Evlənmək vacibdirmi? -3
Alqamə'dən belə rəvayət edilir:
Abdullah ibn Məsud ilə bərabər idim. Mina'da, onunla (ibn Məsudla) Osman (ibn Affan) qarşılaşdı və:
"Ey əbu Abdur'r-Rahmən! Sənə ehtiyacım var."
dedi. Sonra bir-birilərilə təklikdə qaldılar. Osman:
"Ey əbu Abdu'r-Rahmən! Səni, o bildiyin gənclik illərini sənə xatırladacaq bakirə bir qızla evləndirməyə nə deyirsən?" dedi.
Abdullah, özünün belə bir şeyə ehtiyacı olmadığını görüncə, mənə işarət edərək:
"Ey Alqamə!" dedi. Mən də onun yanına vardığımda, (Osmana bunları deməkdə idi):
"Sən (Osman) madam ki, belə deyirsən, and olsun, Nəbi (sallallahu aleyhi və səlləm), bizə də belə demişdi:
"Ey gənclər topluluğu! Sizdən evlənə bilən kimsə evlənsin. Evlənməyə gücü çatmayan kimsə isə, oruc tutsun. Çünki oruc tutmaq, oruc tutan kimsə üçün, şəhvəti qıran bir şeydir."
----------------------------------
İzahı:
"Ey əbu Abdu'r-Rahmən! dedi..."
Əbu Abdu'r-Rahmən, Abdullah ibn Məsud'un künyəsidir.
-------------------------
"Osman: ey əbu Abdu'r-Rahmən! Səni, o bildiyin gənclik illərini sənə xatırladacaq bakirə bir qızla evləndirməyə nə deyirsən?"
Möhtəmələn, Osman, onun çətinlik içində olduğunu, görünüşünün (hal cəhətdən) çox da yaxşı olmadığını görüncə, bunu, özünü rəfah içində yaşadacaq bir zövcəsinin mövcud olmadığı (şəklində) başa düşdü.
Bundan, bu nəticə çıxmaqdadır:
Gənc bir zövcə ilə birlikdə olmaq, belə (gənc) olmayanın əksinə, insanın gücünü artırır. Çünki belə (gənc) olmayanla birlikdə olanın halı, bunun tam əksinədir.
---------------------------
"Ey gənclər topluluğu!"
Topluluq (mənası verilən: mə'şər), hər hansı bir ortaq özəlliyi olan kütləyə deyilir. Gənclər (əş-şəbab) də, "şabb" sözünün cəm halıdır. Eyni şəkildə, bu kəlimə, "şəbəbə" və "şubban" deyə cəm halında da istifadə edilir. Bu da, büluğ çağından etibarən 30 yaşını tamamlayan kimsələrə verilən addır.
Nəvəvi belə deyir:
Elm adamları, burda keçən (və tərcümədə: "evlənmək" deyə mənalandırılan) "əl-baə" ləfzi ilə, nəyin qəsd edildiyi xüsusunda, hər ikisi də bir mənaya gətirilən 2 açıqlama vermişlərdir. Bu 2 açıqlamanın ən səhih olanına görə, məqsəd:
Ləfzin lüğət mənası olub, cima deməkdir. İfadənin təqdiri də belədir:
"Sizdən hər hansı bir kimsə, nigahın mükəlləfiyyətlərini qaldıra biləcəyi üçün, cima edə biləcəksə, evlənsin. Belə bir mükəlləfiyyəti qarşılamaqdan aciz olduğundan ötürü, cimaya gücü çatmayan kimsə də, şəhvətini önləyəcək və mənisinin şərrindən qoruyacaq oruc tutsun."
Bu görüşə görə, xitab, qadınlara arzu və istək duyma ehtimalı olan və əksəriyyətlə, bundan özlərini qurtara bilməyən gənclərədir.
İkinci görüşə görə, burda "əl-baə"dən məqsəd:
nigahlanıb evlənmənin gərəkdirdiyi bəzi mükəlləfiyyətlərdir. İfadənin təqdiri də belədir:
"Sizdən nigahın mükəlləfiyyətlərini (mehr və s.) daşıya biləcək olanlar, evlənsin; daşıya bilməyənlər də, şəhvətini ortadan qaldırmaq üçün, oruc tutsun."
Bu görüşü mənimsəyənlərin bu yöndə görüş bildirmələrinin səbəbi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:
"Gücü çatmayan da, oruc tutsun." deyə buyurmuş olmasıdır.
Bunlar deyirlər ki:
"Cima etməkdən aciz olan bir kimsənin isə, şəhvətini əngəlləmək üçün oruc tutmağa ehtiyacı yoxdur. O halda, burdakı "əl-baə"nin (mehr və bu kimi) evlənmənin mükəlləfiyyətləri olaraq təvil edilməsi gərəkdir.
Ancaq birinci görüşün sahibləri, bəhsi keçən birinci təqdiri mənanı verərək, bunlardan ayrılmaqdadırlar."
(Nəvəvi'nin sözü burda bitir.)
------------------------------
Elm adamları, evlilik cəhətdən kişi haqqında fərqli halların bəhs mövzusu olduğunu bildirmişlərdir:
• Evlənmək istəyi olub, evliliyin külfətlərinin altından qalxa bilən və (evlənmədiyi təqdirdə) haram düşməkdən qorxan kimsə.
Belə birinin evliliyi, bütün elm adamlarına görə məndubdur.
Hənbəli'lərdən gələn bir rəvayətdə, vacib olduğu əlavəsi də vardır.
Qurtubi belə deyir:
"Evlənmə gücü olmaqla birlikdə, özünə və dininə, subaylığı dolayısı ilə zərər gəlməsindən qorxan və bu zərəri ancaq evliliklə ortadan qaldıra biləcəyini düşünən bir kimsənin evliliyinin vacib olduğu xüsusunda, görüş ayrılığı yoxdur."
İbn Daqiqi'l-İd deyir:
"Bəzi fəqihlər, nigahın 5 ayrı hökmünün olduğunu bildirmişlərdir və vücubun (vacibliyin), günaha düşməkdən qorxub evlənməyə gücü çatan, cariyə əldə etməsi imkanı da olmayan kimsə haqqında bəhs mövzusu olduğunu söyləmişlərdir."
Qurtubi də, öz (Maliki) məzhəbinə mənsub elm adamlarından birindən, beləcə bu görüşü nəql etmişdir. Bəhs mövzusu bu elm adamı, əl-Mazəri olub belə deməkdədir:
✓ Vücub (vaciblik):
ancaq evlənməklə özünü zinadan uzaq tuta biləcək kimsə haqqındadır.
(Yəni evlənmək, bu şəxslərə vacibdir.)
✓ Haramlıq isə:
• cinsi münasibətdə olmaq və nəfəqəsini təmin etmək cəhətindən, zövcəsinin haqqını yerinə gətirə bilməyəcək; bununla birlikdə,
• evlənməyə gücü olmayıb ona da ayrıca bir arzu və istək hiss etməyən
kimsələr üçün bəhs mövzusudur.
(Yəni evlənmək, bu şəxslərə haramdır.)
✓ Kərahət isə:
Bu halda (yəni evlənməyə maddi imkanı olmayıb, ayrıca arzu və istək də hiss etmir) olmaqla birlikdə, zövcəyə zərər verməmək halında bəhs mövzusudur. Əgər evlənməklə birlikdə, ibadət ya da elmlə məşğul olmaq kimi itaət olan bəzi fellərdən uzaq qalacaqsa, məkruhluq, daha da ağırlaşır.
(Yəni evlənmək, bu kimsələrə məkruhdur.)
✓ Şəhvətini qarşılaması;
Nəfsinin iffətini qoruması;
Fərcini (cinsiyyət orqanını) mühafizə etməsi;
və buna bənzər məqsəd olaraq güdülən bir xüsus, əgər evlənməklə gerçəkləşə biləcəksə, bu kimsələr haqqında da evlənmək, Müstəhəb olur.
(Yəni evlənmək, bu şəxslərə müstəhəbdir.)
✓ Əgər evlənməyi gərəkdirən səbəblər ilə əngəlləyən xüsusların heç biri yoxdursa, evlənmənin hökmü, Mübahlıqdır."
(Yəni evlənmək, bu kimsələrə mübahdır.)
Qadı İyad (əl-Maliki) belə deyir:
"Nəslinin davamı ümid edilən hər kəs haqqında
-istər cinsi münasibət arzusu olmasın-
evlənmək, məndubdur. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Mən, çoxluğunuzla, digər ümmətlərə qarşı fəxr edəcəyəm." buyurmuşdur.
Ayrıca, nigahı təşviq edən və əmr edən buyruqların zahiri də, bunu gərəkdirməkdədir. Cinsi münasibət xaricində, qadınlardan hər hansı bir şəkildə faydalanma istəyi olan kimsə haqqında da, eyni hökm (məndubluq) bəhs mövzusudur.
• Uşaq sahibi olmaq ümidi olmayan;
• Qadınlara qarşı bir meyli də olmayan;
• Onlardan hər hansı bir şəkildə faydalanma istəyi də olmayan
bir kimsə üçün, evlənmək, qadının (kişinin) bu halını bilib buna razı olması halında, Mübahdır."
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari bi şərh Sahihi'l-Buxari", 67-ci kitab: "Nigah", 2-ci bab: "Aranızdan evlənməyə gücü çatan evlənsin. Çünki o, gözü haramdan uzaq tutar və fərci də ən yaxşı qoruyar." buyuruğu ilə... Nigaha ehtiyacı olmayan kimsə evlənərmi?"babı, hədis no: 5065)
- Evlənmək vacibdirmi?-2
- Evlənmək vacibdirmi?-4
- Evlənmək vacibdirmi?-1
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2
- Allahın 100 rəhməti- 2
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Qiyamət günü şəfaət
- Qiyamət günü ən böyük şəfaət edən peyğəmbər kim olacaq.
- Dəstəmazsız, qüslsuz (və ya heyz halında) Quran oxumaq olarmı?
- İmamsız ölən cahiliyyə üzərəmi öləcəkdir? Hədisdə imam sözündən məqsəd nədir?