Etiqadi məsələr üzərində münazirə etməyin hökmü və Kəlam elminin faydaları və zərərləri

Etiqadi məsələlər üzərində münazirə etməyin hökmü:

Sual:

Bu mövzuda sənin tərcihin nədir?

Cavab:

Bu mövzuda söylənəcək ilk doğru ölçü budur:

Hər hansı bir qeydə tabe tutulmadan, mücadilə sənətinin hər yönü ilə pislənməsi və ya hər yönü ilə təriflənməsi, xətalı bir davranışdır. Bunun, təfsilatı ilə ələ alınması, bir zərurətdir. İlk əvvəl bunu bilməlisən ki:

Bəzi şeylər, zatından dolayı, haram olur. Şərab və mundar heyvan əti kimi.

"Zatından dolayı" deyərkən, haram olduğunu gərəkdirən illətin, zatında mövcud olan bir vəsf olduğunu qəsd edirəm. Bu illət:

• Şərabda, sərxoşluq;

• Mundar heyvanda da, ölümdür.

Bizə bunlarla bağlı bir sual yönəldildiyində,

-şiddətli aclıqda ölü heyvan ətinin, boğazda yemək loxması ilişib qaldığında da, şərabdan başqa bir şey mövcud olmadığında, şərabın mübah olmasına baxmadan-

haramdır hökmünü veririk.

Bəzən də haramlıq, maddənin zatından dolayı deyil, xarici bir səbəbdən qaynaqlanır. Məsələn:

• cümə namazına çağırıldığında, alış-veriş etmək;

• vücuda zərərli olduğu üçün palçıq yemək,

xarici səbəblərə bağlı haramlardır.

Zərərindən dolayı, haram görülmə faktı ikiyə ayrılır:

1. Azı da, çoxu da, zərər verən nəsnələr. Bunlar, mütləq şəkildə haramdır. Məsələn, azı da, çoxu da, öldürən zəhərin içilməsi, haramdır.

2. Çoxu zərər verən şeylər. Bunların da mütləq şəkildə mübahlığına hökm edilir. Məsələn, bal, mübahdır. Ancaq balın çoxu, daxilən atəşli təbiətə sahib kimsələrə zərər verdiyindən, çox bal yemək, onun üçün haramdır.

Eyni şəkildə, palçıq və şəraba haram, bala da halal demək, əksər hallara və izafi fərqliliklərə görədir.

Əgər bir şeydə nisbətlər bir birinə zidd düşər, həm halal və həm də haramlıq məsələsi ortaya çıxarsa, bu halda ən yaxşısı, qarışıqlığa səbəbiyyət verməmək üçün, mövzunu təfsilatı ilə ələ almaqdır.

Bu açıqlamalardan sonra, kəlam elminə dönür və deyirəm ki:

Kəlam elmi, həm faydalı, həm də zərərlidir.

Faydası cəhətindən ələ alındığında, fayda vermə anında, yerinə görə halal, məndub və ya vacib olur.

Zərərli olması yönündən incələndiyində, zərər verməsi zamanında və məkanında haram olur.

Zərərləri:

• şübhə oyandırması;

• inancları sarsması;

• əqidələri qəti inanc və səmimiyyətdən uzaqlaşdırması

kimi hallardır. Bu hallar, kəlam elminə hələ (yeni) addım atmış olanlarda görülür. Belə birinin daha sonra iləri sürüləcək dəlillərlə şübhə qaranlıqlarından qurtula bilməsi şübhəlidir. Burada şəxslərə görə hal, dəyişiklik ərz edir. Kəlam elminin haqq inanc mövzusundakı bariz zərəri budur.

Bir digər zərəri də, bidət sahiblərinin inanclarını gücləndirmək və onu sinələrində yerləşdirməkdir. Beləcə bidət impulsları hərəkətə keçir və bidətlərində israr edirlər. Ancaq bu zərər, cədəldən qaynaqlanan (öz görüşünə) bağlılıq üzündən meydana gəlir.

Bundan ötürü, xalqdan hər hansı bir bidətçinin qəlbindən, xoşluqla, bidəti qısa bir zamanda söküb almaq, mümkün ola bilməktədir.

Ancaq avamdan olan bu kimsə, mücadilə və bağlılığın yayılmış olduğu bir mühitdə böyümüşsə, iş dəyişir, dünyanın bütün alimləri bir araya gəlsə, onu bidətindən döndürə bilmirlər. Hətta:

• həva və həvəs;

• bağlılıq;

• mücadiləci müxaliflərə və qarşı qrupa duyulan nifrət;

qəlbini istila edir, həqiqəti qavramasını əngəlləyir.

Belə birinə:

"Allah Taala'nın, sənin gözündən pərdəni qaldırmasını, haqq və həqiqətin müxalif tərəfdə olduğunu göstərməsini istəyərsənmi?"

diyə soruşulsa, bu sayədə, müxalifinin sevinəcəyi qorxusu ilə, bu təklifi xoş qarşılamaz. Bu, ölkələrdə və insanlar arasında dolaşan, dərmansız bir dərddir. Bu da, kəlam sənətinin zərəridir.

Kəlam sənətinin faydası:

Kəlam sənətinin faydasının, həqiqətləri ortaya çıxarmaq və onları olduğu kimi tanımaq olduğu zənn edilir. Halbuki kəlam sənətində, bu şərəfli istəyi gerçəkləşdirəcək bir vəfa yoxdur. Kəlam sənətindəki azdırmalar, kəşf və tanıtmalardan daha çoxdur.

Bunu bir hədisçidən və ya hədisçi kimi özünü aparan birindən eşitdiyində, ehtimal ki, öz könlündən:

"İnsanlar, bilmədiklərinin düşmənləridir."

diyə keçirə bilərsən.

Amma sən bu sözləri, kəlam sənətini yoxlamış, bu sənət şöbəsində kəlam alimlərinin zirvəsinə yüksəldikdən sonra, onu tərk edib bir cür kəlam elminə bənzəyən digər elmlərdə dərinləşdikcə dərinləşmiş və nəticədə mərifət həqiqətlərinə kəlam yolu ilə varmağın qapalı olduğu həqiqətinə çatmış birindən (yəni Məndən) eşit!

Ömrümə and içərək söyləyirəm! Kəlam sənəti bəzi hadisələri ortaya çıxara, təriflərini verib açıqlaya bilər. Ancaq bunlar çox az və hətta kəlam sənətinin dərinliklərinə dalmadan anlaşıla biləcək açıq məsələlərdir.

Bunun tək faydası, xalq yığınlarını diqqətə alaraq açıqladığımız əqidələri qorumaq, bu əqidələri fərqli mücadilə metodları ilə sarsan bidətçilərin təşvişlərindən qorumaqdır. Çünki vətəndaş, zəifdir, bidətçinin mücadiləsi onu özünə tərəf çəkə bilər. Əslində bu metod, fasiddir, amma fasid bir metodla fasid bir iddianın dəf edilməsi də mümkündür.

İnsanlar, daha əvvəl açıqladığımız inanclar gərəyi ibadət etməkdədirlər. Çünki şəriət, din və dünyalarının qurtuluşunun orda olduğunu bildirmişdir. Sultanlar, xalqın mallarını zalım və quldurlardan qoruduqları kimi, alimlər də, xalq yığınlarının əqidələrini, bidətçilərin şərlərindən qorumaqla mükəlləfdirlər.

Kəlam elminin zərər və faydaları bu şəkildə ortaya qoyulduqdan sonra, bu nöqtəyə diqqət çəkməkdə fayda görürəm:

Kəlam alimi, təhlükəli bir dərmanı istifadə etməkdəki mütəxəssis həkim kimi olmalıdır. Çünki işinin əhli mütəxəssis bir həkim, dərmanı, zamanında və yerində istifadə edir.

Mövzunu bir az da açaq:

Xalq, fərqli peşə və sənətlərlə məşğuldurlar. İnandıqları sağlam inanclarla baş-başa buraxılmaları gərəkdir. Çünki şübhə doğurması, inanclarını sarsması və bundan sonra da düzəlmə imkanının ortadan qalxmasından dolayı, özlərinə kəlam elminin öyrədilməsi, onlar üçün bir zərər olur.

Bidətlərə inanmış sıradan vətəndaşlara gəlincə isə, bunların, aşırı bağlılıq göstərilərək deyil, şirin, yumşaq, qənaət verici, qəlbləri təsirləndirici sözlərlə haqqa çağırılmaları gərəkdir. Bu xüsusda vaaz və xəbərdarlıq üslublu Quran və hədislərdən dəlillər zikr edilməlidir. Bu metod, kəlamçıların ön gördükləri şərtlər çərçivəsində edilən cədəldən çox daha faydalıdır. Çünki sıradan bir vətəndaş, düşüncə münazirələri dinlədiyində:

"Bu da, insanları öz düşüncələrinə çəkməyə çalışan, bir cür mücadilə sənətidir. Mən ona cavab verə bilmədimsə də, mənim məzhəbimdə buna cavab verəcək kimsələr vardır."

diyə düşünür.

Elə isə, belə biri ilə və bidətə bulaşmış belə kimsə və yenə şübhəyə düşmüş biri ilə mücadilə etmək, haramdır. Çünki şübhəyə düşən kimsənin şübhələrinin, şirin söz, nəsihət, məqbul və demoqoqluqdan uzaq dəlillərlə ortadan qaldırılması lazımdır.

Cədəl sənətinin bütün incəliklərinin istifadə edilməsi, yalnız bir yerdə fayda təmin edir. O da, başqasından eşitdiyi, bir cədəl nəticəsi olaraq hər hansı bir bidətə bulaşan kimsəni, eyni cədəl metodunu istifadə edərək, haqq yola çevirməyə çalışmaqdır. Bu üsul da, mücadilə ilə ünsiyyət edib vaaz və xalqa edilən xəbərdarlıqlardan ibrət almayan, mücadilə dərmanından başqa müalicə qəbul etməyən bir hala gəlmiş kimsələrə tətbiq edilir.

Bidətlərin az və məzhəb ixtilaflarının mövcud olmadığı bir çevrədə, sadəcə sünnət və camaat əhlinin daha əvvəl bildirdiyimiz inanc əsasları danışılar, dəlilləri isə, iləri sürülməz. Dəlil iləri sürmək üçün, bir şübhənin meydana gəlməsi gözlənilər. Əgər ortaya bir şübhə atılarsa, ehtiyac nisbətində dəlillər zikr edilər.

Əgər bidət yayılmış və uşaqların, bu bidətin pəncəsinə düşəcəklərindən qorxularsa, o zaman, bidətçilərin hücumlarını dəf etmək üçün "ər-Risalə əl-Qudsiyyə" adlı kitabımızda, sərhədləri cızılan kəlamla bağlı məlumatların uşaqlara öyrədilməsində bir beis olmaz. Bu, kəlam sənətinin muxtəsər bir miqdarıdır. Biz də, qısa olduğu üçün, işarət edilən kitaba bu əsərimizdə yer verdik.

Əgər uşaq çox zəkalı və zəkasıyla mühakimə aparır, zehnində bəzi şübhələr üzə çıxırsa, qorxulan başa gəlmiş və xəstəlik ortaya çıxmış deməkdir. Bu təqdirdə, 50 yarpaqdan ibarət olan: "əl-İqtisad fi'l-itiqad" adlı əsərimizdə ələ aldığımız qədərini oxumasında bir beis yoxdur. Bu kitabımızda, əqidə ilə bağlı qaydaların xaricinə çıxılmamış, kəlamçıların mövzularına girilməmişdir.

Əgər işarət edilən əsər, uşağa qənaət verərsə, məsələ yoxdur. Amma əksinə, onda bir qənaət yaratmazsa, xəstəlik dərinləşmiş deməkdir. Bu xəstəlik, bulaşıcıdır, özünə həqiqət kəşf edilməsi və ya haqqında təqdir edilmiş olan şəkk və şübhələrdə davam etməsi üçün İlahi qəzanı (yəni haqqında Allahın gerçəkləşdirəcəklərini) gözləməlidir, deyirsənsə, cavab olaraq belə deyirəm:

Bu xüsusda haqq olan görüş budur:

Hər ölkədə, o çevrədəki bidətçilərin yaymış olduqları şübhələri təsirsizləşdirəcək bir kəlamçının olması şərtdir. Bu da kəlam elminin öyrədilməsi ilə davam edər. Ancaq bu elmin, fiqh və təfsir kimi hər kəsə oxudulması, doğru deyildir. Çünki:

• kəlam elmi, dərman;

• fiqh də, qida kimidir.

Qidanın zərərindən qorxulmaz, amma dərmanın zərərindən qorxular. Bundan dolayı, kəlam alimi, bu elmi, özündə bu 3 xislət mövcud olan kimsəyə öyrətməlidir:

1. Özünü yalnız elmə verib bu xüsusda ifrat istəkli olan kimsəyə. Çünki başqa sənətlərlə məşğul olanlar, (elmdə) tam yetişə bilməz və ortaya çıxacaq şübhələri ortadan qaldıra bilməzlər;

2. Zəka, qıvraqlıq və gözəl xitaba sahib olanlara. Çünki axmaq kimsə, nə başa düşdüklərindən faydalanar, nə də gətirilən dəlillərdən. Kəlam elmi, belələrinə fayda deyil, zərər verəcək.

3. Kəlam elmi öyrənmək istəyənin təbiətində, salehlik, dindarlıq və təqva mövcud olmalı, şəhəvi hissləri qalib olmamalıdır. Çünki fasiq kimsə, kiçik bir şübhə ilə dindən sıyrılır. Yenə bu (şübhə), özü ilə nəfsinin zövq aldığı günahlar arasındakı pərdəni qaldırar, əngəli yıxar və nəticədə şübhələri dəf etmək xüsusunda həssaslıq göstərməz, hətta mükəlləfiyyət yüklərindən qurtulmaq üçün, o şübhəni bir fürsət olaraq dəyərləndirər. Belə bir tələbənin xarablığı, islahından çox-çox artıqdır.

Bütün bunları fəhm etdinsə, kəlam sənətində bəyənilən dəlillərin Qurandakı dəlillərin cinsindən qəlbləri təsirləndirən, vicdanları doyuran şirin sözlər olub xalqın əksəriyyətinin qavraya bilmədiyi incəliklərə dalmaq olmadığını, açıq olaraq başa düşmüş oldun.

(Yəni imam yazının bu hissəsində demək istəyir ki:

Kəlam elminin gətirdiyi dəlillər, Quranın gətirdiyi dəlillər kimi qəlbləri təsirləndirən, vicdanları tətmin edən və xalqın əksəriyyətinin qavrayacağı dəlil cinsindən deyildir.)

Qaldı ki, xalq, təfsilatları və incəlikləri anlasa belə, bunların, (kəlam əhlinin):

• göz boyamacılığı olduğuna;

• sahibinin əlində, zehinləri bulandırmaqdan başqa bir işə yaramayan söz ifadə sənəti olduğuna;

• bu incəlikləri bilən birilə qarşılaşıb müqavimət göstərib fikrini dayadacağına inanarlar.

Şafi ilə ilk dövr müsəlmanlarının bütününün diqqət çəkdiyimiz zərərlərindən ötürü, kəlam elminə dalmaqdan (insanları) əngəllədiklərini, ibn Abbas'ın xaricilərlə münazirəsinin və yenə Əli'nin qədər və daha başqa mövzulardakı münazirələrinin, kəlam elminin açıq məsələlərindən olub ehtiyacdan dolayı etdiklərini və bunun hər vaxt xoş olduğunu öyrənmiş oldun.

Bəli, zamanlar, duyulan ehtiyacın çox və az olmasına görə fərqlilik göstərə bilər. Təbii olaraq ortaya çıxan ehtiyacla əlaqəli olaraq da, kəlamla əlaqəli hökmlər dəyişir.

Bax (müsəlman xalqın) qulluq etdiyi əqidənin, yolunda mücadilə verib qoruduğu inancın hökmü budur.

• Şübhələrin ortadan qaldırılması;

• Həqiqətlərin ortaya çıxarılması;

• Nəsnələrin olduqları kimi tanınması; və

• Bu əqidənin zahiri ləfzlərinin açıqladığı sirlərin başa düşülməsi məsələsinə gəlincə,

bunun mücahidə, şəhvətləri söküb atmaq, tam mənası ilə Allah Taala'ya yönəlmək və "mücadilə kirlərindən, ləkələrindən" təmizlənmiş bir düşüncəyə sarılmaqdan başqa açarı yoxdur.

Belə bir səviyyəyə yüksəlmək, Əziz və Cəlil olan Allahın bir rəhmətidir. Bu rəhmət, İlahi rəhməti qazanan kimsələrə:

• nəsibləri;

• istedadları; və

• qəlb paklığına

görə açılır.

Bu da, dərinliyi ölçülə bilməyən, sahilinə varıla bilməyən bir dənizdir.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 2. Kitab/2. Bölmə: "İnancın dərinləşməsində və irşadda metod", s. 215-219)

Read 2 times
In order to make a comment, please login or register