Evlənmək vacibdirmi? -2

Alqamə'dən belə rəvayət edilir:

Mina'da, Abdullah ibn Məsud ilə birlikdə gedirdik. Qarşısına Osman (b. Affan) çıxdı və Abdullah ilə təklikdə danışmaq istədi. Abdullah (özünə) Osmanın bir ehtiyacı olmadığına anlayınca, mənə (xitabən):

"Ey Alqamə! Sən də gəl." dedi. Mən də (yanlarına) vardım. Osman ona:

"Ey əbu Abdu'r-Rahmən! Səni bakirə bir qızla evləndirməyəkmi? Olar ki, nəfsindən itirdiyin bəzi şeylər, sənə geri qayıdar."

Bunun üzərinə (ibn Məsud):

"Sən, belə dedinsə də, mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i:

'Sizdən kimin evlənməyə gücü çatırsa, evlənsin. Çünki evlilik, gözü (haramdan) daha çox qoruyucu; fərci daha çox mühafizə edicidir.

Sizdən kimin gücü çatmırsa, o da oruca davam etsin. Çünki oruc, onun üçün, xayalarını kəsmək (kimi)'dir.'

buyurarkən, eşitdim." dedi.

---------------------------------

İzahı:

Hədisin ifadəsinə görə, Alqamə, Mina'da, Abdullah ibn Məsud (radiyallahu anh) ilə gedərkən, qarşılarına Osman b. Affan (radiyallahu anh) çıxmış və O, ibn Məsudun pərişan halını görüncə, subaylığından bu hala düşdüyünə hökm etmiş olsa gərəkdir ki, Ona evlənməsini təklif etmək məqsədilə, özü ilə təklikdə danışmaq istədiyini söyləmişdir. İbn Məsud da, Onun bu təklifini qəbul etmişdir. İbn Məsud, Osmanla bir az danışdıqdan sonra, Onun özü ilə xüsusi olaraq daha artıq danışmağa ehtiyacı olmadığını başa düşüncə, bir az iləridə gözləməkdə olan Alqamə'ni də yanlarını çağırmışdır. Alqamə onların yanına vardığı sırada, Osman (radiyallahu anh), danışmağına davam edərək, ibn Məsudə bakirə bir qızla evlənməsinin çox uyğun olacağını söyləmişdir. Sözlərini bitirincə, ibn Məsud da ona, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu mövzudakı sözlərini nəql etmişdir.

Buxari'nin rəvayətinə görə, Osman (radiyallahu anh), ibn Məsuda evlənməsini təklif etdiyi sırada, yanlarında Alqamə olmamışdır. Alqamə yanlarına gəlincə, sadəcə ibn Məsud, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hədisini nəql etmişdir.

Əslində bu 2 rəvayətin arasında, hər hansı bir ziddiyyət yoxdur. Çünki Osman (radiyallahu anh), ibn Məsuda etdiyi evlənmə təklifini, Alqamə yanlarına gəldikdən sonra da təkrarlamış ola bilər.

İbn Məsudun Osman (radiyallahu anh)'a verdiyi cavab, 2 mənaya gələ bilər:

1. "Sən, doğru söyləyirsən, zatən Nəbi (sallallahu aleyhi və səlləm) də, bizləri evlənməyə təşviq etmişdi." mənasına gələ bilər.

2. "Sən, belə deyirsən, ancaq evlənmə təklifi, cavanlara edilməlidir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), gəncləri evlənməyə təşviq edərdi. Lakin Mənim, evlənməyə ehtiyacım yoxdur." mənasına gəlir.

-------------------------------

Mətndə keçən "əl-baə":

Əslində, "qonaqlamaq yeri" mənasına gələn "əl-mubaətu" kökündən meydana gəlmiş olan bu kəlimə, "cinsi münasibət" mənasına gəlməkdədir. Daha sonra, evlənən bir kişi, ailəsinə bir qonaq təmin edəcəyindən dolayı, bu kəlimə, "nigah" mənasında istifadə edilmişdir.

Hədisdəki "əl-baə" kəliməsilə nə qəsd edildiyi, alimlər arasında mübahisəlidir:

• Bəzilərinə görə, bundan murad olunan: "nikah məsrəfləri";

• Bəzilərinə görə də: "cinsi arzu və qüdrət"dir.

Ümumilikdə, alimlər, ikinci görüşü daha isabətli görmüşlərdir.

Bununla bərabər, nəticə etibarı ilə, 2 görüş arasında, köklü bir ayrılıq yoxdur. Nəticələri eynidir. Cümlənin mənasını, bu hədisə istinadən, bu şəkildə ifadə etmək mümkündür:

"Ey gənclər! Sizdən kim evlənmək məsrəflərinə və cimaya gücü çatırsa, evlənsin. Maliyyə imkanı olmadığı üçün evlənə bilməyən də, oruc tutsun. Bu surətlə, sanki xayalar çıxarılmış kimi, şəhvət qırılmış olar."

-------------------------------

Bəzi hökmlər:

1. Bir kimsənin, evlənməsində fayda gördüyü bir dostunu evlənməyə təşviq etməsi, Müstəhəbdir.

2. Kişinin, evlənməsi üçün bakirə bir xanımı tərcih etməsi, Müstəhəbdir. Çünki bakirə ilə evlənmək, nikahın qayəsinə daha uyğundur.

3. Cinsi qüdrətə sahib olduğu halda, evlənmə məsrəflərini təmin etməkdən aciz olan kimsənin, evlənməyi tərk edib oruca davam etməsi lazımdır.

4. Nəfsi, özünü evlənməyə məcbur edən və evlənmə məsrəflərinə də gücü çatan kimsənin, dərhal evlənməsi, Müstəhəbdir.

Alimlərin əksəriyyəti, bu görüşdədirlər. Ancaq Zahiri məzhəbi alimləri, Kitab və Sünnətdə gələn bu mövzu ilə bağlı əmrlərin zahirinə baxaraq, bu halda olan bir kimsənin evlənməsinin Fərz olduğunu söyləmişlərsə də:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), evlənməyi, fərzlər arasında saymamışdır. Ayrıca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), nikahı: 'Mənim sünnətimdir.' deyə vəsf etmişdir. Bunlar, nikahın fərz olmayıb sünnət olduğunu ifadə edirlər. Səhabədən bəzilərinin subay yaşamaqları da, bunu göstərir."

deyilərək, Zahiriyyə məzhəbi alimlərinin görüşləri rədd edilmişdir.

Alimlərin böyük əksəriyyətinə görə, "evlənməyin şəri hökmü", insanın, içində olduğu şərtlərə görə fərqlilik ərz edir. Belə ki:

a. Şəhəvi arzularının qələbəsi səbəbilə, evlənmədiyi təqdirdə zinaya düşəcəyinə qətiyyətlə inanan bir kimsənin evlənməsi, Fərz'dir.

b. Evlənmədiyi təqdirdə, zinaya düşəcəyindən qorxan, özünü harama baxmaqdan və ya istimna (yəni əllə tətmin) yoluna baş vurmaqdan özünü uzaq tuta bilməyən kimsənin evlənməsi isə, vacibdir.

c. Zinadan, fərz və ya sünnətləri tərk etmə kimi təhlükələrdən əmin olduğu halda, eyni zamanda evlənmək məsrəflərini təmin edə bilən və cinsi qüdrətə sahib olan bir kimsənin evlənməsi isə, Müəkkəd Sünnət (qüvvətli sünnət, Peyğəmbərin davamlı olaraq etdiyi, çox az tərk etdiyi sünnət)'dir.

d. İfrat bir cinsi arzuya sahib olmadığı üçün, zinaya düşmək təhlükəsi olmayan, nikah sünnətini işləmək kimi bir niyyəti də olmayan, lakin sadəcə cinsi arzusunu təmin etmək istəyən bir şəxsin evlənməsi isə, Mübah'dır (dini cəhətdən, edilməsi və ya edilməməsi, caiz olan şeylər. Yəni nə edilməsində, nə də edilməməsində günah vardır.) Bu məqsədlə etdiyi evlilikdən dolayı, savab da qazanar. Çünki şəhəvi arzusunu, məşru (şəriətin icazə verdiyi) yoldan tətmin etməkdədir.

e. Evləndiyi təqdirdə, ailə hüququna (qadının nəfəqəsini və nəfsini tətmin kimi) riayət edə bilməyəcəyini, QƏTİYYƏTLƏ BİLƏN bir şəxsin evlənməsi, Haram'dır.

f. Ailə hüququna riayət edə bilməyəcəyindən QORXAN bir kimsənin evlənməsi isə, Məkruh'dur.

İbn Qudamə (əl-Hənbəli)'nin bəyanına görə, nikah yönündən, insanları 3 sinfə ayırmaq mümkündür:

a. Alimlərin hamısı da, evlənmədiyi təqdirdə, harama düşəcəyindən qorxan kimsənin, evlənməsinin Fərz olduğunu söyləmişlərdir.

b. Özü şəhvətli olduğu halda, zinaya düşmə təhlükəsindən əmin olan kimsənin evlənməsi isə, Müstəhəb'dir. Çünki evlənmək, özünü nafilə ibadətə vermək üçün, uzlətə (yalnızlığa) çəkilməkdən, daha fəzilətlidir. Hənəfi üləması da, bu görüşdədirlər. Səhabələrin də bu görüşdə olduqları anlaşılmaqdadır. Belə ki:

• Səhabənin iləri gələnlərindən biri olan Abdullah ibn Məsud (radiyallahu anh):

"Ölümümə 10 gün qaldığını bilmiş olsam və özümdə də evlənməyə güc olsa, fitnəyə düşmə təhlükəsindən qurtulmaq üçün evlənərdim." demişdir.

• ibn Abbas da, Səid b. Cubeyr'ə xitabən:

"Evlən, çünki bu ümmətin ən xeyirliləri, zövcələri ən çox olanlarıdır." buyurmuşdur.

• Əhməd b. Hənbəl də:

"Subaylıq, İslamdan deyildir. Kim insanları evlənməməyə çağırırsa, qeyr-i İslami bir yola çağırır deməkdir. Evlənən kimsənin işi, tamamlanmış olar." demişdir. (Haşiyə)

(Haşiyə:

İmam Əhməd, 40 yaşında evlənmişdir.)

• İmam Şafi isə, bu mövzuda, bunları deyir:

"İnsanın nafilə ibadət məqsədilə uzlətə çəkilməsi, evlənməsindən daha fəzilətlidir. Çünki Allah Taala, Quranda, Yəhya (əleyhissəlam)'ı:

...وَسَيِّدًا وَحَصُورً...

"...seyyid (ağa) və nəfsinə hakim..." sözlərilə tərifləmişdir.

Bilindiyi kimi, "nəfsinə hakim" deyə tərcümə edilən "hasuran" kəliməsi:

"cinsi gücü yerində olduğu halda, qadınlara yaxınlaşmayan kimsə" deməkdir.

Əgər evlənmək, özünü ibadətə verməkdən daha fəzilətli olsa idi, Allah Taala, nikahı tərk etdiyi üçün, Yəhya (əleyhissəlam)'ı, Quranda tərifləməzdi.

Ayrıca, Quranda:

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَ‌ٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَـٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَـٰمِ وَٱلْحَرْثِ...

"Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək, insanların gözünə gözəl göstərilmişdir..." (Al-i İmran/14) ayətində, nikahı sadəcə xarici yönü ilə cazib gələn dünyalıqlar arasında zikr etməsi də, bunu göstərir. Çünki nikah, alış-veriş kimi əqddən ibarət bir muamələdir. Nafilə ibadətdən daha fəzilətlidir demək, mümkün deyildir." (İbn Qudamə, "əl-Muğni", Vl, s. 446-447)

Nikahın, tamamilə özünü ibadətə verməkdən daha fəzilətli olduğunu müdafiə edən cumhur alimlərin dəlili isə:

"Hər kim Mənim sünnətimdən üz çevirərsə, Məndən deyildir." hədisidir. (Muslim, Nikah/1)

Ənəs (radiyallahu anh), bu mövzuda, bunları deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizi hər vaxt nikaha təşviq edər, ibadət üçün uzlətə çəkilməkdən əngəlləyər və:

'Ərini sevən və doğan qadınlarla evlənin. Çünki Mən, qiyamət günündə, digər ümmətlərə qarşı, sizin çoxluğunuzla iftixar edəcəyəm.' buyurardı. (Heysəmi, "Məcma'z-Zəvaid", lV, 252; Beyhaqi, "əs-Sunənu'l-Kubra", Vll, 81)

Bu sözlər, nikahı fərz dərəcəsinə yaxınlaşdıran təşviqlərdir. (İbn Qudamə, "əl-Muğni", Vl, 447)

c. İbn Qudamə'nin ayırdığı qisimlərə görə, üçüncü qrupu: "cinsi arzu və qüdrəti olmayan kimsələr" təşkil edir. Hər nə qədər evlənməyə təşviq edən hədislərin ümumi məna muhtəvasına girəcəkləri düşünülərək, bu şəxslərin də evlənmələrinin müstəhəb olduğu söylənilirsə də, bu kimsələr üçün ibadətlə məşğul olmağın, evlənməkdən daha fəzilətli olduğu, şübhəsizdir. Çünki belə bir kimsənin evlənməsinin:

• nikahdan gözlənilən nəticəni verə bilməyəcəyi; və

• ailəsi yönündən özünə bəzi zərərlər gətirəcəyi;

bundan dolayı, nikahı təşviq edən xəbərlərin, bu kimi şəhvətsiz kimsələr üçün olmayıb şəhvətli kimsələrlə bağlı olduğu, söylənə bilər. (İbn Qudamə, "əl-Muğni", Vl, 448)

5. İmam Xattabi, bu hədisi dəlil gətirərək, şəhvəti ortadan qaldırmaq üçün dərman istifadə etməyin caiz olduğunu söyləmişdir. Ancaq bu dərman, şəhvəti tamamilə ortadan qaldıracaq şəkildə olmayıb, sadəcə onu xəfiflədəcək dərəcədə olmasına, diqqət edilməlidir. Çünki, iləridə evlənmək imkanı tapdığı zaman, peşman ola bilər.

Şafi üləmasının bəyanına görə, şəhvəti qırmaq üçün kafur bitkisindən istifadə etmək, caiz deyildir.

Malikilərdən bəziləri, bu hədisi dəlil gətirərək, istimnanın (əllə boşalmağın) haram olduğunu söyləmişlərdir.

Hənəfi və Hənbəli alimlərindən bəziləri də, zinaya düşmək təhlükəsilə qarşılaşıb şəhvətini qırmaqdan aciz qalan bir kimsənin, şəhvətini qırmaq üçün, başqa bir çarəsi qalmadığı zaman, istimna etməyin caiz olduğunu söyləmişlərdir. Bu görüşdə olan Hənəfi üləması:

"2 fəsadla qarşılaşma halında, bunların daha xəfif olanı tərcih edilir." qaydasına istinad etməkdədirlər. İstimna'nın, istənilən halda haram olduğu görüşündə olanlar:

• Şafilər;

• Malikilər

isə:

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ • إِلَّا عَلَىٰٓ أَزْوَ‌ٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ • فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَ‌ٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ

"O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyarlar, zövcələri, yaxud sahib olduqları (cariyələr) xaric, (bunlarla) münasibətlərindən dolayı da, qınanmazlar. Bundan artığına can atanlar isə, həddi aşanlardır." (Mu'minin/5-7) ayətini dəlil gətirirlər. (S. Sabiq, "əl-Fiqhu's-Sünnə", ll, 367-368)

Bundan dolayı, harama düşmək təhlükəsinin açıq olduğu yerdə, istimnanın halal olduğu görüşü, zəif bir görüşdür. (Cəziri, "əl-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa", V, 152)

6. Oruc, şəhvəti kəsər.

7. Gözü haramdan qoruyacaq, iffət və fərcin mühafizəsinə faydalı olacaq yollara baş vurmaq, təşviq edilmişdir.

 

(Əbu Davud, Sünən tərcümə və şərhi, 12-ci kitab: "Kitabu'n-Nikah", 1-ci bab: "Nikaha təşviq" babı, hədis no: 2046)

Read 38 times
In order to make a comment, please login or register