Evlənmək vacibdirmi? -1

Alqamədən belə rəvayət edilir:

Mina'da, Abdullah (ibn Məsud) ilə bərabər gedirdik. Osman (radiyallahu anh), onunla qarşılaşdı. Onunla danışmağa başladı. Osman ona:

"Ey əbu Abdu'r-Rahmən! Biz səni gənc bir qız ilə evləndirməyəkmi? Bəlkə o, sənə, keçmiş zamanından bir qismini xatırladar." dedi.

Abdullah (ibn Məsud):

Madam ki, sən, belə deyirsən, (mən də sənə deyirəm ki), Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə belə demişdi:

"Ey gənclər topluluğu! Sizdən evlənə biləcək gücü olanlar, evlənsin. Çünki o, gözü, haramdan qoruyar və fərc (cinsiyyət orqanı) üçün də, yaxşı bir qoruyucudur. Ancaq kimin də gücü çatmazsa, oruc tutsun. Çünki oruc, onu (şəhvəti) kəsər."

----------------------------------

Şərhi:

Bu hədisi:

• Buxari, hədis no: 1905, 5065;

• əbu Davud, hədis no: 2046;

• Tirmizi, hədis no: 1081;

• ibn Macə, hədis no: 1845;

• Nəsai, hədis no: 2239, 2240, 2241, 3207, 3208, 3211

də rəvayət etmişlərdir.

---------------------------------

"Ey gənclər topluluğu... Çünki onu kəsər..."

buyuruğu ilə bağlı olaraq, dil alimləri belə demişlərdir:

"Ma'şər": hər hansı bir ortaq özəlliyi olan kütlə deməkdir. Buna görə:

• gənclər, bir ma'şər;

• yaşlılar, bir ma'şər;

• nəbilər, bir ma'şər;

• qadınlar, bir ma'şərdir.

Və bənzərləri də, belədir.

"Şəbab": gənclər deməkdir (şabb'ın cəm halıdır). "Şubban" və "şəbəbə" deyə cəm halda da söylənilir. Bizim məzhəb (Şafi məzhəbi) alimlərinə görə, "şabb":

"büluğ çağına varmış olub 30 yaşını keçməmiş olan kimsə"yə deyilir.

-----------------------------

"Əlbaə":

Bunun lüğətdəki əsl mənası, "cima" demək olub, "qonaqlanılan yer" demək olan "əlməbaə"dən meydana gəlmişdir. "Məbəətu'l-ibil" də burdan gəlməkdə olub: "dəvələrin qaldıqları yer" mənasındadır. Daha sonralar, nigah əqdinə də, "baəh" deyilməyə başladı. Çünki bir qadın ilə evlənən şəxs, ona qonaqlayıb qalacağı bir yer verir.

Elm adamları burda bəhsi edilən "əlbaə" ilə nə qəsd edildiyi xüsusunda, fərqli 2 görüş iləri sürmüşlərdir ki, hər ikisi də, nəticədə eyni mənaya gəlir.

Bu 2 görüşün daha səhih olanına görə, burda qəsd edilən, "əlbaə"nin lüğət mənası olan "cima"nın özüdür. Buna görə, hədisin təqdiri belə olur:

"Aranızdan hər kim nigahın mükəlləfiyyətlərinə, külfət və məsrəflərinə güc yetirə bilib cima edə biləcək haldadırsa, evlənsin.

Ancaq nigahın mükəlləfiyyətlərini qarşılamaqdan aciz qaldığı üçün cima edə bilməyəcək bir halda olan kimsələr isə, oruc tutsun. Beləliklə, şəhvətini gerilətsin və (xayaları) burmağın, məninin şərrini kəsdiyi kimi; o da, bu yolla (orucla) mənisinin şərrini kəssin."

Bu görüşə görə, xitab, qadınları arzuladıqları və əksəriyyətlə bundan özlərini qurtara bilmədikləri qəbul edilən gənclərədir.

• İkinci görüşə görə isə, burda "əlbaə": "evlənməkdən" məqsəd, nigahın məsrəf və mükəlləfiyyətləridir. Ona, onun ayrılmaz tərəfi olan şeyin adı verilmiş olmaqdadır. Hədisin təqdiri də, budur:

"Aranızdan nigahın məsrəf və külfətlərini qarşılaya biləcək olan kimsələr, evlənsin. Buna gücü çatmayan kimsələr isə, şəhvətini gerilətmək üçün oruc tutsun."

Bu qənaəti müdafiə edənləri, bu görüşü ortaya qoymağa sövq edən səbəb, onların bu izahlarıdır:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"...gücü çatmayan da, oruc tutsun..." buyuruğu, bu deməkdir:

"Cima etməkdən aciz olan kimsə isə, şəhvətini gerilətmək üçün oruca ehtiyac hiss etməz. O halda, burda keçən 'əlbaə' kəliməsini: 'evlənmənin məsrəfləri' şəklində təvil etmək lazımdır."

Birinci görüşü müdafiə edənlər isə, az əvvəl birinci görüşdə açıqladığımız şəkildə cavab verirlər. O da, budur:

Hədis:

"Cimaya ehtiyacı olmaqla birlikdə, məsrəflərini qarşılaya bilməkdiklərindən dolayı, cima edə bilməyəcək halda olanlar, oruc tutsunlar."

təqdirindədir. Allah, ən doğru biləndir.

----------------------------------

"Vica": "xayaları sıxmaq (əzmək)" deməkdir (burmaq).

Burda məqsəd isə: orucun şəhvəti kəsdiyi və məninin şərrini eynilə burmaq nəticəsində olduğu kimi kəsməsidir.

Bu hədis ilə, gücü çatan və cimanı arzulayan kimsələrə, nigahlanma (evlənmə) əmri verilməkdədir. Bu xüsusda icma vardır.

Ancaq bizə görə və ümumi olaraq bütün elm adamlarına görə, burdakı əmr, icab (vücub, vaciblik, fərziyyət) deyil; məndubluq ifadə edən bir əmrdir.

Dolayısı ilə, istər zinaya düşməkdən qorxsun, istər qorxmasın, evlənmək də, cariyə almaq da, gərəkli deyildir. Ümumi olaraq, elm adamlarının qəbul etdiyi görüş, budur.

Davud ilə ona müvafiq olan Zahiri məzhəbi alimləri ilə imam Əhməddən gələn bir rəvayət xaricində, (bu haldakı kimsələr üçün), evlənməyi fərz qılan kimsə olduğunu bilmirik. Bu müxalif qənaətdə olanlar deyirlər ki:

"Zinaya düşməkdən qorxan bir kimsənin evlənməsi, ya da cariyə alması lazımdır."

Yenə bunlar deyirlər ki:

"Belə bir əqd, ona ömürdə sadəcə bir dəfə lazımdır."

Hətta bəziləri, zinaya düşmə təhlükəsini də, şərt qoşmamışlardır.

Zahiri məzhəbi alimləri deyirlər ki:

"Ona lazım olan, sadəcə evlənməkdir. Cinsi münasibət qurmaq mükəlləfiyyəti yoxdur."

Onlar, bu görüşlərini ortaya atarkən, bu hədislə birlikdə daha başqa hədisləri də, Quranın buyruqlarını da dəlil olaraq göstərirlər. Uca Allah:

"Sizin üçün halal olan qadınları...nigahlayın." (Nisə/3)

buyurmaqdadır. Ayrıca, başqa ayətlər də, buna dəlildir.

Cumhur isə, uca Allahın:

"Sizin üçün halal olan qadınları...nigahlayın...ya da cariyələr ilə kifayətlənin..." (Nisə/3) ayəti haqqında belə deyirlər:

"Uca Allah, bu halda olan bir kimsəni, nigahlanmaq ilə cariyə əldə etmək arasında sərbəst buraxmışdır.

İmam Mazəri dedi ki:

Bu, cumhurun lehinə bir dəlildir. Çünki şanı uca olan Allah, kişini, ittifaqla, nigahlanmaq və cariyə almaq arasında sərbəst buraxmışdır. Əgər nigah vacib olsaydı, kişini nigahlanmaq ilə cariyə almaqdan birini seçməkdə sərbəst buraxmazdı. Çünki üsul alimlərinə görə, vacib olanla olmayan arasında, insanı istədiyini seçməkdə sərbəst buraxmaq, doğru deyildir. Çünki bu, vacibin həqiqətini ortadan qaldırmaq və vacibi tərk edənin günahkar olmaması nəticəsinə götürür."

-------------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Sünnətimdən üz çevirən, Məndən deyildir."

hədisi də, bu deməkdir:

"Hər kim, Mənim sünnətimdən, onun həqiqi halından fərqli olduğuna inanaraq üz çevirəcək olarsa, Məndən deyildir."

mənasındadır. Allah, ən doğru biləndir.

-----------------------------

"Evlənməkmi, evlənməməkmi daha fəzilətlidir?"

məsələsinə gəlincə, məzhəb alimlərimiz (Şafilər), belə deyirlər:

İnsanlar, bu xüsusda, 4 qisimdirlər:

• Bir qisminin canı, bunu çoxca arzulayır və bunun üçün gərəkli olan məsrəf və imkanı da tapır. Bunların evlənmələri, Müstəhəbdir.

• İkinci qismin evlənmə arzusu da yoxdur, bunun üçün gərəkli olan imkanı da mövcud deyil. Beləsi üçün evlənmək, Məkruhdur.

• Üçüncü qismin isə, canı nigahı arzulamaqla birlikdə, gərəkli olan imkanı da tapa bilmir. Belələrinin evlənmələri, Məkruhdur. Bu kimi şəxslərin, arzularını gerilətmələri üçün oruc tutmaqları əmr olunur.

• Bir digər qismin isə, məsrəfləri qarşılama imkanı da yoxdur, canı da arzulamamaqdadır. Şafi'nin və məzhəb alimlərimizin əksəriyyətinə görə, belə biri üçün evlənməyib özünü ibadətə verməsi, daha fəzilətlidir. Ancaq evlənməsinin məkruh olduğu deyilə bilməz, lakin onu tərk etməsi, daha fəzilətlidir.

Əbu Hənifə, Şafi məzhəbinin bəzi alimləri ilə Maliki məzhəbinə mənsub bəzi elm adamlarının qənaətinə görə, belə biri üçün nigah, daha fəzilətlidir. Allah, ən gözəl biləndir.

--------------------------------

"Osman b. Affan, Abdullah ibn Məsuda:

'Səni gənc bir cariyə ilə evləndirməyəkmi?' Bəlkə o, sənə, keçmiş zamanından bir qismini xatırladar.' dedi."

Bu ifadədə, belə bir dostun,

-bu özəllikdə bir xanımı olmayan və belə bir zövcə ilə -az əvvəl açıqlandığı üzərə- evlənə biləcək bir haldakı dostuna-

bu təklifi etməsinin, Müstəhəb olduğu da başa düşülməkdədir. Çünki nigahdan güdülən məqsədləri reallaşdırmağın vəsiləsi, odur. Çünki:

• belə bir zövcə ilə birlikdə olmağın zövqü, daha çoxdur;

• nigahın məqsədi olan faydalanma arzusu, istəyi, daha iləridir;

• onunla bərabərlik, daha gözəldir;

• danışığı, daha şirindir;

• görünüşü, daha gözəl;

• toxunuşu, daha yumşaqdır;

• ərinin razı olacağı təbiətə, beləsini alışdırmaq, daha asandır.

(Haşiyə: imam Nəvəvi də, evlənməyən alimlərdəndir.)

(Nəvəvi, "əl-Minhac", Nigah kitabı, 1-ci bab: "Nigah arzusu güclü olub, nigah məsrəflərini qarşılaya biləcək halda olanlar üçün, nigahın müstəhəb olması; və onun məsrəflərini qarşılaya bilməyəcək halda olanların, orucla məşğul olacaqları babı", hədis no: 3384)

Read 13 times
In order to make a comment, please login or register