməmizi mümkün qılacaq dəqiq ölçülərin kamil mənada mövcud olmadığı həqiqətini də, əlavə etmək lazımdır.

Bununla birlikdə bu kateqoriyaya girənlərin hallarını təsbitdə, görüşlərin ixtilaf etdiyi və üzərində durduğumuz nöqtəyə, dolaylı da olsa bağlı olan üsuli bir məsələ haqqındakı icmali bir tədqiqat aparmaq, bizə kömək edə bilər. Sözünü etdiyimiz məsələ budur:

İctihad bölünə bilərmi?

Bu sualda ifadə edilən halı belə aça bilərik:

Hər hansı bir kimsə, bir məsələdə ictihad əhliyyətinə sahib olduğu və o məsələdə ictihadı ilə vardığı nəticə, başqa müctəhidlərin ictihadına müxalif düşdüyü zaman, bu kimsə, o ictihadı ilə əməl edə bilərmi? Yoxsa bu kimsə başqasını təqlid etmək məcburiyyətindədirmi?.

Bir qrup bu suala:

"Madam ki, o məsələdə ictihad etmiş və ictihad əhliyyətinə sahib olmuşdur, elə isə, ictihadı ilə əməl etməsi gərəkdir."

diyə cavab vermişdir.

Digərləri isə, belə demişlərdir:

"İctihadın bölünməsi caiz deyildir."

hökmü gərəyincə, o kimsənin başqasını təqlid etməsi gərəkdir.

Alimlər bu görüşlərin hansının tərcih edilməsi gərəkdiyi nöqtəsində də ixtilaf etmişlərdir. (Amidi, "əl-İhkam", lV, 270-5)

Qənaətimə görə, bu məsələ, üçüncü qrupu təşkil edən mütəallimdən çox, birinci maddədə keçən müctəhidlə bağlıdır. Çünki üçüncü qrupun ictihad dərəcəsinə çata bilməyən və elmi səviyyəsi doğrudan hökm istinbatına yetməyən kimsələrdən meydana gəldiyini görmüşdük.

Bu məsələdə mübahisə edən alimlərin məqsədinin isə, müctəhidlə bağlı olduğu anlaşılmaqdadır. Bu səbəblə, sadəcə bu nöqtəyə işarət etməklə kifayətləndim və məsələni təhqiqə gərək görmədim. Bu məsələnin təfsili, üsul kitablarının bağlı bölmələrində görülə bilər.

Bununla birlikdə, bir qisim alimlərin bu məsələ üzərində durarkən yer verdikləri bəzi ifadələrə vaqif oldum ki, üzərində durduğumuz xüsusun izahında ehtiyac duyduğumuz bəyanı ehtiva etməkdədir.

Bu cümlədən olaraq, imam Ğazzali, "əl-Mustəsfa"da belə deyir:

"Bu (qrupa girənlər) müctəhid deyildir. Ancaq bəzi mövzularda ictihada qadir ola biləcək, bəzilərində isə, elm təhsili olmadığından, ictihad etməkdən aciz qalacaq kimsələrdir. Misal üçün, nəhvlə (ərəb dili qrammatikasını öyrənən elm) bağlı bir məsələdə, bu elmin və rəvayətlə bağlı məsələdə isnadın sihhətini təsbit etmək üçün, ravilərin özəllikləri və əhvalı ilə bağlı elmin təhsili belədir.

Dolayısı ilə bu qrupa girən kimsə, bəzi elmləri öyrənmiş və o sahələrdə müstəqil olaraq hərəkət edəcək səviyyəyə gəlmişdir. Bu halıyla, o, avama bənzəməz. Ancaq o, bir digər elmi əldə etməmişdir; dolayısı ilə, o sahədə avam kimidir. Ancaq bu halı səbəbilə onun, avam sinfinə mi, alim sinfinə mi daxil ediləcəyi nöqtəsində düşünmək lazımdır.

Ən məşhur olan və doğru görünən görüş, o məsələdə, o kimsənin avam kimi olmasıdır. Müctəhid (içtihad üçün gərəkli) elmləri qüvvət-i qaribə (haşiyə) ilə bilən kimsədir...

---------------------------

(Haşiyə:

Bəzi kəlam alimlərinə görə, insanın bir mövzudakı məlumatı, ya "bilfiil", və ya "bilqüvvə" olur.

1. Bunlardan birincisi, insanın zehnində yerləşmiş və hazır olan və istənildiyi an, istifadəyə təqdim edilən elmdir. Fiqh elmini bütün babları ilə bilən və hər hansı bir şey soruşulduğunda, yerindəcə cavab verən kimsənin elmi belədir.

2. İkincisi isə, zehində qəti bir şəkildə yerləşmiş və hazır olmayan, ancaq az bir səy və ya fikir yürütməklə çatıla bilən elmdir. Buna "qüvvət-i qaribə" deyilir.

İnsan az bir səy ilə, bu mövzudakı ilk məlumatlarını inkişaf etdirərək 'bilfiil elm' halına çevirə bilər. Yəni 'qüvvə'dən (potensialdan) felə çıxara bilər. (təfsilat üçün bax: əl-İci, "əl-Məvaqif fi ilmi'l-Kəlam", 145, Aləmu'l-Kutub)

Ğazzali'nin yuxarıdakı cümləsi, müctəhidin, ictihad üçün gərəkli elmlərin bütününü hafizəsində hazır etməyən, amma bir tələbə kimi yeni başdan öyrənmək ehtiyacında da olmayan, əksinə, az bir səy ilə qaynaqlara kiçik bir müraciət ilə ehtiyac hiss etdiyi məlumata, asanlıqla çatan kimsə olduğunu ifadə etməkdədir.)

---------------------------

Əgər öyrənmək üçün hələ çox yorulmağa, səy göstərməyə möhtacdırsa, o kimsə, o sahədə, aciz deməkdir. Bununla birlikdə, onun da o elmi təhsil etməsi mümkündür.

Ancaq avamın da o elmi öyrənməsi mümkündür. Ancaq bunu etmək məcburiyyətində deyildir. Dolayısı ilə, o kimsənin o mövzuda ictihadı tərk etməsi, caizdir.

Nəticə olaraq, yeni başlayan kimsənin elmdəki dərəcəsi ilə kamal mərtəbəsi arasında müxtəlif dərəcələr vardır. Bu dərəcələr haqqında fərqli şeylər söylənə bilər..." (İmam Ğazzali, "əl-Mustəsfa", ll, 384, əl-Matbaatu'l-Əmiriyyə, Bulaq, 1322/1904)

Read 14 times
In order to make a comment, please login or register