Evdə azan vermək və iqamə gətirmək

605. əl-Əsvəd və Alqamə'dən, belə rəvayət edilir:

Abdullah b. Məsud (radiyallahu anh)'ı, evində ziyarət etdik. Bizə: "Bu arxanızdakılar, namaz qıldılarmı?" deyə soruşdu.

- Biz: "Xeyr." dedik.

- (O): "Elə isə, qalxın, namaz qılın." dedi.

Ancaq O, bizə, azan verib iqamə gətirməyimizi əmr etmədi.

Hədisi, ibn əbi Şeybə ("əl-Musannəf", l, 220) rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", l, 57)

-----------------------

-----------------------

606. İbrahim ən-Nəxai'dən belə rəvayət edilir:

"ibn Məsud, Alqamə və əl-Əsvəd, azansız və iqaməsiz namaz qılmışlardır."

Süfyan deyir: "Şəhərdə gətirilən iqamə, evdə namaz qılanlar üçün kifayət edir. ibn Məsud, başqa bir rəvayətdə: 'Şəhərlinin iqaməsi, kifayət edir." demişdir. (haşiyə)

-------------------------

(Haşiyə:

Taberani, "əl-Mu'cəmu'l-Kəbir" (lX, 257); Heysəmi, "Məcmau'z-Zəvaid", ll, 3-4. Hədisi, Muslim ("Məsəcid", 26) də rəvayət etmişdir. Muslim'in rəvayətinə görə:

İbrahim ən-Nəxai, Alqamə və Əsvəd'dən bu hədisi eşitmişdir!)

--------------------------

Bu 2 rəvayəti, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində rəvayət etmişdir. İbrahim ən-Nəxai, ibn Məsud (radiyallahu anh)'dan hədis eşitməmişdir. -Dəfələrlə keçdiyi üzərə-, 2 hədis xaric, İbrahim ən-Nəxai'nin mürsəlləri, səhihdir! Bu rəvayət isə, o müstəsna olan 2 hədisdən biri, deyildir.

Müəllif deyir:

Bu 2 hədis, şəhərdə evdə namaz qılanlar üçün, xaricdə oxunan azanın kifayət edəcəyini, açıqca göstərməkdədir. Heysəmi'nin, "İbrahim ən-Nəxai, ibn Məsud (radiyallahu anh)'dan hədis eşitməmişdir." kimi sözləri, Tahavi'nin, "Şərh-u Məani'l-Asar"ında ifadə etdiyi üzərə, əhəmiyyətli deyildir. O (yəni, imam Tahavi), belə deyir:

"İbrahim ən-Nəxai, Abdullah b. Məsud (radiyallahu anh)'dan mürsəl hədis rəvayət etdiyində, bunu:

~ öz nəzərində səhih olaraq təsbit etdiyində; və

~ Abdullahdan gələn rəvayətin mütəvatir olması halında etməkdədir.

Ə'məş, ona: "Mənə hədis rəvayət etdiyində, isnadını da söylə." dediyində, o, belə cavab verir:

"Sənə, Abdullah dediyimdə, bunu, ancaq, Abdullahdan bir topluluğun mənə nəql etməsi halında söyləyirəm. Buna müqabil olaraq, 'Filanın nəqlinə görə, Abdullah, belə dedi.' deyərsəm, hədisi mənə nəql edən, o filan kimsə olar."

İbrahim b. Mərzuq, bizə belə rəvayət etmiş və demişdir ki:

"Vehb və ya Bişr b. Ömər'in -şübhə edən, əbu Cəfər'dir- Şu'bə vasitəsilə nəqlinə görə, Ə'məş belə demişdir."

Deyirəm:

Bu hədisin raviləri, -İbrahim xaric- "Kütüb-ü Sittə" raviləridir. İbrahim'dən, sadəcə Nəsai rəvayət etmişdir.

---------------------------

---------------------------

607. Muhamməd'in,

əbu Hənifə ---> Hammad ---> İbrahim ən-Nəxai

isnadı ilə nəqlinə görə:

"ibn Məsud (radiyallahu anh), evində, əshabına azan oxumadan və iqamə gətirmədən imamlıq etmiş və: 'İmamın iqaməsi, qarşılayar (yəni, kifayət edər).' demişdir."

(imam) Muhamməd deyir:

"Bir kimsə, tək başına namaz qıldığında, biz, bu rəvayəti götürürük. Əgər camaat halında qılacaq olarlarsa, bizə ən sevimli olanı, azan oxuyub iqamə gətirmələridir. İqamə gətirib, azan oxumazsa, bunda bir beis yoxdur."

Bunu, Muhamməd, "əl-Asar"ında (s. 27) rəvayət etmiş; raviləri, mürsəl olmasına baxmayaraq, siqadırlar.

Bu hədis, şəhərdə evində namaz qılacaq kimsənin, azan oxumadan namazını qıla biləcəyini, açıqca göstərməkdədir.

(Təhanəvi, "İ'lau's-Sünən")

Read 4 times
In order to make a comment, please login or register