Evlənmək istədiyimiz qadına baxa bilərikmi?

5125- Aişə (radiyallahu anha)'dan belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) mənə dedi ki:.

"(Sən) yuxuda Mənə göstərildin. Mələk, sənin surətini, ipəkdən bir qumaş parçası üzərində gətirirdi. Mələk Mənə:

'Bu, sənin zövcəndir.' dedi.

Mən də, sənin üzün üzərindəki örtünü açdım. Örtünün altında sən olduğunu gördüm.

(Oyandıqdan sonra):

'Əgər bu, Allah tərəfindəndirsə, mütləq onu gerçəkləşdirəcəm.' dedim."

------------------------------------

------------------------------------

5126- Səhl b. Səd (radiyallahu anh) rəvayət edir ki, (bir dəfə), bir qadın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib dedi:

"Ey Allahın rəsulu! Gəlmişəm ki, özümü sənə hibə edim (bağışlayım)."

Peyğəmbər (sallallahu aleyhi və səlləm) diqqətlə baxıb onu başdan ayağa süzdü, sonra başını aşağı saldı. Qadın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir qərar vermədiyini görüb (bir kənarda) əyləşdi.

- (Bu vaxt) səhabələrdən biri ayağa qalxıb dedi:

"Ey Allahın rəsulu! Əgər istəmirsənsə, onu mənə ərə ver."

- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu:

"(Bu qadına mehr olaraq) bir şey verə bilərsənmi?

- Səhabə:

"Xeyr. And olsun ki, (nəsə verməyə imkanım yoxdur), ey Allahın rəsulu!"

- Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Get əhlinin yanına, bax gör bir şey tapa bilirsənmi?"

Səhabə çıxıb getdi.

- (Bir müddətdən) sonra, geri qayıdıb belə dedi:

"And olsun ki, mən, heç bir şey tapa bilmədim, ey Allahın rəsulu."

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Bax heç olmasa, dəmirdən bir üzük gətir."

Səhabə çıxıb getdi.

- (Bir müddətdən) sonra geri qayıdıb dedi:

"And olsun ki, ey Allahın rəsulu, mən heç dəmir üzük belə tapa bilmədim. Lakin bu, mənim izarımdır (qoy, yarısı onun olsun)."

Səhl deyir:

"-(O vaxt) bu adamın ridası (beldən yuxarısını örtən libası) yox idi-

- Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Sənin izarın, onun nəyinə lazımdır?! Əgər sən, onu geyinsən, bundan ona heç nə çatmayacaq, yox əgər o bunu geyinsə, onda, bundan sənə heç nə çatmayacaq."

(Bundan sonra) həmin adam (bir kənarda) oturdu və bir müddət keçdikdən sonra ayağa qalxdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun çıxıb getmək istədiyini gördükdə, yanına çağırtdırdı.

Səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəldiyində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), (ondan) soruşdu:

"Qurandan nə bilirsən?"

-Səhabə:

"Filan surəni, filan surəni və filan surəni bilirəm." - deyə, bu surələrin adlarını çəkdi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

هل تقرؤهن عن ظهر قلب؟

"Bunları əzbərdən oxuya bilərsənmi?"

- Səhabə:

"Bəli." deyə cavab verdi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Get. Əzbər bildiyin Quran surələri səbəbilə, səni bu qadına malik qıldım (onunla evləndirdim)."

--------------------------------

İzahı:

"Evlənmədən əvvəl qadına baxmaq"

Buxari, bunun caiz olmasını, bu başlıqda vermiş olduğu, 2 hədisdən (sarih və açıq ifadələrdən deyil) istinbat yolu ilə çıxarmışdır. Çünki bu xüsusda görülən açıqlamalar (sarahat/açıqlıq üçün ön görülən) şərti daşımamaqdadır.

Bununla birlikdə, bu xüsusda, bəzi hədislər varid olmuşdur. Bunların ən sarihi/açığı, əbu Hureyrə'nin rəvayət etdiyi bu hədisdir:

"Bir adam, ənsardan bir qadın ilə evləndiyini söyləyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

'Ona baxdınmı?' deyə soruşdu.

- Adam:

"Xeyr." deyə cavab verdi.

- Allah rəsulu:

'Get, ona bax. Çünki ənsarın gözündə bir şey var.' deyə buyurdu."

Hədisi, Muslim və Nəsai rəvayət etmişdir.

İmam Ğazzali, "İhya'u-Ulum'id-din" əsərində belə deyir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in 'bir şey' sözü ilə nə qəsd etdiyi haqqında, görüş ayrılığı vardır:

1. 'Bir növ göz qamaşması' olduğu söyləndiyi kimi;

2. 'Gözlərinin kiçik' olduğu da söylənmişdir."

Mən (Asqalani) isə, deyirəm:

İkinci xüsus, əbu Avanə'nin "əl-Mustaxrəc"ində yer alan bir rəvayətdə keçməkdədir. Dolayısı ilə, etimada dəyər olan da, odur.

---------------------------------

"...ipəkdən bir qumaş parçsası içərisində..."

• Cumhur, belə deyir:

"Evlənmək istəyənin, evlənmək istədiyinə baxmasında bir beis yoxdur. Yalnız üzü və əllərindən başqa bir yerinə baxa bilməz."

• Əvzai, belə deyir:

"Onu görməyə səy göstərər və övrəti xaric, görmək istədiyi yerlərə baxar."

• ibn Hazm deyir:

"Önünə də, arxasına da, baxar."

• Əhməd'dən isə, bu xüsusda 3 rəvayət gəlmişdir:

~ Birincisi: cumhurun dediyi kimidir;

~ İkincisi: əksəriyyətlə xaricdən görsənən yerlərinə baxar, şəklindədir;

• Yenə cumhurun dediyinə görə:

"Əgər onu görmək istəyərsə, ondan icazə almadan da ona baxması, caizdir."

• Malik'dən gələn bir rəvayətə görə isə:

"İcazə almaq, şərtdir, demişdir."

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari şərh Sahih əl-Buxari", 67-ci kitab: "Nigah", 35-ci bab: "Evlənmədən əvvəl (özü ilə evləniləcək olan) qadına baxmaq" babı)

---------------------------------

---------------------------------

Əlavə:

هل تقرؤهن عن ظهر قلب؟

"...Bunu əzbərindən deyə bilərsənmi?"

Hədis mətnində, insan yaddaşı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən,

"ظهر قلب"

"zahr-i qalbin" (yəni "qəlbin arxası") olaraq zikr edilmişdir.

Sözün açıqlaması üzərində, bir az durmaqda fayda görürük:

İnsanın mənəviyyatını, maddəsi ilə açıqlamaq səyləri göstərən müasir elm, insan yaddaşını, 1400 qramlıq möcüzə olan beynin fərqli bölgələrinə paylaşdırmaqdadır. Dəyəri milyon dollarla ölçülən beyin araşdırmalarını kiçik və ya xor görmək kimi məqsədimiz yoxdur. Sadəcə bir şeyi yalnış yerdə axtarmağın, onu əslində axtarmamaq ilə eyni dəyərdə olduğunu ifadə etmək istəyirik. Belə ki:

İnsan həyatı, fiziki bütünlüyü ilə qəyyum olduğu kimi, fiziki bütünlüyü də, mənəvi bütünlüyü ilə ayaqda durmaqdadır. Beynin fərqli qisimlərindəki hasarların, ya da xəstəliklərin arxasınca yaddaş geriləməsi, ya da yaddaşın itirilməsindən dolayı, yaddaşın yerinin beyin olduğunu söyləmək, bir radionun tranzistorlarından (elektrik siqnallarını gücləndirmək, idarə etmək və generasiya etmək üçün üçelektrodlu yarımkeçirici cihazlarından) birini söküb, əlaqəli kanal üzərinə gətirdiyimizdə, radiodan səs gəlməməsi ilə

"radio yayım yeri, tranzistorlardır və bu tranzistorlar, radionun beyninin ön və arxa tərəflərində mövcuddur"

deməyə bərabərdir. Halbuki radionun tranzistorları, radionun hər hansı bir maddəsi olmayan yayımı ala bilməsi üçün, lazım gələn bir bütün bağlantı nöqtəsidir. O nöqtənin, ya da nöqtələrin hasar alması ilə, yayıma bir hasar gəlməz.

Beynimiz də, sanki minlərlə "hiss yayımları"nın yaşadığımız dünyaya adaptasiya ola bilmək üçün, bağlantı nöqtələrini özündə ehtiva edən fərqli rəngdə bilbordlar kimidir.

Mənəvi hərəkətliliyimiz, beynimizin bölgələrində rənglərə bürünür. Beyin, sadəcə göstəricidir. Mənəviyyatın isə, qaynağı deyil. O, mənəviyyatımızın yaşadığımız dünyaya adaptasiya ola bilməsi üçün, bağlantı nöqtələrini öz içində ehtiva edir və göstərir.

İnsan, kədərli və hüzünlü ikən, unutqanlaşır. Stresli, gərgin ikən, zehninin yaddaş uzantıları, çətinləşir. Kədər, gərginlik, stress, (mənəvi) qəlbin boğulmasından qaynaqlanır. Nəticədə, deyə bilərik ki, qəlb ilə yaddaş arasında, yaxın bir münasibət olsa, gərəkdir.

İnsana dair bütüncül və geniş təhlillər verən Ustad Nursi (rahmətullahi aleyh), bu hədisin ifadəsi olan "zahr-i qalb"dən "Şualar" əsərində bəhs etməkdədir. Yəni yaddaş, "qəlbin arxasıdır, onun minik yeridir."

Read 2 times
In order to make a comment, please login or register