Evlənmək vacibdirmi?-4

Alqamə'dən belə rəvayət edilir:

Mən, Mina'da, Abdullah ibn Məsud (radiyallahu anh)'ın bərabərində idim. Osman (b. Affan) (bir ara) onunla təklikdə qaldı. Mən də, ibn Məsudun yaxınlığında oturdum. Osman, Ona:

"Sənin (gənclik dövründə) keçən (qüvvətin)'in bəzisini, sənə xatırladacaq gənc bir qızla evləndirməyimizə arzun varmı?" dedi.

Abdullah, Osmanın bu (sual)'lardan başqa bir işi olmadığını görüncə, (yanlarına gəlməyim üçün) mənə, əlilə işarət etdi. Mən də getdim. (O sıra), Abdullah (Osmana) belə deyirdi:

"Əgər Sən, (evlənməyi təşviq edici) bunu söyləyirsənsə, şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdi:

"Ey gənclər topluluğu! Sizdən kimin evlənmə külfətinə gücü çatarsa, evlənsin. Çünki evlənmək, gözü (haramdan) qoruyucudur. Fərci də mühafizə edicidir.

(Evlənmə məsrəflərinə) gücü çatmayan kimsə də, (nafilə) oruc tutsun. Çünki şübhəsiz oruc, şəhvət üçün, qüvvətli bir kəsicidir."

--------------------------------

İzahı:

Müəllifimiz ibn Macə'nin rəvayətinin zahirinə görə, Osman (radiyallahu anh), İbn Məsud (radiyallahu anh)'ı, Mina'da, camaatdan tənha bir tərəfə götürüb, onun evlənməyi üçün təklif edərkən, Alqamə də onların yaxınında oturmuş və evlənmə təklifinə aid Osman (radiyallahu anh)'ın sözünü eşitmişdir.

İbn Məsud da, Osman'ın bu işdən başqa bir sözünün olmadığını başa düşüncə, Alqamə'ni yanlarına çağırmışdır.

Əbu Davudun rəvayətinin zahirinə görə isə, Osman (radiyallahu anh), Abdullah (radiyallahu anh)'ı tənha bir tərəfə götürmək istəyərkən, ibn Məsud, Alqaməni də yanlarına çağırmış və Alqamə də, onların yanlarına vardıqdan sonra, Osman (radiyallahu anh), evlənmə təklifi etmişdir.

Lakin Buxari'nin rəvayətinin zahiri, müəllifimiz ibn Macə'nin rəvayətinin zahirinə bənzəyir. Yəni Osman (radiyallahu anh), ibn Məsuda evlənməyi təklif etdikdən sonra, ibn Məsud, Alqaməni yanlarına çağırmışdır.

"əl-Mənhəl" müəllifi belə deyir:

"Rəvayətlərin arasını, belə birləşdirmək mümkündür:

Osman (radiyallahu anh), ibn Məsuda etdiyi evlənmə təklifini, Alqamə'nin gəlişindən sonra, möhtəmələn təkrarlamışdır. Çünki ibn Məsud (radiyallahu anh)'ın, bu mövzu haqqında Alqamə'nin məlumat sahibi olmasını istədiyini, Osman (radiyallahu anh) başa düşmüşdür."

İbn Məsudun, Osman (radiyallahu anh)'a verdiyi cavab, 2 mənada təvil edilə bilər:

• Birincisi: Osman (radiyallahu anh)'ı təyid etmək (sözünü dəstəkləmək, qüvvətləndirmək)'dir. Yəni:

"Sənin etdiyin evlənmə təklifi və təşviqini, Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, etmişdir. Lakin Mənim, evlənməyə ehtiyacım yoxdur."

• İkincisi: Osman (radiyallahu anh)'ın təklifini rədd etməkdir. Yəni evlənmə təklifi, gənclərə edilməlidir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hədisdəki xitabı, gənclərə məxsusdur. Mən isə, gənc deyiləm. Bu növ təkliflər, gənc yaşdakılara edilməlidir.

Hədisdə keçən "əl-baə" kəliməsi, 4 şəkildə oxunula bilər:

• Ən məşhur və fasih oxunan "əl-baət"dir;

• İkincisi: "əl-bat"dır;

• Üçüncüsü: "əl-ba"; və

• Dördüncüsü: "əl-bahat"dır.

Bu kəlimənin əsl mənası: "cinsi münasibət"dir. Sonra da, nikah əqdi mənasında da istifadə edilmişdir. Hədisdə, hər 2 mənada da başa düşülə bilər.

Cinsi münasibət olsun, evlənmək əqdi olsun, hər 2 mənanın nəticəsi, bu olur:

"Ey gənclər! Evlənmək əqdi və ya məşru cima üçün gərəkli olan məsrəflərə gücü çatanınız, evlənsin..."

Bu halda, hansı məna qəsd edilirsə edilsin, qayə, bunun üçün gərəkli olan məsrəf və külfətdir.

"əl-baə" kəliməsini, məsrəf və külfət mənasına təvil etməyin zəruri olduğunun səbəbi budur:

Əgər əsl mənası olan cima qəsd edilmiş olsaydı, buna, yəni cimaya gücü çatmayanların şəhvətlərini söndürmək üçün oruc tutmaları tövsiyyəsi mənasız qalardı. Çünki cimaya gücü çatmayanın şəhvəti yoxdur ki, bunu orucla təskin etməsi tövsiyyə edilsin...

----------------------------------

Evlənməyin məşru olmasındakı hikmətlər:

1. Sünən'in 8-ci babındakı əbu Hureyrə (radiyallahu anh) hədisi ilə:

• Əhməd;

• Taberani;

• Hakim;

və başqalarının, Ənəs (radiyallahu anh)'dan mərfu (sənədi qüvvətli olsun və ya olmasın, Peyğəmbərə isnad olunan hədis) olaraq rəvayət etdikləri:

"Evlənin. Çünki Mən, (qiyamət günü) sizin çoxluğunuzla iftixar edəcəyəm."

hədisdən də anlaşıldığı kimi, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ümmətinin çoxalmasını istəmiş və qiyamət günü, digər ümmətlərə qarşı ümmətinin çoxluğu ilə iftixar etmək diləmişdir.

2. Evlənmək, insanı, zina və fuhuşdan və bunlara yol açan münasib olmayan hərəkətlərdən qoruyur. Tərcüməsini verdiyimiz Alqamə (rahmətullahi aleyh) hədisi, bu hikməti açıqca bildirmişdir.

3. İnsan nəslinin ən mükəmməl və tərtəmiz bir şəkildə davamını təmin etmək və qorumaqdır.

4. İffətli qız və qadınların şərəfini hər cür ləkədən uzaq tutmaq, zülm, cinayət və bənzəri təəssüf verici hadisələrin meydana gəlməsinə meydan verməməkdir.

5. Bərabər yaşayan kişi ilə qadının arasında, sevgi, şəfqət və xoşbəxt yaşamaq zəmininin hazırlanmasına töhfə verməkdir.

Evlənməyin şər'i hökmü:

Cumhur görə, evlənməyin əsl hökmü, Müstəhəb'likdir. Çünki 1846 no-lu Aişə (radiyallahu anha) hədisi və bənzəri hədislərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), evlənməyin, Öz yolu (sünnəti) olduğunu bildirmişdir:

"Evlənmək, Mənim sünnətim (yolum)'dur. Kim, Mənim bu sünnətim ilə əməl etməz (yəni bundan üz çevirər) isə, Məndən deyildir.

Evlənin. Çünki Mən (qiyamət günü digər) ümmətlərə qarşı, sizin çoxluğunuzla iftixar edəcəyəm.

Kimin evlənmə imkanı varsa, evlənsin. Kim (bu məsrəfi) tapa bilməzsə, (nafilə) oruc tutsun. Çünki şübhəsiz oruc, sahibi üçün, şəhvət kəsicidir." (İbn Macə, Sünən, hədis no: 1846)

Bununla bərabər, fərz ibadətləri bəyan edərkən, evlənmək haqqında bəhs etməmişdir. Yəni evlənməyi, fərzlərdən saymamışdır. Səhabələr, böyük-kiçik hər növ fərzlərə aid əmrləri, Ondan nəql etmişlərdir. Heç biri, bunun fərziyyətinə dair bir şey söyləməmişlərdir.

Zahiriyyə məzhəbinin mənsubları, Kitab və Sünnət'dəki evlənmə əmrlərinin zahirinə baxaraq vacib olduğuna hökm etmişlərsə də, bu görüş, rədd edilmişdir.

Cumhura görə, evlənməyin şər'i hökmü, hal və şərtlərə görə dəyişir. Belə ki:

1. Evlənmədiyi təqdirdə, zina edəcəyi və bundan qoruna bilməyəcəyi şübhəsiz olan, bu təhlükədən başqa bir çarə ilə özünü qoruya bilməyəcəyinə inanan üçün evlənmək, Fərz'dir.

2. Evlənmədiyi təqdirdə, zina etməkdən qorxan, nəfsinə hakim olmadığı üçün baxması haram olan qadınlara baxmaqdan, ya da əl ilə istimnadan özünü qoruya bilməyən kimsə üçün evlənmək, Vacib'dir.

Yuxarıda 2 hökm, evlənmək məsrəflərini təmin edə bilən, mövcud malı və ya çalışmaqla zövcəsinin nəfəqəsini təmin edə bilən və alacağı qadına zülm etmək qorxusu olmayan şəxslərə məxsusdur. Bu şərtlər olmadıqca, evlənmək, fərz və ya vacib olmaz.

3. Evlənmək məsrəfinə və nəfəqəyə müqtədir olub zina və bənzəri haramlara düşmə qorxusu olmamaqla bərabər, normal olaraq cinsi münasibətə gücü olan, evlənəcəyi qadına zülm etmək narahatlığı olmayan kimsə üçün evlənmək, Müəkkəd Sünnət'dir.

4. Bir harama girmək narahatlığı olmamaqla bərabər, şəhvət duyğusu ilə evlənmək istəyən və evlənmənin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir sünnəti olduğunu nəzərə almadan evlənmək, Mübah'dır.

Bununla bərabər, ehtiyacını qeyr-i məşru yolla deyil, məşru olaraq ortadan qaldırmaq yoluna baş vurması, günah yolunu bağlamasına vəsilə olduğu üçün, yenə savabsız deyildir.

5. Evlənəcəyi qadının haqlarına riayət etməməklə zülm etməkdən qorxan kimsə üçün evlənmək, Təhrimən Məkruh'dur (zənni dəlil ilə anlaşılan nəhy, qadağa; harama yaxın olan fel, iş)

6. Zövcəsinin haqlarına riayət edə bilməyəcəyinə və beləcə, ona zülm edəcəyinə (qətiyyətlə) inanan kimsə üçün evlənmək, Haram'dır.

Çünki evlənmək, nəfsi haramdan qorumaq və səbəb olacağı uşaqlarından xeyir və savab qazanmaq üçün məşru qılınmışdır. Zülm etməklə isə, harama girmiş olacaqdır. Bir zərəri dəf etmək, faydalı olanı cəlb etməyə tərcih edilir.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitabu'n-Nikah" (Nikah kitabı): "Nikahın fəziləti haqqında gələn (hədislər) babı", hədis no: 1845)

Read 22 times
In order to make a comment, please login or register